Month: September 2025

  • “Azərbaycan Dəmir Yolları” ixtisarlara başlayıb – 150 nəfər işdən çıxarılıb

    “Azərbaycan Dəmir Yolları” (ADY) QSC ixtisarlara başlayıb.

    Median.Az Valyuta.az-a istinadən xəbər verir ki, yenidən qurulan yol infrastrukturu üzrə bir sıra ara stansiyalar ləğv edilir. Bunun nəticəsində həmin stansiyalarda çalışan işçilər ixtisar edilirlər.

    Məlumata görə, qərb, cənub və şimal istiqamətləri üzrə ümumilikdə 150 nəfərə yaxın işçi ixtisar edilib. Qeyd edilib ki, bəzi işçilər müəyyən digər işlərə yönəldilsələr də, böyük hissəsinə əməkhaqqının bir neçə misli təklif edilməklə öz ərizəsi ilə işdən çıxmaq təklif edilir. Buna razılaşmayanlar isə üç aylıq əməkhaqqı ödənilməklə müqavilələrinə xitam verilir.

    Qeyd edilir ki, yenilənmə prosesi çərçivəsində ADY-də ixtisarlar davam edəcək.

    Xatırladaq ki, rəsmi rəqəmlərə görə, ilin əvvəlində ADY-də 4 875 nəfər işçi çalışırdısa, 2025-ci ilin ilk yarısında 4 798 nəfərə enib. Başqa sözlə, ilin ilk yarısı üzrə ixtisar edilən işçi sayı 77 nəfər olub. Bu isə deyilənləri bir daha təsdiq edir.

  • Суд начал рассмотрение дела экстремистской группировки, планировавшей захват таможенного поста в Азербайджане

    В Бакинском суде по тяжким преступлениям состоялось подготовительное заседание по уголовному делу Фахреддина Шахмурова и Джалала Мурадова, обвиняемых в создании экстремистской группировки, планировавшей провокации, захват заложников и государственную измену. Расследование по данному делу проводила Служба государственной безопасности (СГБ) Азербайджана.

    Процесс прошел под председательством судьи Эльмина Рустамова. В ходе заседания были уточнены анкетные данные подсудимых.

    Обвиняемому Шахмурову, несмотря на получение им среднего образования на азербайджанском языке, был предоставлен переводчик лезгинского языка.

    Адвокат Мурадова подал ходатайство о замене меры пресечения в виде ареста на домашний арест для своего подзащитного. Однако гособвинитель выступил против изменения меры пресечения.

    Защитник Фахреддина Шахмурова потребовал возвращения дела органу, проводившему предварительное следствие. Основанием стало то, что во время расследования его подзащитный не был обеспечен переводчиком лезгинского языка, что является нарушением процессуальных прав.

    Ни одно из поданных ходатайств не было удовлетворено судом.

    Принято решение о передаче уголовного дела на судебное рассмотрение, при этом первое слушание назначено на 6 октября. Последующие заседания будут проходить в закрытом режиме.

    Согласно информации, распространенной СГБ, в результате комплексных оперативно-следственных мероприятий, проведенных СГБ, была разоблачена преступная организация, созданная гражданами республики – Фахреддином Шахмуровым (1984 г.р.), Джалалом Мурадовым (1960 г.р.), Кямраном Бабаевым (1998 г.р.) и другими лицами с целью совершения тяжких и особо тяжких преступлений против основ конституционного строя АР. Установлено, что члены группировки проводили тайные встречи на территории республики и создавали закрытые группы в соцсетях для подготовки к совершению диверсионных актов против государственных учреждений.

    На одном из секретных собраний, в которой также участвовал гражданин иностранного государства, был представлен флаг преступной организации. Шахмурову было поручено руководить разработкой планов и условий преступлений, которые будут совершены во имя целей организации.

    Фахреддин Шахмуров вместе с другими членами преступной группировки разработал план диверсии по захвату таможенного поста, расположенного на госгранице Азербайджанской Республики, с целью нанесения ущерба обороноспособности и экономической безопасности страны, а также захвата в заложники сотрудников и других лиц, находящихся там, для выдвижения требований преступной организации. Благодаря проведенным мероприятиям незаконные действия организованной группы были пресечены.

