Month: September 2025

  • Посол: Саудовская Аравия и Азербайджан усиливают торгово-экономическое сотрудничество

    Саудовская Аравия и Азербайджан работают над усилением торгово-экономического сотрудничества посредством совместного комитета и делового совета.

    Как передает report, об этом сказал посол Саудовской Аравии в Азербайджане Иссам бен Салех аль-Джутейли на мероприятии, посвященному Национальному дню арабского государства.

    “Состоялись взаимные визиты на высоком уровне, и в настоящее время мы работаем над повышением торгово-экономического обмена посредством Саудовско-Азербайджанского делового совета и совместного комитета”, – подчеркнул он.

    По его словам, у двух стран есть множество общих целей, которые позволят в ближайшее время значительно увеличить объем торговли и инвестиций.

    “Отношения между Саудовской Аравией и Азербайджаном носят исторический характер. Они были установлены в 1991 году и сегодня активно развиваются во всех сферах”, – сказал он.

  • Səfir: Səudiyyə Ərəbistanı və Azərbaycan ticari-iqtisadi əməkdaşlığı gücləndirir

    Səudiyyə Ərəbistanı və Azərbaycan müştərək komitə və işgüzar şura vasitəsilə ticari-iqtisadi əməkdaşlığı gücləndirmək üzərində işləyir.

    “Report”un məlumatına görə, bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh Əl Cüteyli Ərəb dövlətinin Milli Gününə həsr olunmuş tədbirdə deyib.

    “Yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub və hazırda biz Səudiyyə-Azərbaycan İşgüzar Şurası və Birgə Komitə vasitəsilə ticari-iqtisadi mübadilənin genişləndirilməsi üzərində işləyirik”, – o vurğulayıb.

    Səfirin sözlərinə görə, iki ölkənin yaxın gələcəkdə ticarət və investisiyaları əhəmiyyətli dərəcədə artıracaq bir çox ümumi məqsədləri var.

    “Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında münasibətlər tarixi xarakter daşıyır. Bu əlaqələr 1991-ci ildə qurulub və hazırda bütün sahələrdə fəal inkişaf edir”, – o söyləyib.

  • BMT-nin qərargahı yaxınlığında genişmiqyaslı dinləmə şəbəkəsi aşkarlandı

    ABŞ Məxfi Xidməti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahından 55 km aralıda elektron dinləmə və maneələrin yaradılmasında iştirak edən şəxslərin axtarışına başlayıb.

    Median.Az “The New York Times”a istinadən xəbər verir ki, agentlər dəqiqədə 30 milyon mətn mesajı göndərə bilən, şəbəkəyə qoşulmuş 100 mindən çox SİM kart və 300 serveri ələ keçiriblər. Bu cihazlar bir neçə mobil telefon qülləsini asanlıqla söndürə bilər.

    “Fox News” xəbər verir ki, Nyu-Yorkun üç rayonunda “telekommunikasiya təhlükəsi” aradan qaldırılıb.

    Ehtimala görə, elektron cihazlar şəbəkəsi xarici kəşfiyyat agentliyinə aid ola və ya cinayətkar kartel tərəfindən istifadə edilə bilər.

  • Narkoloji mərkəzin həbs olunan sabiq direktoru özünü təqsirli bilib – MƏHKƏMƏ

    Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşən Mustafayev ifadə verib.

    O, ittihamlara cavab verərkən bildirib ki, direktor vəzifəsini icra etdiyi dövrdə Narkoloji Mərkəzdə ciddi çatışmazlıqlar olub: “Mən mərkəzdə təşkilatı işlərə cavabdeh şəxs olmuşam. İşlədiyim dövrdə bir dəfə FHN tərəfindən rentgen cihazının keyfiyyətsiz olması ilə əlaqədar 2500 manat məni cərimə edib. Daha sonra sistem cihazları ilə əlaqədar cərimələndim, su ilə əlaqədar problem yaşadıq, dərman çatışmazlığı oldu. Hamısını cibimdən ödədim. Həmin çatışmazlıqlarla bağlı hər həftə, hər ay, TƏBİB-ə müraciət eləmişəm. Cavab gəlib ki, hazırda əllərində yoxdur. Buna görə bizim işçilərdən soruşdum ki, məndən öncə belə problemlər olanda nə ediblər? Mənə dedilər ki, fond yaratmışıq, işçilərlə pul yığıb xəstəxananın xərclərini ödəyirdik. Orqanizm kimi düşünün, bir orqanda problem olanda digər bütün orqanlar səfərbər olur, xəstəxanada da elə bir sistem yaranmışdı. Fonda pul qoymağa görə heç kimi məcbur etmirdik. Pulun həkimlər tərəfindən xəstələrin etdiyi “hörmət”dən verildiyini eşitmişdim. İmkanlı xəstə yaxınları, xəstələrin özləri onlara yaxşı baxılsın deyə “hörmət” edirdilər. Sistem həmişə belə olub, mən də belə görmüşəm”.

