Month: September 2025

  • “JOY Travel” şirkətinin rəhbərlərindən biri həbs edildi

    “Bir neçə gün öncə Xətai rayon Prokurorluğunda “JOY Travel” şirkəti barəsində cinayət işi açılmışdı. Hazırda əlavə şəxslərdən də şikayətlər var”.

    Bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov sosial şəbəkədə canlı yayımda deyib.

    “Biz dərhal müraciətlərə cavab vermişik. Şirkətin rəhbərlərindən biri barəsində həbs qətimkan tədbiri seçilib. İttihamın mahiyyətini təqsirsizlik prezumpsiyasına uyğun olaraq açıqlamırıq. Digər şəxslərin faktiki iştirakı ilə bağlı isə araşdırma aparılır və sonda hüquqi qiymətləndiriləcək”, deyə bildirib.

  • 3 aydan sonra hərbi xidmətə gedəcəkmiş – Yeniyetmənin meyiti tapıldı

    Tovuzda evdən yeniyetmə oğlanın meyti tapılıb.

    “Unikal”ın məlumatına görə, hadisə rayonun Kirən kənd inzibati ərazi dairəsinin tabeliyində olan Qalaboyun kəndində baş verib. Belə ki, kənd sakini olan 2008-ci il təvəllüdlü İsmət Qismət oğlu Nağıyevin ailə üzvüləri yaşadığı evin həyətində olan çardağın altından meyitini tapıblar. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

    Məlumta görə, İ.Nağıyev 3 aydan sonra hərbi xidmətə gedəcəkmiş. Mərhumun bir müddət əvvəl atası da rəhmətə gedib.

    Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

  • Rusiya məhkəməsi azərbaycanlı iş adamını cinayətdə təqsirli bilib?

    Sverdlovsk vilayət məhkəməsi 2000-ci ildə biznesmen Aleksey Zubakini öldürməkdə təqsirləndirilən azərbaycanlı iş adamı Nəsimi Məmmədov barəsində çıxarılan bəraət hökmünü növbəti dəfə ləğv edib.

    “Unikal” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Olesya Bortnikova məlumat yayıb.

    Məlumata görə, məhkəmə Məmmədovu “Atomrudmet”in sahibi Aleksey Zubakinin qətlində təqsirli bilib.

    Belə ki, qətl 2000-ci il dekabrın 21-də Aleksey Zubakin evinin qarşısında baş verib. Bu zaman onun yanında biznes ortağı Dmitri Deyçi də olub. Naməlum şəxs iki tapança ilə iş adamını güllələyib.

    Biznesmen 2 gün sonra xəstəxanada dünyasını dəyişib. Deyç cinayət işində şahid qismində dinlənilib. Məlumata görə, o təkcə Zubakinin ortağı deyilmiş, həm də onlar ailəvi dost olublar. Alekseyin ölümündən sonra Deyç biznesin yeganə sahibi olub. 2022-ci ilin martında təhlükəsizlik qüvvələri mütəşəkkil cinayətkar qruplaşmanın keçmiş lideri Mixail Kloku, Dmitri Deyçi və Nəsimi Məmmədovu saxlayıb.

    İstintaqa görə, Deyç ortağının Mixail Klok tərəfindən öldürüldüyünü etiraf edib. Mixail Klok isə qatilin onun keçmiş sürücüsü Nəsimi Məmmədov olduğunu bildirib.

    Nəsimi Məmmədov cinayətdə iştirakını qəti şəkildə inkar edib. Məhkəmə Məmmədovun hər iki əli ilə atəş açmaq üçün lazımi bacarıqlara malik olmadığını iddia edib. Üstəlik, cinayət baş verən gün o, xəstəxanada olub. Bu, tibbi qeydlərlə təsdiqlənib.

    2023-cü ildə Deyç xəstəlikdən ölüb. Məhkəmə isə Məmmədovu təqsirsiz hesab edib. Prokurorluq hökmdən apellyasiya şikayəti verib, lakin məhkəmənin ikinci raundunda – 29 mart 2024-cü ildə Məmmədov yenidən təqsirli bilinməyib. İyunun 11-də yeni məhkəmə prosesi başa çatıb.

    Buna baxmayaraq, vilayət prokurorluğu hökmdən yenidən apellyasiya şikayəti verib. Sentyabrın 17-də Sverdlovsk vilayət məhkəməsi bəraət hökmünü qüvvədə saxlayıb. Klokun işi ayrıca icraata ayrılıb.

    Hakimlər Məmmədovu təqsirsiz hesab etsələr də, prokuror hökmü ləğv etməyə çalışıb və iş yenidən məhkəmə baxışına qaytarılıb.

  • Trampın qızıldan heykəli qoyuldu

    ABŞ-də Kapitolinin yaxınlığında əlində bitkoin tutan prezident Donald Trampın qızıldan hazırlanmış heykəli qoyulub.

    Bu barədə ABC 7 telekanalı məlumat yayıb.

    3,6 metrlik heykəlin yaradılması və quraşdırılması kriptovalyuta investorları tərəfindən maliyyələşdirilib.

    Heykəlin müvəqqəti olaraq orada qalacağı deyilir.
    //unikal.az

  • Азербайджан начал поставки бензина AI-92 в Афганистан

    Азербайджан в январе-июле 2025 года экспортировал 5 тыс. 407,81 тонн автомобильного бензина марки AI-92 на $3 млн 532 тыс.

