Month: September 2025

  • BMT-nin qərargahı yaxınlığında genişmiqyaslı dinləmə şəbəkəsi aşkarlandı

    ABŞ Məxfi Xidməti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahından 55 km aralıda elektron dinləmə və maneələrin yaradılmasında iştirak edən şəxslərin axtarışına başlayıb.

    Median.Az “The New York Times”a istinadən xəbər verir ki, agentlər dəqiqədə 30 milyon mətn mesajı göndərə bilən, şəbəkəyə qoşulmuş 100 mindən çox SİM kart və 300 serveri ələ keçiriblər. Bu cihazlar bir neçə mobil telefon qülləsini asanlıqla söndürə bilər.

    “Fox News” xəbər verir ki, Nyu-Yorkun üç rayonunda “telekommunikasiya təhlükəsi” aradan qaldırılıb.

    Ehtimala görə, elektron cihazlar şəbəkəsi xarici kəşfiyyat agentliyinə aid ola və ya cinayətkar kartel tərəfindən istifadə edilə bilər.

  • Qızıl külçələrə görə həbs olunanlara HÖKM OXUNDU

    Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşı Əfsər Mirzəliyev və onunla birgə ittiham olunan Səfər Səfərovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi keçirilən sonuncu prosesdə təqsirləndirilənlərə hökm oxunaraq, onların hər ikisi ayrı-ayrılıqda beş il azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.

    Əfsər Mirzəliyev Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşı olub.

  • Mingəçevirdə maşın 13 yaşlı yeniyetməni vurdu

    Mingəçevirdə maşın 13 yaşlı piyadanı vurub.

    “Unikal”ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib. Belə ki, İkram Yusifov idarə etdiyi “VAZ -21015” markalı avtomobillə 2012-ci il təvəllüdlü Yusif Rüstəmovu vurub. Müxtəlif bədən xəsarətləri alan yeniyetmə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır

    Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə sabahdan 340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Bildirilib ki, yeni marşrut xətti Binə qəsəbəsinin Əli İsazadə küçəsini Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə əlaqələndirəcək.

    10 ortatutumlu avtobus 10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda gedişhaqqı 0,50 manat təşkil edir. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

  • В Москве задержан уральский олигарх Алексей Бобров

    В Москве задержан уральский олигарх Алексей Бобров – владелец энергетической компании “Облкоммунэнерго”. Его подозревают в мошенничестве.

    Об этом Median.Az сообщает со ссылкой на Telegram-канал SHOT.

    Бобров проходит подозреваемым по уголовному делу, его уже этапировали из Москвы в Екатеринбург. Вчера в его доме и офисе в российской столице прошли обыски.

    Также задержаны его коллеги: глава совета директоров “Облкоммунэнерго” Татьяна Черных, руководитель дочерней компании Артём Носков и экс-глава “Облкоммунэнерго” Антон Боликов.

    Всех их подозревают в хищении бюджетных средств в рамках концессионных соглашений.

  • Moskvada Ural oliqarxı saxlanıldı

    Rusiya paytaxtı Moskvada Ural oliqarxı – “Oblkommunenerqo” enerji şirkətinin sahibi Aleksey Bobrov saxlanılıb. O, dələduzluqda şübhəli bilinir.

    Bu barədə “SHOT” “Telegram” kanalı məlumat verib.

    Məlumata görə, Bobrov cinayət işində şübhəli qismində bilinir və artıq Moskvadan Yekaterinburqa köçürülüb. Həmçinin onun paytaxtdakı evlərində və ofisində axtarışlar aparılıb.

    Eyni zamanda, onun həmkarları, “Oblkommunenerqo”nun direktorlar şurasının sədri Tatyana Çernıx, törəmə şirkətin rəhbəri Artyom Noskov və “Oblkommunenerqo”nun keçmiş rəhbəri Anton Bolikov da saxlanılıb.

    Onların hamısı konsessiya müqavilələri çərçivəsində büdcə vəsaitlərinin mənimsənilməsində şübhəli bilinirlər.

  • Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənildi

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 23-də davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

    Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

    İfadə verən zərərçəkmiş şəxs Məmmədtağı Kərimov Kəlbəcərdə düşmənin təxribatı nəticəsində yaralandığını söyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı bir neçə nəfərin həlak olduğunu və daha bir neçə nəfərin yaralandığını deyib.

    Zərərçəkmiş Ceyhun Məmmədli Kəlbəcərdə yaralıların təxliyəsi zamanı düşmənin açdığı atəşlər nəticəsində yaralandığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında sanitar avtomobilin üzərində fərqlənmə nişanının olduğunu, buna baxmayaraq atəşə tutulduqlarını bildirib. Hadisə zamanı yanında olmuş digər şəxslər də yaralanıb.

    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Nemət Abdullayev Xankəndidə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandığını bildirib.

    Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Bəxtiyar Səmədli isə Xankəndidə düşmənin açdığı atəş nəticəsində güllə yarası aldığını deyib.

    Ağahüseyn Hacıyev Xankəndidə düşmənin açdığı atəş nəticəsində özünün, Tərlan Cabbarovun və Sadiq Qasımlının yaralandığını bildirib.

    Məhəmməd Hüseynov ifadəsində Xankəndi istiqamətində düşmən təxribatı nəticəsində xəsarət aldığını bildirib. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında hadisə zamanı Vaqif Salmanovun və Əli Mustafayevin də yaralandıqlarını deyib.

    Fərid İmaməliyev ifadəsində Xocavənd rayonu istiqamətində düşmən atəşi nəticəsində xəsarət aldığını bildirib. Əlavə edib ki, hadisə zamanı yanında Əvəz Abbasov həlak olub, bir neçə nəfər isə yaralanıb.

    Çingiz Paşayev ifadəsində Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını söyləyib.

    İlyas Mehdiyev Xocavənddə düşmənin təxribatı nəticəsində yaralandığını bildirib.

    Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Ramal Rüstəmov Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində xəsarət aldığını deyib.

    İfadə verən Nəcəfəli Mövsümov Xocalı, Ramiz Süleymanov və Şahin Cəbiyev Xankəndi istiqamətində düşmən təxribatı nəticəsində yaralandıqlarını söyləyiblər.

    Ceyhun Həsənov Laçında qarşı tərəfdən açılan atəş nəticəsində yaralandığını bildirib.

    İfadə verən Hüseyn Axundov, Seymur Əliyev və Elvin Əhmədov düşmən təxribatı nəticəsində Ağdərə istiqamətində xəsarət aldıqlarını deyiblər.

    Musa Orucov ifadəsində Xankəndi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.

    Tural Quliyev Ağdamda düşmən təxribatı nəticəsində yaralandığını bildirib.

    Mahirəddin Namazov Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib. Hadisə zamanı bir neçə nəfər həlak olub, bir neçə şəxs isə müxtəlif xəsarətlər alıb.

    Sənan Fərzəliyev Laçında idarə etdiyi avtomobilin qarşı tərəfin atəşi nəticəsində xəsarət aldığını deyib. Hadisə zamanı yaxınlığında olan bir neçə nəfər isə yaralanıb.

    Murad Hacıyev Laçın rayonu ərazisində olan zaman düşmənin açdığı atəş nəticəsində yaralandığını bildirib.

    Yaqubəli Səfərov Xankəndi istiqamətində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını söyləyib. Hadisə zamanı yaxınlıqda olan bir nəfər həlak olub, bir neçə şəxs isə yaralanıb.

    Cavanşir Xəlilov bildirib ki, Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində özü və yanında olan bir neçə nəfər yaralanıb.

    Nemət Nuri Ağdam-Ağdərə istiqamətində düşmənin açdığı atəşlər nəticəsində yaralandığını deyib.

