Month: September 2025

  • Суд над обвиняемыми в военных преступлениях гражданами Армении продолжится на следующей неделе

    Открытый судебный процесс в Бакинском военном суде по уголовным делам в отношении граждан Республики Армения Араика Арутюняна, Аркадия Гукасяна, Бако Саакяна, Давита Ишханяна, Давида Бабаяна, Левона Мнацаканяна и других, обвиняемых в совершении преступлений против мира и человечности, военных преступлений, в том числе в подготовке и ведении агрессивной войны, геноциде, нарушении законов и правил войны, а также в терроризме, финансировании терроризма, насильственном захвате власти, насильственном удержании власти и многих других преступлениях в результате военной агрессии Армении против Азербайджана, продолжится на следующей неделе.

    Как сообщает Report, судебное заседание под председательством судьи Зейнала Агаева, в составе судей Джамала Рамазанова и Анара Рзаева (запасной судья Гюнель Самедова) назначено на 22 сентября.

    Напомним, обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давита Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • Bir sıra cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarının məhkəməsi gələn həftə davam etdiriləcək

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi gələn həftə davam etdiriləcək.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) məhkəmə iclası sentyabrın 22-nə təyin olunub.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Президент ОАЭ Шейх Мухаммед бен Заид Аль Нахайян поделился публикацией о своем визите в Азербайджан – Видео

    Президент Объединенных Арабских Эмиратов (ОАЭ) Шейх Мухаммед бен Заид Аль Нахайян поделился публикацией об официальном визите в Азербайджан и встрече с Президентом Ильхамом Алиевым.

    В публикации говорится:

    “Я был рад встретиться с Президентом Ильхамом Алиевым в Карабахе для обсуждения развивающихся двусторонних отношений между ОАЭ и Азербайджаном. Мы изучили новые направления сотрудничества, нацеленные на стимулирование экономического развития, создание общих возможностей, поддержку регионального и глобального мира и стабильности, используя возможности, предоставляемые недавно подписанным Соглашением о всеобъемлющем экономическом партнерстве”.

  • BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfəri barədə paylaşım edib – Video

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan öz sosial media hesabında Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü barədə paylaşım edib.

    Azərbaycan dilində edilən paylaşımda deyilir:

    “Mən Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında inkişaf edən ikitərəfli münasibətləri nəzərdən keçirmək məqsədilə Qarabağda Zati-aliləri Prezident İlham Əliyevlə görüşməkdən məmnun oldum. Biz bu yaxınlarda imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin verdiyi imkanlardan faydalanaraq, iqtisadi inkişafı sürətləndirməyə, ortaq imkanlar yaratmağa, regional və qlobal sülh və sabitliyi dəstəkləməyə yönəlmiş əməkdaşlığın yeni istiqamətlərini araşdırdıq”.

  • Gəncədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı

    Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində zəncirvari avtomobil qəzası baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə zamanı “Ford Tranzit” markalı yük avtomobili ilə BMW və BYD markalı minik avtomobilləri toqquşub. Nəticədə avtomobillərdə olan 1998-ci il təvəllüdlü P.Verdiyev, 1993-cü il təvəllüdlü M.Abdullayeva, 1976-cı il təvəllüdlü R.Yusifov və daha bir nəfər müxtəlif dərəcəli xəsarətləri alıblar.

    Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı – Paylaşım

    UEFA Çempionlar Liqasının rəsmi feysbuk səhifəsi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı paylaşım edib.

    Rəsmi səhifədə təcrübəli mütəxəssisin fotosu paylaşılaraq bu sözlər yazılıb:

    “Qarabağ”ın “Benfica” zəfərinin arxasındakı beyin: Qurban Qurbanov!”

    Qeyd edək ki, ötən gün “Qarabağ” “Benfika”ni səfərdə 3:2 hesabı ilə məğlub edib.

  • “Mayak” kafesində ofsiant müştərinin kartından oğurluq etdi

    Bakıda fəaliyyət göstərən “Mayak” kafesinin ofisinatı müştərinin bank kartından oğurluq edib.

    Müştəri hesabı kartla ödəmək istəyib. Lakin kafedə POS terminal olmadığından bu, mümkün olmayıb. Ofisiantlardan biri kartla ödəniş etməyin mümkün olduğunu deyib. Müştəri də kartını ona verib. Ofisiant müştəridən kartın pin kodunu istəyib. Ona inanan müştəri pin kodu deyib. Bir neçə dəqiqədən sonra ofisiant kartı müştəriyə geri qaytararaq, hesabın ödənildiyini bildirib.