    Об этом сообщили в Госкомитете по статистике.

    Основной объем экспорта пришелся на Афганистан – 2 тыс. 297,68 тонн на $1 млн 631,35 тыс. Весь объем был поставлен в июле.

    В Грузию было поставлено в отчетный период 1 тыс. 93,57 тонн на $803,77 тыс., в Турцию – 2 тыс. 16,56 тонн на $1 млн 96,88 тыс.

    В 2024 году экспорт бензина AI-92 из Азербайджана не осуществлялся.

    Последний раз бензин этой марки экспортировался из Азербайджана в 2021 году – тогда 44,94 тонны на $27,98 тыс. было поставлено в Грузию.

    В Азербайджане бензин марки AI-92 производится на Бакинском нефтеперерабатывающем заводе им. Гейдара Алиева. С лета 2024 года завод начал выпуск бензина Premium Euro-95.

  • Azərbaycan Əfqanıstana “AI-92” markalı benzinin tədarükünə başlayıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycan 3 milyon 532 min ABŞ dolları dəyərində 5 min 407,8 ton “AI-92” markalı avtomobil benzini ixrac edib.

    Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

    İxracın əsas həcmi Əfqanıstanın payına düşüb – bu ölkəyə iyulda 1 milyon 631,35 min ABŞ dolları dəyərində 2 min 297,7 ton benzin tədarük edilib.

    Hesabat dövründə Gürcüstana 803,8 min ABŞ dolları dəyərində 1 min 93,6 ton, Türkiyəyə isə 1 milyon 96,9 min ABŞ dolları dəyərində 2 min 16,6 ton benzin tədarük edilib.

    2024-cü ildə Azərbaycan “AI-92” markalı benzin ixrac etməyib.

    Sonuncu dəfə Azərbaycandan 28 min ABŞ dolları dəyərində 44,9 ton “AI-92” markalı benzin 2021-ci ildə Gürcüstana ixrac edilib.

    Azərbaycanda “AI-92” markalı benzin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur. Zavod 2024-cü ilin yayından “Premium Euro-95” markalı benzininin istehsalına başlayıb.

  • Жертвами удара РФ по украинской Константиновке стали пять человек

    В результате удара ВС РФ по украинскому городу Константиновка в Донецкой области погибли 5 человек.

    Об этом сообщает Интерфакс-Украина со ссылкой на Донецкую областную прокуратуру.

    “Пятеро горожан в возрасте от 62 до 74 лет получили смертельные ранения. Трое мужчин и две женщины во время обстрела находились на улице”, – говорится в сообщении.

    Согласно информации, в зоне поражения повреждения получили также фасады четырех многоквартирных домов.

  • Rusiya Ukraynaya zərbə endirib, beş nəfər həlak olub

    Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətindəki Konstantinovka şəhərinə endirdiyi zərbə nəticəsində 5 nəfər həlak olub.

    Bu barədə “İnterfaks-Ukrayna” Donetsk vilayət prokurorluğuna istinadən məlumat yayıb.

    “Beş nəfər ölümcül yaralanıb. Atəş zamanı üç kişi və iki qadın küçədə olub”, – məlumatda bildirilib.

    Qeyd edilib ki, zərbə zonasında dörd binanın fasadı zərər görüb.

  • Захарова: Пограничный корабль ФСБ России зайдет в порт Баку на следующей неделе

    Пограничный сторожевой корабль ФСБ России зайдет в порт Баку 23 сентября и пробудет там до 25 сентября, в программе предусмотрены контакты по линии пограничных служб двух стран.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом в ходе брифинга заявила официальный представитель МИД РФ Мария Захарова.

    “23-25 сентября состоится заход пограничного сторожевого корабля “Расул Гамзатов” ФСБ России в порт Баку. Визит осуществляется в рамках утвержденных планов двустороннего сотрудничества. Программа посещения предусматривает контакты по линии пограничных служб России и Азербайджана для обсуждения вопросов двустороннего сотрудничества, прежде всего в акватории Каспийского моря”, – сказала она.

    Она подчеркнула, что визит российских пограничников в столицу Азербайджана свидетельствует о взаимном настрое на продолжение взаимодействия в сфере безопасности и укрепления практического сотрудничества в Каспийском регионе.

  • Zaxarova: Rusiyanın sərhəd gəmisi gələn həftə Bakı limanına daxil olacaq

    Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd gözətçi gəmisi sentyabrın 23-də Bakı limanına daxil olacaq və sentyabrın 25-dək orada qalacaq.

    Median.Az-ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumatına görə, bu barədə brifinq zamanı bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

    O qeyd edib ki, proqramda iki ölkənin sərhəd xidmətləri arasında əlaqələr nəzərdə tutulub:

    “Sentyabrın 23-25-də Rusiya FTX-nin “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına daxil olacaq. Səfər ikitərəfli əməkdaşlığın təsdiqlənmiş planları çərçivəsində həyata keçirilir. Səfər proqramında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Rusiya və Azərbaycan sərhəd xidmətləri arasında əlaqələr nəzərdə tutulub”.

    M.Zaxarova vurğulayıb ki, rusiyalı sərhədçilərin Azərbaycanın paytaxtına səfəri təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə və Xəzər regionunda praktiki əməkdaşlığın gücləndirilməsinə qarşılıqlı istəyin olduğunu göstərir.