Month: September 2025

  • Kosmosdan hansı iy hiss edilir? – Alimlər cavab tapdı

    Hər kəs məktəbdən bilir ki, kosmos vakuumdur və orada hava yoxdur. Amma məsələ daha mürəkkəbdir. Astronavtların sözlərinə görə, açıq kosmosdan geri dönərkən xüsusi qoxular hiss olunur. Bu mövzu alimlərə həm də kainatın kimyası barədə mühüm məlumatlar verir.

    Qaynarinfo BGR.com-a istinadən xəbər verir ki, kosmosda qoxular molekullar vasitəsilə formalaşır. Məsələn, kükürd birləşmələri vulkanik aktivliyə, karbohidrogenlər isə həyatın ilkin “tikinti blokları”na işarə edə bilər. Bu müşahidələr planetlərin səth şəraitini, atmosfer reaksiyalarını və ulduzların yaranma proseslərini anlamağa kömək edir.

    Astronavtların təcrübəsi göstərir ki, açıq kosmosdan qayıtdıqda onlar yandırılmış ət, metal və ya qaynaq qazlarını xatırladan qoxular hiss ediblər. NASA astronavtı Don Pettit bunu “şirin qaynaq qoxusu” kimi təsvir edib. “Apollon” missiyalarında isə ay tozunun barıt qoxusuna bənzədiyi bildirilib.

    Avropa Kosmik Agentliyinin “Rozetta” missiyası zamanı 67P/Çuryumov–Qerasimenko kometasından güclü kükürd hidrogeni, ammonyak, formaldehid və sianid qarışığını xatırladan qoxular qeydə alınıb.

    Marsın zəif atmosferi səbəbilə orada kükürd qazını xatırladan, lakin zəif qoxunun mövcud ola biləcəyi ehtimal olunur. Saturnun peyki Titan isə metan və etanla zəngin atmosferə sahib olduğundan, alimlər onun neft və ya benzini xatırladan qoxuya malik ola biləcəyini düşünürlər.

    Süd Yolu qalaktikasının mərkəzində yerləşən Strilets B2 adlı molekulyar buludda isə etilformiat aşkarlanıb. Bu maddə moruğa dad verən və roma bənzər qoxusu ilə tanınır. Bununla yanaşı, buludda antifriz, spirt, aseton və kükürd hidrogeni də müəyyən edilib.

    Beləliklə, kosmosun qoxuları sadəcə maraqlı təsəvvürlər deyil, eyni zamanda planetologiya və astrokimya üçün mühüm elmi açar rolunu oynayır.

  • Dünyanın “qaranlıq bölgələri”: Kompaslar niyə bəzi yerlərdə işləmir?

    Yüzillər boyu dənizçilərin və səyyahların əsas istiqamət vasitəsi olan kompaslar dünyanın bəzi bölgələrində düzgün nəticə vermir. Bu sirli əyilmələr səbəbi isə Yer kürəsinin mürəkkəb maqnit sahəsi ilə bağlıdır.

    Kompas iynəsi, normalda Yer maqnit sahəsinə paralel qalaraq şimalı göstərir. Lakin qütb bölgələrində sahənin davranışı dəyişir: orta enliklərdə üfüqi olan sahə xətləri, qütblərə yaxınlaşdıqca dikləşir və iynəni aşağıya çəkir. Bu zaman kompas ya donur, ya da təsadüfi şəkildə dönməyə başlayır. “Dünya Maqnit Modeli” bu etibarsız zonaları “qaranlıq bölgələr” kimi göstərir və onların gözləniləndən daha geniş sahəni əhatə etdiyini göstərir.

    Bununla yanaşı, yeraltı dəmir yataqları da əyilmələrə səbəb olur. Məsələn, Rusiyanın Kursk bölgəsindəki zəngin dəmir filizi 1784-cü ildə alim Petr İmoxodtsev tərəfindən qeydə alınmışdı. 1949-cu ildə isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sənədlərində həmin maqnitik anomaliya ətraflı təsvir olunmuşdu. Belə massiv dəmir kütlələri kompas iynəsinin istiqamətini dəyişərək səhvlərə yol açır.

    Bənzər hadisə Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə də müşahidə olunur. Alimlər bu anomaliyanın səbəbini tam müəyyənləşdirməsələr də, qədimdə bölgəyə düşmüş nəhəng bir meteoritin yerli mineralların maqnit xüsusiyyətlərini dəyişdirmiş ola biləcəyini ehtimal edirlər.

    Maraqlı bir sual da kompasların Yer kürəsi xaricində işləyib-işləməyəcəyidir. Nəzəri olaraq işləyə bilər, çünki Yer maqnit sahəsi kosmosa qədər uzanır: günəşə baxan tərəfdə təqribən 37 min km, əks tərəfdə isə 370 min km-ə qədər. Lakin günəş küləklərinin təsiri ilə bu sahə daim dəyişdiyindən, orbitdəki kompas sabit istiqamət göstərə bilmir.

