Month: September 2025

  • Azərbaycanla Ermənistandan bir-birilərinə ən yüksək xal – İlk dəfə (Video)

    “Silk Way Star” beynəlxalq musiqi layihəsində maraqlı anlar yaşanıb.

    Axşam.az xəbər verir ki, müsabiqədə Azərbaycanla yanaşı, Ermənistan, Gürcüstan, Malayziya, Qazaxıstan, Çin, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan, Özbəkistan, Cənubi Koreya kimi ölkələrin nümayəndələri iştirak edir. Azərbaycanı “Səs Azərbaycan” şousunun yarımfinalçısı, “Avroviziya 2024” milli seçimlərində iştirak edən Səbinə Zadə təmsil edir.

    Yarışmada Azərbaycanı münsif kürsüsündə təmsil edən müğənni Samirə Əfəndi səsvermə zamanı Ermənistan təmsilçisi Saro Gevorqyana ən yüksək – 10 xalı verib.

    Ermənistandan olan münsif Vrej Kirokosyan da öz növbəsində Səbinənin çıxışını 10 xalla qiymətləndirib.

    Səsverməyə əsasən Səbinə 104 xal toplayaraq yekun sıralamada 7-ci yerdə qərarlaşıb.

  • Ali məktəblərə aşağı bal toplayanlar 4 il sonra iş tapa bilirmi? (VİDEO)

    Bu il 155, 160, 177 balla dövlət universitetlərinə qəbul olanlar oldu. Bu tələbələr 4 il oxuyub, diplom alacaqlar, bəs sonra?

    Təhsil eksperti Kamran Əsədov deyir ki, ixtisas qrupları üzrə bu il ən aşağı ballar 1-ci və 2-ci ixtisas qruplarında olub. Onun sözlərinə görə, aşağı ballı ixtisasların bəziləri əmək bazarında çox ehtiyac olmayanlardır.

    Bəzi ixtisaslarda isə vəziyyət fərqlidir. Abituriyentlər bu il ən prestijli universitetlərin belə bəzi ixtisaslarına aşağı balla daxil olsalar da, 4 ildən sonra əmək bazarında əziyyət çəkməyəcəklər. Çünki bu ixtisaslara təlabat günü-gündən artır. Burada əsas problem isə təlabatın çox olduğu sahə üzrə peşəkar, savadlı kadrların yetirişdirilməsi ilə bağlıdır.

    Qeyd edək ki, “2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə 61 minə yaxın plan yeri ayrılmışdı. Həmin yerlərin 57 mini bakalavrlar tərəfindən tutulub.//Xəzər TV

  • Daha bir ölkə Fələstini tanımağa hazırlaşır

    Malta BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Fələstin dövlətini rəsmən tanıyacaq.

    Bu barədə Maltanın Baş naziri Robert Abela deyib.

    “Malta Fələstin dövlətini rəsmi olaraq tanıdığını Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında elan edəcək”, – deyə o bildirib.

    Baş nazir Fələstin dövlətinin tanınmasının tarixi hadisə olduğunu və Maltanın bölgədə sülhün əldə edilməsinə sadiq qaldığını vurğulayıb.

    Qeyd edək ki, daha əvvəl Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliya Fələstin dövlətini rəsmən tanıyıb.

  • Qalkin yarım milyonluq borca görə məhkəməyə verildi

    Rusiyalı yumor ustası, ölkəsində xarici agent elan edilmiş Maksim Qalkinin Moskvanın kommunal şirkətlərinə 500 min rubldan çox borcu yaranıb.

    “Mosenergosbyt” Qalkini buna görə məhkəməyə verib. Məlumata görə, bu borc Qalkin və həyat yoldaşı Alla Puqaçovanın villasındakı elektrik enerjisindən istifadəyə görə yaranıb. Rusiyanı tərk edən sənətçilər işıq pulunu ödəyə bilməyiblər və nəticədə 500 min rubldan çox borc yaranıb.

    Qeyd edək ki, sənətçilərin Moskvadakı malikanəsi baxımsızlıqdan yararsız vəziyyətə düşüb.

  • Azərbaycan Kubokunda yeni mövsümün tam təqvimi

    Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün tam təqvimi açıqlanıb.

    Peşəkar Futbol Liqasından bildirilib ki, birinci təsnifat mərhələsinin qarşılaşmaları oktyabrın 9-10-da keçiriləcək.

    Azərbaycan Kuboku

    1-ci təsnifat mərhələsi

    9-10 oktyabr, 2025-ci il

    1. “Göygöl” – “Şəmkir”

    2. “Sheki City” – “Araz Saatlı”

    3. “Qaradağ Lökbatan” – “Ağdaş”

    4. “Dinamo” – “Kür-Araz”

    5. “Ağstafa Gəncləri” – “Şirvan”

    6. “Quba” – “Xankəndi”

    2-ci təsnifat mərhələsi

    28-29 oktyabr, 2025-ci il

    7. “Səbail” – “Şamaxı”

    8. 1-ci cütün qalibi – “Baku Sportinq”

    9. “Karvan-Yevlax” – 2-ci cütün qalibi

    10. 3-cü cütün qalibi – “İmişli”

    11. “Qəbələ” – “Mingəçevir”

    12. “Cəbrayıl” – “Şəfa”

    13. “Şimal” – “Şahdağ Qusar”

    14. 4-cü cütün qalibi – “Turan Tovuz”

