Month: September 2025

  • Baba onu döyən nəvəni bağışlamadı

    Gədəbəy rayonunun Söyüdlü kəndində babasını döyən şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 1996-cı il təvəllüdlü Orxan Məmmədov (soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxılıb.

    Məhkəmədə məlum olub ki, Orxan sərxoş vəziyyətdə adını daşıdığı babasının evinə gələrək, nalayiq söyüşlərlə təhqir edib və onu döyüb.

    Təqsirləndirilən şəxsin babası nəvəsi barəsində qanunda nəzərdə tutulmuş ağır tənbehin verilməsini xahiş edib.

    Məhkəmənin hökmü ilə Orxan barəsində 20 gün müddətində həbs növündə inzibati tənbeh təyin olunub.

  • FHN Qusar Mərkəzi Xəstəxanasını cərimələdi

    Qusar rayon Mərkəzi Xəstəxanası yenidən cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, mərkəzi xəstəxananın Qusar rayonunun Yuxarı Zeyxur kənd həkim məntəqəsində plan üzrə yoxlama aparılıb.

    Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafiə Xidməti tərəfindən məntəqədə aparılan yoxlama zamanı daxili elektrik naqillərinin izoliyasiyalarının gərginliyinə qarşı müqavimətlərinin ölçülməsi barədə mütəxəssis aktı tərtib edilməməsi, bina avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin edilməməsi faktı aşkarlanıb.

    Aşkarlanmış pozuntulara Qusar rayon Mərkəzi Xəstəxanası barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1 maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru İnzibati Xətalar Məcəlləsinin 518.1-сi maddəsi ilə təqsirli bilinərək 350 manat məbləğində cərimə edilib.

    Qeyd edək ki, son iki ildə “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə və onun tabeçiliyində olan tibb məntəqələrində mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlamalar aparılır və cərimələr tətbiq olunur.

  • Azərbaycanda 5,5 milyard dollarlıq müqavilələr imzalandı

    Azərbaycanda keçirilən I Beynəlxalq İnvestisiya Forumunun birinci günündə imzalanmış sənədlərin və layihələrin ümumi dəyəri 5,5 milyard ABŞ dollarından artıqdır.

    Bunu Forum çərçivəsində jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

    O bildirib ki, sabah, yəni Forumun ikinci günündə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda şirkətlərimiz tərəfindən həyata keçiriləcək iqtisadi və investisiya layihələrinə dair bir sıra digər mühüm sənədlər imzalanacaq.//APA

  • Bakı köhnə avtobuslardan nə vaxt xilas olacaq? – Ekspert

    “Bu gün Bakı şəhərində 2300 avtobus sərnişinlərə xidmət edir. Müvafiq qurumların bildirdiyinə görə, sərnişinlərin ehtiyacını tam ödəmək üçün 2800 avtobusa ehtiyac var”.

    Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıda avtobus daşıyıcılarının əksəriyyətinin köhnə nəqliyyatla xidmət göstərməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

    Eldəniz Cəfərov bu avtobusların bir qisminin öz ömrünü başa vurduğunu vurğulayıb:

    “Bir qismi isə hazırda müasir sərnişin daşımada istismara yaramayan avtobuslardır. Bunlar əsasən də özəl daşıyıcıların avtobuslarıdır. Artıq belə bir fikir var ki, köhnə avtobuslar Bakı şəhəri ərazisində xidmət göstərməsin. Onlar yeni, müasir, təhlükəsiz, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə əvəz olunsun. Bu məqsədə nail olmaq üçün artıq Prezidentin fərmanı ilə “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılacaq”.

    Eldəniz Cəfərov əlavə edib ki, sözügedən fonda müəyyən daxilolmalardan sonra orada cəmləşən maliyyə və digər dövlətin dəstəyi vasitəsi ilə vətəndaşlara keyfiyyətli xidmət göstərən daşıyıcılara müəyyən maddi yardım göstəriləcək:

    “Bunun müqabilində də artıq daşıyıcıların imkanı olacaq ki, onlar avtobus parklarını tam yeniləsinlər və tələb olunan avtobusları dövriyyəyə buraxsınlar. Köhnə avtobusları istismar edən və bugünkü müasir tələblərə cavab verməyən avtobusları olan daşıyıcılara bu yardım edilməyəcək. Bunu daşıyıcılar bilməlidir”.

