Month: November 2025

  • Bərdədə ƏMƏLİYYAT: Xadiməni əxlaqsızlığa cəlb edən sahibkar TUTULDU

    Bərdədə qadını əxlaqsızlığa cəlb edən şəxsə cinayət işi açılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları rayon ərazisində yerləşən kafedə əməliyyat keçiriblər.

    Nəticədə kafenin icarədarının xidmətçi qadını (xadimə) fahişəliyə cəlb etdiyi məlum olub.

    Faktla bağlı icarədar, 58 yaşlı Manaf Quliyev (ad və soyad şərtidir) saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 243.1 (gəlir qazanmaq niyyətilə fahişəliyə cəlbetmə) və 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil etmə) maddələri ilə cinayət işi açılıb.

    İttiham aktına görə, kafenin icarədarı olan Manaf Quliyev gündəlik 15 manat maaş qarşılığında xidmətçi kimi işə götürdüyü 51 yaşlı qadını fahişəliyə cəlb edərək 30 yaşlı müştəri ilə görüşdürüb. Bunun qarşılığında həmin müştəridən 20 manat alıb. Pulun yarısı özünə, yarısı isə zərərçəkən qadına çatıb.

    Məhkəmə istintaqı zamanı sübut edilib ki, təqsirləndirilən Manaf Quliyev xidmətçi kimi işə götürdüyü Daşkəsən rayon sakini 51 yaşlı qadını müştəriyə təqdim edərək onu fahişəliyə cəlb edib.

    Bərdə Rayon Məhkəməsinin qərarı ilə Manaf Quliyev barəsində 480 saat ictimai işlər cəzası verilib.

  • Ильгар Гаджиев вызван в Генеральную прокуратуру

    Бывший владелец ОАО Akkord İnşaat Sənaye Ильгар Гаджиев вызван в Генеральную прокуратуру.

    Как сообщает Median.Az со ссылкой на İTV, Ильгару Аллаз оглу Гаджиеву было направлено официальное уведомление о приглашении в Следственное управление надзорного ведомства в соответствии с требованием статьи 467-13.4 (открытие заочного производства по уголовному преследованию) Уголовно-процессуального кодекса Азербайджанской Республики (АР).

    Сообщается, что он должен явиться 24 ноября в 10:00 в Главное следственное управление Генпрокуратуры, расположенное по адресу: город Баку, Бинагадинский район, улица Сулеймана Сани Ахундова, 160.

    В отношении Гаджиева принято решение о привлечении в качестве обвиняемого по статье 178.3.2 (мошенничество, совершенное с причинением крупного ущерба) Уголовного кодекса, действовавшего до 2017 года. В связи с тем, что он скрылся от следствия за пределами Азербайджана, он объявлен в розыск для предъявления обвинения. Решением Наримановского районного суда от 13 февраля 2021 года в его отношении избрана мера пресечения в виде заочного ареста.

    14 ноября в содержание обвинения были внесены дополнения и изменения, и в отношении Ильгара Гаджиева было принято решение о привлечении в качестве обвиняемого по статьям 178.3.2 и 193-1.3.2 (легализация имущества в крупном размере, добытого преступным путем) Уголовного кодекса, действовавшего до 1 декабря 2017 года.

    Отмечается, что он, будучи руководителем ООО Ezde Qrup с 2016 по 2021 год, пользуясь своим служебное положение, путем мошенничества завладел и легализовал 10 млн долларов, то есть 16 млн 270 тыс. манатов.

    Обвиняемому вынесено предупреждение о возможности открытия заочного производства и вынесения заочного приговора или иного решения суда. В случае неявки на вызов против него может быть начато заочное судебное производство с вынесением соответствующего приговора или иного окончательного решения суда.

  • İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

    “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb.

    Median.Az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

    Məlumata görə, İlqar Allaz oğlu Hacıyevə Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

    Bildirilib ki, o, bu il noyabrın 24-də 10:00-da Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

    Qeyd olunub ki, İlqar Hacıyev barəsində 2017-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

    Noyabrın 14-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr 2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

    Qeyd olunub ki, o, 2016-cı ildən 2021-ci ilədək “Ezde Qrup” MMC-nin rəhbəri olarkən öz qulluq mövqeyindən istifadə etməklə 10 milyon dollar, yəni 16 milyon 270 min manat pulu dələduzluq yolu ilə ələ keçirib və leqallaşdırıb.

    Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.

    Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.

  • Эфиопия сообщила о первой вспышке вируса Марбург

    После лабораторного тестирования образцов Эфиопия подтвердила первую вспышку болезни, вызванной вирусом Марбург.

    Как передает Median.Az, об этом сообщает Bloomberg.

    Всемирная организация здравоохранения (ВОЗ) заявила, что выявленный вирус относится к тому же штамму, что и при предыдущих вспышках в странах Восточной Африки. В южном регионе Эфиопии, недалеко от границы с Южным Суданом, зарегистрированы девять случаев, включая зараженных медицинских работников.

    ВОЗ и Африканские центры по контролю и профилактике заболеваний отметили, что страна оперативно выявила вирус и начала мероприятия по его локализации.

