Month: October 2025

  • В Баку и регионах Азербайджана ожидается усиление ветра

    В Баку, на Апшеронском полуострове и в регионах Азербайджана объявлены желтое и оранжевое предупреждения в связи с ожидаемой 10 октября ветреной погодой.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    В Шеки, Огузе, Исмаиллы, Евлахе, Барде, Тертере, Мингячевире, Дашкесане, Геранбое, Нафталане, Гёйчае, Зардабе и Агдаше, в соответствии с оранжевым предупреждением, ожидается северо-западный ветер со скоростью 20,8-28,4 м/с.

    В Баку, на Апшеронском полуострове и в других регионах страны ожидается северо-западный ветер со скоростью 13,9-20,7 м/с.

  • Bakıda və rayonlarda külək güclənəcək

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə oktyabrın 10-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Belə ki, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Göyçay, Zərdab və Ağdaşda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu narıncı xəbərdarlığa uyğundur.

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin digər bölgələrində isə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu isə sarı xəbərdarlıq deməkdir.

  • В Азербайджане ожидается двукратный рост потерь в результате киберинцидентов

    В Азербайджане потери в результате киберинцидентов увеличатся примерно вдвое по сравнению с прошлым годом и достигнут 40 млн манатов.

    Как сообщает Report, об этом заявил исполнительный директор Общественного объединения “Ассоциация организаций кибербезопасности Азербайджана” Рауф Джабаров на финтех-форуме в Баку.

    “По данным Министерства внутренних дел, в прошлом году в стране были зафиксированы потери в размере 22 млн манатов. Здесь свою роль играют также банки и другие финансовые институты. Их уязвимости приводят к возникновению подобных инцидентов. Однако собственные ошибки людей также играют роль в росте потерь”, – сказал он.

  • Azərbaycanda kiberhadisələr nəticəsində itkilərdə 2 dəfə artım gözlənilir

    Bu il Azərbaycanda kibertəhlükəsizlik insidentləri nəticəsində yaranan maliyyə itkilərinin ötən illə müqayisədə təxminən iki dəfə artaraq 40 milyon manata çatacağı proqnozlaşdırılır.

    Bunu “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Rauf Cabarov Bakıda keçirilən fintex forumunda (“Baku Fintech Forum 2025”) bildirib.

    Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin (DİN)məlumatına əsasən, ötən il ölkədə kibertəhlükəsizlik insidentləri nəticəsində 22 milyon manat məbləğində itki qeydə alınıb:

    “Bu prosesdə banklar və digər maliyyə institutlarının da rolu var. Onların sistemlərindəki zəifliklər belə hadisələrin baş verməsinə şərait yaradır. Lakin insanların fərdi səhvləri və ehtiyatsız davranışları da ümumi itkilərin artmasına ciddi təsir göstərir”.
    //report

  • Azərbaycanda kirayə mənzil fonduna daha 201 mənzil əlavə olunub

    İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində daha 201 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

    Median.Az Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.

    Yeni mənzillər seçim üçün oktyabrın 17-si saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

    Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.

    İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8 255 kirayə müqaviləsi bağlanıb.

  • Мбаппе хочет сыграть в матче с Азербайджаном

    Футболист сборной Франции Килиан Мбаппе хочет сыграть в матче против сборной Азербайджана, который состоится завтра в Париже в рамках отборочного этапа ЧМ-2026.

    Об этом 27-летний нападающий мадридского “Реала” заявил на пресс-конференции.

    “Матч против Азербайджана не менее важен, чем игра с Исландией. Наша цель – получить путевку в финал чемпионата мира. Мы должны бороться, пока не достигнем этой цели. К игре с Азербайджаном нужно подходить серьезно и одержать победу. Я хочу сыграть завтра. Не думаю, что будут серьезные проблемы, я хорошо себя чувствую”, – сказал он.

    Отметим, что матч Франция – Азербайджан состоится 10 октября на стадионе “Парк де Пренс” в Париже и начнется в 22:45 по бакинскому времени.

  • Mbappe Azərbaycanla matçda oynamaq istəyir

    Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində sabah Parisdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri matçda oynamaq istəyir.

    Madrid “Real”ında çıxış edən 27 yaşlı hücumçu bu barədə mətbuat konfransında açıqlama verib.

    “Azərbaycana qarşı görüş İslandiya ilə matçdan az önəmli deyil. Məqsədimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Bu hədəfə çatana kimi mübarizə aparmalıyıq. Azərbaycanla oyuna ciddi yanaşıb, qələbə qazanmalıyıq. Mən sabah oynamaq istəyirəm. Baş məşqçimiz Didye Deşam da bunun əleyhinə deyil. Ciddi problem olacağını düşünmürəm, özümü yaxşı hiss edirəm”.

    Qeyd edək ki, Fransa – Azərbaycan görüşü oktyabrın 10-da “Park de Prens” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

  • Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub

    Sumqayıtda Dənizkənarı Bulvar ərazisində ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub, əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının keçirirdiyi nəzarət tədbirləri zamanı Sumqаyıt şəhəri, Dənizkənarı Bulvar ərazisində ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub.

    İdarənin rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanı 30 zeytun ağacının və 12 lüqustr kolunun vətəndaş Vüsalə Hüseynliyə icarəyə verilmiş torpaq sahəsində kəsildiyi və təbiətə 20 160 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

    Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

    İdarə rəisinin sözlərinə görə, kəsilmiş ağacların əvəzinə 42 sərv ağacı əkilib. Yeni əkilən ağaclar qeydiyyata alınaraq identifikasiya etiketi vurulub. Eyni zamanda, onlara aqrotexniki qulluq göstərilməsi və mühafizə olunması məqsədilə Sumqayıt Bulvar İdarəsinə müraciət olunub:

    “Vətəndaşlardan yaşıllıqlara qayğı ilə yanaşmaları, onların mühafizəsinə həssas münasibət göstərmələri və bu kimi hallarla rastlaşdıqları zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etmələri xahiş olunur”.

  • ВС Украины нанесли удары по ГПЗ и нефтеперегонной станции в России

    Силы обороны Украины нанесли удары по стратегическим объектам в Волгоградской области РФ – Коробковскому газоперерабатывающему заводу (ГПЗ) и линейно-производственной диспетчерской станции “Ефимовка” в ночь на 9 октября.

    Об этом сообщают украинские СМИ со ссылкой на Генштаб ВСУ.

    ГПЗ, расположенный в Котово, Волгоградской области, является одним из крупнейших заводов по первичной переработке природного газа и попутного нефтяного газа на юге России с проектной мощностью 450 млн кубометров природного и попутного газа в год и 186 тыс. тонн широкой фракции легких углеводородов в год.

  • Ukrayna Rusiyanın strateji obyektlərinə zərbələr endirib

    Ukrayna Müdafiə Qüvvələri oktyabrın 9-na keçən gecə Rusiyanın Volqoqrad vilayətində strateji obyektlərə – Korobkov qaz emalı zavoduna və “Yefimovka” xətti-istehsalat dispetçer stansiyasına zərbələr endirib.

    Bu barədə Ukrayna mətbuatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən bildirib.

    Volqoqrad vilayətinin Kotovo şəhərində yerləşən qaz emalı zavodu Rusiyanın cənubunda təbii və səmt qazının ilkin emalı üzrə ən böyük zavodlardan biridir.