Month: October 2025

  • Cаакашвили: Ильхам Алиев отстоял честь всего Кавказа

    Экс-президент Грузии Михаил Саакашвили на своей странице в Facebook прокомментировал недавнюю встречу президентов Азербайджана и России Ильхама Алиева и Владимира Путина в Душанбе.

    “На самом деле Ильхам Алиев отстоял честь всего Кавказа во взаимоотношениях с Россией – и подал пример всем остальным.

    Неслучайно те, кто раньше на Западе сторонился Азербайджана, теперь стоят в очереди, чтобы засвидетельствовать свое уважение Президенту этой страны”, – написал Саакашвили.

  • Saakaşvili: “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu”

    Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə keçirilən görüşünü şərh edib.

    Bu barədə Saakaşvili “Facebook” hesabında paylaşım edib.

    “İlham Əliyev Rusiya ilə münasibətlərdə bütün Qafqazın şərəfini qorudu və digərlərinə nümunə oldu. Təsadüfi deyil ki, əvvəllər Qərbdə Azərbaycandan uzaq duranlar indi bu ölkənin Prezidentinə ehtiramlarını bildirmək üçün növbəyə düzülürlər”, – eks-prezident yazıb.

  • В Баку произошёл вооружённый инцидент: двое ранены

    В Ясамальском районе Баку минувшей ночью произошла перестрелка, в результате которой были ранены двое мужчин.

    Как сообщает Median.Az со ссылкой на bakupost.az, пострадавшими оказались Джейхун Гасанов и Санан Дуньямалиев (оба 1995 г.р.).

    Они были доставлены в больницу, их состояние врачи оценивают как тяжёлое.

    Мотивы и обстоятельства происшествия выясняются.

    По данному факту начато расследование.

  • Bakıda silahlı insident: İki nəfər güllələndi

    Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələnib.

    Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.

    Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

    Hadisənin motivləri və təfərrüatı araşdırılır.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb.

  • Sevdiyi qızdan rədd cavabı aldı, üç nəfəri döydü – Saatlıda mağazada DAVA

    Saatlı rayonunda mağazada dava düşüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən marketlərdən birində baş verib.

    Belə ki, marketdə nəzarətçi işləyən Vaqif İsrafilov (ad və soyad şərtidir) obyektdə satıcı işləyən Əsli adlı xanımı sevsə də, Əsli ona əhəmiyyət verməyib. O, bir neçə dəfə Əsliyə evlilik təklif edib. Amma qadın onun təklifini rədd edib və mağazada işdən çıxıb.

    Bir müddətdən sonra Əsli topdansatış mərkəzlərindən birinə işə düzəlib və şirkətin satış meneceri təyin olunub. O, digər obyektlərlə yanaşı, həmin marketə də topdan məhsullar paylamağa başlayıb. O, şirkətin sürücüsü ilə birlikdə marketə ərzaq gətirəndə orada Vaqiflə rastlaşıb. Vaqif ona yenidən sevgi təklifi edib, o isə yenidən bu təklifi rədd edib. Bu vaxt o, Əsli ilə mağazaya gələn sürücüyə hücum edib və onu döyməyə başlayıb. Əsli onları ayırmağa çalışarkən Vaqif ona da sifət nahiyəsindən zərbələr endirib. Vaqif, həmçinin, mübahisəni sakitləşdirmək istəyən mağazanın satıcısına da xəsarət yetirib.

    Əslinin şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəliblər və V.İsrafilov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanıb və iş Saatlı Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmənin hökmü ilə V.İsrafilova 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.

  • Əməkdar artist Rəşad Bəxtiyarovun ÖLÜM SƏBƏBİ BİLİNDİ (Yenilənib)

    Akademik Milli Dram teatrının aktyoru, Əməkdar artist Rəşad Bəxtiyarovun ölüm səbəbi məlum olub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, o, uzun müddətdir ki, ağ ciyərlərində yaranan xəstəlikdən əziyyət çəkirdi.

