Month: October 2025

  • Saray qəbirstanlığında güldan oğurluğu

    Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Saray” MTK-nın inşa etdiyi yaşayış kompleksində oğurluq hadisəsi baş verib.

    Qaynarinfo xəbər verir ki, kompleksdə yaşayış binalarının birindən 1004 manat dəyərində 10 top elektrik naqili oğurlanıb.

    Əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. İlkin dindirmə zamanı Mahir Göyüşov (şərti) əməlini etiraf edib. Bundan başqa, məlum olub ki, o, Saray qəsəbəsində yerləşən fərdi evlərdən birinin qarajından dəyəri 1200 manat təşkil edən elektrik naqilləri və Saray qəsəbəsindəki yeni qəbirstanlıqdan ümumi dəyəri 900 manat olan mərmərdən hazırlanmış güldan oğurlayıb.

    Mahir Göyüşova Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Mahir Göyüşovun məhkməyə verdiyi ifadə ilə ibtidai istintaqda verdiyi ifadələr arasında ziddiyyətlər ortaya çıxıb. Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi hər üç hadisəni özünün törətdiyini desə də, məhkəmədə yalnız bir epizod özünü təqsirli bilib. Mahir Göyüşov iddia edib ki, digər oğruluq hadisələrindən xəbəri yoxdur.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, məhkəmə iclas zalında həbs edilib.

  • BMT Qəzzanın bərpası üçün lazım olan məbləği açıqladı

    Qəzza zolağının yenidən qurulması və iki illik müharibədən sonra təhlükəsizliyin təmin edilməsi üçün təxminən 70 milyard dollar lazımdır.

    Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) mətbuat xidməti məlumat yayıb.

    BMT İnkişaf Proqramının Fələstin Xalqı üzrə Administratorunun xüsusi nümayəndəsi Cako Silyenin sözlərinə görə, anklavda dağıntılar təxminən 84%, Qəzza şəhəri kimi bəzi ərazilərdə isə 92%-ə qədərdir.

    Silye BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən Qəzzada keçirilən Zərər və Bərpa Ehtiyaclarının Son Sürətli Qiymətləndirilməsinin (IRDNA) nəticələrinə istinad edib. Ona görə dəymiş ziyan 70 milyard dollar qiymətləndirilir. Yaxın üç il ərzində genişmiqyaslı yenidənqurma əməliyyatına başlamaq üçün təxminən 20 milyard dollar lazımdır.

    Onun sözlərinə görə, BMTİP Qəzzadakı humanitar tərəfdaşları ilə birlikdə hazırda anklavın 2,1 milyon sakinini dəstəkləyir. Buraya anklavı təmiz su ilə təmin etmək, iş yerlərinin yaradılması, fövqəladə halların aradan qaldırılması, bərk tullantıların çıxarılması və partlamamış hərbi sursatların və ya minlərlə itkin düşmüş insanın ola biləcəyi dağıntıların təmizlənməsi daxildir.

    “Biz artıq təxminən 81 min ton çıxarmışıq. Bu, təxminən 3,100 yük maşınıdır. Dağıntıların böyük hissəsi indi humanitar təşkilatların daxil ola bilməsi üçün təmizlənir, onlar həyati xilasetmə yardımı göstərirlər. Biz xəstəxanalara və digər sosial xidmətlərə də kömək edirik”, deyə Silye bildirib.

    O əlavə edib ki, Avropa və ərəb ölkələri, eləcə də ABŞ Qəzzanın yenidən qurulmasına töhfə verməyə hazır görünür.

  • Ən çox əməkhaqqını onlar alır (SİYAHI)

    2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1093,8 manat təşkil edib.

    Valyuta.az xəbər verir ki, bu statistika 2024-cü ilin müvafiq dövrünə nisbətən 96,7 manat və ya 9,69% artımın olduğunu deməyə əsas verir.

    Xatırladaq ki, ötən ilin eyni dövründə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 997,1 manat olub.

    Məlumata görə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

  • Bu il nə qədər avtomobil utilizasiyaya verilib? (VİDEO)

    1 il ərzində 12 mindən çox nəqliyyat vasitəsi utilizasiya edilib.

    “Təmiz Şəhər” ASC-nin nəqliyyat vasitələrinin utilizasiyası şöbəsinin müdiri Mirzə Laçınov deyir ki, vətəndaşların bu prosesə marağı çoxalır.

    O da bildirdi ki, bu günə qədər utilizasiya edilmiş nəqliyyat vasitələrinin təsdiqedici sənədləri əsasında vətəndaşlar 644 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsini güzəştlə əldə ediblər.

    Şöbə müdirinin sözlərinə görə, proses çox sadədir. Qanunla müəyyən edilən qaydaya əsasən utilizasiya prosesi üçün əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatından çıxarılmalıdır.//Xəzər TV

  • Almaniya Ukraynaya 2 milyard dollardan çox əlavə yardım edəcək

    Almaniya Ukraynaya 2 milyard dollardan çox əlavə yardım edəcək.

    Bu barədə Almaniyanın müdafiə naziri, böyük britaniyalı həmkarı Con Hili ilə birlikdə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn” formatı) 31-ci iclasına sədrlik edən Boris Pistorius Ukraynaya gələcək hərbi dəstək barədə danışarkən bildirib.

