Month: November 2025

  • Скончалась дочь Яшара Нури – ФОТО

    Скончалась Ульвия Яшаргызы, дочь покойного народного артиста Яшара Нури.

    Об этом сообщили в программе Elgizlə izlə.

    Согласно информации, она скончалась сегодня.

    Супруга Я.Нури Рагима Нуриева заявила, что в 04:00 состояние дочери внезапно ухудшилось, и она умерла.

    “Днем мы смеялись и разговаривали. Вечером она позвонила и сказала, приезжай. Всё случилось внезапно “, – сказала она.

    Отметим, что у Я.Нури две дочери. Его другая дочь Улькер Нури – певица. Несколько лет назад она потеряла супруга в автомобильной аварии.

  • Yaşar Nurinin qızının ölüm səbəbi məlum oldu – FOTO (Yenilənib)

    Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızının ölüm səbəbi məlum olub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, Ü.Yaşarqızı ürək çatışmazlığından vəfat edib.

    Xatırladaq ki, Ü.Yaşarqızı bu gün gecə saat 4-də dünyasını dəyişib.

    * * * * *

    Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı vəfat edib.

    Bu barədə “Elgizlə izlə” proqramında deyilib.

    Məlumata görə, o bu gün dünyasını dəyişib.

    Y.Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva bildirib ki, gecə saat 4-də qızın qəfildən halı pisləşib və dünyasını dəyişib:

    “Gündüz gülüb-danışdıq. Axşam zəng etdi ki, gəl. Qəfildən oldu”.

    Qeyd edək ki, Y.Nurinin iki qız övladı var. Onun digər qızı Ülkər Nuri isə müğənnidir. O, bir neçə il əvvəl avtomobil qəzasında həyat yoldaşını itirib.

  • Prezident İlham Əliyev Özbəkistanda səfərdədir

    Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Özbəkistanda səfərdədir.

    Daşkənd Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
    Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Bu gündən istiliyin verilməsinə başlanılır

    Bu gündən Azərbaycanda istiliyin verilməsinə başlanılır.

    Bu barədə “Azəristiliktəchizat” ASC məlumat yayıb.
     
    Bildirilib ki, Azərbaycanda istilik mövsümü gələn il aprelin 15-nə qədər davam edəcək.
    Məlumata görə, Azərbaycanın dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-də başlayır.

  • Türkiyədə ZƏLZƏLƏ oldu

    Türkiyənin Balıkesir bölgəsində 4.1 bal gücündə zəlzələ baş verib.

    Bu barədə türk KİV-ləri məlumat yayıb.

    Məlumata görə, zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib. Dağıntı və itki barədə hələlik məlumat yoxdur.

    Qeyd edək ki, oktyabrın 27-də bölgədə 6.1 ballıq güclü zəlzələ olub. Bundan sonra Balıkesirdə bir neçə dəfə yeraltı təkanlar qeydə alınıb.

  • Azərbaycan XİN Fələstini təbrik edib

    Azərbaycan Xarici İşlər Nazirliyi Fələstini Milli Günü münasibətilə təbrik edib.

    Bu barədə Nazirliyin “X” hesabında qeyd edilib.
    “Fələstin Milli Günü münasibətilə Fələstin xalqına və hökumətinə səmimi təbriklərimizi çatdırırıq. Fələstin Milli Gününüz mübarək!”, – paylaşımda qeyd edilib.

  • Yol Polisi: Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəiflədir

    Yolda yüksək sürətlə hərəkət edən sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəifləyir.

    Bunu BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev məlumat deyib.
    O qeyd edib ki, sürət artdıqca görmə bucağı daralır, diqqət isə yalnız qarşıda görünən məhdud sahəyə yönəlir:
    “Bu hal “yüksək sürət korluğu” kimi tanınır və təhlükələrin vaxtında nəzərə alınmasını çətinləşdirir”.
    BDYPİ rəsmisi vurğulayıb ki, yüksək sürət zamanı periferik görmə zəifləyir – yolkənarında baş verən dəyişikliklər daha gec qəbul olunur, reaksiya müddəti azalır, tormoz məsafəsi artır – toqquşmanın qarşısını almaq mümkün olmur və nəticələr daha ağır olur.
    “Sürət hədlərinin müəyyən edilməsində məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, insan həyatını qorumaqdır. Buna görə sürücülərin yolun vəziyyətini, hava şəraitini və hərəkət intensivliyini nəzərə alaraq müəyyən olunmuş sürət limitlərinə ciddi əməl etməsi vacibdir”, – o deyib.

  • Vəfat edənlərlə “ünsiyyət qurmağa” imkan verən tətbiq yaradıldı

    ABŞ-də vəfat etmiş şəxslərlə “ünsiyyət qurmağa” imkan verən tətbiq yaradılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “2wai” adlı tətbiq süni intellekt əsasında işləyir.
    Bu texnologiyanın köməyi ilə istifadəçilər real və ya uydurma şəxslərin rəqəmsal avatarını yarada bilərlər. Sonradan bu, real zaman rejimində ünsiyyət qurmağa imkan verəcək çat-bota çevriləcək.
    Tətbiqin reklamında hamilə bir qadının vəfat etmiş anasının rəqəmsal surəti ilə ünsiyyət qurduğu əks olunub. Daha sonra onun övladı da nənəsi ilə danışmağa başlayır.
    “Bir çoxları bu texnologiyanın tətbiqinin dəhşətli fəsadlarının olacağını iddia edirlər, bir çoxları isə bunu “demonik”, qeyri-insani addım adlandırır” – nəşr yazıb.

  • Naxçıvanda tanınmış rəssam və heykəltəraş vəfat edib – FOTO

    Naxçıvan Dövlət Universitetinin, İncəsənət fakültəsinin “Təsviri incəsənət” kafedrasının müəllimi Elman Məhərrəm oğlu Cəfərov vəfat edib.

    Bu barədə universitet məlumat yayıb.

    Qeyd edək ki, E.Cəfərov 1951-ci il iyulun 5-də Naxçıvan şəhərində anadan olub. O, heykəltəraşlıq və rəngkarlıq sahəsində yaratdığı monumental əsərləri, həmçinin pedaqoji fəaliyyəti ilə tanınıb.

    Elman Cəfərovun müəllifi olduğu “Babək”in atlı heykəli, “Dədə Qorqud” heykəlinin ilkin variantı, bir sıra görkəmli şəxsiyyətlərin büst və barelyefləri, eləcə də çox sayda rəngkarlıq əsəri ölkəmizin sənət xəzinəsində mühüm yer tutur. Əsərləri Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Hüseyn Cavidin Ev Muzeyi, Cəmşid Naxçıvanski Muzeyi və Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır.

  • В Гаджигабульском районе найдено тело пропавшего 72-летнего мужчины

    В селе Гызылбурун Гаджигабульского района найдено тело пропавшего без вести мужчины.

    Как сообщает Oxu.Az, 13 ноября местный житель Ханзаман Мамедов (1953 г.р.) ушел из дома и больше не вернулся. Родственники обнаружили его тело во дворе дома, где он проживал.

    По предварительной версии, он перенес инфаркт во дворе и скончался на месте.

    По данному факту проводится расследование.