Month: November 2025

  • Hacıqabulda itkin düşmüş 72 yaşlı kişinin meyiti tapıldı

    Hacıqabul rayonunda itkin düşmüş kişinin meyiti tapılıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qızılburun kəndində baş verib.

    Kənd sakini, 1953-cü il təvəllüdlü Xanzaman Məmmədov noyabrın 13-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları onun meyitini yaşadığı evin həyətində aşkarlayıblar.

    İlkin ehtimala görə, o, həyətində qəfil infarkt keçirib və hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ильхам Алиев поздравил Махмуда Аббаса

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо президенту Государства Палестина Махмуду Аббасу.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент,

    От своего имени и от имени народа Азербайджана сердечно поздравляю Вас и весь Ваш народ с национальным праздником Государства Палестина.

    Народы Азербайджана и Палестины объединяют узы дружбы и братства. Азербайджан всегда демонстрировал солидарность в палестинском вопросе, поддерживает его решение на основе создания независимого Государства Палестина со столицей в Восточном Иерусалиме и принципа двух государств, согласно соответствующим резолюциям и решениям ООН. Выражаю надежду, что результаты состоявшегося в Шарм-эш-Шейхе Саммита мира по Ближнему Востоку будут способствовать обеспечению мира, стабильности и спокойствия в регионе.

    Мы будем и впредь продолжать оказывать Палестине необходимую гуманитарную помощь. Верю, что построенные на добрых традициях дружественные отношения и сотрудничество между Азербайджаном и Палестиной будут успешно развиваться и в будущем.

    В этот знаменательный день желаю Вам крепкого здоровья, счастья, успехов в делах, а братскому палестинскому народу – мира и благополучия”.

  • İlham Əliyev Mahmud Abbası təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən məktubun mətnini təqdim edir:

    “Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Azərbaycan ilə Fələstin xalqlarını dostluq və qardaşlıq əlaqələri birləşdirir. Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş, bu məsələnin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Şarm əş-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitinin nəticələrinin regionda sülhə, sabitliyə, əmin-amanlığa töhfə verəcəyinə ümidimi ifadə edirəm.

    Biz bundan sonra da Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik. İnanıram ki, Azərbaycan ilə Fələstin arasında xoş ənənələr üzərində qurulmuş dostluq əlaqələri və əməkdaşlıq gələcəkdə də uğurla inkişaf edəcəkdir.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq diləyirəm”.

  • Манаф Джалилзаде вызван в Генпрокуратуру по обвинению в призывах к насилию

    Манаф Джалилзаде вызван в Генеральную прокуратуру Азербайджана.

    Как сообщает Median.Az со ссылкой на İTV, Манафу Мамедали оглу Джалилзаде было направлено официальное уведомление о приглашении в Следственное управление надзорного ведомства в соответствии с требованием статьи 467-13.4 (открытие заочного производства по уголовному преследованию) Уголовно-процессуального кодекса Азербайджанской Республики (АР).

    Сообщается, что он должен явиться 24 ноября в 14:00 в Главное следственное управление Генпрокуратуры, расположенное по адресу: город Баку, Бинагадинский район, улица Сулеймана Сани Ахундова, 160.

    В отношении Манафа Джалилзаде принято решение о привлечении в качестве обвиняемого по статье 281.2 (публичные призывы, направленные против государства, совершенные неоднократно) Уголовного кодекса (УК) АР.

    В связи с тем, что он скрылся от следствия за пределами Азербайджана, он объявлен в розыск для предъявления обвинения. Решением Бинагадинского районного суда от 15 февраля этого года в его отношении избрана мера пресечения в виде заочного ареста.

    19 сентября в содержание обвинения были внесены дополнения и изменения, и в отношении М.Джалилзаде принято решение о привлечении в качестве обвиняемого по статьям 220.2 (призывы к активному неподчинению законным требованиям представителей власти и к массовым беспорядкам, а равно призывы к насилию над гражданами) и 281.2 (публичные призывы, направленные против государства, совершенные неоднократно) УК АР.

    Отмечается, что 17 февраля он провел прямой эфир на своем YouTube-канале, где вместе с Сулейманом Сулейманлы и другими лицами, действуя как организованная группа, открыто призывал к применению насилия против законно сформированной и действующей в Азербайджане власти. Кроме того, в период 2023-2025 годов он подготовил и разместил на этой платформе 19 различных видео аналогичного содержания.

    Обвиняемому вынесено предупреждение о возможности открытия заочного производства и вынесения заочного приговора или иного решения суда. В случае неявки на вызов против него может быть начато заочное судебное производство с вынесением соответствующего приговора или иного окончательного решения суда.

  • Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb

    Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb.

    Bu barədə İctimai Televiziya məlumat yayıb.

    Məlumata görə, Manaf Məmmədalı oğlu Cəlilzadəyə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

    Bildirilib ki, o, bu il noyabrın 24-də 14:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

    Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 15 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

    Sentyabrın 19-da ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

    Qeyd olunub ki, o, fevralın 17-də “YouTube” platformasındakı kanalında Süleyman Süleymanlı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi ilə çıxmağı təşviq edən açıq çağırışlarla canlı yayım açıb. Bundan başqa, 2023-2025-ci illərdə həmin platformadan 19 müxtəlif video hazırlayaraq yayıb.

    Təqsirləndirilən şəxsə xəbərdarlıq edilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.

  • 17 yaşlı qızın təxirə salınan toyu yenidən keçiriləcək: Hazırlıqlar başladı – FOTO

    Sabirabadda nikah yaşına çatmayan qızın toy mərasiminin keçiriləcəyi bildirilir.

    Median.Az milli.az-a istinadən xəbər verir ki, tərəflər noyabrın sonunda toy keçirmək üçün hazırlıqlara başlayıblar.

    Məlumata əsasən, toy oğlan evinin həyətində təşkil olunacaq və mərasimin geniş ictimaiyyətə açıq şəkildə keçirilməyəcəyi deyilir.

    Mənbə bildirib ki, həm bəy, həm də gəlin toy libaslarında olacaqlar.

    Qeyd edək ki, qızın 18 yaşı gələn il iyunun 19-da tamam olacaq.

    Xatırladaq ki, rayonun Yolçubəyli kənd sakini, 35 yaşlı Orxan Mehbalıyevlə Türkədi kənd sakini, 17 yaşlı Zəhra Salmanlının 15 oktyabr tarixində qız toyu baş tutmuşdu. Məlumat polisə daxil olduqdan sonra hər iki tərəfin valideynləri şöbəyə dəvət edilərək profilaktik söhbətlər aparılmış və oktyabrın 23-nə planlaşdırılan oğlan toyunun qarşısının alındığı açıqlanmışdı.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələni araşdırmış, hər iki ailəyə səfərlər təşkil etmişdi.

    Hər iki qurum toyun qarşısının alındığını bildirsə də, oktyabrın 23-də oğlan toyunun gizli şəkildə keçirilməsi planlaşdırılmışdı. Toyun şadlıq sarayında deyil, O.Mehbalıyevin həyətində təşkil ediləcəyi, dəvətnamələrin paylandığı və qızın cehizlərinin oktyabrın 18-də oğlan evinə aparıldığı deyilmişdi.

    Hətta toydan sonra cütlüyün Ukraynaya gedəcəyi və oktyabrın 26-na aviabiletlərin alındığı da iddia olunmuşdu.

    Oktyabrın 23-nə nəzərdə tutulan toy ailə tərəfindən təxirə salınsa da, hazırda hər iki ailədə noyabrın sonunda keçiriləcək toy üçün hazırlıqların davam etdiyi bildirilir.

  • Bazar gününə olan hava proqnozu

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 10-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-12, gündüz 16-19, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.

  • “Lukoil”də kartla ödənişlərdə problem yaranıb

    Bakıda fəaliyyət göstərən “Lukoil” yanacaqdoldurma məntəqələrində kartla ödənişlərdə problem yaranıb.

    Median.Az xəbər verir ki, bu barədə “Unikal”a sürücülər məlumat verib. Məlumata görə, müştərilərə yalnız nağd ödəniş edə biləcəkləri bildirilib. Bu səbəbdən yanacaqdoldurma məntəqələrində hazırda sıxlıq yaranıb.

  • Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Nazirlikdən verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində yaşayış binasının damında ümumi sahəsi 7kv.m. olan liftin mühərrik otağında istifadəyə yararsız əşyalar və dam örtüyünün taxta atmaları 30kv.m. sahədə yanıb.

    Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.

  • Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs ələ keçdi

    Rusiyanın Novosibirsk şəhərindəki Tolmaçevo Hava Limanında gömrük işçiləri rusiyalı sərnişinin baqajında qırmızı maralın 2,6 kq-dan çox çəkiyə malik iki buynuzunu aşkar ediblər.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sibir Gömrük İdarəsi məlumat yayıb.

    Məlumata görə, qanun pozucusu təsadüfi yoxlama üçün “yaşıl dəhliz”dən keçərkən saxlanılıb.

    Sərnişinin Novosibirskdən Bakıya uçduğu bildirilib. Buynuzlar rentgen cihazı vasitəsilə aşkar edilib.

    Qeyd olunub ki, qırmızı maralın buynuzları ilə ticarət nəsli kəsilməkdə olan vəhşi fauna və flora növləri üzrə beynəlxalq konvensiyaya (CITES) əsasən qadağan edilib.

    Sərnişin izah edib ki, o, buynuzları Altay Respublikasında tətildə olarkən hədiyyə olaraq alıb.

    Qanunu pozan şəxsə qarşı iki iş açılıb: Qadağalara və məhdudiyyətlərə əməl etməmək (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsi) və malların bəyan edilməməsi (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsinin 1-ci hissəsi).