Month: October 2025

  • QHT rəhbəri Nərgiz Muxtarovanın məhkəməsi başladı

    Qeyri-hökumət təşkilatları nümayəndələrindən olan Nərgiz Muxtarovanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əskərova-Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən QHT rəhbərinə qarşı ittiham aktı elan edilib.

    İttihama görə, Nərgiz Muxtarova öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, müxtəlif layihələrlə bağlı sənədləri saxtalaşdırmaqla Şəhla İsmayıl (“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri-red.) və qeyriləri ilə cinayət əlaqəsinə girərək ABŞ-da yerləşən müxtəlif fondlardan ümumilikdə 150 min manatdan çox pul əldə edərək leqallaşdırıb.

    Nərgiz Muxtarova elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.

    Məhkəmə baxış iclası dekabrın 15-nə təyin edilib.

    Qeyd edək ki, iş üzrə təqsirləndirilən Nərgiz Muxtarova Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. Onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri – hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

    Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.

    “İştirak Evi” MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), “Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

    Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

    “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi – hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.

  • Bu körpələr evinin işçilərinin əməkhaqları artırılıb

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqları artırılıb.

    Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qəırar imzalayıb.

    Sənədə əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı artım əmsalları tətbiq ediləcək:

    baş həkim – 3,0 dəfə;
    baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə;
    baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2,0 dəfə;
    təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə.
    Maliyyə Nazirliyi bu Qərarın 1-ci hissəsindən irəli gələn məsələləri həll etməlidir.

    Bu Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir.

  • Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq

    Oktyabrın 28-də Bakının Yasamal, Sabunçu və Xətai rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Median.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, paytaxtın üç rayonunda qaz xətləri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 28-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir işləri aparılan müddətdə Yasamal rayonu üzrə Azadlıq, Mətbuat, H.Cavid, Azərbaycan və Bülbül prospektlərinin, eləcə də M.Müşfiq, N.Nərimanov, İ.Qutqaşınlı, Ə.Ələkbərov, A.Sultanova, M.Fətəli, A.Şaiq, M.Muxtarov, M.Rahim, Zərgərpalan, S.Dağlı, T.Xəlilbəyli, İ.Səfərli, Nizami, Ü.Hacıbəyov, S.Vurğun, Xəqani, R.Behbudov, R.Rza, Mərdanov qardaşları, İçərişəhər və Rastropoviç küçələrinin, Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsi, Qurtuluş və K.Kərimov küçələrinin, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunun, həmçinin Xətai rayonu üzrə isə H.Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Ararat Mirzoyan: “Azərbaycan və Türkiyə Yerevana dəvət olunub”

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan və Türkiyə Avropa Siyasi Birliyinin gələn ilin yazında Yerevanda keçiriləcək 8-ci sammitinə dəvət olunublar.

    Median.Az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, nazir bunu jurnalistlərə müsahibəsində bəyan edib.

    Mirzoyan bildirib ki, dəvətlər hələlik şifahi formada göndərilib.

  • В Азербайджане резко сократилось производство алкогольных напитков

    В январе-сентябре этого года в Азербайджане зафиксировано существенное снижение объёмов производства алкогольных напитков.

    Как сообщает Median.Az со ссылкой на Государственный комитет по статистике, небольшой рост отмечен только в производстве пива – на 1.3%. Его объём составил 4 356.1 тыс. декалитров.

    Производство остальных алкогольных напитков, напротив, снизилось: выпуск водки сократился на 12.6% – до 1 076.8 тыс. декалитров, виски – на 44.3%, до 335.6 тыс. декалитров, а виноградного вина – на 54.4% до 438.9 тыс. декалитров.

  • Azərbaycanda alkoqollu içkilərin istehsalı kəskin azalıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda alkoqollu içkilərin istehsalında ciddi azalma müşahidə olunub.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə yalnız pivə istehsalında cüzi artım müşahidə olunub. Belə ki, ölkədə pivə istehsalı 4 milyon 356.1 min dekalitr təşkil edərək 1.3% artıb.

    Digər alkoqollu məhsullar üzrə vəziyyət geriləmə ilə xarakterizə olunur: Araq istehsalı 12,6% azalaraq 1 milyon 76.8 min dekalitrə, viski istehsalı 44.3% azalaraq 335.6 min dekalitrə, üzüm şərabı istehsalı isə 54.4% azalaraq 438.9 min dekalitrə enib.

  • Hakim ağır cinayətdə ittiham olunan şəxsə bəraət verdi – Qalmaqal yarandı

    Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət hökmü qalmaqala səbəb olub.

