Month: October 2025

  • “Chevrolet” piyadanı vurub öldürdü – VİDEO

    09.10.2025-ci il tarixdə saat 08:50 radələrində Bakı–Quba yolunun 27-ci kilometrliyində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, ilkin məlumata əsasən, 1984-cü il təvəllüdlü, Bakı şəhər sakini Ruslan Ağammədov idarə etdiyi “Chevrolet” markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurub.

    Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

    Hazırda faktla bağlı araşdırma aparılır.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda sükan arxasına əyləşmək yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaradır.

    Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də bu kimi hallara məsuliyyətsiz yanaşır ki, bu da çox zaman faciəvi nəticələrlə yekunlaşır.

  • Bu qablarda saxlanılan qidalar insan sağlamlığına təsir göstərir

    Metal əsaslı qablar və məmulatlarda saxlanılan qidalar birbaşa insan sağlamlığına təsir göstərir.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilib ki, bu səbəbdən məhsullar müvafiq təhlükəsizlik standartlarına tam uyğun olmalıdır.

    ” Yeni qaydalara görə (20 avqust 2025-dən etibarən):
    • Qida ilə təmasda olan metal materiallar sağlamlığa zərər verməməlidir.
    • Paslanmayan polad istisna olmaqla bütün metallar qoruyucu örtüklə təmin edilməlidir.
    • Alüminium, çuqun, sink və digər materiallar üçün xüsusi tələblər müəyyən olunub.
    • Etiketlərdə istifadə qaydaları aydın və oxunaqlı göstərilməlidir.

    Bu tələblər sadəcə keyfiyyət göstəricisi deyil, qanuni məsuliyyətdir. Qaydaları yerinə yetirin, məhsulunuzu təhlükəsiz edin, istehlakçı etibarını qoruyun!”,- deyə Agentlikdən qeyd edilib.

  • Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Oktyabrın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 qumbara, 1 patron darağı və 103 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

  • Xocavənddə MON-50 tələ minası aşkarlandı

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, Xocavənd rayonu Tağaverd kəndi ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları zamanı MON-50 tipli Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar edilib.

    ANAMA-dan verilən məlumata görə, meşəlik və sıx bitki örtüyünə malik çətin relyefli ərazidə aparılan əməliyyatlar zamanı aşkarlanan ağaca quraşdırılmış MON-50 tipli Ermənistan istehsalı olan piyada əleyhinə mina istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir.

    Qəlpələri 45-55 metrə qədər məhv etmə qüvvəsinə malikdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400-550 ədəd 1 sm ölçüsündə silindr formasında qəlpələr yayılır. Əməliyyat zamanı qeyd edilmiş minanın yaxınlığından tələ məftili vasitəsilə digər minaya bərkidilməsi müəyyən olunub.

    Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. MON-50 tipli qəlpələnən minalar isə canlıların kütləvi şəkildə məhv edilməsi üçün nəzərdə tutulub.

    Daşınması təhlükəli hesab edilən partlayıcı qurğu ANAMA əməkdaşları tərəfindən Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən elektrik üsulu ilə yerindəcə zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.

    ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

  • Eynşteyni düşündürən skripka rekord qiymətə satıldı

    Məşhur alim Albert Eynşteynə məxsus əfsanəvi skripka hərracda 1,1 milyon funt sterlinqə (təxminən 1,5 milyon dollar) satılıb.

    “Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, nisbilik nəzəriyyəsinin yaradılması ilə tanınan alim bu aləti 1890-cı illərin ortalarında, Sürix Politexnik Məktəbində təhsil almaq üçün İsveçrəyə getməzdən bir qədər əvvəl Almaniyada əldə edib. 1930-cu illərdə nasistlərin hakimiyyətə gəlməsi ilə Eynşteyn ABŞ-yə mühacirət edib.

    Əşyalarını qorumaq üçün onları fizik yoldaşı Maks fon Laueyə verib. Bunlara şəxsən aldığı ilk skripka, həmçinin atasının ona hədiyyə etdiyi velosiped və fəlsəfə kitabı daxildir.

    İyirmi il sonra fon Laue bu əşyaları Eynşteynin irsinin böyük pərəstişkarı olan Braunşveyqdən olan Marqareta Hommriçə bağışlayıb.

    Musiqi aləti 70 ildən çox idi ki, onun ailəsində saxlanılırdı. Skripkanın ilkin qiyməti 200-300 min funt-sterlinq (təxminən 270-405 min dollar) olub.

    Eynşteyn uşaq ikən anası Paulinanın təkidi ilə skripka çalmağı öyrənməyə başlayıb. Dostları üçün tez-tez Motsart, Bax və Bethovenin əsərlərini ifa edirdi. Düşüncə anlarında musiqi onu müşayiət edirdi, alim bunun onu düşünməyə kömək etdiyini qeyd edib.

  • Bir sıra ölkələrdən Azərbaycana idxala məhdudiyyət qoyulub

    Bir sıra ölkələrdə müxtəlif xəstəliklər aşkarlanıb və Azərbaycana malların idxalına məhdudiyyət qoyulub.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Böyük Britaniya və Şimali İrlandiyanın Uelsin Pouis, Monmutşir bölgələrində blutanq xəstəliyi, İspaniyanın Kataloniya muxtar icmasında nodulyar dermatit xəstəliyi, Almaniyanın Türingiya vilayətində, İranın Ərdəbil əyalətində, Bolqarıstanın Haskovo vilayətində, Danimarkanın Cənubi Danimarka regionunda, Niderlandın Drente əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

    Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.

    Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Израиль наносит авиаудар по сектору Газа

    Израильская армия нанесла новый авиаудар по Газе после сообщений о соглашении с радикальным палестинским движением ХАМАС о прекращении огня в секторе.

    Об этом сообщает Median.Az со ссылкой на Al Arabiya.

    Согласно информации, израильский авиаудар был нанесен по району Зейтун в городе Газа.

  • İsrail Qəzzaya zərbə endirir

    İsrail ordusu Qəzza zolağında atəşkəs haqqında HƏMAS ilə razılaşma barədə məlumatlardan sonra Qəzzya yeni hava zərbəsi endirib.

    Bu barədə Median.Az “Əl Ərəbiyə”yə istinadən xəbər verir.

    Məlumata görə, İsrailin hava zərbəsi Qəzza şəhərində Zeytun rayonuna endirilib.

  • В Астаре задержан наркокурьер с 55 кг наркотиков

    Главное управление по борьбе с наркотиками МВД Азербайджана в ходе проведенной в Астаринском районе операции задержало наркокурьера с 55 кг марихуаны, метамфетамина и опиума с добавлением вредных веществ в состав.

    Как сообщает Median.Az со ссылкой на МВД, задержанным оказался Эльчин Джавадов, 1977 года рождения, ранее осужденный за организацию продажи наркотиков.

    В ходе расследования установлено, что Джавадов является одним из основных лиц, переправлявших наркотики в Азербайджан контрабандным путем.

    По факту возбуждено уголовное дело. В отношении задержанного лица по решению суда избрана мера пресечения в виде ареста.

  • DİN Astarada əməliyyat keçirib, 55 kq narkotik aşkarlanıb

    Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Astarada əməliyyat keçirib.

    Bu barədə DİN məlumat yayıb.

    Belə ki, Astara rayonunda baş tutan tədbir zamanı 1977-ci il təvəllüdlü əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunmuş Elçin Cavadov saxlanılıb. Ondan 55 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana,metamfetamin və tiryək aşkarlanıb.

    Araşdırma zamanı E.Cavadovun Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotikləri keçirən əsas şəxslərdən biri olması müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.