    * * * * *

    Əməkdar artist Rəşad Bəxtiyarov uzun sürən xəstəlikdən sonra 47 yaşında vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə APA-ya Akademik Milli Dram teatrının aktyoru Cümşüd Zeynalov məlumat verib.

    O, bir az əvvəl evində vəfat edib.

  • Mopedlərlə bağlı qanun qəbul olunandan sonra nələr gözlənilir? – AÇIQLAMA

    Məlum olduğu kimi moped sürücülərindən sürücülük vəsiqəsi tələb olunması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edilir. Dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə edilib. Müşahidə edilən odur ki, bu gün mopedlərin törətdiyi qəzalarla bağlı çoxsaylı şikayətlər qanuna dəyişikliyi zərurətə çevirir.
    Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, bəzi hallarda moped idarə edən şəxslərin yol-hərəkət qaydalarına biganə yanaşdıqları müşahidə olunur

    Onun sözlərini görə, həmin şəxslər həm real qəza şəraitləri yaradır, həm də özlərinin həyatını və sağlamlığını təhlükəyə atırlar: “Bax bu istiqamətdə işlər görülməlidir və onlara hansısa bir üsulla nəzarət olmalıdır. Dünyada da bununla bağlı təcrübələr var”.

    Hüquqşünas bəzi ölkələrdə hətta velosiped sürücülərinə də nəzarət edildiyini xatırladıb: “Onları da çox sadələşdirilmiş qaydada sorğu-sual edirlər, yol-hərəkət qaydaları ilə bağlı biliklərini lazımlı səviyyədə saydıqdan sonra yola buraxırlar”.

    Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, moped sürücülərinin sürücülük vəsiqəsi ilə bağlı məsələ bu gün daha çox aktuallaşıb. Onun sözlərinə görə, çünki onlar indiyədək dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıblar:

    “Daha da şiddətli və kobud qayda pozuntularına yol verdilər və nəticə etibarilə artıq aidiyyəti qurumlar bu istiqamətdə qanun layihəsinin hazırlanmasını zəruri gördülər. Beləliklə, bu gün tələb olunan 3 əsas variant var: birincisi onlara sürücülük vəsiqəsinin verilməsidir, digəri mopedin dövlət qeydiyyatına alınmasıdır, üçüncü mərhələ isə mopedə dövlət nömrə nişanının verilməsidir”.

    Ekspert söyləyib ki, hər bir şəxs sürücülük hüququna sahib olmaq üçün isə bilik və bacarıqlarını ortaya qoymalıdır: “Təbii ki, sürücülük vəsiqəsini alarkən artıq müəyyən biliklərə sahib olur, ən azından indiki xaotik vəziyyət yaranmır, manevr qaydalarına, işıqforun tələblərinə əməl edirlər, piyadaların üstünə sürmürlər. Son illərin göstəricilərinə nəzər yetirdikdə, neçə dəfələrlə piyadanın mopedlə vurulmasının şahidi oluruq. İndiyədək avtomobilinin moped tərəfindən vurulduğu, əzildiyi, hansısa detalına zərər yetirildiyi və ən pisi isə həmin moped sürücüsün hadisə yerindən qaçdığı barədə çoxsaylı müraciətlər mövcuddur. Bakının o istiqaməti yoxdur ki, moped və motosikletlərdən şikayət gəlməsin. Respublikanın, demək olar ki, hər yerindən artıq bu tip şikayətlər gəlir. İndi belə adamları da aşkarlamaq mümkün olmur. Çünki adətən xüsusi texniki vasitələrlə – kameralarla aşkarlamaq lazım gəlir. Bunların özlərinin hər hansı bir nömrəsi və fərqləndirici bir elementi olmadığına görə aşkarlamaq mümkün olmur”.

    E.Muradlı vurğulayıb ki, qanun qəbul olunandan sonra bütün bunlar dövlət qeydiyyatına alınacaq: “Təbii ki, bir çoxları imtahan verə bilməyəcək. Moped qeydiyyata salınanda nömrə alınacaq. Məlum olacaq ki, kamerada cərimə gəlir və yaxud da nəsə bir xuliqanlıq edibsə, həbs cəzasına qədər məhkum olunacaq. Ona görə bir çoxları da bundan uzaqlaşacaqlar”.