    Qaynarinfo-nun məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə istintaqında təqsirləndirilən şəxs B.Nurməmmədova Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə mühakimə olunub.

    İş materiallarından aydın olur ki, B.Nurməmmədov İ.Quliyev adlı şəxsdən hədə-qorxu yolu ilə pul tələb edib. Lakin məhkəmə zamanı B.Nurməmmədov verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, İ.Quliyevlə şərikli iş görüblər. Lakin sonradan zərərçəkmiş ona çatacaq 50 000 manatı verməkdən yayınıb.

    İ.Quliyevin ifadəsi olə B.Nurməmmədovun dedikləri ziddiyyət təşkil edib. Zərərçəkmiş bildirib ki, satmaq məqsədi ilə 4 mərtəbəli ev tikdirib. Tikintidə işləyən ustaları isə B.Nurməmmədov tapıb. İ.Quliyevin sözlərinə görə, ustaların pulunu vaxtlı-vaxtında verib. Özü də B.Nurməmmədovun vasitəsi ilə. Sonradan inşaat materialların oğurlandığı görə B.Nurməmmədovu tikintidən uzaqlaşdırıb.

    Bir müddət keçdikdən sonra B.Nurməmmədov evin satıldığını eşidərək ondan 50 000 manat pul istəyib. İ.Quliyev isə B.Nurməmmədovun işdə əhəmiyyətli bir rolu olmadığına görə pulu verməkdən imtina edib.

    Bundan sonra B.Nurməmmədov İ.Quliyevi hədələməyə başlayıb. İş o yerə çatıb ki, İ.Quliyev 10 000 manat verməklə təqsirləndirilən şəxsdən yaxa qurtarmaq istəyib.

    B.Nurməmmədov 10 000 manat aldıqdan sonra bir də ondan pul istəməyəcəyinə dair söz versə də, sonradan yenidən pul tələb edib. İ.Quliyev də ona hissə-hissə olmaqla daha 20 000 manat verib. Hər dəfə pulu aldıqdan sonra İ.Quliyevdən pul istəməyəcəyinə dair söz verən B.Nurməmmədov bir müddət keçdikdən sonra yenidən pul tələb etdiyinə görə zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalıb.

    Məhkəmə zamanı şahid ifadələri də zərərçəkmişin ifadəsi ilə oxşarlıq təşil edib. Buna baxmayaraq, hakim B.Nurməmmədovun əməlində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət hadisəsinin olmadığı qənaətinə gəlib və onun barəsində bəraətverici əsaslarla hökm çıxarıb.

    Hakimin bu addımı qarşı tərəfin etirazına səbəb olub. Zərəçəkmiş hökmdən apellyasiya şikayəti, dövlət ittihamçısı isə protest verəcəyini bildirib. Həmçinin məsələ ilə bağlı Məhkəmə Hüquq Şurasına da müraciət ediləcəyi bildirilir.

  • Azərbaycanın U-17 millisi böyük hesabla uduzdu

    Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

    B Liqasının 1-ci qrupunda yer alan yığma Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Vadul lui Voda şəhərində keçirilən görüş Kosovo seçməsinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, U-17 qrupda son matçını oktyabrın 30-da Moldova yığmasına qarşı keçirəcək.

  • Azərbaycanın Təbrizdəki baş konsulu dəyişdi – SƏRƏNCAM

    Əliyənnağı Mehti oğlu Hüseynov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə Taleh Balaşirin oğlu Zöhrabov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

  • Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

    Paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

    Bildirilib ki, Yasamal, Sabunçu və Xətai rayonlarında qaz xətləri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 28.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    “Təmir işləri aparılan müddətdə Yasamal rayonu üzrə Azadlıq, Mətbuat, H.Cavid, Azərbaycan və Bülbül prospektlərinin, eləcə də M.Müşfiq, N.Nərimanov, İ.Qutqaşınlı, Ə.Ələkbərov, A.Sultanova, M.Fətəli, A.Şaiq, M.Muxtarov, M.Rahim, Zərgərpalan, S.Dağlı, T.Xəlilbəyli, İ.Səfərli, Nizami, Ü.Hacıbəyov, S.Vurğun, Xəqani, R.Behbudov, R.Rza, Mərdanov qardaşları, İçərişəhər və Rastropoviç küçələrinin, Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsi, Qurtuluş və K.Kərimov küçələrinin, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunun, Xətai rayonu üzrə isə H.Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”,- deyə əlavə edilib.