    “Ukraynaya dəstəyimizi davam etdirəcək və genişləndirəcəyik. Yeni müqavilələrlə Almaniya 2 milyard dollardan çox əlavə dəstək verəcək. Buraya ümumi məbləği 500 milyon dollar olan paket daxildir. Paket Ukraynanın bir sıra təcili ehtiyaclarını qarşılayır. Buraya hava hücumundan müdafiə sistemləri, “Patriot” ələ keçirən sistemlər, radar sistemləri, həmçinin yüksək dəqiqlikli artilleriya raketləri və sursatlar daxildir”, – o Qrupun iclasının açılışında deyib.

    Pistorius vurğulayıb ki, Almaniya daha iki “IRIS-T” hava hücumundan müdafiə sisteminin, o cümlədən çoxlu sayda idarə olunan raketlərin, eləcə də daşına bilən hava hücumundan müdafiə raketlərinin tədarükü üçün yeni müqavilələr vasitəsilə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə davam edəcək.

    “Biz Ukraynanı yüksək keyfiyyətli tank əleyhinə silahlar, rabitə vasitələri və daşına bilən hava hücumundan müdafiə sistemləri ilə təchiz edəcəyik”, – o əlavə edib.

    Bundan başqa, Almaniya Ukraynaya artıq tədarük edilən silah sistemlərinin modernləşdirilməsi və istismar müddətini uzatmaq üçün hərtərəfli layihəyə başlayacaq. Eyni zamanda, Pistorius qeyd edib ki, Almaniya Ukraynanın müdafiə sənayesi ilə əməkdaşlığı daha da genişləndirəcək.

    “Biz bu görüşdən sonra Denis Şmıqalın və mənim imzalayacağımız müdafiə sənayesi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalamaqla bu niyyəti xüsusi vurğulayacağıq”, – Pistorius bildirib.

  • Азербайджанские военнослужащие принимают участие в учениях Eternity−2025

    В соответствии с планом военного сотрудничества между министерствами обороны Азербайджана, Грузии и Турции, в турецкой провинции Карс проходят трехсторонние командно-штабные учения с компьютерной поддержкой Eternity−2025.

    Об этом сообщили в Министерстве обороны Азербайджана.

    Учения, которые будут состоять из двух этапов, предусматривающих использование компьютерной поддержки и выполнение практических действий, построены на сценарии тактической защиты и обороны стратегических объектов и коммуникационных линий, проходящих по территории трех стран.

    Отметим, что совместные командно-штабные учения, в которых от нашей страны участвуют военнослужащие Азербайджанской армии и сотрудники Государственного агентства по охране стратегических объектов, продлятся до 24 октября.

  • Azərbaycan hərbi qulluqçuları “Eternity-2025” təlimində iştirak edir

    Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Türkiyənin Qars vilayətində üçtərəfli “Eternity-2025” kompüter dəstəkli komanda qərargah təlimi keçirilir.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, kompüter dəstəkli və praktiki olmaqla iki mərhələdə icra ediləcək təlim 3 ölkənin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub.

    Qeyd edək ki, ölkəmizdən Azərbaycan Ordusunun hərbi qulluqçularının və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının iştirak etdiyi birgə komanda qərargah təlimi 24 oktyabr tarixinədək davam edəcək.

  • Culfada su anbarında balıqlar kütləvi şəkildə tələf olub – Video

    Culfa rayonunda balıqların kütləvi tələfatı qeydə alınıb.

    “Report”un yerli bürosunun məlumatına görə, hadisə kənddə yerləşən Bənəniyar su anbarında baş verib.

    Buna səbəb su səviyyəsinin kəskin şəkildə aşağı enməsi olduğu bildirilir.

  • Mingəçevir şəhərində ağaclar kütləvi şəkildə kəsilib: Polis hərəkətə keçdi

    Sosial şəbəkələrdə Mingəçevir şəhərində ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı video paylaşılıb.

    Videogörüntülərdə şəhərin 20 Yanvar küçəsində ağacların qırılması əks edilib.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsində ağacların kəsilməsi faktı üzrə Şəhər Polis Şöbəsində prosessual araşdırma aparılır.

    Araşdırmanın nəticəsi üzrə zəruri tədbirlər görüləcək.

  • Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı fənni ilə bağlı petisiya başladıldı

    Gürcüstan azərbaycanlıları “Etnik azlıqların dili” fənninin təhsil proqramından çıxarılmasını və onun əvəzinə “Azərbaycan dili və ədəbiyyatı” fənninin daxil edilməsini istəyirlər.

    APA xəbər verir ki, bununla bağlı “change.org” platformasında Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadzeyə ünvanlanmış petisiya yerləşdirilib.

    Petisiyanın müəllifi “Maarif” təşkilatının rəhbəri Aygül İsayeva bildirib ki, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən tərtib edilmiş təhsil proqramında “Azərbaycan dili və ədəbiyyatı” fənninin adının “etnik azlıqların dili” termini ilə əvəzlənməsi qəbuledilməzdir və bu, Gürcüstan vətəndaşı olan azərbaycanlıların təhsil hüquqlarına ziddir.

    Onun sözlərinə görə, təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və elektron jurnalda “Gürcü dili və ədəbiyyatı” yazıldığı kimi, azərbaycanlıların ana dili və ədəbiyyatı ilə bağlı fənnin adının da “Azərbaycan dili və ədəbiyyatı” olaraq göstərilməsi məntiqli və məqsədəuyğun olar.

    Tələb olunan sayda imzalar toplanandan sonra petisiya Gürcüstanın Elm, Təhsil və Gənclər Nazirliyinə təqdim ediləcək.