Month: October 2025

  • Azərbaycan boksçusu Avropa çempionatında finala yüksəldi

    Azərbaycan təmsilçisi Çexiyanın Ostrava şəhərində boks üzrə keçirilən U-19 Avropa çempionatında finala yüksəlib.

    Banuçiçək Nəsirli (48 kq) bu raundadək irəliləyib.

    O, yarımfinalda Ameliya Sulanı (İtaliya) məğlub edib.

  • ABŞ-də ambulans helikopteri magistrala düşdü; 3 nəfər ağır yaralandı

    ABŞ-nin Kaliforniya ştatında xidmət göstərən bir hava ambulansı helikopteri magistrala düşüb.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, Sacramento şəhərində baş verən hadisədə helikopterdə olan 3 nəfər ağır yaralanıb.

    Sacramento Yanğın Xidməti bildirib ki, qəza yerli vaxtla saat 19:00 radələrində baş verib.

    Hadisədən sonra magistralın şərq istiqaməti bağlanıb və yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

  • Jordi Alba karyerasını başa vurur

    “İnter Mayami”nin müdafiəçisi Jordi Alba MLS mövsümünün sonunda karyerasını bitirəcəyini açıqlayıb.

    Bu barədə futbolçu sosial media hesabında məlumat verib.

    “Təşəkkür edirəm, futbol”, – o yazıb.

    Xatırladaq ki, Alba 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 68 matçda meydana çıxıb, 8 qol vurub və 20 məhsuldar ötürmə verib.

  • Ağdaşda 34 yaşlı şəxs siçan dərmanı içdi

    Ağdaşda 34 yaşlı şəxs kəsəyən dərmanı içərək canına qəsd etməyə çalışıb.

    “Unikal”ın məlumatına görə, hadisə Yenicə kəndində baş verib. 1991-ci il təvəllüdlü rayon sakini Cıkqayev Ruslan Qabil oğlu hələ ki bilinməyən səbəbdən kəsəyən dərmanı içib. Zəhərlənən şəxs ağır durumda xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezidentin Mətbuat Xidməti TDT-nin Dövlət Başçıları Şurasının Zirvə Görüşü ilə bağlı paylaşım edib – Video

    Prezidentin Mətbuat Xidməti İlham Əliyevin sosial şəbəkə hesablarında Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü ilə bağlı paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • III MDB Oyunları: Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəlib

    Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pilləyə yüksəlib.

    Median.Az yarışın rəsmi saytına istinadən xəbər verir ki, ölkənin aktivində hazırda 33 qızıl, 53 gümüş və 92 bürünc medal var.

    Siyahıya Rusiya (124 qızıl, 61 gümüş, 40 bürünc medal) başçılıq edir. Üçüncü pillədə isə Belarus (32 qızıl, 35 gümüş, 52 bürünc) qərarlaşıb.

    İndiyə qədər 10 ölkə təmsilçiləri medal qazanıblar.

    Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

  • Gəncədə 3 marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

    III MDB Oyunlarının bağlanış mərasimi ilə əlaqədar oktyabrın 8-də Gəncə Şəhər Stadionu və ətraf ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət təbiq ediləcək.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Məhdudiyyət səbəbindən Atatürk prospektində fəaliyyət göstərən 6 və 7 nömrəli marşrut avtobuslarının hərəkəti Heydər Əliyev prospekti ilə təşkil ediləcək.

    12 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Bilal Qəhərəmanov küçəsi təyin olunacaq.

  • 103 min manatlıq qızılı mənimsəyən satıcı həbs edildi

    Mərkəzi Univermaqda satıcı işlədiyi zaman müştərilərin qızıllarını ələ keçirməkdə ittiham olunan Günay Muradəliyeva həbs edilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi son iclasda belə hökm çıxarıb. Hakim Mahirə Kərimova zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməməsini nəzərə alaraq xanım müttəhim barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanunauyğun hesab edib. Hökmə əsasən, Günay Muradəliyeva külli miqdarda mənimsəmədə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu vaxta qədər azadlıqda olan Günay məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib. Qeyd edək ki, 31 yaşlı Günay Muradəliyeva Mərkəzi Univermaqda üç nəfərdən satış üçün götürdüyü qızılları lombarda və banklardan birinə girov qoymaqla külli miqdarda pul götürüb. O, pulları öz şəxsi məqsədləri üçün xərcləməklə cinayət törədib. İstintaqla Günaya etibar edilmiş qızılların ümumi məbləği 103 min manat qiymətləndirilib. Lakin istintaqın əvvəllərində o, ziyanın yarısından çoxunu ödəyib.

  • Tovuzda maşın vuraraq piyadanı öldürüb

    Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayon ərazisində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Opel” markalı minik maşını yolu keçən 1940-cı il təvəllüdlü Qiyas Musayevi vurub. Piyada hadisə yerinə ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabirabadda varlığı ilə yoxluğu bilinməyən tibb məntəqələri – VİDEO

    Sabirabadda varlığı ilə yoxluğu bilinməyən tibb məntəqələri