Month: September 2025

  • “Oleq Bakinski”nin şikayəti təmin olunmayıb

    Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçer barəsində olan hökmdən apellyasiya şikayəti və protestə baxılıb.

    Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərin nümayəndəsi Samir İsayev çıxış edib.

    O bildirib ki, təqsirləndirilən şəxslərə verilən cəza yüngül olub və cəzanın artırılmasını istəyib.

    Nümayəndə həmçinin maddi və mənəvi zərərlə bağlı mülki iddialarının təmin olunmasını xahiş edib.

    Daha sonra çıxış edən prokuror Murad Vəliyev deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Kuçer Konstantin Antonoviçə aid hissədə hökmü dəyişdirilməlidir.

    Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə yanaşı, 178.4 (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə də təqsirləndirilməlidir.

    Bundan sonra hakimlər heyəti müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər heyəti qərarı elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin müdafiəçilərinin, həmçinin zərərçəkmiş şəxslərin nümayəndəsinin apellyasiya şikayətləri, dövlət ittihamçısının apellyasiya protesti təmin olunmayıb.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Bakinskinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.

    Digər təqsirləndirilən Konstantin Kuçerə isə ittiham olunduğu maddələrdən biri – Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə bəraət verilib. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və qəti olaraq ona 2 il 6 ay cəza təyin olunub.

    Konstantin Kuçerin “Günay Bank”dakı hesabına qoyulmuş həbs götürülüb.

    Qeyd edək ki, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş “Günay Bank”da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı V.Zaxarenko vəsaiti götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.

    Oleq Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən “Babək Plaza”da görüşüblər. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar. Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb.

    Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti və “Promyshlennye Postavki Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

    O. Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub. O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır. O. Krapivin Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.

    Sonuncu eyni zamanda məcəllənin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılır.

  • Эйфелеву башню закрыли из-за забастовки

    Эйфелева башня – главный туристический объект Парижа – закрыта для посетителей в четверг из-за забастовок.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом говорится в уведомлении, опубликованном на официальном сайте монумента.

    “В связи с общенациональной забастовкой 18 сентября Эйфелева башня в настоящий момент закрыта”, – отмечается в тексте.

    В то же время площадь под башней остается открытой для посетителей до 21:00.

    Во Франции 18 сентября проходит общенациональная забастовка в знак протеста против предложенных правительством мер жесткой экономии. Власти ожидают, что по всей стране в манифестациях примут участие около 900 тыс. человек. Для обеспечения порядка МВД задействует более 80 тыс. полицейских и жандармов, а также бронетехнику и беспилотники.

    В Париже марш начнется во второй половине дня, тогда как в Лионе, Нанте и Ницце акции проходят с самого утра и уже сопровождались столкновениями с полицией.

  • Eyfel qülləsi bağlanıb

    Parisin əsas turizm obyekti olan Eyfel qülləsi tətillər səbəbindən bu gün ziyarətçilər üçün bağlanıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə abidənin rəsmi saytında dərc edilmiş bildirişdə deyilir.

    “Sentyabrın 18-də ümummilli tətillə əlaqədar olaraq Eyfel qülləsi bağlıdır”, – məlumatda qeyd olunur.

    Eyni zamanda, qüllənin altındakı meydan ziyarətçilər üçün saat 21:00-dək açıq qalacaq.

  • В Нахчыване установят памятник архитектору Аджеми Нахчывани

    Президент Ильхам Алиев подписал Распоряжение о возведении памятника архитектору Аджеми в Нахчыване.

    В соответствии с распоряжением Кабинет министров Нахчыванской Автономной Республики совместно с Министерством культуры Азербайджанской Республики должен обеспечить осуществление мероприятий, связанных с возведением памятника Аджеми Нахчывани.

  • Naxçıvanda Memar Əcəminin abidəsi ucaldılacaq

    Prezident İlham Əliyev Naxçıvanda Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb.

    Dövlət başçısnın imzaladığı sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

  • Teymur Rəcəbov Bakıda “Formula 1” pilotları ilə şahmat oynayıb

    Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda “Formula 1” pilotları Lyuis Hemilton və Şarl Leklerlə görüşüb.

    Təcrübəli qrossmeyster “Ferrari” komandasının üzvləri ilə şahmat da oynayıb.

    T.Rəcəbov onlara şahmat təsviri olan xalça hədiyyə edib.

    Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında təşkil olunacaq.
    //report

  • В Азербайджане выявлено 42 новых случая ВИЧ-инфекции среди наркозависимых

    За период с января по август ткущего года в Азербайджане зарегистрировано 42 новых случая заражения ВИЧ-инфекцией среди потребителей инъекционных наркотиков, что составляет 5% от общего числа выявленных случаев.

    Об этом говорится в отчете Государственной комиссии по борьбе с наркоманией и незаконным оборотом наркотических средств.

    В рамках программы заместительной терапии метадоном 740 пациентов получают лечение в трех специализированных центрах страны:

    – 285 человек проходят терапию в Республиканском наркологическом центре;

    – 321 пациент получает помощь в Центре по борьбе со СПИДом;

    – 134 человека лечатся в Сумгаитском наркологическом центре.

    По данным Республиканского центра по борьбе со СПИДом, в стране наблюдается снижение числа новых случаев заражения ВИЧ среди наркозависимых.

  • Yanvar-avqust aylarında İİV-ə yoluxan 42 nəfər narkotik istifadəçisi olub

    Bu ilin avqust ayının sonuna kimi aşkarlanmış İnsanın immunçatışmazlığı virusuna (İİV) yoluxmuş Azərbaycan vətəndaşları arasında 42 (5%) nəfər inyeksion narkotik istifadəçiləri olub.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

    Bildirilib ki, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 285, QİÇS-lə Mübarizə Mərkəzində 321, Sumqayıt Narkoloji Mərkəzində 134 nəfər) 740 xəstə müalicə alır.

    Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İİV-ə yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

  • В Азербайджане за 8 месяцев у иностранцев изъято более 900 кг наркотиков

    В Азербайджане в январе–августе этого года к уголовной ответственности за незаконный оборот наркотиков привлечены 3614 человек, включая 67 иностранных граждан.

    Об этом говорится в обзоре Государственной комиссии по борьбе с наркоманией и незаконным оборотом наркотиков.

    Среди привлеченных к ответственности 115 женщин.

    У иностранных граждан изъято свыше 900 кг различных наркотических средств и психотропных веществ, а также около 272 г конопли.

  • Ötən səkkiz ayda narkotiklərlə bağlı 3614 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 67-si əcnəbidir

    Bu ilin yanvar-avqust aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 3614 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

    Bildirilib ki, həmin şəxslərdən 3499-u kişi, 115-i qadın olub.

    Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 67 xarici ölkə vətəndaşından ümumilikdə 900 kq 251,475 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb.

    Məlumatda qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1296, qanunsuz satış ilə bağlı faktların sayı 410, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 846, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 38 bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 2, qaçaqmalçılıqla bağlı faktların sayı 4, qrup halında olan cinayətlərin sayı 53 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 211 nəfər azalıb.