Month: September 2025

  • Artıq dişə də döymə vurulur

    Diş döymələri Çində gənclər arasında populyarlıq qazanır.

    Tatu ustalarının fikrincə, bu, diş minasına zərər vermir.

    Maraqlısı budur ki, döymənin əsas üstünlüyü onun müvəqqəti xarakter daşımasıdır: daimi döymədən fərqli olaraq, onu sadəcə yenisi ilə əvəz etməklə asanlıqla çıxarıla bilər.

    Çoxları üçün bu, özünü ifadə etməyin yeni üsuluna çevrilib. Xoşbəxt nömrələr, sevilənlərin baş hərfləri və “pul qazanmaq” və ya “məqsədlərə çatmaq” kimi uğurlar gətirmək üçün nəzərdə tutulan ifadələr məşhurdur. Tələb o qədər artıb ki, bəzi stomatoloji klinikalar kronlarla pulsuz bonus kimi belə oyma təklif etməyə başlayıblar”, – mətbuatda qeyd olunub.

  • Sumqayıt və Xırdalandan Bakıya hər gün 100 min maşın gəlir

    “Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə, həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobusların sistemin əhatə dairəsinə daxil edilməsi nəzərdə tutulub”.

    Bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib.

    “Gün ərzində ətraf ərazilərdən Bakıya 300 mindən çox avtomobil daxil olur. Bunlardan 100 mindən çoxu Sumqayıt-Xırdalanın payına düşür. 200 min avtomobil isə ətraf ərazilərdən Bakı şəhərinə daxil olur”, – deyə A.Rzayev əlavə edib.

  • Rusiyada pomidor bahalaşır

    Rusiyanın milli pərakəndə satış şəbəkələrində pomidorun qiyməti qalxır.

    “Unikal” Rusiya KİV-ə istinadən xəbər verir ki, sentyabrın əvvəlindən etibarən pomidorun qiyməti 12,5 faiz artıb.

    Pomidorun orta qiyməti avqustun 31-də kiloqramı 151,9 rubl olduğu halda, sentyabrın 14-də 170,9 rubla yüksəlib.

    Qeyd edək ki, Rusiya münasibətlərin kəskinləşməsi fonunda Azərbaycandan pomidor idxalını azaltmışdı.

  • 7 azərbaycanlı tələbə Küveyt Universitetində təhsil alacaq

    2025/2026-cı tədris ilində Küveyt Dövlətinin ayırdığı təqaüd proqramı çərçivəsində 7 nəfər Azərbaycan Respublikası vətəndaşı Küveyt Universitetində təhsil almaq hüququ qazanıb.

    Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, yekun qərar nəticəsində seçilən tələbələr universitetin Dillər Mərkəzində birillik ərəb dili üzrə təkmilləşdirmə kursuna cəlb olunacaqlar.

    Qeyd edək ki, təqaüd çərçivəsində tələbələrin təhsil, yaşayış və beynəlxalq nəqliyyat xərcləri tam şəkildə Küveyt Dövləti tərəfindən ödəniləcək.

  • Sabunçuda qəza sıxlığa səbəb oldu

    Sabunçu rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən Hava limanı istiqamətində sıxlıq yaranıb.

    Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

  • В турецком городе Демре произошел взрыв, есть погибший и пострадавшие

    При взрыве на оптовом рынке в городе Демре турецкой провинции Анталья погиб один человек.

    Об этом сообщают турецкие СМИ со ссылкой на мэра города Фахри Дурана.

    “Жертвой взрыва стал один человек, трое пострадали. Причину мы пока не установили”, – скахзал он. По его словам, взрыв произошел в районе складов рынка.

    По данным телеканала NTV, пострадали четыре человека. Причина взрыва неизвесна.

  • Antalyada bazarda partlayış olub, yaralılar var

    Türkiyənin Antalya şəhərinin Demre rayonunda meyvə-tərəvəz topdansatış bazarında partlayış baş verib.

    Bu barədə NTV məlumat yayıb.

    Bildirilib ki, bazardakı müəssisələrdən birində qeydə alınan hadisə nəticəsində dörd nəfər yaralanıb. Bir nəfərin öldüyü bildirilsə də, hələ rəsmi şəkildə təsdiqlənməyib.

    Partlayışın baş vermə səbəbi hələlik məlum deyil.

    Əraziyə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.