    Nəticə etibarilə, kompas insanlıq üçün əsrlər boyu etibarlı naviqasiya aləti olsa da, Yer maqnit sahəsinin dəyişkənliyi və yerli anomaliyalar səbəbindən bəzən yanıltıcı ola bilir.
    //qaynar.az

  • В Азербайджане на аукцион выставят 16 транспортных средств

    Государственная служба по вопросам имущества 13 ноября проведет аукцион по продаже автомобилей, находящихся в государственной собственности.

    Об этом сообщает Median.Az со ссылкой на ведомство.

    Согласно информации, аукцион состоится в Центре имущественных услуг Госслужбы (по адресу: город Баку, Низаминский район, улица Халила Рзы Улутюрка, 20). На аукцион будут выставлены 16 транспортных средств общей стоимостью 62 610 манатов.

    Заявки будут приниматься не позднее чем за три банковских дня до проведения аукциона. Лицам, желающим принять участие в аукционе, предоставляется возможность заранее ознакомиться с выставляемым на продажу имуществом.

  • Azərbaycanda daha 16 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

    Noyabrın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 62 min 610 manat olan 16 nəqliyyat vasitəsi çıxarılacaq.

    Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

  • Qəzzada ölənlərin sayı 65 mini keçdi

    Qəzza zolağında ölənlərin sayı 65 mini keçib.

    Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

    Məlumata görə, 2023-cü il oktyabrın 7-dən indiyədək Qəzza zolağına həyata keçirilən hücumlar nəticəsində ölənlərin sayı 65 062-yə çatıb.

    Son 24 saat ərzində Qəzza zolağında 98 nəfər ölüb, 385 nəfər yaralanıb.

  • Cəlal-Abad şəhərinin adı dəyişdi

    Qırğızıstanın Cəlal-Abad şəhərinin adı dəyişdirilərək Manas adlandırılıb.

    Şəhərin adının dəyişdirilməsi ilə bağlı qanunu Qırğızıstan prezidenti Sadır Japarov imzalayıb.

    Manas xalq qəhrəmanı, eyniadlı qırğız epik poemasının personajıdır, dünyada ən uzun şifahi eposdur.

  • Son beş ildə aşkarlanan narkotik vasitələrin sayı açıqlandı

    Azərbaycanda 2019–2024-cü illər ərzində hüquq mühafizə orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə edilərək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin gücləndirilməsi nəticəsində ümumilikdə 47 min 863 fakt aşkarlanıb.

    Bu barədə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilib.

    Bildirilib ki, onlardan 16 min 458-i narkotik vasitələrin və psixotrop maddələrin satışı, 29 min 148-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilib saxlanılması, 1877-si narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 380-i isə digər əməllər olub. Bundan başqa, 33,5 ton müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb. Onun da 12,73 tonunu heroin, 15,01 tonunu marixuana, 2,2 tonunu tiryək, 0,33 tonunu həşiş, 0,007 tonunu kokain, 3,223 tonunu isə digər narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları təşkil edib.

    Göstərilən illər ərzində cinayət məsuliyyətinə 39 min 2 şəxs, o cümlədən 510 əcnəbi cəlb olunub. Onlardan 37 min 978 nəfəri kişi, 1024 nəfəri isə qadındır. Həmçinin 21 min 464 məhkəmə hökmü və qərarı əsasında ümumilikdə 14,4 ton müxtəlif növ narkotik vasitə və psixotrop maddə, eləcə də 156 min 291 ədəd narkotik tərkibli çətənə bitkisi müvafiq komissiyalar tərəfindən məhv edilib.

  • Xocavənddə yanğın

    Xocavənd rayonunun Qarazəmi kəndində yanğın olub.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² (1-ci mərtəbəsi 120 m², 2-ci mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaqlı evin, bitişik sahəsi 50 m² talvarın, yaxınlıqdakı 30 m² yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 1 ton ot bağlaması yanıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Hərbçi yol qəzasında ölüb

    Xəbər verdiyimiz kimi, Kürdəmir rayonunda “Hyundai” markalı maşının qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.

    “Unikal”ın məlumatına görə, yol-nəqliyyat hadisəsində həyatını itirən 37 yaşlı Fuad Məmmədov hərbçi olub.

    Mərhum Kürdəmirdə torpağa tapşırılıb.

  • Futbolçu oyun zamanı öldü

    Serbiya millisinin sabiq yarımmüdafiəçisi Deyan Milovanoviç veteran futbolçuların oyunu zamanı dünyasını dəyişib.

    Median.Az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı keçmiş futbolçu ölkəsinin “Srvena Zvezda” klubunun heyətində meydana çıxıb. O, qol vurduqdan bir neçə dəqiqə sonra huşunu itirib.

    İlkin versiyaya görə, Milovanoviç “ikiqat infarkt” keçirib. Tibb işçiləri onu həyata qaytara bilməyiblər.

    Qeyd edək ki, Deyan Milovanoviç Serbiyanın “Srvena Zvezda”, “Vozdovaç”, Fransanın “Lans”, eləcə də Yunanıstanın “Panionios” klubıarında çıxış edib. O, 2006-cı ildə Serbiya çempionatının ən yaxşı oyunçusu seçilib.