Month: October 2025

  • В Азербайджан привезут новые тесты для выявления генетических заболеваний у новорожденных

    В рамках мероприятий по улучшению здоровья матерей и детей, а также проведения обязательной диспансеризации детей в Азербайджан будут завезены тесты для неонатального скрининга.

    Об этом Median.Az сообщает со ссылкой на iqtisadiyyat.az.

    Согласно информации, Центр инноваций и снабжения при Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB) заказал 325 000 различных тестов для неонатального скрининга.

    Финансовая стоимость заказа, который будет доставлен компанией Albatros Health Care, составляет 2.5 млн манатов.

    Отметим, что неонатальный скрининг – это метод обследования, позволяющий выявить генетические заболевания у новорожденных на ранней стадии.

    В Азербайджане проводятся скрининговые тесты на следующие заболевания:

    – фенилкетонурию (ФКУ);

    – дефицит биотинидазы (БЕ);

    – врожденный гипотиреоз (ВГ);

    – муковисцидоз (кистозный фиброз, КФ).

  • Azərbaycana körpələrdə genetik xəstəlikləri aşkarlamaq üçün yeni testlər gətiriləcək

    Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlərlə bağlı xərclər çərçivəsində Azərbaycana neonatal skrininq testləri gətiriləcək.

    Median.Az İqtisadiyyat.az məlumat yayıb.

    Məlumata görə, TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi 325 min ədəd müxtəlif adda neonatal skrininq testləri sifariş edib.

    “Albatros Heltkeyr” şirkəti tərəfindən çatdırılacaq sifarişin maliyyə dəyəri isə 2,5 milyon manat müəyyənləşib.

    Qeyd edək ki, neonatal skrininq yenidoğulmuşlarda genetik xəstəlikləri aşkara çıxarmaq üçün aparılan müayinə metodlarından biridir.

    Ölkəmizdə aparılan skrininq testlərinə aşağıdakılar daxildir:

    Fenilketonuriya (FKU);

    Biotinidaza (BE);

    Anadangəlmə hipotiroidizm (CH).

    Neonatal dövrdə 4 xəstəlik, o cümlədən kistik fibroz (KF) müayinə olunur.

  • Конор Макгрегор дисквалифицирован на 18 месяцев

    37-летнего бывшего двойного чемпиона UFC в категориях до 66 кг и до 70 кг ирландца Конора Макгрегора дисквалифицировали на 18 месяцев за нарушение антидопинговой политики.

    Об этом информирует пресс-служба Антидопингового агентства США (USADA).

    Согласно официальной информации, Конор трижды в 2024 году не предоставил информацию о своем местонахождении, в результате чего инспекторы не смогли взять у него биоматериал. Это автоматически считается нарушением.

    Однако Макгрегор полностью сотрудничал со следствием и признал ответственность, поэтому стандартная двухлетняя дисквалификация была сокращена до 18 месяцев. Таким образом, вернуться в октагон ирландец сможет 20 марта 2026 года.

  • Konor Makqreqor 18 aylıq diskvalifikasiya edildi

    66 kq və 70 kq çəki dərəcələrində UFC-nin keçmiş ikiqat çempionu 37 yaşlı irlandiyalı Konor Makqreqor antidopinq siyasətini pozduğuna görə 18 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

    Bu barədə ABŞ Antidopinq Agentliyinin (USADA) Mətbuat Xidməti məlumat yayıb.

    Rəsmi məlumata görə, Konor 2024-cü ildə üç dəfə harada olduğu barədə məlumat verə bilməyib, nəticədə, müfəttişlər onun biopsiya analizlərini toplaya bilməyiblər. Bu, avtomatik olaraq pozuntu hesab olunur.

    Bununla belə, döyüşçü istintaqla tam əməkdaşlıq edib və məsuliyyəti boynuna alıb. Buna görə də standart iki illik cəza 18 aya endirilib. Belə olduqda, irlandiyalı 2027-cı il martın 20-də oktaqona qayıtmaq hüququ qazanacaq.

  • Постпред Азербайджана рассказал в ООН об инициативах Баку по борьбе с терроризмом

    Постоянный представитель Азербайджана при ООН Тофиг Мусаев выступил на заседании “Меры по ликвидации международного терроризма” Шестого комитета 80-й сессии Генеральной Ассамблеи всемирной организации.