  • Poliklinikalarda xəstəlik kitabçaları niyə elektron sistemə keçirilmir? – TƏBİB aydınlıq gətirdi

    Poliklinikalarda xəstəlik kitabçalarının elektron sistemə keçməməsi vətəndaşların haqlı narazılığına səbəb olub.

    Median.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə müzakirə aparılıb.

    “Kağız üzərində olan xəstəlik kitabçaları nə işə yarayır? Yəqin, bilirsiniz, o kitabçalar hər dəfə klinikalarda itir. Saatlarla gözləyirik, tapılmayandan sonra yenisi açılır və s. İndi özümü pis hiss edirəm. “Kartoçka bürokratiyası”nın əlindən poliklinikaya müraciət etməyə tərəddüd edirəm”, – deyə vətəndaş yazıb.

    Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 2023-24-cü illər ərzində Bakı şəhərində yerləşən 13 və 20 nömrəli uşaq poliklinikalarında həyata keçirilən “Ambulator tibbi kitabçaların elektronlaşdırılması” istiqamətində pilot layihənin uğurlu nəticələri nəzərə alınaraq Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan digər tibb müəssisələrində də ambulator kitabçaların elektronlaşdırılması prosesi davam etdirilir.

    “Artıq paytaxtın Yasamal rayonu ərazisində yerləşən 3, 16, 19, 39 nömrəli Şəhər Poliklinikaları, 2 nömrəli Qadın Məsləhətxanası, 1 və 5 nömrəli Tələbə Poliklinikaları, 5 və 10 nömrəli Uşaq Poliklinikaları, Nəsimi rayonu üzrə 5 və 20 nömrəli Şəhər, 1, 3 və 12 nömrəli Uşaq Poliklinikaları, 3 nömrəli Qadın Məsləhətxanası, Suraxanı rayonu üzrə Hövsan Sağlamlıq Mərkəzi, Binəqədi rayonunda isə 25 nömrəli Şəhər Poliklinikasında vətəndaşlara məxsus ambulator tibbi kitabçalarda olan məlumatlar əsasında data-baza formalaşdırılır.

    Bununla yanaşı, paytaxtın beş rayonu üzrə ilkin səhiyyə xidməti müəssisələrinə (Yasamal, Səbail, Nəsimi, Nərimanov və Binəqədi rayonları) optik xətlərin çəkilməsi prosesi artıq yekunlaşıb. Bu ilin sonunadək daha altı rayon üzrə (Qaradağ, Sabunçu, Suraxanı, Xəzər, Nizami, Xətai rayonları) poliklinikalarda optik xətlərin çəkilməsi prosesinin yekunlaşdırılması nəzərdə tutulub”, – deyə məlumatda bildirilir.

    Qeyd olunur ki, ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə həyata keçirilən bu proses ilkin tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinin qarşısının alınmasına, yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında vətəndaşların sürətli şəkildə müvafiq həkimə yönləndirilməsinə imkan verir.

    “Gələcəkdə ölkə üzrə vahid mərkəzləşdirilmiş sistemin yaradılması istiqamətində görülən bu tədbirlər icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən daha operativ və səmərəli istifadəni təmin edəcək”, – deyə məlumatda vurğulanır.

  • Azərbaycan paraüzgüçüsü Sinqapurda bürünc medal qazanıb

    Azərbaycan paraüzgüçüsü Raman Salei (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatının ikinci günündə bürünc medal qazanıb.

    Bu barədə “Report”a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

    İdmançı 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulunda 58.17 nəticə ilə üçüncü yeri tutub.

    Qeyd edək ki, R.Salei yarışın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanmışdı.

  • В Пакистане в результате авиаудара погибли 23 мирных жителей

    В отдаленном приграничном районе Пакистана в результате авиаудара погибли по меньшей мере 23 мирных жителя, среди них семь женщин и четверо детей.

    Как передает Median.Az со ссылкой на Al Arabiya, об этом сообщили местные источники.

    Согласно информации, бомбардировка разрушила четыре жилых дома.

    Район удара находится вблизи границы с Афганистаном и считается одним из опорных пунктов боевиков движения “Техрик-и-Талибан Пакистан” (ТТП), которое в последние месяцы активизировало нападения на силы безопасности.

    Сотрудник службы безопасности в Пешаваре, подтвердивший число погибших, сообщил, что в этом районе имеются “десятки укрытий ТТП”, где боевики проживают со своими семьями.