    Fərhin Teymurov, Rüstəm Əliyev, Həsən Əliyev, Azər Qazaxov, Şükür Camalov, Cəfər Məlikov, Tural Xəlilov, Hüseyn Mehdizadə, Kamal Musayev, Səbuhi Əliyev, Seymur İbrahimov, Ramiz Nəzərov, Ülfət Alıyev, İmran Mürsəlov, Rəşad İsmayılov, Vüqar Abbasov və Kamran Kazımov ifadələrində suveren ərazilərimizin müxtəlif istiqamətlərində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

    Toğrul Hümbətzadə Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib. Əlavə edib ki, hadisə zamanı ondan başqa daha bir neçə nəfər xəsarət alıb.

    Əfqan Zeynalov Ağdam, Hüseyn Əmirov və Sənan Rzayev Ağdərə istiqamətində düşmən təxribatı nəticəsində yaralandıqlarını söyləyiblər.

    Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin olunub.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

  • Tiktoker “Roşka” həbsdə qaldı

    Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tiktokeri saxlayaraq Nəsimi Rayon Polis İdarəsinə gətirən polis əməkdaşları sərbəst ifadə veriblər.

    Nəsimi RPİ-nin əməliyyatçısı ifadəsi zamanı vurğulayıb ki, Rövşən Süleymanov əməliyyat məlumatı əsasında saxlanılıb.

    “Rövşən Süleymanovun üzərində narkotik maddə olması ilə bağlı əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat qrupu yaradıldı. Qrupun üzvlərindən biri də mən idim. Rövşəni 1 saylı Şəhər Klinik Xəstəxananın yanında saxladıq. Onun üzərinə baxış zamanı narkotik maddəyə bənzər əşya tapıldı. Özü ifadəsi zamanı həmin əşyanın həqiqətən də narkotik maddə olduğunu və onu yaxınlıqdakı qəsəbələrdən birindən aldığını dedi”.

    Şahid qismində prosesdə iştirak edən digər polis əməkdaşı da həmkarının dedikləri ilə razılaşdığını, Rövşən Süleymanov saxlanılarkən onun üzərindən narkotik maddənin aşkar olunduğunu təsdiqləyib.

    Təqsirləndirilənin vəkili müvəkkilin ev dustaqlığına buraxılmasi ilə bağlı yenidən vəsatət təqdim etsə də, məhkəmə vəsatəti təmin etməyib.

    Vəkilin növbəti vəsatəti isə digər polis əməkdaşlarının əlavə şahid kimi ifadə vermələri ilə bağlı olub.

    Məhkəmə vəkilin bu vəsatətini təmin edib və növbəti proseslərdə onların iştirakı təmin ediləcək.

    Proses qeyri müəyyən vaxtadək təxirə salınıb.

    Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

    Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Taksi sürücüləri üçün növbəti imtahan keçirildi

    Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün sentyabrın 23-də növbəti test imtahanı keçirilib.

    Bu barədə DİM məlumat yayıb.

    Bildirilib ki, imtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

    Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1561 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 1509 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1300 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

    İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.

    İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 24 və 25 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.

  • Polşa Belarusla sərhədini açır

    Polşa hakimiyyəti Belarusla sərhədi açmaq qərarına gəlib.

    Bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat yayıb.

    “Daxili işlər naziri, administrasiya və mən Belarusla sərhəd-keçid məntəqələrini yenidən açmaq qərarına gəldik. O, qərarı bu gün imzalayacaq”, – Polşanın baş naziri deyib.

    Tusk əlavə edib ki, ölkələr arasında sərhəd sentyabrın 25-i açılacaq. Polşa hakimiyyəti sentyabrın 12-də Belarusla sərhədi bağlayıb. Brest keçid məntəqəsində metal hasar və tikanlı məftillər quraşdırılıb. Varşava da sərhədə on minlərlə hərbçi yerləşdirib. Polşa bu addımları Rusiya və Belarusun birgə keçirdiyi Zapad-2025 hərbi təlimləri ilə əlaqələndirib.