    Eldəniz Cəfərovun fikirincə, onlar ya tez bir zamanda avtobus parkını yeniləməlidir, ya da öz fəaliyyətlərini başqa sahələrdə davam etdirməlidir.

    Bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, Bakıda avtobus daşıyıcılarının çoxu köhnə nəqliyyatla xidmət göstərir. Sədr bildirib ki, gündəlik sərnişindaşıma fəaliyyətinə 2300 avtobus cəlb edilir:

    “27 avtobus daşıyıcısının yalnız 5-i ümumi avtobus parkının 58%-nə sahibdir və istismar etdikləri avtobusların orta yaş həddi hazırda 7 il təşkil edir. Digər daşıyıcıların istismarında olan avtobusların orta yaş həddi isə 12 ildir”.

  • “Velosiped zolağı çəkiləndən nə kirayəhaqqını, nə də vergini ödəyə bilirik” – Video

    İctimai Televiziya Bakıda velosiped yollarının artması və şaxələndirilməsini tənqid edən süjet yayımlayıb.

    Süjetdə Bakıda çəkilən velosiped yollarının tıxac yaratdığı bildirilib.

    Qeyd olunub ki, dar yollarda çəkilən velosiped zolaqları avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, ətrafda yerləşən iş yerlərinin fəaliyyətini pozur.

    Velosiped yollarının əksər hallarda boş qaldığı həmçinin bu küçələrdə avtomobillərin park edilməsinin qadağan olunmasının sahibkarların gəlirlərinin azalmasına səbəb olduğu vurğulanıb.

    Parlament prospektində “coffee-shop” işlədən sahibkar İlkin İbrahimov deyib ki, velosiped zolaqlarının çəkilməsindən sonra müflisləşmək təhlükəsi ilə üzləşib: “Burada ümumiyyətlə velosiped sürülmür. Prospektin kənarını velosiped zolağı deyil, parkinq etsəydilər, daha yaxşı olardı. İş yerləri sayəsində büdcəyə vəsait daxil olardı. Həm də bu prospektdə zolaq əks tərəfdə – 20 nömrəli məktəb tərəfdə çəkilməli idi ki, şagirdlər də istifadə edə bilsin. Lakin bizim tərəfdə çəkilməsi bizə böyük zərər vurur”.

    Qeyd edək ki, İTV-nin süjeti insanyönümlü şəhər tərəfdarlarının narazılığına səbəb olub və onlar telekanalı tənqid ediblər.

    Daha ətraflı videomaterialda:

  • Gəlir vergisinə tətbiq edilən güzəşt bitir: İqtisadiyyat nə qazanıb, nə itirəcək?

    “Özəl sektorda gəlir vergisinə güzəşti ancaq iqtisadiyyatda neftdən gələn gəlirin çəkisi 50 faizə endirildikdən sonra ləğv etmək olar”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddətinin 2026-cı ilin yanvarın 1-də bitməsilə, onun uzadılmayacağı fonunda baş verə biləcəklərə aydınlıq gətirərkən deyib.

    “Ölkənin bəzi makroiqtisadi göstəriciləri var. Bizim hələ də 90 faiz civarında neft amilindən asılılığımız davam edir. Belə bir vəziyyətdə, özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəşti ləğv etməklə başladığımız işi yarımçıq qoyaraq geri çəkəcəyik”, deyə ekspert bildirib.