    Prokurorun suallarını cavablandıran sabiq direktor bildirib ki, o cərimələri özəl xəstəxanaların birində psixiatr vəzifəsində çalışaraq qazandığı maaşla ödəyib.

    O, fonddan yığılan pulu Zamin Əliyevdən aldığını deyib: “Zamin doktor şöbə müdiri işlədiyi zamandan güvənilən biri olub. Hamı bilirdi ki, pul xəstəxananın ehtiyacları üçün xərclənir. Heç bir gizli işimiz olmayıb. Müxtəlif vaxtlarda Zamin doktordan 1000, 1100, 1700 manat pullar götürüb təsərrüfat işlərinə xərcləmişəm. Narkoloji Mərkəzə qəbulla bağlı isə heç bir pul alınmayıb. Könüllü verilənlər götürülüb”.

    O, elan olunmuş ittihamda özünü qismən təqsirli bilib: “Özümü qismən təqsirli bildiyim məsələ vəzifəmi layiqincə yerinə gətirə bilməmək olub. Bəzi boşluqlar olub və mən bilməmişəm. Heç vaxt komissiyasının üzvü olmamışam. İddia edildiyi kimi 250 manat alıb kiməsə sənəd verməmişəm”.

    Mərkəzdə işləyən həkimlərin fəaliyyətinin uzadılması ilə bağlı sualları cavablandıran sabiq direktor bildirib ki, onun eıə bir səlahiyyəti olmayıb. Bu işlərə Səhiyyə Nazirliyi baxır.

    Daha sonra Zamin Əliyev ifadə verib. O bildirib ki, müalicə alan şəxslərin xəstəxanaya verdiyi ziyanı da ödəməyə çalışıblar: “Bizim xəstəxanalardakı xəstələr digər xəstəxanalardakılar kimi normal deyildilər. Onlar maddənin təsiri altında şüşə sındırıb, ziyan verib, nəsə edibsə bunu əlbəttə biz ödəyirdik. Əlavə edim ki, digər xəstəxanalardan fərqli olaraq bizdə xəstələr qəbul olunduqdan sonra həkim gəlib xəstəni görürdü. Elə vaxt olub ki, xəstə yerləşdirilib sonra ailəsinin xəbəri olub. Mümkün deyildi ki, biz ailədən pul istəyib xəstə qəbul edək”.

    O, bildirib ki, dərman çatışmazlığı problemində də pulu onlar verib: “Elə xəstələr var idi ki, həm narkotik problemi vardı, həm də plemaniya xəstəliyindən əziyyət çəkirdi. Bizim əlimizdə isə sadəcə psixotrop – asılılıqdan xilas edəcək dərmanlar vardı. Müalicə üçün valideynlərdən xahiş edirdik. Eləsi var imkanı olmurdu, elə xəstə var idi ailəsi yox iidi.

    Müalicə üçün valideynlərdən xahiş edirdik. Eləsi var imkanı olmurdu, elə xəstə var idi ailəsi yox idi. Onu da biz ödəyirdik”.

    Elşən Mustafayevin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin işlədiyi dövrdə çatışmazlıqlarla əlaqədar TƏBİB və digər orqanlara etdiyi müraciətlərlə bağlı sənədlərin məhkəməyə təqdim edilməsini xahiş edib.

    Məhkəmə vəsatəti təmin edib.

    Daha sonra prosesdə sənədlər tədqiq edilib.

    Növbəti proses sentyabrın 30-na təyin edilib.

    Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
    İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
    Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Испания призвала включить двух израильских министров в санкционный список ЕС

    Испания выступает за включение двух членов израильского правительства в санкционный список Евросоюза.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил в интервью телеканалу La Sexta министр иностранных дел королевства Хосе Мануэль Альбарес.

    “Два израильских министра должны войти в список подпадающих под санкции ЕС”, – сказал дипломат.

    В первой половине сентября Альбарес заявил, что Мадрид решил запретить въезд на территорию страны двум членам кабинета министров Израиля. Мера касается министров финансов Бецалеля Смотрича и национальной безопасности Итамара Бен-Гвира, которых включили в список лиц, подпадающих под санкции.

    Мадрид занимает достаточно жесткую позицию в отношении еврейского государства из-за ситуации в секторе Газа. Ранее совет министров Испании одобрил указ, который юридически закрепляет эмбарго на поставки вооружений Израилю.

  • İspaniya iki israilli nazirin Aİ-nin sanksiya siyahısına daxil edilməsinə çağırıb

    İspaniya İsrail hökumətinin iki üzvünün Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilməsini dəstəkləyir.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Xose Manuel Albares “La Sexta” telekanalına müsahibəsində bildirib.

    “İki israilli nazir Aİ-nin sanksiya siyahısına daxil edilməlidir”, – diplomat deyib.