    Фахреддин Шахмуров привлечен к уголовной ответственности по статьям 28,282.2 (подготовка к диверсии организованной группой), 28,215.3 (подготовка к захвату заложников организованной группой), 218.1 (организация преступного сообщества (преступной организации) и 281.2 (публичные призывы, направленные против государства, совершенные неоднократно или группой лиц) Уголовного кодекса АР. Джалал Мурадов и Кямран Бабаев арестованы по статье 281.2. Также к следствию привлечены другие лица.

  • Gömrük postunu ələ keçirmək istəyən, DTX tərəfindən həbs olunan şəxslərin məhkəməsi başlayıb

    İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış, təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma yaratmaqda və dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Şahmurov və Calal Muradovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

    Təqsirləndirilən Fəxrəddin Şahmurovun orta təhsilini Azərbaycan dilində almasına baxmayaraq, ona ləzgi dilində də tərcüməçi təqdim olunub.

    Daha sonra Calal Muradovun vəkili vəsatət verərək müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş edib.

    Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməməsini təklif edib.

    Fəxrəddin Şahmurovun vəkili isə işin ibtidai istintaqı aparan orqana qaytarılmasını xahiş edib. O, buna əsas olaraq ibtidai istintaq dövründə müdafiə etdiyi şəxsin ləzgi dilində tərcüməçi ilə təmin olunmamasını göstərib, müvəkkilinin tərcüməçi ilə təmin olunmasını istəyib.

    Vəsatətlərin heç biri təmin edilməyib.

    Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib və ilk baxış iclası oktyabrın 6-na təyin edilib.

    Məhkəmənin növbəti prosesləri isə qapalı keçiriləcək.

    Qeyd edək ki, DTX-nin yaydığı məlumata görə, həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşları – 1984-cü il təvəllüdlü Fəxrəddin Hacı oğlu Şahmurov, 1960-cı il təvəllüdlü Calal Murac oğlu Muradov və digərlərinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsasları əleyhinə ağır və xüsusilə ağır cinayət əməlləri törətmək məqsədilə sövdələşib cinayətkar birlik yaratmaları, respublika ərazisində gizli görüşlər və sosial şəbəkələrdə müxtəlif qapalı qruplar təşkil edərək dövlət təsisatlarına qarşı təxribat əməlləri törətmələrinə hazırlıq görmələri təsbit edilib.

    Müəyyənləşdirilib ki, xarici ölkə vətəndaşının da iştirakı ilə təşkil olunmuş gizli toplantıda cinayətkar birliyin bayrağının hazırlandığı bəyan edilərək, birliyin məqsədləri naminə törədiləcək cinayətlərin plan və şərtlərinin işlənib hazırlanmasına rəhbərlik etmək üçün Fəxrəddin Şahmurova təqdim edilib.

    Fəxrəddin Şahmurov cinayət qruplaşmasının digər üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlayıb, lakin görülmüş tədbirlərlə mütəşəkkil dəstənin qanunsuz əməllərinin qarşısı alınıb.

    DTX tərəfindən Fəxrəddin Şahmurova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma), 274-cü (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar), 281-1.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributu nümayiş etdirmək məqsədilə saxlama və daşıma), 28, 282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), Calal Muradova isə AR Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə (təşkilatda) iştirak etmə), 281.2-ci (bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri yekun ittiham irəli sürülüb.
    //oxu.az

  • В Масаллы пропал восьмиклассник

    В Масаллы пропал школьник.

    Как передает Oxu.Az, местная жительница Кёнюль Тагиева 23 сентября обратилась с заявлением в Масаллинское районное управление полиции и сообщила о пропаже своего сына – Умида Тагиева (2011 г.р.), учащегося восьмого класса средней школы.

    Согласно заявлению, подросток покинул свой дом 22 сентября около 23:00 и с тех пор не возвращался.

    По данному факту проводится расследование.