    Xatırladaq ki, bu ilin 9 ayı ərzində moped və motosikletin iştirakı ilə baş verən 32 yol-nəqliyyat hadisəsi zamanı 10 nəfər ölüb, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu göstəricilər iki təkərli nəqliyyat vasitələrinin idarə olunmasında sürücü intizamının qənaətbəxş olmadığını göstərir. Baş Dövlət Yol Polisi İdarəsi xatırladıb ki, motosiklet, moped və digər bu tip iki təkərli nəqliyyat vasitələrini idarə edən sürücülər yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etməli, qeydiyyatsız və ya qoruyucu vasitəsiz hərəkət etməməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.(iqtisadiyyat.az)

  • Sərnişinlərə “Bakıkart” terminalları ilə bağlı ŞAD XƏBƏR

    Həm marşrutlarda, həm də metroda ödənişlər “Bakıkart” vasitəsilə həyata keçirilir. Düzdür, bank hesabları vasitəsilə “QR kod”-la ödəniş mümkün olsa da, bu zaman texniki problemlər yarana bilir.

    Buna görə də “Bakıkart” aparatlarının hər yerdə əlçatan olması sərnişinlər üçün önəmlidir.

    Ancaq bu terminallar yalnız metrolarda və metro girişlərinə yaxın ərazilərdə olur.

    Bəs nə üçün dayanacaqlara yaxın quraşdırılmır?

    Median.Az
    xəbər verir ki, Bizim.Media mövzuyla əlaqədar “Bakıkart”-a sorğu ünvanlayıb. “Bakıkart”-ın müştəri xidmətləri üzrə baş mütəxəssisi Mehriban Əhmədova ilk olaraq, terminalların nə üçün sadəcə metrolarda quraşdırıldığına aydınlıq gətirib:

    “”Bakıkart” ödəniş terminallarının əksəriyyəti Bakı Metropoliteninin stansiyalarında yerləşdirilmişdi. Bu, sözügedən məntəqələrin şəhərdaxili nəqliyyat dəhlizlərinin əsas kəsişmə nöqtələri olması, sərnişin axınının burada daha yüksək səviyyədə müşahidə olunması və ödəniş infrastrukturuna olan tələbatın daha çox olması ilə əlaqədardır”.

    “Dayanacaqlarda da Bakıkart terminalları quraşdırılacaq”.

    “Vətəndaşlardan daxil olan müraciətlər və mövcud ehtiyac nəzərə alınaraq, dayanacaqlarda ödəmə terminallarının yerləşdirilməsinin genişləndirilməsi istiqamətində mütəmadi işlər aparılır. Bu proses çərçivəsində yeni terminalların quraşdırılması, həmçinin mövcud şəbəkənin təkmilləşdirilməsi planlaşdırılır”, – deyə Mehriban Əhmədova açıqlayıb.

  • Bakıda 16 yaşlı yeniyetmə gömrükçünü belə öldürüb – VİDEO

    Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Mustafayev 2009-cu il təvəllüdlü R.Xəlilov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

    Median.Az xəbər verir ki, bu barədə “Unikal” Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürüldüyü anın görüntülərini əldə edib.

    Həmin görüntüləri təqdim edirik:

  • Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolunda piyada keçidi tikilir

    Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsi çərçivəsində, yolun 3-cü kilometrliyində yeni piyada keçidi tikilir.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, keçid iki giriş-çıxışdan ibarət olub, ümumi uzunluğu 54 metr, aşırım hissəsinin eni 4 metr, pilləkənlərin isə eni 2 metr olacaq. Yol səviyyəsindən 5.5 metr hündürlükdə yerləşən keçid üstüaçıq dəmir-beton konstruksiya şəklində inşa edilir.

    Əlavə olaraq, 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq ki, bu da keçidin əlçatanlığını artıracaq.