Month: Sentyabr 2025

  • Vens: “ABŞ hökumətini şatdaun gözləyir”

    ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens sentyabrın 29-da Ağ Evdə Prezident Donald Trampla görüşdən sonra hökumətin fikir ayrılıqlarına görə fəaliyyətini dayandırmağa doğru getdiyini bildirib.

    Bu barədə TASS məlumat yayıb.

    “Düşünürəm ki, biz şatdauna doğru gedirik, çünki demokratlar düzgün hərəkət etmək istəmirlər. Ümid edirəm ki, onlar öz fikirlərini dəyişəcəklər, amma görərik”, – deyə o bildirib.

    Eyni zamanda, Vens demokratların bəzi təkliflərini ağlabatan hesab etdiyini etiraf edib. Vitse-prezident vurğulayıb ki, hökumətin maliyyələşdirilməsi dayandırılsa belə, administrasiya əsas xidmətlərin fəaliyyətini təmin etməyə çalışacaq.

    Daha əvvəl Tramp Konqresdəki respublikaçılar və demokratlar oktyabrın 1-dək maliyyələşdirmənin davam etdirilməsi ilə bağlı qanun layihəsi üzrə konsensusa gələ bilməsələr, şatdaun ehtimalının olduğunu bildirmişdi. Sentyabrın 19-da Senat federal hökumətin maliyyələşdirilməsini davam etdirmək üçün iki qanun layihəsini rədd edib.

  • Həbsdə olan həyat yoldaşına metamfetamin ötürmək istədi, qarşısı alındı

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

    Ədliyyə Nazirliyindən verilən xəbərə görə, məhkumla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşının əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindəki pul qabında gizlədilmiş bükülüdə 0.553 qram metamfetamin aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

    Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

  • Masallıda hamilə xəstəxanada ölüb

    Masallı rayonunda hamiləliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilən 32 yaşlı qadın ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

    Rayonun Avur kənd sakini 1993-cü il təvəllüdlü Afət Abbasova hamiləliyi ilə əlaqədar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda qəza törədən sürücü xəstəxanada ölüb

    Bakıda qəza törədən sürücü xəstəxanada ölüb.

    1998-ci il təvəllüdlü Aydın Nəcəfov Bilgəh qəsəbəsində hərəkətdə olarkən qəza törədib.
    Sürücü aldığı xəsarətlərdən xəsatəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
    Fakta görə cinayət işi başlanılıb.

  • FHN əhaliyə gözlənilən hava şəraiti ilə əlaqədar müraciət edib

    Milli Hidrometeorologiya Xidmətindən bildirildiyi kimi, bu gün axşamdan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

    Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
    Qeyd edilir ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur: “Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
    Həmçinin, leysan xarakterli yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
    Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır”.

  • Bakının bu qəsəbəsində qaz olmayacaq

    Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
    Bildirilir ki, “Yuxarı Buzovna” qaz xəttinin kipliyə sınaqdan keçirilməsi işləri ilə əlaqədar, sentyabrın 30-da saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz kəmərində qaz təchizatı dayandırılacaq.
    Qaz təchizatı dayandırılan müddətdə Buzovna qəsəbəsinin Ayna Sultanova, Dənizkənarı, Ruhulla Axundov və Əliağa Ağayev küçələrinin qaz təchizatında fasilə yaranacaq.

  • “Abşeron” ticarət mərkəzinin qarşısında ağır qəza – Ölənlər var

    Lökbatanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

    Hadisə Lökbatan qəsəbəsi ərazisində “Abşeron” ticarət mərkəzinin qarşısında baş verib.
    Belə ki, 1995-ci il təvəllüdlü Elməddin Abbasov, 1996-cı il təvəllüdlü Elxan Sadıxov idarə etdikləri avtomobillərin iştirakı qəza baş verib.
    Hadisə nəticəsində Elməddin Abbasov və sərnişin 1978-ci il təvəllüdlü Aynurə Xankişiyeva xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
    Fakta bağlı cinayət işi başlanılıb.

  • Əhaliyə yeni xəbərdarlıq – Bu günlərdə telefonla danışmayın

    Milli Hidrometeorologiya Xidmətindən bildirildiyi kimi, bu gün axşamdan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

     
    Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
    Qeyd edilir ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur:
    “Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
    Həmçinin, leysan xarakterli yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
    Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır”.

  • Məktəb avtobusları avtobus zolaqlarına daxil ola biləcəklər?

    Azərbaycanda oktyabrın 1-dən istifadəyə veriləcək məktəb avtobuslarının avtobus zolaqlarına daxil olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirilib.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məktəb avtobusları avtobus zolaqlarına daxil ola bilməyəcəklər.

    Məlumata əsasən, avtobus zolaqlarında yalnız müntəzəm avtobus marşrutları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər.

    Xatırladaq ki, bu gün elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq. O qeyd edib ki, layihə çərçivəsində ilkin mərhələdə təxminən 1 200 uşaq əhatə olunacaq.//azxeber.az

  • Əməkdar artist Cabir İmanovla vida mərasiminin yeri məlum olub

    Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a aktyorun sənət dostu Murad Dadaşov məlumat verib.

    O bildirib ki, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.

    Qeyd edək ki, Cabir İmanov sentyabrın 30-da günorta saatlarında vəfat edib.

    C.İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

    1992–2001-ci illərdə “Parni iz Baku” şən hazırcavablar klubunun üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən Hazırcavablar Klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən Hazırcavablar Klubu “Əsrin Çempionu” olub. 2001-ci ildən “Planet Parni iz Baku” Şən Hazırcavablar Klubu Teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

    Ailəli idi, 4 övladı var.