    Здравоохранительные органы Эфиопии и Южного Судана принимают меры, чтобы предотвратить распространение вируса через границу. Оба государства сталкиваются с перегрузкой медицинской инфраструктуры, а ситуацию в Южном Судане осложняет затяжной вооруженный конфликт.

    ВОЗ выделила Эфиопии 300 000 долларов из резервного фонда и направила первую группу реагирования, а также медицинские принадлежности.

  • Efiopiyada təhlükəli virusun yayıldığı təsdiqlənib

    Efiopiyada ilk dəfə yoluxucu “Marburq” virusunun yayıldığı rəsmən təsdiqlənib.

    Median.Az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

    Efiopiyanın cənub bölgəsində, Cənubi Sudanla sərhəd yaxınlığında tibb işçiləri də daxil olmaqla doqquz nəfərdə virus qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, yeni aşkar edilən virus Şərqi Afrika ölkələrində əvvəlki epidemiyalarla eyni ştamı təşkil edir. ÜST Efiopiyaya ehtiyat fondundan 300 min dollar ayırıb və tibbi ləvazimatlar göndərib.

    Ölkənin sərhədlərində sanitar və karantin nəzarətinin gücləndiyi bildirilir. “Marburq”un aşkarlanması üçün test sistemi, eləcədə xəstəlikdən qorunmaq üçün vaksin hazırlanıb.

  • Mbappe Bakıya niyə gəlmədi? – Baş məşqçi açıqladı

    “Sabah nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bakıya 22 futbolçu ilə gəlmişik. Hamısına güvənirəm”.

    Bunu Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

    O, Azərbaycan millisinin enerjili komanda olduğunu bildirib: “Rəqibimiz çox istəkli komandadır. Heyət baxımından risk etmək istəmirəm. Topuğunda zədəsi olan Kilian Mbappe ilə “Real Madrid” klubunun həkimləri məşğul olacaqlar”.

    Qeyd edək ki, Azərbaycan – Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.

  • Milli Məclisin gələn il üçün xərclər smetası azalıb

    Milli Məclisin 2026-cı il xərclər smetası əvvəlki illə müqayisədə azaldılıb.

    2026-cı ildə ümumi xərclər smetası 52 milyon 74 min 310 manat olacaq. Bu rəqəm 2025-ci ildə 52 milyon 850 min 118 manat olub.

    Qeyd edək ki, bu rəqəm 2024-cü ildə 51 milyon 171 min 550 manat, 2023-cü ildə 55 milyon 794 min 109 manat, 2022-ci ildə isə 42 milyon 36 min 822 manat olub.

    Son 5 ildə ən yüksək xərclər smetası 2023-cü ildə qeydə alınıb. //Modern.az

  • Лейла Алиева поделилась кадрами в связи с центром “Яша” для пожилых людей в Мингячевире – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева побывала в центре “Яша” для пожилых людей.

    Л.Алиева поделилась кадрами с поездки в Мингячевир на своей официальной странице в Instagram.

  • Leyla Əliyeva Mingəçevirdəki “Yaşa” mərkəzindən paylaşım edib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında Mingəçevir şəhərində yerləşən yaşlılar üçün “Yaşa” mərkəzindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış oldu (FOTO)

    Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub.

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qərarı ilə təsis edilən İslam Sivilizasiyası Mərkəzinin təməli 2018-ci ildə qoyulub.

    Layihənin həyata keçirilməsində yüzlərlə alim, ekspert, həmçinin dini və ictimai xadim iştirak edib. Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda hazırlanmış mərkəz 10 hektardan çox ərazini əhatə edir. Binada 65 metr hündürlüyündə günbəz inşa olunub. Mərkəzə tədqiqat, nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxana və arxivlər, nəşriyyat şöbələri və digər şöbələr daxildir.

    Buradakı sərgi qalereyasında müxtəlif tarixi dövrlərə aid əşyalar və əsərlər təqdim olunur, əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir.

    Mərkəzin binasında, həmçinin 100 min əlyazma və bir milyondan çox kitab daxil olmaqla, nəhəng kitabxana və İslam Sivilizasiyası Mərkəzinin elmi şöbəsi, beynəlxalq təşkilatların ofisləri yerləşir. Mərkəzin muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan ibarətdir.

    Ekspozisiyanın mərkəzində yerləşən “Müqəddəs Quran” zalında müsəlman dünyasının mənəvi incisi – “Osman Quranı” saxlanılır. Zalda Samanilər, Qaraxanlılar, Xarəzmşahlar, Teymurilər və digər sülalələr dövründə yazılmış Quranın əlyazma nüsxələri, həmçinin onların özbək dilinə tərcümələri təqdim olunur. Mərkəzdə dini-maarifləndirici və innovativ media layihələri reallaşdırılıb.

    Holoqrafiya, qurğular və proyeksiya texnologiyalarının köməyi ilə “Zaman divarı” nəhəng multimedia panelində müxtəlif dövrlərin ən mühüm tarixi mərhələləri, böyük kəşflər və görkəmli şəxsiyyətlər barədə məlumat verilir. Bu Mərkəz UNESCO və ICESCO da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurub.