Month: September 2025

  • Vəzifəyə keçmək üçün xadiməyə pul verdi

    Gəncədə ana və oğluna qarşı dələduzluq edilib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, Arifə Hüseynova (soyad şərtidir) İqtisad Universitetini bitirən oğlu Emili işə düzəltmək üçün yollar axtarıb. Bu barədə o, xadimə kimi çalışdığı Gəncədəki xəstəxanalardan birində iş yoldaşı 39 yaşlı Məsmə Abdullayeva (soyad şərtidir) ilə məsləhətləşib. Danışıq zamanı Məsmə 26 yaşlı Hülya vasitəsilə Emili şəhərdə Səhiyyə İdarəsinin mühasibi vəzifəsinə düzəldə biləcəyini deyib.

    Bunun üçün Arifədən əvvəlcə 6000 manat pul alıblar. Sonra tərəflər Emili başqa dövlət müəssisəsində mühasib düzəldəcəklərini deyib, zərərçəkənlərin əlavə 3500 manatını da almaqla, ümumilikdə 9500 dələduzluq ediblər.

    Ana və oğlunun hüquq-mühafizə orqanlarına müraciəti əsasında araşdırmalara başlanılıb və şübhəlilər barəsində Cinayət Məcəlləsinin 178.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.

    Zərərçəkənlər ifadələrində bildiriblər ki, həmin pulları bankdan faizə götürüblər. Onlar məhkəmə istintaqı zamanı həmin kreditlərin təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini, artıq Hülya və Məsməyə qarşı şikayətləri olmadıqlarını deyərək, cinayət işinə xitam verilməsini istəyiblər.

    Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxslər məsuliyyətdən azad olunublar.

  • Baş Prokurorluqda YENİ TƏYİNATLAR

    Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsinə müavin təyin olunub.

    Median.Az Teleqraf.az-a istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    Əmrə əsasən, cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Zamir Paşayev həmin idarənin rəis müavini vəzifəsinə təyinat alıb.

    Bunda başqa, Pərviz Əliyev də həmin idarənin böyük prokuroru təyin edilib.

    P.Əliyev bundan əvvəl daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

    Bundan başqa, Vahid Müzəffər oğlu Məmmədov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

  • Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

    Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin milli təhsil naziri Yusuf Tekinlə görüşüb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində dinamik inkişafından məmnunluq ifadə olunub.

    Növbəti tədris ilindən Türkiyənin İstanbul şəhərində Azərbaycan məktəbinin açılacağı qeyd edilib.

    Y.Tekinin Qarabağ Universitetini, həmçinin Şuşa, Füzuli və Ağdam şəhər orta məktəblərini ziyarət etməsi məmnunluqla vurğulanıb.

    Səfər çərçivəsində imzalanmış təhsil və peşə təhsili sahəsində əməkdaşlığa dair sənədlərin əhəmiyyəti qeyd edilib.

    Görüş zamanı təhsil, o cümlədən peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

  • Скончался Верховный муфтий Саудовской Аравии

    Верховный муфтий Саудовской Аравии, шейх Абдулазиз бин Абдулла Аль аль-Шейх скончался.

    Как передает Median.Az со ссылкой на Al Arabiya, об этом сообщил Королевский двор.

    Шейх Абдулазиз скончался во вторник утром.

    “С его смертью Королевство и мусульманский мир потеряли выдающегося ученого, внесшего значительный вклад в служение науке, исламу и мусульманам”, – говорится в заявлении Королевского двора.

    Король Салман бин Абдулазиз и наследный принц Саудовской Аравии Мухаммед бин Салман выразили свои соболезнования семье покойного шейха, саудовскому народу и мусульманскому миру.

  • Səudiyyə Ərəbistanının ali dini lideri şeyx Əbdüləziz Əş-Şeyx vəfat etdi

    Səudiyyə Ərəbistanının kral sarayı ölkənin baş müftisi, Böyük Alimlər Şurasının sədri şeyx Əbdüləziz ibn Abdullah bin Muhəmməd Əş-Şeyxin vəfatını elan edib.

    Məlumatı Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi (SPA) yayıb.

    Rəsmi açıqlamaya görə, mərhumun cənazə namazı bu gün Riyadda, İmam Turki bin Abdullah məscidində əsr namazından sonra qılınacaq.

    Qeyd edək ki, 81 yaşında vəfat edən şeyx Əbdüləziz Əş-Şeyx 1999-cu ilin may ayından etibarən Səudiyyə Ərəbistanının baş müftisi vəzifəsini icra edirdi. O, bu posta mərhum şeyx Əbdüləziz bin Bazın vəfatından sonra təyin olunmuşdu.

  • Oğuzda 59 yaşlı qadın bacısının evində öldü

    Oğuz rayonunda 59 yaşlı qadın ehtiyatsızlıqdan ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

    Şəhər ərazisində bacısının evində yaşayan 1966-cı il təvəllüdlü Qənirə Məhəmməd qızı Musayeva səhvən sirkə turşusu içib.

    Qadın ağır vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın xəstəxanada dünyasını dəyişib.

  • Qubada qardaş bacısını bıçaqlamaqda şübhəli bilinir

    Qubada bıçaqlanma hadisəsi olub.

    Hadisə Qubanın Xucbala kəndində qeydə alınıb.

    Belə ki, əslən Laçın rayonundan olan Şamama Salam qızı Kərimova kəsilmiş-deşilmiş xəsarətlər ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

    İlkin məlumata əsasən, qadını qardaşı M.Məhərrəmov bıçaqlayıb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün BAĞLI OLACAQ

    24 sentyabr 2025-ci il saat 08:00-dan 25 sentyabr 2025-ci il saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu Cəfər Cabbarlı küçəsində – A.A.Bakıxanov küçəsi ilə kəsişmədən başlayaraq aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan yol sahəsində qısa müddətlik tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    “Sürücülərdən göstərilən tarixlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

    Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyirik”, – məlumatda qeyd edilib.

  • Bakıdakı təhlükəli binalar – Bəzilərinin yalnız yola baxan hissəsi təmir olunur (VİDEO)

    Bakıda bəzi binaların yalnız magistral yola baxan hissəsi təmir olunur.

    Bununla bağlı AzTv videomaterial hazırlayıb.

    Qeyd olunur ki, belə hallardan biri də Yasamal rayonu İnşaatçılar və Mətbuat prospektlərində də qeydə alınıb.

  • Sabah yağış yağacaq, şimşək çaxacaq

    Bakıda və Abşeron yarımadasında sentyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 14-17, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.