    15. “Kəpəz” – 5-ci cütün qalibi

    16. 6-cı cütün qalibi – “Difai”

    17. “Zaqatala” – “Sumqayıt”

    18. “Neftçi” – MOİK

    1/8 final

    2-3 dekabr, 2025-ci il

    19. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

    20. “Qarabağ” – 9-cu cütün qalibi

    21. 10-cu cütün qalibi – “Sabah”

    22. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

    23. 13-cü cütün qalibi – 14-cü cütün qalibi

    24. “Araz-Naxçıvan” – 15-ci cütün qalibi

    25. 16-cı cütün qalibi – 17-ci cütün qalibi

    26. “Zirə” – 18-ci cütün qalibi

    1/4 final, ilk oyunlar

    3-4 fevral, 2026-cı il

    27. 19-cu cütün qalibi – 20-ci cütün qalibi

    28. 21-ci cütün qalibi – 22-ci cütün qalibi

    29. 23-cü cütün qalibi – 24-cü cütün qalibi

    30. 25-ci cütün qalibi – 26-cı cütün qalibi

    Cavab oyunları

    3-4 mart, 2026-cı il

    31. 20-ci cütün qalibi – 19-cu cütün qalibi

    32. 22-ci cütün qalibi – 21-ci cütün qalibi

    33. 24-cü cütün qalibi – 23-cü cütün qalibi

    34. 26-cı cütün qalibi – 25-ci cütün qalibi

    1/2 final, ilk oyunlar

    2 aprel, 2026-cı il

    35. 27/31-ci cütün qalibi – 28/32-ci cütün qalibi

    36. 29/33-cü cütün qalibi – 30/34-cü cütün qalibi

    Cavab oyunları

    22 aprel, 2026-cı il

    37. 28/32-ci cütün qalibi – 27/31-ci cütün qalibi

    38. 30/34-cü cütün qalibi – 29/33-cü cütün qalibi

    Final

    13 may, 2026-cı il

    39. 35/37-ci cütün qalibi – 36/38-ci cütün qalibi.

  • Bakının məşhur bazarında söküntü İŞLƏRİ BAŞLADI – Video

    Bakının Dərnəgül Tikinti Bazarında söküntü işlərinə başlanılıb.

    Median.Az Azərbaycan Televiziyasına (AzTV) istinadən söküntünün başlamasını əks etdirən görüntüləri təqdim edir:

    Qeyd edək ki, Baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.

    Eyni zamanda ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib. Dərnəgül bazarının da məhz bu proses çərçivəsində söküləcəyi bildirilib.

  • 117 restoranda nöqsanlar aşkarlanıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 117 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

    Bu barədə AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

    Bildirilib ki, insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 7 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 4-ü tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 3-də isə müvafiq tədbirlər görülməkdədir.

    Sözügedən müəssisələrin siyahısı ilə link vasitəsilə tanış ola bilərsiniz.

  • Cəlilabadda ət satış məntəqəsində normativ tələblər pozulub

    Cəlilabad rayonu, Alar kəndində fəaliyyət göstərən sahibkara məxsus ət satış məntəqəsində normativ tələblər pozulub.

    Median.Az AQTA-ya istinadən xəbər verir ki, Əliyev Zahir Miri oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

    “Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçinin xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etmədiyi müəyyən olunub. Həmçinin sahibkarın qanunsuz kəsim fəaliyyəti göstərdiyi, baytarlıq ekspertizasından keçirilməyən, müvafiq müşayətedici sənədləri olmayan ətlərin satışa çıxarıldığı aşkarlanıb”, – məlumatda bildirilib.

    Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması və sağlamlaşdırma işlərinin görülməsi üçün vaxt verilib.

  • Bakıda ana azyaşlı oğlunu döyüb? – Açıqlama

    Baş Prokurorluğun sosial media səhifəsində paytaxtın Nərimanov rayon sakini Süleymanov Zeyqəm Muradəli oğlu özünə məxsus hesabdan prokurorluq orqanlarına ünvanladığı şikayətinə obyektiv baxılmamasına dair bir neçə dəfə məlumat paylaşıb.

    Baş Prokurorluqdan bildirilib ki, vətəndaş Z.M.Süleymanov dəfələrlə etdiyi şikayətlərində təkidlə keçmiş gəlininin öz azyaşlı övladına fiziki zor tətbiq edərək işgəncə verməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini tələb edib, lakin araşdırmalarla göstərilən faktlar təsdiq olunmayıb.

    Müvafiq qərar Baş Prokurorluq tərəfindən də öyrənilərək qanuni və əsaslı hesab edilib, vətəndaş dəfələrlə qəbul edilərək dinlənilib və ona qanunvericiliyin tələbləri ətraflı izah olunsa da, sonuncu israrla əsassız tələblərini davam etdirib.

  • Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ!

    Sentyabrın 23-də Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün imtahan keçirəcək.

    DİM-dən bildirilib ki, imtahan vermək üçün 1561 nəfər qeydiyyatdan keçib.

    İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50), həmçinin Gəncə regional bölməsində (Gəncə şəhəri, H.Əliyev meydanı) iki növbədə keçiriləcək. İmtahan 1 saat davam edəcək. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

    Namizədlər imtahana buraxılış vərəqəsini “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

    İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

    İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.

    “Yaddaş kitabçası” ilə DİM-in saytında tanış olmaq mümkündür. DİM imtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmağı xahiş edir.