    Müştəri yalnız səhəri gün kartında olan bütün vəsaitin çıxarıldığını görüb. Dərhal “Mayak” kafesinə gedərək orada işləyənlərə kartından 1006 manat pul çıxarıldığını bildirib və vəsaitin geri qaytarılmasını tələb edib. Bundan sonra isə Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə müraciət edib.

    Müştərinin kartı verdiyi ofisiant saxlanılıb. O, törətdiyi əməli etiraf edib. Ofisianta qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Cinayət işinə Suraxanı Rayon Məhkəməsində Namiq Kərimovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib.

    Məhkəmənin hökmü ilə ona 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

    Onun ev dustaqlığında saxlanıldığı 5 ay müddət 1 günə 2 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 4 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
    //qaynar.az

  • Daha bir azərbaycanlı Almaniyada baş həkim təyin olundu

    Almaniyada Frankfurt Universitet Xəstəxanasının ginekologiya və mamalıq klinikasında şöbə müdiri vəzifəsində çalışan, tibb elmləri doktoru, dosent Xəyal Qasımlı yüksək vəzifəyə təyinat alıb. O, bu ilin sentyabr ayından Frankfurt şəhərində yerləşən Hospital zum Heiligen Geist xəstəxanasının ginekologiya və mamalıq şöbəsinə baş həkim təyin olunub.

    Bu barədə “Avropa Azərbaycanlıları” Facebook Qrupunda paylaşım edilib.

    Eyni zamanda o, Frankfurt Universitet Xəstəxanasında şöbə müdiri kimi fəaliyyətini davam etdirəcək, ginekoloji onkologiya xəstələrinin əməliyyatlarını, robotik cərrahiyyəni və elmi-tədqiqat işlərini həyata keçirəcək.

  • Nadir Qafarzadənin oğlunun toyunda hansı müğənnilər küsüb? (AÇIQLAMA)

    Müğənni Nadir Qafarzadə oğlunun toyunda narazılıqların taranması ilə bağlı məlumata aydınlıq gətirib.

    O, Qaynarinfo-ya açıqlamasında məclisdən küsüb gedən həmkarlarının adlarını bilmədiyini deyib:

    “Toy sahibiyəm, dəvət etdiyim qonaqları qarşılamalı və yola salmalıyam. Başım belə işlərə elə qarışmışdı ki, kimlərin küsüb getdiyini bilmirəm. İnanmıram belə şey olub. Əgər kimsə küssəydi, zəng edib deyərdilər. Toyda hər şey olar”.

    Nadir Qafarzadə oğlu Əzizin toy məclisin əla keçdiyini bildirib:

    “Mənə zəng edib toyun əla keçdiyini deyirlər, narazı qalan, küsən olduğunu eşitmədim. Başım qarışıq olduğundan toyun vodeo çəkilişinə hələ baxmamışam”.

    Xatırladaq ki, bir neçə gün öncə müğənni Nadir Qafarzadə oğlu Əzizə toy edib. Bəzi müğənnilərə oxumaq üçün səhnə verilmədiyindən məclisdən küsüb getdiklərinə dair məlumatlar yayılıb.

  • Masazır və Xırdalanda qiymətlər Bakıdan niyə bahadır?

    Son illər insanlar hazır mənzillərlə yanaşı tikintisi başa çatmayan mənzilləri də almağa üstünlük verirlər. Belə mənzillərə tələbat isə qiymət artımına səbəb olur.

    Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, son bir ildə belə tip mənzillərin qiyməti 30-50 faiz artıb:

    “Mərkəzə yaxın ərazilərdə əvvəllər mənzillərin kvadratı 800-1200 manat arası dəyişirdisə, hazırda bu rəqəm 1500-2000 manatdır. Buna səbəb isə mərkəz və mərkəzə yaxın ərazilərdə artıq bina tikilməsi üçün torpaq sahələrinin qalmamasıdır. Tikinti şirkətləri daha çox yaşayış massivlərini sökərək həmin ərazilərdə yeni binalar inşa edirlər, bu xərcləri də tikinti şirkətləri qarşılayır. Buna görə də qiymətlər artır”.

    Ekspertin sözlərinə görə, əhalinin sıx yaşadığı ərazilərdə də qiymət artımı özünü göstərir. Bakının müxtəlif ərazilərdə baş verən çöküntülərə görə, vətəndaşların böyük qismi Bakı ətrafı ərazilərə üz tuturlar, ona görə də Xırdalan, Masazır, Sumqayıtda əmlakların satış qiymətləri faiz dərəcələri nisbətindən paytaxtdan daha çox hesablanır. 2040-ci ilə Bakı şəhəri baş planda təsvir olunduğu formada olacaq. //Milli.Az