  • Masallıda səkkizinci sinif şagirdi itkin düşdü

    Masallıda səkkizinci sinif şagirdi itkin düşüb.

    Oxu.Az-ın məlumatına görə, şəhər sakini Könül Sübhan qızı Tağıyeva sentyabrın 23-də ərizə ilə Masallı Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək oğlu, 2011-ci il təvəllüdlü, orta məktəbin səkkizinci sinif şagirdi Ümid Sübhan oğlu Tağıyevin sentyabrın 22-də saat 23 radələrində yaşadığı evdən çıxaraq itkin düşdüyünü bildirib.

    Faktla bağlı Masallı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.

  • Azərbaycanda işsiz qadınların sayı niyə artır? – Açıqlama

    Azərbaycanda işsiz şəxslərin sayı məlum olub. Bu il sentyabrın 1-nə olan məlumata görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 237 min nəfər təşkil edib. Onların 50,1%-ni qadınlar təşkil edib.

    Ötən ilin eyni dövründə isə işsizlərin sayı 222,8 min nəfər, qadınların payı isə 46% olub.

    Statistikaya əsasən, illik müqayisədə işsizlərin sayı 14 min 200 nəfər artıb ki, bu da 6,37% artım deməkdir. Eyni zamanda qadınların payında 4,1 faiz bəndi artım qeydə alınıb.

    İşsiz qadınların sayının artmasına səbəb nədir?

    Median.Az xəbər verir ki, mövzu barədə Bizim.Media-ya danışan iqtisadçı ekspert Akif Nəsirli deyib ki, işsiz qadınların sayının artmasının bir neçə əsas səbəbi ola bilər:

    “Son illər xidmət sektorunda (təhsil, səhiyyə, ictimai iaşə, ofis işləri və s.) ixtisarlar müşahidə olunur. Bu sahələrdə qadınların payı ənənəvi olaraq daha yüksəkdir. Pandemiyadan sonrakı dövrdə bərpa prosesində bir sıra sahələrdə kişilərin daha tez iş tapması, qadınların isə çətinliklərlə üzləşməsi mümkündür”.

    Ekspertin sözlərinə görə, işsizlər əvvəllər daha az qeydiyyata düşürdülər, indi işsiz kimi rəsmi qeydiyyata alınmaları da saya təsir edə bilər:

    “Dövlət Məşğulluq Agentliyində qeydiyyata düşənlərin bir hissəsi əslində əvvəldən işləmirdi, sadəcə rəsmi qeydiyyata keçmirdilər. Son illər hökumət sosial dəstək proqramlarını (işsizlik müavinəti, ictimai işlər layihələri) genişləndirdiyindən, xüsusilə qadınlar daha çox qeydiyyata düşməyə başlayıb”.

    O, bildirib ki, analıq məzuniyyəti və kənd yerlərində məşğulluq imkanlarının azalması da buna təsirsiz ötüşmür:

    “Qadınlar doğum və uşaq baxımı səbəbilə işdən uzaqlaşdıqdan sonra geri qayıtmaqda çətinlik çəkirlər. Hər il müəyyən sayda qadın analıq məzuniyyətindən sonra işsiz kimi qeydiyyata düşür.

    Əvvəllər kənd qadınları əsasən kənd təsərrüfatı ilə məşğul olurdu, amma mexanizasiyanın artması, torpaqla bağlı çətinliklər və gəlirin az olması onları işsiz statusuna keçirir. Yəni qadın işsizlərin sayının artması təkcə iqtisadi daralma ilə bağlı deyil, həm də rəsmi uçotun artması, sosial yardım mexanizmləri və struktur dəyişikliklər nəticəsində baş verib”.

  • Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər təqdim olundu – MƏHKƏMƏ

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 22-də davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili vəsatətlə çıxış edərək bildirib ki, məhkəmədə elan olunan sənədlərin çoxluğunu nəzərə alaraq, sübutların qismən tədqiqi həyata keçirilsin. Əgər hansısa epizod təqsirləndirilən şəxsin və müdafiəçinin marağında olarsa, o zaman məhkəməyə müraciət edilsin və həmin epizoda dair sübutlar tədqiq olunsun.

