Month: October 2025

  • Goranboyda avtomobil piyadanı vuraraq aşıb

    Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində “Opel” markalı minik maşını yolu keçmək istəyən 1986-cı il təvəllüdlü A.Əliyevi vurub.

    Daha sonra maşın idarəetmədən çıxaraq yolun kənarındakı su arxına aşıb.

    Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

    Fakt araşdırılır.

  • Azadlıq meydanı parada hazırlaşır – FOTO

    Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.

    Parad noyabrın 8-də Bakının Azadlıq meydanında təşkil olunacaq.

    Artıq parada hazırlıqlara başlanılıb.

    Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib.

    2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub.


     //lent.az

  • “Instagram”dan azyaşlılar üçün ciddi məhdudiyyətlər: Süni intellekt nəzarət edəcək

    “Instagram” süni intellekt vasitəsilə 18 yaşadək istifadəçilərin görə biləcəyi məzmunu müəyyən edəcək. gənclər üçün uyğun hesab edilməyən paylaşımlar onlardan gizlədiləcək.

    Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni qaydalara əsasən, süni intellekt alqoritmləri hər bir paylaşımı avtomatik şəkildə təhlil edərək onun PG-13 standartına uyğun olub-olmadığını müəyyən edəcək. Əgər uyğun deyilsə, həmin paylaşım yeniyetmələr üçün görünməyəcək. Qadağan olunmuş məzmuna söyüşlər, təhlükəli hərəkətlər, seksual xarakterli eyhamlar və narkotik vasitələrin, xüsusilə marixuananın təsvirləri daxil olacaq.

    “Instagram” şirkəti bildirib ki, bu qərar gəncləri potensial zərərli kontentdən qorumaq məqsədi daşıyır: “Biz standartlarımızı valideynlərə tanış olan PG-13 film reytinqlərinə yaxınlaşdırmağa çalışırıq. Bəzən yeniyetmələr belə məzmunla qarşılaşa bilərlər, lakin biz bunun nadir hallarda baş verməsi üçün bütün tədbirləri görürük”, – şirkətin açıqlamasında qeyd olunub.

    Yeni məhdudiyyətlər avtomatik olaraq bütün 18 yaşadək hesablar üçün tətbiq ediləcək. Yeniyetmələr bu parametrləri valideyn icazəsi olmadan dəyişə bilməyəcəklər. Ailələr üçün əlavə olaraq “Limited Content” adlı daha sərt rejim təqdim ediləcək ki, bu da riskli materiallara çıxışı daha da azaldacaq.

    Bundan başqa, Instagram yeniyetmələrin “18+” məzmun paylaşan və ya OnlyFans kimi saytlara keçid verən hesabları izləməsini də qadağan edəcək. Əgər yeniyetmə artıq belə hesabı izləyirsə, onun paylaşımları avtomatik şəkildə görünməz olacaq.

    “Instagram”ın ana şirkəti Meta son illərdə gənclərin təhlükəsizliyini kifayət qədər təmin etmədiyi üçün bir sıra ittiham və məhkəmə işləri ilə üzləşib. Cavab olaraq, şirkət daha sərt tədbirlər görür: 16 yaşdan kiçiklər üçün canlı yayımları qadağan edib və yeniyetmələr üçün xüsusi məhdudlaşdırılmış hesab rejimi tətbiq edib.

    Yeni qaydalar yaxın zamanda “Instagram”ın fəaliyyət göstərdiyi bütün ölkələrdə mərhələli şəkildə qüvvəyə minəcək. Şirkətin əsas məqsədi yeniyetmələr üçün sosial şəbəkədə daha təhlükəsiz və nəzarətli mühit yaratmaq, onların psixoloji sağlamlığını qorumaqdır.

  • Netanyahunun bütün tədbirləri ləğv edildi

    İsrailin baş naziri Binyamin Netanyahu bronxit səbəbilə planlaşdırılan bütün tədbirləri ləğv edib.

    Baş nazirin tənəffüs yolu infeksiyasından (bronxit) əziyyət çəkdiyi bildirilir.

    “Şəxsi həkimi Dr. Berkoviçin tövsiyəsinə uyğun olaraq, baş nazir günün qalan hissəsi üçün planlaşdırılan bütün tədbirləri ləğv edib və evdə istirahət edir”, – baş nazirin ofisindən bildirilib.