    Sentyabrın birinci yarısında Albares bildirmişdi ki, Madrid İsrailin maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkə ərazisinə girişini qadağan etmək qərarına gəlib.

    Madrid Qəzza zolağındakı vəziyyətə görə yəhudi dövlətinə qarşı kifayət qədər sərt mövqe tutur.

  • Экзамен для водителей такси успешно сдали 1300 человек

    23 сентября был проведен очередной тестовый экзамен для водителей такси, прошедших специальную подготовку.

    Об этом сообщили в Государственном экзаменационном центре (ГЭЦ).

    Для участия в экзамене зарегистрировался 1 561 кандидат. Из них на экзамен пришли 1 509 кандидатов, всего 1 300 кандидатов успешно прошли экзамен.

    Отметим, что Апелляционная комиссия по результатам экзамена будет работать 24 и 25 сентября с 14:00 до 17:00 в корпусе электронных экзаменов ГЭЦ.

  • Taksi sürücülərinin imtahanında 1300 namizəd uğur qazanıb

    Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün sentyabrın 23-də növbəti test imtahanı keçirilib.

    Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİN) məlumat verilib.

    Bildirilib ki, imtahanda iştirak etmək üçün 1561 namizəd qeydiyyatdan keçib. Onlardan 1509 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1300 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

    Qeyd edək ki, imtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 24 və 25 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək.

  • Экс-начальник охраны Сержа Саргсяна обвинил его в продаже земель близ “Ераблура”

    Третий президент Армении Серж Саргсян незаконным путем приватизировал участки близ военного пантеона “Ераблур”.

    Об этом сообщают армянские СМИ со ссылкой на бывшего начальника охраны Саргсяна – Вачагана Казаряна.

    Сообщается, что после очередного заседания суда Казарян заявил журналистам о том, что ему никто этих участков не продавал, и следовательно, он не должен сидеть на скамье подсудимых. На вопрос журналиста, “Кто должен сидеть на скамье подсудимых?”, Казарян ответил: “Тот, кто продал”. У Казаряна уточнили, не о Саргсяне ли идет речь? Тот подтвердил, что речь идет именно о Саргсяне.

    Отметим, что дело касается обстоятельств приватизации земельных участков у военного пантеона в 2005 году, когда Саргсян тогда занимал должность министра обороны.

    По версии Генпрокуратуры, распоряжением Саргсяна участки были незаконно проданы, причем – по цене значительно ниже рыночной.

    Напомним, что Казарян был задержан 25 июня 2018 года, когда выходил из банка с портфелем, полным денег. У него нашли $123 тыс. и 436 млн драмов ($904 тыс.). При обыске в доме у его супруги нашли 35 млн драмов ($72,5 тыс.), $1,11 млн и 230,5 тыс. евро. А в принадлежащем Казаряну “Янс Клубе” нашли свыше $1,5 млн наличными.

    Он был арестован, а спустя некоторое время освобожден под залог. За период следствия он вернул в бюджет $5,8 млн.

  • Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib

    Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan “Yerablur” hərbi panteonuna yaxın əraziləri qanunsuz yolla özəlləşdirib.

    Bu barədə erməni KİV-i S.Sarqsyanın keçmiş mühafizə rəisi Vaçaqan Kazaryana istinadən məlumat yayıb.

    Bildirilib ki, növbəti məhkəmə iclasından sonra V.Kazaryan jurnalistlərə bu torpaq sahələrini ona heç kimin satmadığını və buna görə də müttəhimlər kürsüsündə oturmamalı olduğunu deyib. Jurnalistin “Müttəhimlər kürsüsündə kim oturmalıdır?” sualına V.Kazaryan “Satan şəxs” cavabını verib. V.Kazaryandan S.Sarqsyan barədə danışıb-danışmadığını soruşduqda o, S.Sarqsyan barədə danışdığını təsdiqləyib.

    Qeyd edək ki, iş 2005-ci ildə S.Sarqsyanın müdafiə naziri vəzifəsində olduğu zaman hərbi panteon yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi halları ilə bağlıdır.

    Baş Prokurorluğun versiyasına görə, S.Sarqsyanın sərəncamı ilə torpaq sahələri qanunsuz olaraq, həm də bazar qiymətindən xeyli aşağı qiymətə satılıb.

    Xatırladaq ki, V.Kazaryan 2018-ci il iyunun 25-də bankdan çıxarkən saxlanılıb. Onun əlindəki çemodandan 123 min dollar və 436 milyon dram (904 min dollar) aşkarlanıb. Həyat yoldaşının evində axtarış zamanı 35 milyon dram (72,5 min dollar), 1,11 milyon dollar və 230,5 min avro tapılıb. V.Kazaryana məxsus “Yans Klub”da isə 1,5 milyon dollardan çox nağd pul aşkarlanıb.

    O həbs edildikdən bir müddət sonra zaminə buraxılıb. İstintaq müddətində V.Kazaryan büdcəyə 5,8 milyon dolları geri qaytarıb.