Month: November 2025

  • Devid Bekhem futbol karyerasına görə peşmandır

    İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhem karyerası ilə bağlı peşmanlığını dilə gətirib.

    Median.Az “People” jurnalına istinadən xəbər verir ki, o, karyerasını başa vurduqdan sonra əldə etdiyi məşhurluğun futbol oynamaqdan aldığı həyəcanı əvəz etmədiyini və buna görə hələ də çox darıxdığını qeyd edib:

    “Həyatının hər hansısa bir mühüm mərhələsindən keçəndə, bəzən həmin anda bütün bunları tam şəkildə dərk etmək çətin olur.

    Futbol oynadığım günlər üçün çox darıxıram və düşünmürəm ki, o zaman hər şey bitdikdən sonra bütün bunların mənə nə qədər çətin olacağını dərk edirdim. Əgər bir şeyi dəyişə bilsəydim, özümə gənc ikən hər anın qədrini bilməyi məsləhət görərdim”.

    Xatırladaq ki, Bekhemin karyerası İngiltərə futbol tarixinin ən parlaq karyeralarından biridir. O, “Mançester Yunayted”lə çox sayda mükafat qazandıqdan sonra, “Real Madrid”, “Los-Anceles Qalaksi”, “Milan” və PSJ-də çıxış edib, 2013-cü ildə isə futbol karyerasını tamamilə başa vurub. Hazırda o, MLS klubu “İnter Mayami”nin həmsahibidir və dünyanın ən tanınmış simalarından biri kimi böyük kommersiya uğuru qazanıb.
    //oxu.az

  • Köhnə təsərrüfatlar dirçələcək?

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Bu müəssisələrin Kənd Təsərrüfatı Nazirliyinə verilməsində məqsəd nədir? Yeni qərar balıqçılıq sahəsində nəyi dəyişəcək?

    Xatırladaq ki, Prezident İlham Əliyev bir müddət əvvəl balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı fərman imzalayıb. Fərmanın əsas bəndlərindən biri – Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs yaradılması olub.

    Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Zaur Salmanlının sözlərinə görə, yeni qərar 2024-cü ildə imzalanan fərmanla əlaqədardır. Lakin 5 müəssisədə vəziyyət heç də ürəkaçan deyil: “Adıçəkilən müəssisələrdə son 6-7 il ərzində heç bir ciddi təmir və bərpa işləri olmadığından köhnə təsərrüfatlardır. Köhnə olduqları üçün də istifadə olunması mümkün olmayan haldadır. Adı var, özü yox da deyə bilərik. Qismən istifadə olunan “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Amma orada da istehsal azalır”.

    Z.Salmanlı adı çəkilən müəssisələrin fəaliyyət məqsədlərindən də bəhs etdi: “Həmin müəssisələrin məqsədi əmtəə məhsulu istehsalı olmayıb. Onların varlığındakı məqsəd körpə balıqların yetişdirilməsi və Xəzərin endemik növlərinin qorunub saxlanması, təbii su hövzələrində populyasiyanın sənaye səviyyəsinə qaldırılmasına xidmət etməkdir. O səbəbdən bu müəssisələrin nazirliyin tərkibinə keçməsi nə istehsal həcminə, nə istehlakçıya hər hansı bir təsir etməyəcək. Amma biz statistik məlumatları daha doğru əldə edirik. Dekabr ayından bunu müşahidə ediriksə, gələcəkdə daha da yaxşı olacaq. Mənim fikrimcə, bərpası ağır, su qıtlığı ilə üzləşən müəssisələr özəlləşdirilməyə veriləcək. Yəqin həmin müəssisələr arasında 1-2-i balıqartırma məqsədilə saxlanılacaq. Onları bərpa edəcəklər”.