  • Balakəndə TOYDA DAVA: İki nəfər həbs olundu

    Balakəndə keçirilən toy məclisində dava olub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Kortala kəndindəki “Ruslan” şadlıq evində qeydə alınıb.

    35 və 26 yaşlarında olan Kortala kənd sakinləri toyda sərxoş olaraq, bir-birlərinə nalayiq ifadələr işlədiblər, daha sonra əlbəyaxa dava ediblər. Toya gələn digər qonaqlar onları ayırmağa çalışıblar.

    Daha sonra polis əməkdaşları hadisə yerinə gəliblər. Lakin kənd sakinləri dalaşanları ayrı-ayrılıqda avtomobillərə mindirərək, evlərinə apardıqları üçün onları hadisə yerindən polis şöbəsinə aparmaq mümkün olmayıb.

    Səhər isə dava iştirakçıları rəsmi qaydada şöbəyə çağırılıb və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.

    Balakən rayon Məhkəməsində ayrı-ayrı keçirilən iclaslarda toyda dalaşan 35 yaşlı şəxs barəsində 8, 26 yaşlı şəxs barəsində isə 10 gün müddətinə inzibati həbs cəzası verilib.

  • Хикмет Гаджиев встретился с госсекретарем МИД Германии

    Помощник Президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации главы государства Хикмет Гаджиев встретился в Берлине с государственным секретарем Министерства иностранных дел ФРГ Гезой Андреасом фон Гайром.

    Об этом он написал на своей странице в соцсети X.

    Хикмет Гаджиев отметил, что были обсуждены региональные вопросы, укрепление мира в регионе и двусторонняя повестка дня, включая координационные проекты.

    “Мы обсудили с государственным секретарем МИД Германии Гезой Андреасом фон Гайром региональные вопросы, укрепление мира в регионе и двустороннюю повестку дня, включая координационные проекты. Азербайджан и Германию традиционно связывают хорошие дружественные отношения”, – говорится в публикации.

  • Hikmət Hacıyev Almaniya XİN-in dövlət katibi ilə görüşüb

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Qeza Andreas von Qayr ilə görüşüb.

    Bu barədə Prezidentin köməkçisi “X” hesabında yazıb.

    “Biz Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Qeza Andreas von Qayr ilə regional məsələləri, bölgədə sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən əlaqələrin inkişafına dair layihələri müzakirə etdik. Azərbaycanın Almaniya ilə həmişə dostluq və yaxşı münasibətləri olub”, – H.Hacıyev qeyd edib.

  • “QHT işi” üzrə daha iki məhkəmə başlayır

    QHT işi üzrə ittiham olunan daha iki nəfərin məhkəməsi başlayır.

    APA-nın məlumatına görə, “QHT işi” çərçivəsində saxlanılan QHT təmsilçisi Əhməd Məmmədzadə və “Azərbaycan Gənclər Parlamenti” İctimai Birliyinin layihə rəhbəri Asiman Qocayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    İş baxılması üçün aidiyyati üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Təqsirləndirilənlərin işi üzrə proseslərə hakimlər Hafiz Kamranov və Azər Tağıyev ayrı-ayrı icraatlarda sədrlik edəcəklər.

    Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri – hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

    Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.

    “İştirak Evi ” MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), “Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

    Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

    “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi – hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.

  • İran gəmiləri Azərbaycana gəlib

    Azərbaycanda keçiriləcək “AZİREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət Azərbaycanın ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan HDQ komandanlığı və digər rəsmi şəxslər iştirak ediblər.

    Sonra İran Ordusunun HDQ-sinin rəhbər heyəti ilə Azərbaycan HDQ komandanı arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və “AZİREX-2025” birgə axtarış-xilasetmə təliminin təşkilinə dair məsələlər müzakirə olunub.

    Tədbir çərçivəsində təlimə dair brifinq təqdim edilib, maraq doğuran suallar cavablandırılıb.

    Birgə təlimin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması, axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsidir.

  • Azərbaycanda istehlak bazarı 5 % böyüyüb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 59 milyard manat olub.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % çoxdur.

    Hesabat dövründə ümumi dəyərin 78,7 %-ni pərakəndə ticarət dövriyyəsi, 17,9%-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,4 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

    Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin 9 ayına nisbətən 4,8 % artaraq 56,6 milyard manat olub, onun 44,2 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

    9 ayda bir istehlakçı orta hesabla ayda 640 manat və yaxud illik müqayisədə nominal ifadədə 57,7 manat çox vəsait xərcləyib.