    Təqsirləndirilən şəxs Arayik Harutyunyan vəsatətlə razı olduğunu, digər müdafiəçilər və təqsirləndirilən şəxslər, dövlət ittihamçıları, zərərçəkmiş şəxslər və onların nümayəndələri də etiraz etmədiklərini bildiriblər.

    Hakim Zeynal Ağayev vəsatətin məhkəmə tərəfindən təmin edildiyini diqqətə çatdırıb.

    Sonra təqsirləndirilən şəxs Bako Sahakyanın vəkili çıxış edərək, müdafiə etdiyi tərəfin ifadələri ilə tanış olmaq üçün həmin sənədlərin surətlərinin təqdim olunmasını istəyib.

    Hakim bildirib ki, həmin sənədləri məhkəmə iclas katibi ilə əlaqə saxlayıb götürə bilərlər.

    Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib. Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

    1991-ci il avqustun 23-də Əsgəran rayonunun Cəmilli kəndində “UAZ” markalı avtomobilin atəşə tutulması faktı üzrə sənədin tədqiqi zamanı bildirilib ki, içərisində çoxsaylı sərnişin olan “UAZ” markalı avtomobilin ermənilər tərəfindən avtomat silahlardan atəşə tutulması nəticəsində N.F.Salahov, V.İ.Sadıxov və M.S.Abdullayeva həlak olub, çoxlu sayda sərnişin yaralanıb.

    Digər cinayət işi Ermənistan ordusu tərəfindən 1992-ci ilin fevralında Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin iri və kiçikçaplı silahlardan intensiv atəşə tutulması, ağır texnikalardan istifadə etməklə hər iki kəndə hücumla bağlı olub. Bu hadisələr nəticəsində Malıbəyli kənd sakinlərindən çoxlu sayda şəxs öldürülüb, bir neçə nəfər itkin düşüb, Quşçular kəndində isə bir neçə nəfər öldürülüb, çoxlu sayda şəxs isə girov götürülüb.

    Daha bir cinayət işi – 1991-ci il sentyabrın 8-də Xocavənd rayonunda “LAZ” markalı avtobusun atəşə tutulması faktı üzrə sənəd tədqiq olunarkən bildirilib ki, Kiş kəndinin fermasının yaxınlığında avtomat silahlarla silahlanmış ermənilər tərəfindən avtobusa açılan atəş nəticəsində bir neçə nəfər hadisə yerində ölüb, onlarla şəxs yaralanıb.

    Digər sənəd 1991-ci il noyabrın 4-5-də Qazax rayonunun Xeyrimli kəndinin silahlılar tərəfindən müxtəlif növ silahlardan atəşə tutulması ilə bağlı olub. Hadisə nəticəsində həmin kənd sakinlərindən çoxlu sayda şəxs həlak olub və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Təqsirləndirilən şəxs David Manukyan söz alaraq – “Ermənistan Respublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyanın (Baş nazir Nikol Paşinyan nəzərdə tutulur – red.) şahid qismində çağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinə qoşulmasını” məhkəmədən xahiş edib.

    Təqsirləndirilən şəxs David Babayan “ATƏT-in Minsk qrupunun həmsədrləri”nin, xüsusilə də səfir Anjey Kaspşikin, habelə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhkəməyə şahid qismində cəlb olunmasını hakimdən xahiş edib. “O adamlar bizi tanıyırlar və birbaşa əlaqədə olmuşuq. Onlar çox yaxşı şahid olarlar”, – deyə o əlavə edib.

    Təqsirləndirilən şəxs Davit İşxanyan vaxtilə Azərbaycan ərazilərində olmuş Rusiya sülhməramlılarının 6 generalının – general Muradov, general Kosabokov, general Anaşkin, general Volkov, general Lentsov və general Kulakovun şahid qismində cəlb olunmasını məhkəmədən xahiş edib.