    Sədr gələcək haqqında xeyli müsbət danışdı: “Balıqçılıq sahəsinin inkişafı üçün yeni strategiya planı hazırlanacaq. Ümid edirəm ki, onların əməyi nəticəsində yenidən dirçəliş mümkün olacaq. Sahibkarlarımız da belə olduğu halda subsidiyalardan yararlana bilər. O səbəbdən biz gələcəklə bağlı ümidliyik. Düşünürəm ki, bir neçə ildən sonra istehlakçılar da yeni qərarların müsbət nəticələrini görə biləcək”.
    Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev də yeni qərarın uğurlu olacağı qənaətindədir: “Əksər ölkələrdə balıqçılığa aid bir dövlət qurumu mövcuddur. Bu sahə KTN-in tabeçiliyində fəaliyyət göstərdiyi üçün səmərəli olduğunu düşünürəm. Balıqçılığın KTN-ə verilməsi balıqartırma sahəsində sahibkarlarda yaxşılığa doğru ümid yaradıb. Bu sahə həm gəlirli, həm də maraqlıdır, sadəcə bir sıra süni çətinliklərin yaradılmasına görə fermerlər və sahibkarlar bu sahədən uzaqlaşmışdı. Balıqçılığa ayrılan xüsusi diqqətin müsbət təsir edəcəyinə ümid edirəm”.

    Ə.Əliyev bu sahənin inkişafı üçün həll edilməli məsələlərə də toxundu: “Balıqçılığın inkişafı üçün ilk növbədə, fermerlərə dövlət dəstəyi, güzəştli kreditlər və müvəqqəti olaraq vergi güzəştləri tətbiq edilməlidir. Axar çayların Xəzərə və böyük su anbarlarına birləşən deltasına və yaxınlığına qəti şəkildə kvota verilməməlidir. Xəzərdə və daxili su hövzələrində balıq artımının inkişafı üçün Xəzərdə aprel ayından, daxili su hövzələrində mart ayından moratorium tətbiq edilməlidir. Sənaye balıqçılığının inkişafına gəldikdə, fermerlərə dövlət dəstəyi, güzəştli kreditlər veriləcək. Sənaye balıqçılığına kvota verilərkən istifadəyə uyğun olan alətlər (tor) təqdim olunmalıdır. Qadağa vaxtı kürülü balıq satılan market və bazarlarda eyni qaydada cərimələr tətbiq edilməlidir”.

    Müsahibimizin fikrincə, artıq balıqçılıq sahəsində həm keyfiyyət yüksəldilib, həm də rəqabət artıb: “Qadağa vaxtı kürülü və ovlanması qadağan edilmiş balıqların satışı ilə məşğul ⁠olan market və bazarlarda mövsümlə bağlı monitorinqlər aparılmalı və qanuna riayət etməyən sahibkarlar müvafiq qaydada məsuliyyətə cəlb olunmalıdır. Bu süni balıqartırmaya ehtiyacı artıracaq və fermerlər arasında keyfiyyətli rəqabətə də təsir göstərəcək. Azərbaycanda son zamanlar balıq məhsullarının keyfiyyətinə, yerli balıqlara əhali daha çox üstünlük verir, buna görə də artıq keyfiyyətli balıq yetişdirməyə üstünlük verən fermerlər arasında rəqabət var”.

    Ə.Əliyev düşünür ki, imkanlardan düzgün istifadə edilsə, balıq ixrac edən ölkəyə çevrilə bilərik: “Hazırda ölkəyə balığın 80 faizi xaricdən gəlir. Düşünürəm ki, daxili bazarı təmin etmək üçün böyük ehtiyac var, ona görə də rəqabətdən danışmaq hələ tezdir. Azərbaycan hava və iqlim şəraitinə görə ilin bütün mövsümləri balıqartırma üçün əlverişlidir”.

    Mənbə: “Kaspi” qəzeti

  • Naxçıvanda ağır qəza: Xəsarət alanlar var

    Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Naxçıvan-Sədərək yolunda qeydə alınıb.

    Hadisə zamanı “Hyundai” markalı avtomobil qarşı hərəkət zolağında olan “Mercedes” markalı maşınla toqquşub.

    Hadisə nəticəsində Şərur rayonunun Dərəkənd kənd sakinləri, 1991-ci il təvəllüdlü Bərzani Məmmədov “Diz qapağının sınığı”, 2000-ci il təvəllüdlü Mirvari Məmmədova isə “Körpücük sınığı” diaqnozu ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Yaralılardan vəziyyəti orta-ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • “Çelsi” 16 yaşlı futbolçu ilə razılaşdı

    “Çelsi” qarşıdan gələn qış transfer pəncərəsi üçün işləri davam etdirir.

    Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

    London təmsilçisi “İndependiente del Valle”nin 16 yaşlı futbolçusu Deiner Ordonezinin transferi ilə bağlı razılığa gəlib. Tərəflər bu qış müqavilə imzalayacaqlar. Lakin Deiner 2028-ci ildə komandaya qoşulacaq.

    Klub gənc oyunçunun gələcəkdə Levi Kolvilli əvəz edə biləcəyini düşünür.

  • Gözəllik salonlarında lisenziyasız işləyən lazer epilyasiyası xidmətləri (Video)

    Bir çox gözəllik salonlarında lazer epilyasiyası xidməti lisenziyasız həyata keçirilir.

    Aparılan yoxlamalar bunu deməyə əsas verir.

    Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin, Tibbi Nəzarət Şöbəsinin mütəxəssisi Xəyalə Əliyeva danışıb.

    Onun sözlərinə görə, lazer epilyasiyası tibbi bilik tələb edən prosedurdur. Dərinin növü və vəziyyəti mütləq dermatoloq tərəfindən qiymətləndirilməlidir. Amma bu, bir çox gözəllik salonunda yoxdur. Yəni lazer epilyasiyası kor-koranə edilir.

    Mütəxəssis deyir ki, yoxlamalar zamanı məlum olub ki, lazer epilyasiya xidməti göstərən kosmetoloji mərkəzlərin çoxunun lisenziyası yoxdur. Belə xidmətlərə görə aktlar tərtib edilir və mərkəzlərin sahibləri inzibati qaydada cərimələnirlər.//Xəzər TV

  • Dələduzların onlayn kart alveri: Sahibi cinayət məsuliyyəti daşıyır?

    Azərbaycanda kiberpolis onlayn qumar və mərc oyunlarında istifadə olunan bank kartlarının alqı-satqısını həyata keçirən beş dəstəni ifşa edib. Daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar. Daha sonra həmin kartların böyük əksəriyyəti cinayət əməllərində istifadə edilməsi məqsədi ilə əsəsən “Telegram”da ölkə xaricində cinayətkar fəaliyyətlə məşğul olan şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri iki mindən artıq bank kartının cinayətkar fəaliyyətə yönləndirildiyi aşkarlanıb.

    Bildirilib ki, əksər hallarda öz kartını dəstə üzvlərinə təqdim edən şəxslər onların hansı məqsədlər üçün istifadə ediləcəyindən xəbərsiz olublar.

    Maraqlıdır, cinayətkarlar vətəndaşları necə aldadırlar?

    Kibertəhlükəsizlik üzrə ekspert Mehman İsgəndərov bildirdi ki, vətəndaşların maliyyə savadlılığı və kibertəhlükəsizlik bilikləri cinayətkarların hədəfindən qorunmaqda həlledici rol oynayır: “Ən çox rast gəlinən üsul “iş təklifi” adı altında kartın icarəyə götürülməsi və qarşılığında aylıq gəlir vəd edilməsidir. Digər hallarda fırıldaqçılar sosial şəbəkələrdə “kart alıram”, “ödəniş edəcəm” kimi elanlar paylaşaraq sadəlövh insanları cəlb edirlər. Bəzi hallarda isə kart məlumatları saxta hədiyyə və ya transfer vədləri ilə ələ keçirilir. Cinayətkarlar qurbanlara “pul göndərəcəyik, kart məlumatını yaz” kimi mesajlar göndərərək kartın nömrəsini, CVV kodunu və SMS təsdiqlərini əldə edirlər. Daha təkmil hallarda isə cihazlara zərərli proqramlar yüklənir və kart məlumatları avtomatik oğurlanır”.

    Mütəxəssis bildirir ki, “Telegram” və oxşar şifrələnmiş platformalarda bu cür əməliyyatların qarşısını tam texnoloji şəkildə almaq çətin olsa da, müəyyən üsullar mövcuddur: “Buraya məzmun filtrasiyası, açar söz əsaslı monitorinq, şübhəli istifadəçi davranışlarının avtomatik analizi və hesabat mexanizmləri daxildir. Məsələn, kart məlumatı, ödəniş linki və ya şəxsi maliyyə məlumatı paylaşan mesajlar avtomatik olaraq aşkarlanıb silinə bilər. Eyni zamanda, platformalar hüquq-mühafizə orqanları ilə məlumat mübadiləsini gücləndirməklə kriminal kanalların daha tez bağlanmasına şərait yarada bilər. Lakin ən vacib amil istifadəçi maarifləndirilməsidir. Çünki texnologiya nə qədər inkişaf etsə də, vətəndaşın diqqətsizliyi bütün müdafiə mexanizmlərini sındıra bilər”.

    Həmsöhbətimiz bildirir ki, cinayətkarların qurbanına çevrilməmək üçün ən vacib qayda bank kartını heç kimə verməmək və məlumatlarını paylaşmamaqdır: “Heç bir qanuni şirkət bank kartı “icarəyə” götürmək və ya “sizin adınızdan əməliyyat aparmaq” istəməz. Kartın təhlükəsizliyini qorumaq üçün bir neçə sadə addım kifayətdir. Kart məlumatlarını paylaşmamaq, onlayn alış-veriş zamanı virtual və ya birdəfəlik kartdan istifadə etmək, əməliyyat bildirişlərini aktivləşdirmək, limitlər müəyyənləşdirmək, şübhəli təkliflərə ehtiyatla yanaşmaq, eləcə də hər hansı şübhəli əməliyyat halında dərhal bank və kiberpolis ilə əlaqə saxlamaqdır”.

    Mütəxəssis vurğulayır ki, kart alveri sadəcə maliyyə fırıldaqçılığı deyil, həm də milli təhlükəsizlik və maliyyə sabitliyi üçün real təhdiddir.

    Bank eksperti İsmayıl Məmmədov deyir ki, bankların əksəriyyəti müxtəlif maarifləndirmə tədbirləri görür: “SMS və e-mail bildirişləri vasitəsilə “kartınızı başqasına verməyin”, “PIN kodu və CVV məlumatlarını paylaşmayın” kimi xəbərdarlıqlar, rəsmi sayt və sosial şəbəkələrdə kiberfırıldaqçılıqdan qorunmaq üçün maarifləndirici paylaşımlar edilir, mobil bank tətbiqlərində təhlükəsizlik bölmələri yaradılıb. Bununla belə, maarifləndirmə hələ də yetərli səviyyədə deyil, xüsusilə regionlarda yaşayan və rəqəmsal savadı az olan şəxslər risk altındadır”.

    Ekspert bildirir ki, müştərinin kartını başqasına verməsi bank müqaviləsinin şərtlərinin pozulması deməkdir. Onun sözlərinə görə, kartın istifadəsinə dair müqavilədə adətən “Kart yalnız kart sahibinin istifadəsi üçündür, üçüncü şəxslərə verilməsi və ya etibar edilməsi qadağandır” bəndi olur: “Bu qaydanın pozulması bank müqaviləsinin şərtlərinin pozulması hesab olunur, bank həmin halda zərəri kompensasiya etməyə bilər (məsələn, kartdan icazəsiz pul çıxarılsa, bank məsuliyyət daşımayacaq) və əgər kart cinayətdə istifadə olunarsa, kart sahibi də məsuliyyət daşıya bilər, çünki o, kartı könüllü şəkildə ötürüb”.

    İ.Məmmədov qeyd edir ki, bəzi hallarda bankların təhlükəsizlik sistemləri şübhəli əməliyyatları avtomatik müəyyən edə bilir. Banklarda AML (Anti-Money Laundering – pul yuyulmasının qarşısının alınması) və Fraud Monitoring System (dələduzluğa nəzarət sistemi) kimi avtomatlaşdırılmış mexanizmlər fəaliyyət göstərir. Bu sistemlər qeyri-adi əməliyyatları, məsələn, qısa müddətdə çoxsaylı tranzaksiyaları və ya eyni IP ünvanından fərqli kartlarla aparılan əməliyyatları aşkarlayır, riskli əməliyyatları şübhəli kimi işarələyir və onları Daxili Təhlükəsizlik və ya KYC (Know Your Customer – Müştərini tanı) bölməsinə yönləndirir. Bununla belə, sistem insanın niyyətini təyin edə bilmir, yəni kart sahibinin kartını başqasına verib-vermədiyini texniki cəhətdən dəqiq sübut etmək çətindir”.

    Həmsöhbətimiz vurğulayır ki, öz adında olan bank kartını başqasına vermək bir neçə hüquqi məsuliyyət yarada bilər: “Birincisi, mülki məsuliyyətdir. Əgər kart qanunsuz əməliyyatlarda istifadə olunarsa, bank və ya zərərçəkən tərəf kart sahibinə qarşı mülki iddia qaldıra bilər. İkincisi, cinayət məsuliyyətidir. Əgər kart bilərəkdən cinayət məqsədilə təqdim edilibsə, məsələn, onun qeyri-qanuni ödənişlər və ya qumar əməliyyatları üçün istifadə olunacağını kart sahibi bilirdisə, bu halda Cinayət Məcəlləsinin 193-1 və ya 320-ci maddələri (pul vəsaitlərinin leqallaşdırılması, saxta sənəd və ya hesablardan istifadə) üzrə məsuliyyət yarana bilər. Üçüncüsü isə inzibati məsuliyyətdir. Əgər cinayət niyyəti sübut olunmasa belə, kartdan başqasının istifadəsinə şərait yaratmaq bəzi hallarda inzibati xəta kimi qiymətləndirilə bilər”.

    Ekspertin fikrincə, bu kimi hallarda qanunvericiliyin sərtləşdirilməsinə müəyyən dərəcədə ehtiyac var. Hazırda Azərbaycan qanunvericiliyində bank kartlarının bilərəkdən üçüncü şəxslərə verilməsi ilə bağlı xüsusi məsuliyyət norması mövcud deyil. Halbuki bir çox Avropa ölkələrində “maliyyə vasitələrinin bilərəkdən üçüncü şəxsə verilməsi” ayrıca inzibati və ya cinayət məsuliyyəti yaradır.

    Mənbə: “Kaspi” qəzeti

  • Xırdalanda 17 yaşlı oğlan siqaretə görə tanışını bıçaqladı

    Abşeron rayonunda yeniyetmə oğlan tanışını bıçaqlayıb.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Kristal Abşeron-1” yaşayış kompleksinin yaxınlığında yerləşən “Karizma” adlı geyim mağazasının qarşısında baş verib.

    Xırdalan şəhər sakini, 2008-ci il təvəllüdlü Real Ağayev (soyad şərtidir) gecə saat 2 radələrində mağazanın qarşısında tanışları Ayxan və Nizamini sərxoş vəziyyətdə görüb. O, həmin şəxslərə deyib ki, mağazanın qarşısında oturmasınlar, vətəndaşlar narahat olurlar. Sərxoş vəziyyətdə olan Ayxan ona “get işinlə məşğul ol” deyib. Real Ayxan və Nizamidən siqaret istəyib. Ayxan siqaretinin olmadığını desə də, Nizami ona siqaret verib. Bu isə Ayxana pis təsir edib. Sərxoş vəziyyətdə olan Ayxan Reala hücum edərək onu vurmaq istəyib. Hər iki şəxs əlbəyaxa olublar. Həmin vaxt Real üzərində gəzdirdiyi bıçaqla Ayxana iki zərbə endirib və hadisə yerindən qaçıb.