    Как сообщает Report, посол рассказал о вкладе Азербайджана в глобальные усилия по борьбе с международным терроризмом, об инициативах и важности международного сотрудничества в этой области.

    “Азербайджан активно присоединился к глобальным антитеррористическим усилиям и придает большое значение укреплению международного сотрудничества. Мы считаем, что борьба с терроризмом возможна только в результате совместных усилий”, – сказал дипломат.

    Он проинформировал делегатов стран-членов о Бакинском форуме безопасности, учрежденном в 2023 году, и его деятельности, отметив, что в форуме принимают участие представители органов безопасности и разведки из различных регионов мира, способствуя обмену опытом и сотрудничеству в борьбе с терроризмом.

    “Бакинский форум безопасности уже стал важной платформой для международного сотрудничества. На мероприятии представители разных стран собираются для обмена мнениями по укреплению координации в борьбе с терроризмом”, – подчеркнул Т.Мусаев.

    По его словам, Азербайджан на протяжении многих лет был объектом нападок курируемого извне терроризма, а части его территории, находясь под оккупацией, служили “серой зоной” для присутствия и деятельности проникших террористических, наемнических и других вооруженных групп, а также для незаконной торговли, бесконтрольного оборота оружия и эксплуатации ресурсов.

    Дипломат отметил недопустимость амнистии террористов, а также важность борьбы против радикализма и экстремизма на почве ненависти через просвещение и диалог.

    “Случаи безнаказанности в отношении террористов недопустимы. Мы должны усилить воспитание молодежи в духе мира, толерантности и взаимопонимания, чтобы сформировать устойчивый иммунитет против радикализации”, – сказал Т.Мусаев.

    Он добавил, что Азербайджан продолжит борьбу со всеми формами международного терроризма, в том числе усилия по привлечению преступников к ответственности, дальнейшему развитию международных правовых механизмов и сотрудничества.

  • BMT-də Azərbaycanın antiterror təşəbbüsləri təqdim olunub

    Azərbaycan BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev təşkilatın Baş Assambleyasının 80-ci sessiyasının altıncı komitəsində “Beynəlxalq terrorizmin aradan qaldırılması tədbirləri” adlı sessiyada çıxış edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, səfir Azərbaycanın beynəlxalq terrorizmə qarşı qlobal səylərə verdiyi töhfədən, mövcud təşəbbüslərindən və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb:

    “Azərbaycan qlobal antiterror səylərinə fəal qoşulub və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir. Biz hesab edirik ki, terrorizmə qarşı mübarizə yalnız birgə səylər nəticəsində mümkün ola bilər”.

    T.Musayev çıxışında 2023-cü ildə təsis olunan Bakı Təhlükəsizlik Forumu və onun iş fəaliyyəti barəsində üzv ölkələrin nümayəndələrinə məlumat verib. O bildirib ki, forum dünyanın müxtəlif regionlarından təhlükəsizlik və kəşfiyyat qurumlarının nümayəndələrini bir araya gətirərək, terrorizmə qarşı mübarizədə təcrübə mübadiləsini və əməkdaşlığı təşviq edir:

    “Bakı Təhlükəsizlik Forumu artıq beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Burada müxtəlif ölkələrdən nümayəndələr bir araya gələrək, terrorizmlə mübarizədə koordinasiyanı gücləndirmək üçün fikir mübadiləsi aparırlar”.

    Səfir, həmçinin Azərbaycanın uzun illər ərzində xaricdən yönəldilən terror fəaliyyəti və işğal dövründə ərazilərində baş verən qanunsuz əməliyyatlarla üz-üzə qaldığını xatırladıb:

    “Azərbaycan uzun müddət ərzində xarici qüvvələr tərəfindən təşkil olunan terror aktlarına və işğal altında olan ərazilərində baş verən qanunsuz silah və resurs ticarətinə məruz qalıb. Bu, beynəlxalq ictimaiyyətin birgə səylərini tələb edən məsələdir”.

    Diplomat vurğulayıb ki, terrorçulara amnistiya və ya himayədarlıq hallarına yol verilməməli, radikallaşma və nifrət zəminində yaranan ekstremizmə qarşı təhsil və dialoq vasitəsilə mübarizə aparılmalıdır:

    “Terrorçulara münasibətdə cəzasızlıq halları yolverilməzdir. Biz gənclərin sülh, tolerantlıq və qarşılıqlı anlaşma ruhunda tərbiyəsini gücləndirməliyik ki, radikallaşmaya qarşı davamlı immunitet formalaşsın”.

    Sonda səfir qeyd edib ki, Azərbaycan beynəlxalq terrorizmin bütün formalarına qarşı mübarizəni, eləcə də cinayətkarların məsuliyyətə cəlb olunması, beynəlxalq hüquqi mexanizmlərin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini davam etdirəcək.

  • Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

    Piyadaların qəflətən yolun hərəkət hissəsinə çıxması, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi və ya piyada zolaqlarında ləngiməsi ilk növbədə onların özləri və sürücülər üçün ciddi təhlükə yaradır. Belə qayda pozuntuları əksər hallarda xoşagəlməz nəticələrə, bəzən də ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb olur.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciətində bildirilib.

    Qeyd edilib ki, qanunvericiliyin tələbinə əsasən, piyadalar yolu yalnız nəzərdə tutulmuş yerlərdən keçməli, dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməli, yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxmalıdırlar.

    “Dəyərli piyadalar! Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları kimi sizləri sadalanan qaydalara qeyd-şərtsiz əməl etməyə, öz həyat və sağlamlığınızı təhlükəyə atmamağa çağırırıq”, – müraciətdə deyilir.

  • Ağdamda yanğında xəsarət alan qadın xəstəxanada ölüb

    Ağdam rayonunda baş verən yanğın nəticəsində xəsarət alan qadın xəstəxanada ölüb.

    Hadisə oktyabrın 2-də rayonun Quzanlı qəsəbəsində 3 otaqlı evdə baş verib, bu zaman yanıq xəsarəti alan 1965-ci il təvəllüdlü Zibeydə İsmayılova xəstəxanaya yerləşdirilib.

    Lakin o, oktyabrın 8-də paytaxt xəstəxanalarından birində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Tovuzda itin dişlədiyi məktəbli 1 ay sonra öldü

    Tovuz sakini olan məktəbli Bakıda xəstəxanada ölüb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, rayon sakini 10-14 yaşı arasında olan oğlanı təxminən bir ay əvvəl öz həyatlərində it dişləyib. Məktəbli əvvəlcə Tovuz xəstəxanasına, daha sonra isə Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilib. Ona xəstəxanada göstərilən yardımlara baxmayaraq, bu gün vəfat edib.
    Xatırladaq ki vəfat edən oğlanın 5 ci sinif şagirdi olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

  • Elektrik avtomobillərdə siqaret çəkənlər oxusun: Bu təhlükələr sizi gözləyir…

    Son illərdə elektrik avtomobillərin sayı artsa da, bəzi sürücülər hələ də bu nəqliyyat vasitələrində siqaret çəkmək vərdişindən imtina etməyiblər.

    Bəs, siqaret tüstüsü bu avtomobillər üçün hər hansı təhlükə yaradırmı?

    Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, ümumilikdə elektrik və ya digər yanacaq növü ilə işləyən avtomobillərdə siqaretin birbaşa texniki təhlükəsi yoxdur:

    “Ümumiyyətlə, istər elektrik, istərsə də digər yanacaqla işləyən avtomobillərdə siqaretin xüsusi zərəri yoxdur. Yeganə risk qazla işləyən avtomobillərdə müşahidə olunur. Belə hallarda salonda qaz balonu yerləşdiyi üçün partlayış təhlükəsi yaranır,” – deyə ekspert qeyd edib.

    Yasin Mustafayev əlavə edib ki, siqaretin avtomobilin içində çəkilməsi yalnız texniki baxımdan deyil, həm də gigiyenik və ekoloji cəhətdən arzuolunmaz haldır:

    “Siqaret tüstüsü salonun havasını çirkləndirir, filtrlərin və sensorların işinə mənfi təsir göstərə bilər. Bundan başqa, küçələrin zibillənməməsi məqsədilə siqaret kötüyünü və qutularını küçəyə atanlara qarşı cərimələr də artırılıb.”

    Ekspertin sözlərinə görə, istehsalçılar elektrik avtomobillərində siqaret çəkməyi xüsusi şəkildə qadağan etməsələr də, bir çox brendlər salonun təmiz hava dövranını və filtr sistemini qorumaq üçün siqaretdən imtinanı tövsiyə edir.