    “Mənim onlara bir sıra suallarım var. Onlar burada olan 15 nəfərlə birbaşa və yaxud bilvasitə əlaqədə olublar. Yenidən təkrar edirəm: birbaşa və yaxud bilvasitə. Düşünürəm ki, məhkəmənin də onlara sualları olar. Əgər alınmasa belə, onların burada iştirakını videobağlantı vasitəsilə təmin edəsiniz”, – deyə o əlavə edib.

    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, hazırkı mərhələdə ittiham tərəfinin təqdim etdiyi sənədlər tədqiq olunur.

    Bundan başqa, adları qeyd olunan şəxslərlə bağlı isə qeyd edib ki, məhkəməyə dəvət olunması xahiş edilən həmin şəxslərin təqsirləndirilən şəxslərə verilmiş və hazırda məhkəmədə baxılan ittihamlarla əlaqəsi yoxdur.

    Odur ki, onların məhkəmədə şahid qismində və ümumiyyətlə hər hansı bir digər şəxs qismində dindirilməsinə zərurətin olmaması vurğulanıb. Qeyd olunanlara əsasən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.

    Məhkəmə iclasına sədrlik edən tərəfləri dinləyərək verilmiş vəsatətin rədd olunması haqqında qərar qəbul edib. Qərarı əsaslandıran zaman sədrlik edən qeyd edib ki, müdafiə tərəfi vəsatətdə hansı halların araşdırılması, bu halların ittihamla bağlılığı və s. əhəmiyyət kəsb edən halları göstərməyib.

    Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.

    1991-ci il noyabrın 20-də hərbi vertolyotun vurulması faktı üzrə elan olunan sənəddə bildirilib ki, hadisə zamanı aralarında Azərbaycanın Baş prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İsmət Qayıbov, müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə dövlət müşaviri, milis general-mayoru Məhəmməd Əsədov, Dövlət katibi Tofiq İsmayılov, Baş nazirin müavini Zülfü Hacıyev, Milli Məclisin deputatları Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini, general-mayor Saylal Serikov Dosumoviç, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, telejurnalist Alı Mustafayev və digərlərinin də olduğu 22 nəfər həlak olub. Xocavənd rayonunun Qarakənd kəndində hadisə yerinə baxış keçirilib, vertolyotun aparıcı vintinin qurtaracaq hissəsinin güllə deşmiş qırığı, vertolyotun güllə deşmiş qırıqları və s. aşkar edilib.

    Daha bir sənəd Əsgərova Salatın Əziz qızı və digərlərinin öldürülməsi faktı üzrə olub.

    1992-ci il yanvarın 28-də sərnişin helikopteri ilə bağlı sənəddə göstərilir ki, vertolyot Ermənistan silahlı qüvvələri tərəfindən raketlə vurulub. Nəticədə vertolyot torpaq yola çırpılaraq partlayıb, 42 nəfər ölüb.

    Xocalı soyqırımı ilə bağlı cinayət işinin sənədləri də diqqətə çatdırılıb. Bildirilib ki, hadisə yerinə baxış vertolyotla ərazinin üzərindən hərəkət etməklə keçirilib, bu zaman Xocalı şəhərində evlərin alovlar içərisində yandığı, şəhərin küçələrində təxminən 500-dək şəxsin meyiti, zədələnmiş və yandırılmış müxtəlif markalı avtomaşın və avtobuslar, küçələrdə Ermənistan silahlı qüvvələrinin hərbçilərinin piyada hərəkət etdikləri müşahidə edilib. Bu zaman həmin Ermənistan silahlı qüvvələri istintaq-əməliyyat qrupunun olduğu vertolyotu da avtomat silahlardan atəşə tutub.

    Sənədlərə əsasən, “Azərinform”un (indiki AZƏRTAC – red.) fotomüxbiri İlqar Cəfərov şahid qismində ifadəsində göstərib ki, 1992-ci il fevralın 26-da Xocalı faciəsinin törədilməsi barədə məlumatı alan kimi əraziyə gedib, martın 1-də səhər tezdən Ağdam şəhər məscidinin önündə Xocalı qırğınından xilas olan, oradan qaçarkən soyuqdan donmuş, yaralanmış dinc sakinlərin, erməni hərbçilər tərəfindən Xocalıda qətlə yetirilmiş yaxın adamlarının meyitlərini gözləyən insanların, gətirilən meyitlərin yaxın şəxslərinin faciəsini fotoşəkillərlə qeydə alıb.