    Həmsöhbətimiz sözügedən güzəşt müddətinin artırılmasının tərəfdarıdır:

    “Həmin güzəştin müddəti 2026-cı ilin əvvəlində başa çatır. Düşünürəm ki, güzəşt müddətini 2030-cu ilə qədər uzatmalıyıq. Aydındır ki, vergi iqtisadiyyatın onurğa sütunudur. Ancaq gələcəkdə bundan daha çox mənfəət götürə biləcək mühit yarada biləcəyiksə, onu tətbiq etmək lazım deyil. ƏDV-nin geri qaytarılmasından milyondan çox insan istifadə edir. Bu isə gizli iqtisadiyyatın “ağarması” deməkdir. Vətəndaş ƏDV-dən onlara qaytarılan gəlirdə maraqlıdır. Özəl sektorda gəlir vergisinə tətbiq edilən güzəşti ancaq iqtisadiyyatda neftin payı 50 faizə endirildikdən sonra tətbiq etmək olar”.

    İqtisadçı düşünür ki, indiki halda həmin güzəştin ləğvi yenidən gizli iqtisadiyyatın baş qaldırmasına rəvac verəcək:

    “Həmin 14 faizlik vergini ödəməmək üçün sahibkarlar işçilərinə maaşları yenə də müxtəlif üsullarla ödəməyə keçəcəklər”.

    Qeyd edək ki, gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Bu güzəşt 2019-cu ildən tətbiq edilir. Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14 faiz vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14, ondan çox olan hissəsindən isə 25 faiz vergi tutulacaq.

  • В Азербайджане названы сроки открытия грузового аэропорта в Аляте

    Строительство международного аэропорта на территории свободной экономической зоны Алят завершится к концу следующего года, а открытие состоится в первом квартале 2027 года.

    Как сообщает Report, об этом заявил президент и генеральный директор авиакомпании Silk Way West Airlines Вольфганг Майер (Wolfgang Meier) в ходе первого Азербайджанского международного инвестиционного форума (AIIF 2025).

    “Строительство аэропорта в Аляте мы начали в конце 2023 года. Мы создадим целую экосистему грузовых авиаперевозок и логистики в зоне свободной торговли и свободной экономической зоне. И это станет огромным стимулом для экономики, для транспортной доступности, для развития логистического сектора в этой стране. Это будет “зеленый аэропорт”. На крышах будут установлены солнечные панели, обслуживающая техника будет работать на электричестве. Это будет аэропорт будущего, грузовой “зеленый аэропорт” с четырехкилометровой взлетно-посадочной полосой”, – добавил президент компании.

    В. Майер сообщил о планах Silk Way развивать интермодальные маршруты вдоль Среднего коридора.

    “Баку – наш стратегический узел. Это место, где встречается Восток и Запад, где мы соединяем людей со всего мира. Так называемый Средний коридор, как я его называю, всегда был “пасынком” среди транспортных маршрутов с Востока на Запад. В последнее время этот “пасынок” набрал обороты. И мы, как Silk Way, вдоль этого древнего Шелкового пути будем развивать не только маршруты “воздух-воздух”, что мы уже делаем, но и интермодальные маршруты: соединять сухопутные маршруты с воздушными, железнодорожные – с воздушными”, – сказал он.

    В. Майер отметил, что они планируют это делать посредством нового аэропорта, который Silkway Group строит для собственных грузовых перевозок.

    Отметим, что грузовой аэропорт займет территорию более 750 гектаров. На первом этапе его пропускная способность составит 500 тыс. тонн грузов в год, а в дальнейшем этот показатель планируется увеличить до 1,5 млн тонн.

  • Ələtdə hava limanının açılış tarixi açıqlanıb

    Ələt Azad İqtisadi Zonasında beynəlxalq hava limanının tikintisi gələn ilin sonunadək başa çatdırılacaq, aeroportun açılışı isə 2027-ci ilin birinci rübündə baş tutacaq.

    Bunu “Silk Way West Airlines” aviaşirkətinin prezidenti və baş icraçı direktoru Volfqanq Mayer Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) zamanı deyib.

    “Ələtdə hava limanının tikintisinə 2023-cü ilin sonunda başladıq. Azad ticarət zonası və azad iqtisadi zonada yüklərin aviadaşınması və logistikasının bütöv bir ekosistemi yaradacağıq. Bu, iqtisadiyyata, nəqliyyatın əlçatanlığına və bu ölkədə logistika sektorunun inkişafına böyük təkan verəcək. Bu, “yaşıl” hava limanı olacaq. Damlarda günəş panelləri quraşdırılacaq, xidmət avadanlığı isə elektriklə təchiz ediləcək. Bu, gələcəyin hava limanı, dörd kilometrlik uçuş-enmə zolağı olan yük daşınması üçün istifadə edilən “yaşıl” hava limanı olacaq”, – şirkət prezidenti əlavə edib.