    Yaralı xəstəxanaya çatdırılıb.

    Polisin keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən Real Ağayev saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb və iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Məhkəmənin hökmü ilə R.Ağayev 3 il azadlıqdan məhrum edilib. Məhkəmə onun yeniyetmə olduğunu və ilk cinayət törətdiyini nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzasını şərti hesab edib.

  • СМИ: Суицид или убийство могли быть причиной гибели туристов в Стамбуле

    Причиной гибели семьи туристов в Стамбуле могло стать не пищевое отравление, а внешнее вмешательство – убийство или суицид.

    Об этом пишет газета Sabah.

    “Предварительные результаты указывают на отсутствие окончательного диагноза отравления, что побудило Генеральную прокуратуру углубить расследование и рассмотреть возможность внешнего вмешательства в смерть”, – говорится в сообщении.

    По данным издания, в ходе расследования были задержаны все представители уличных точек продажи еды. Журналисты сообщили, что вскрытие не выявило никаких патологических изменений у погибших, за исключением кровоподтеков в области коленей у обоих детей, а также гиперемии слизистой оболочки желудка и отдельных подслизистых кровоизлияний.

    В публикации говорится, что прокуратура углубила расследование в рамках уголовного дела из-за недостаточного количества доказательств о причинах гибели туристов. Авторы публикации отметили, что еще двух туристов, которые проживали в том же отеле, где остановилась семья, госпитализировали с признаками отравления.

    Семья из четырех человек прибыла из Германии на отдых в Турцию, где попробовали уличную еду. Они почувствовали себя плохо в ночь на 12 ноября. Их доставили в местную больницу с подозрением на пищевое отравление. Выяснилось, что они пожаловались на плохое самочувствие вскоре после того, как съели мидии с рисом и кумпиром.

    Спасти двоих детей и их мать не удалось. За жизнь отца семейства борются врачи, он находится в реанимации.

  • Türkiyədə ölən turistlərin qidadan zəhərləndiyi təsdiq olunmayıb

    İstanbulda Almaniyadan gəlmiş bir turist ailəsinin ölümünə qida zəhərlənməsi deyil, kənar müdaxilələr də səbəb ola bilər.

    Bununla bağlı “Sabah” qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

    Bildirilir ki, ilkin nəticələr zəhərlənmə ilə bağlı qəti diaqnozun olmadığını göstərir.

    Bu da prokurorluğu təhqiqatı genişləndirməyə və ölüm hadisəsinə kənardan müdaxilənin mümkünlüyünü nəzərdən keçirməyə vadar edib.

    Nəşrin məlumatına görə, istintaq zamanı ərazidəki küçədə yemək satan şəxslərin əksəriyyəti saxlanılıb.

    Xəbərdə bildirilir ki, dörd nəfərdən ibarət ailə tətil üçün Türkiyəyə gedib və onlar küçədə satılan yeməklərdən dadıblar. Noyabrın 12-nə keçən gecə onlar özlərini pis hiss etməyə başlayıblar.

    Qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya çatdırılan iki uşağın və onların analarının həyatını xilas etmək mümkün olmayıb. Ölən uşaqların ataları isə ağır vəziyyətdə reanimasiyadadır.

  • İtkin düşən 7 nəfər tapılıb

    Ötən gün ailələrinin itkin kimi axtarışa verdiyi 7 nəfər tapılaraq təhvil verilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    “Noyabrın 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib”, – məlumatda qeyd olunub.