    Şahid qismində dindirilmiş Baş fotoinformasiya redaksiyasının müxbiri Oqtay Məmmədov ifadəsində göstərib ki, 1992-ci il martın 3-də Bakı şəhərinin Təcili yardım xəstəxanasına gedərək Xocalıdan gətirilmiş yaralı şəxsləri fotoşəkillərini çəkib. Bunlardan hər iki valideyni qətlə yetirilmiş 8 yaşlı Xatirə Orucovanın, gözlərinin qarşısında 2 qardaşı qətlə yetirilmiş 18 yaşlı Xuramanın, Ermənistan silahlı qüvvələrinin atəşlərindən qaçarkən Naxçıvanlı kəndi yaxınlığındakı meşədə qarlı ərazidə ayaqlarını don vurmuş 13-14 yaşlı Mübariz Həmidovun və Mübariz Mahmudovun şəxsiyyətini yadda saxlasa da, qalan şəxslər barədə məlumatı olmayıb.

    Habelə şahid qismində dindirilmiş “Azərinform”un Fotoxronika bölməsinin baş redaktoru Mixail Çanurovun, “Ostankino” Teleradio şirkətinin Azərbaycan Respublikasında müxbir məntəqəsinin müdiri Mais Məmmədovun da ifadələri elan edilib.

    Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiət olunub.

    Dövlət ittihamçısı Fuad Musayev vəsatətlə çıxış edərək, məhkəmə iclasında 1991-1992-ci illərdə baş verən cinayət hadisələri tədqiq edildiyinə görə, Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mətbuata müsahibəsinin sübut kimi tədqiq olunmasını xahiş edib.

    Hakim dövlət ittihamçısının vəsatətini təmin edib.

    Məhkəmə prosesinin gedişində təqsirləndirilən şəxs Davit İşxanyan vəkili ilə konfidensial görüş üçün imkan yaradılmasını istəyib.

    Məhkəmə vəsatəti təmin edib.

    Konfidensial görüşdən sonra təqdim olunan videomüsahibədə M.Qriqoryan Azərbaycan dövlətinə və xalqına qarşı törədilmiş cinayətlərdə iştirak etdiyini söyləyir. O, müsahibəsində rəhbərlik etdiyi cinayətkar təşkilatın fəaliyyətindən, onun üzvlərinin silahlanaraq Azərbaycan ərazilərinə göndərilməsindən də danışır. “Hətta onları yoldan oğurlayırdıq, tuturduq, döyürdük, qorxudurduq ki, gəlməsinlər… Ağbulaq məktəbində həm erməni, həm də türklər birlikdə idilər, böyük məktəb idi. Biz məktəblərdə uşaqlarla işləyirdik ki, türkləri döysünlər…”, – kimi ifadələr səsləndirən M.Qriqoryan müsahibəsində qeyd edir ki, “hər şeyi bilərək, yəni biz idarə edirdik…”.

    Məhkəmə prosesi sentyabrın 25-də davam etdiriləcək.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Москва подверглась атаке дронов

    На Москву совершена атака беспилотниками.

    Об этом заявил мэр российской столицы Сергей Собянин в своем телеграм-канале.

    “Противовоздушная оборона Министерства обороны отражает атаку беспилотных летательных аппаратов на Москву”, – написал он.

    Он также подчеркнул, что все экстренные службы находятся на месте происшествия. В связи с инцидентом воздушное пространство над городом закрыто.

  • Moskvaya PUA hücumu olub

    Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.

    Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

    “Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi Moskvaya pilotsuz təyyarələrin hücumunu dəf edir”, – Sobyanin teleqram kanalında yazıb.

    O, həmçinin vurğulayıb ki, bütün fövqəladə xidmətlər yerindədir.

  • Dünyanın ən çox zirehli maşını olan ölkələri – TOP-10

    Dünyanın ən böyük zirehli maşın parklarına malik ilk 10 ölkə açıqlanıb.