    V.Mayer “Silk Way”in Orta Dəhliz boyunca intermodal marşrutların inkişaf etdirilməsi planlarını açıqlayıb.

    “Bakı strateji mərkəzimizdir. Bu, Şərqlə Qərbin qovuşduğu, dünyanın hər yerindən insanları birləşdirdiyimiz yerdir. Orta Dəhliz həmişə Şərq-Qərb nəqliyyat marşrutlarının “ögey övladı” olub. Son zamanlar bu “ögey uşaq” böyük populyarlıq qazanıb. Biz “Silk Way” olaraq bu qədim İpək Yolu boyunca təkcə “hava-hava” marşrutlarını yox, həm də intermodal marşrutları inkişaf etdirəcəyik; quru yollarını hava yolları ilə, dəmir yolu marşrutlarını isə hava yolları ilə birləşdirəcəyik”, – o söyləyib.

    V.Mayer qeyd edib ki, bunu “Silkway Group”un öz yüklərinin daşınması üçün inşa etdiyi yeni hava limanı vasitəsilə etməyi planlaşdırırlar.

    Qeyd edək ki, yüklərin daşınması üçün nəzərdə tutulan hava limanı 750 hektardan çox ərazini tutacaq. Birinci mərhələdə onun ötürücülük qabiliyyəti ildə 500 min ton yük təşkil edəcək, gələcəkdə isə bu rəqəmin 1,5 milyon tona çatdırılması planlaşdırılır.
    //report

  • Bakıda 50 yaşlı qadından 10 kq-lıq kist çıxarıldı (FOTO)

    Bakıda qadının uşaqlığından 10 kq ağırlığında kist çıxarılıb

    Qaynarinfo-nun məlumatlarına görə, özəl klinikalardan birində baş tutan əməliyyat bir saat çəkib.

    Qeyd edək ki, xəstə 50 yaşlı qadın olub.

    Həkimlərin bildirdiyinə görə, ağrıları olan qadın bir neçə həkimə müraciət edib və ona qarnına su yığılır deyərək, dioqnoz qoyulub. Ən son müayinələr zamanı isə qadının qarın boşluğunu götürən kist aşkarlanıb.



  • Monqolustandan gətirilən quzu əti keyfiyyətsizdirmi? – Ekspert

    “Neçə vaxtdır Monqolustandan Azərbaycana quzu əti gətirilir. Qiyməti ucuzdur, alanlar var, hələ ki, ondan ölüm faktı qeydə alınmayıb”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli son günlər Monqolustandan Azərbaycana gətirilən və satışı təşkil olunan quzu ətindən danışarkən deyib.

    Ekspert bildirib ki, Monqolustandan gətirilən quzu əti yerli heyvanların dadını vermir:

    “Ondan yaxşı kabab bişirmək olmur. Yoxlamaq üçün aldım, qoxusu, dadı çox fərqlidir. Əgər kimsə keyfiyyətli və sağlam ət almaq istəyirsə, yerli qoyunların ətini alsın. İnsan ət yeyəndə onun dadından ləzzət almalıdır. Ləzzət yoxdursa, onun orqanizmə faydası da yoxdur”.

    Vahid Məhərrəmli Qazaxıstanda quzu ətinin 12 manata satıldığını qeyd edib:

    “Azərbaycanda isə 22 manata satılır. Onlarda otlaq ərazilər daha böyükdür. Heyvanlar qısa müddətdə lazım olan çəkini alırlar, yemləmə ucuz başa gəlir. Ətin maya dəyəri ucuz olduğundan onlar rahatca əti sata bilir. Azərbaycanda örüş sahələri azdır, otun qiyməti bahadır. Ətin maya dəyərində otun, yemin qiyməti yüksəkdir. Ona görə də ət Azərbaycanda bahadır”.