Month: October 2025

  • Опубликовано письмо Рамиза Мехтиева: как он намеревался осуществить госпереворот? – ФОТО

    В СМИ появилась информация о том, что бывший руководитель Администрации Президента и Национальной академии наук Азербайджана Рамиз Мехтиев намеревался осуществить государственный переворот в стране и в связи с этим направил письмо руководителям определенных структур России.

    Также сообщается, что это письмо оказалось в распоряжении азербайджанских спецслужб.

    Несмотря на то, что некоторые утверждали, что подобного письма не существует и не верили в его подлинность, представленный факт показывает, что Рамиз Мехтиев действительно вынашивал иллюзорные планы осуществить переворот в Азербайджане при поддержке иностранного государства.

    АПА публикует письмо, написанное Мехтиевым.

    Также следует отметить, что реализовать подобный план было не в силах ни самого Рамиза Мехтиева, ни тех кругов, с которыми он пытался установить связь. Попытка осуществить замысел только демонстрирует его истинную лицемерную сущность.



  • Ramiz Mehdiyevin Rusiyaya yazdığı MƏKTUB – FOTO

    Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə mediada məlumat verilib.

    Həmin məktubun Azərbaycan xüsusi xidmət orqanlarının əlinə keçdiyi barədə də informasiyalar yayılmışdı.

    Bəziləri belə məktubun olmadığını, onun mövcudluğuna inanmadıqlarını iddia etsələr də, təqdim etdiyimiz fakt Ramiz Mehdiyevin, həqiqətən də, xarici ölkənin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı gerçəkləşdirmək xülyasına düşdüyünü göstərir.

    Median.Az APA-ya istinadla Ramiz Mehdiyevin ünvanladığı məktubu təqdim edir.

    Xüsusi qeyd etmək yerinə düşər ki, belə bir planı həyata keçirmək nə Ramiz Mehdiyevin, nə də onun əlaqə qurduğu dairələrin imkanında deyil. Sadəcə, buna cəhd etmək onun əsl riyakar xislətini nümayiş etdirir.



  • İlham Əliyev Məmməd Talıbovu səfir vəzifəsindən geri çağırdı

    Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasında səfiri vəzifəsindən geri çağırılıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

  • Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 28-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Qusar, Qobustan, Daşkəsəndə arabir cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Qarğabazar karvansarası bərpa olunur

    Füzuli rayonunun Qarğabazar kəndində yerləşən tarixi karvansaranın bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üçün yeni satınalma prosesi elan edilib.

    “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən açıqlanan tenderin ehtimal olunan dəyəri 214 min 706 manat təşkil edir.

    Təkliflərin təqdim olunması üçün son tarix 20 noyabr göstərilib.

    Qeyd edək ki, 1681-ci ildə inşa edilən Qarğabazar karvansarası Azərbaycanın qədim memarlıq abidələrindən biri sayılır.

  • Abşeronda tələbə binadan yıxılaraq öldü

    Abşeron rayonunda bədbəxt hadisə baş verib.

    Oxu.Az xəbər verir ki, hadisə Şəfəq qəsəbəsində qeydə alınıb.

    Belə ki, 21 yaşlı Kəmalə Əbilova binadan yıxılaraq dünyasını dəyişib.

    Mərhumun Sumqayıt Dövlət Universitetinin tələbəsi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi

    Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Parlament Assambleyasının oktyabrın 28-30-u İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək.

    Bunu APA-ya açıqlamasında Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili bildirib.

    Tahir Mirkişili deyib ki, Avronest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır: “Bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini dəstəkləmir, əksinə regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökür. Bu barədə Azərbaycan Milli Məclisi dəfələrlə etiraz bəyanatları verib. Bu ilin avqust ayında Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında keçirilən sülh görüşündən sonra bütün dünyanın alqışladığı bu hadisə ilə bağlı Avropa Parlamentinin qeyri-konstruktiv bəyanatı Azərbaycan nümayəndə heyətinin bu təşkilat ilə Avronest PA çərçivəsində əməkdaşlığın faydalılığına inamına bir daha ciddi zərbə vurub. Bu səbəblərdən İrəvanda keçiriləcək plenar iclasda iştirak etməyəcəyik. Təşkilatın rəhbərliyinə də bu iradlarımızı bildirmişik. Qeyd edim ki, bu qərar tədbirin Ermənistanda keçirilməsi ilə bağlı deyil. Bu gün Azərbaycan və Ermənistan arasında sülh artıq təmin olunub, münasibətlərin normallaşdırılması istiqamətində əməli addımlar da atılır”.

  • Hakan Fidanın müavini Bakıya gəlib

    Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycanda səfərdədir.

    Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

    Nazir müavini Bakıda siyasi məsləhətləşmələrdə iştirak edəcək.

    Berris Ekinci Türkiyə səfirliyində olub, Fəxri və Şəhidlər xiyabanlarını və Türk şəhidliyini ziyarət edib.

  • Evdən 15 500 manat oğurlandı

    Oktyabrın 26-da Xətai rayonunda yerləşən evlərin birindən oğurluq edilib.

    Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Zərərçəkən polisə müraciət edərək evindən 15500 manatının talandığını bildirib. Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı B.Babayev müəyyən olunaraq saxlanılıb.

    Nəsimi rayonunda isə bir nəfərə məxsus “Hyundai” markalı avtomobilin ehtiyat hissəsini oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı A.Tağıyev saxlanılıb.

    Araşdırma aparılır.

  • Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olundu

    Oktyabrın 27-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ifadələrin elan olunması ilə davam etdirilir.

    Məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.

    Zərərçəkmiş şəxs – “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin 1 saylı yol-nəqliyyat idarəsində müqavilə əsasında işləyən sürücü Seyidov Nadir Bədir oğlu ifadəsində göstərib ki, idarə etdiyi ekskavator 2021-ci il noyabrın 19-da Zəngilan rayonu ərazisində düşmənin basdırdığı minaya düşüb. Partlayış nəticəsində o və Renad Ağababayev xəsarət alıblar.

    Zərərçəkmiş şəxs Zeynalov Bəykişi Musa oğlunun elan olunan ifadəsinə əsasən, 2020-ci il sentyabrın 27-də Ağdamın Qaradağlı kəndində yaşadığı evdə olarkən evin damına Ermənistan silahlı qüvvələrinin atdığı mərmi düşməsi nəticəsində bədən xəsarətləri alıb, evi əşyarlarla birlikdə yararsız hala düşüb.

    Növbəti ifadələrdə qeyd olunub ki, zərərçəkmiş şəxs Həsənov Mehman Fikrət oğlu 2023-cü il sentyabrın 19-da Ağdam rayonunun Mollalar kəndi ərazisində düşmənin atdığı mərminin, zərərçəkmiş şəxs Quliyev Hüseyn Mahir oğlu eyni tarixdə Ağdərə rayonunun Canyataq kəndi ərazisinə atılan mərminin partlaması, Həsənli İmran Elman oğlu isə həmin il sentyabrın 20-də Ağdərə rayonu istiqamətinə açılmış atəş nəticəsində bədən xəsarətləri alıblar.

    Elan olunan digər ifadələrə əsasən, zərərçəkmiş şəxs Fərzəliyev Samir Vaqif oğlunun hüquqi varisi Fərzəliyeva Siyafər Əli qızı övladının 2020-ci il sentyabrın 27-də, zərərçəkmiş şəxs İsmayılov Mirrəhim Mirmehdi oğlunun hüquqi varisi İsmayılov Mirmehdi İsmayıl oğlu isə övladının həmin il oktyabrın 2-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində həlak olduqlarını bildiriblər.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.