    Siyahını “Global Firepower” dərc edib. Siyahıda tanklardan zirehli personal daşıyıcılarına qədər maşınlar yer alıb:

    1. ABŞ – 396 min 603

    ABŞ 391 min 963 zirehli maşını ilə ən çox döyüş maşınına malik ölkə olub. Bunların arasında minlərlə “Stryker”, “Bradley”, MRAP maşını və 4 min 640 “M1 Abrams” kimi əsas döyüş tankı var.

    2. Hindistan – 152 min 795

    Hindistanın 148 min 594 zirehli personal daşıyıcısı və 4 min 201 tankı var. Bunların başında Rusiya istehsalı T-72 və T-90 əsas döyüş tankları gəlir. Mexanikləşdirilmiş dəstək üçün Arjun və BMP-2 piyada döyüş maşınları kimi yerli tanklar da mövcuddur.

    3. Çin – 150 min 817

    Çin, 44.017 zirehli personal daşıyıcısı və 6 min 800 tankla üçüncü yerdə qərarlaşıb. Parkında “Type-96” və “Type-99” əsas döyüş tankları ilə müasir ZBD-04 zirehli personal daşıyıcıları var.

    4. Rusiya – 137 min 277

    Rusiya əsasən T-72, T-80 və T-90 modellərindən ibarət olmaqla, 131.527 ZPD (Zirehli Personal Daşıyıcısı) və 5.750 tank olmaqla cəmi 137.277 zirehli maşına malikdir. BMP-3 piyada döyüş maşınları və müasir BTR seriyalı ZPD-lərlə təchiz olunmuş Rusiya, quru qoşunları üçün güclü bir park yaradıb.

    5. Fransa – 111 min 147

    Fransa, Avropa və dənizaşırı missiyalarda hərəkət qabiliyyəti, modulluq və sürətli yerləşdirməyə üstünlük verərək, “Leclerc” əsas döyüş tankları, VBCI piyada döyüş maşınları və təkərli VAB zirehli personal daşıyıcıları olmaqla, 110.932 ZPD və 215 tanka malikdir.

    6. Almaniya – 83 min 556

    Almaniya, zirehli maşınlarının 99.4%-ni “Fuchs” və “Boxer” kimi zirehli personal daşıyıcılarının yanında “Puma” və “Marder” kimi piyada döyüş maşınlarının təşkil etdiyi güclü bir quru qoşununa malikdir. Bir zamanlar “Blitzkrieg” (İldırım müharibəsi) ilə məşhur olan Alman qüvvələri hal-hazırda mərkəzində “Leopard 2” əsas döyüş tankları olan 296 tanka malikdir.

    7. İtaliya – 73 min 680

    İtaliya, 73.480 zirehli personal daşıyıcısı və 200 “Ariete” əsas döyüş tankına malikdir. Bunlar, NATO qüvvələrinin 2003-2004-cü illərdə İraqdakı əməliyyatı zamanı geniş şəkildə yerləşdirilib.

    8. İran – 67 min 538

    İran, 65 min 825 ZPD və 1.713 tank olmaqla cəmi 67 min 538 zirehli maşın saxlayır. Tankların çoxu T-72 kimi Sovet istehsalıdır; həmçinin “Zülfiqar” kimi yerli tanklar da mövcuddur. ZPD-lərin çoxu yerli istehsaldır.

    9. Türkiyə – 63 min 411

    Türkiyə, “Leopard 2A4” və M60 əsas döyüş tankları da daxil olmaqla, 61.173 zirehli personal daşıyıcısı və 2.238 tanka malikdir. Yerli istehsal ACV-15 zirehli personal daşıyıcıları, “Otokar” zirehli maşınları və “Altay” tankları da xidmətə girir.

    10. Yunanıstan – 63 min 232

    Yunanıstan, çoxu “Leopard 2” və “Leopard 1” olmaqla, 61 min 888 zirehli personal daşıyıcısı və min 344 tankın yanında BMP-1 piyada döyüş maşınları və “Leonidas” zirehli personal daşıyıcılarına malikdir.
    //qaynar.az