Month: November 2025

  • Maştağada dönərxana yandı

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 140 kv.m. olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 kv.m. olan dönərxana, sahəsi 15 kv.m. olan ət mağazası, sahəsi 25 kv.m. olan parfumeriya mağazasının yanar konstruksiyaları 10 kv.m. və sahəsi 80 kv.m. olan fotostudiyanın yanar konstruksiyaları 5 kv.m. sahədə yanıb, lambirdən ibarət tavanı 75 kv.m. sahədə əriyib.

    Obyektlərin qalan hissəsi yanğından mühafizə edilib.

  • Qaxda 3 uşaq anasının meyiti tapıldı

    Qaxda 3 uşaq anasının meyti tapılıb.

    Hadisə rayonun Şotavar kəndində baş verib. Belə ki, kənd sakini 1989-cu il təvəllüdlü Baxışova Züləccə Oruc qızının meyiti yaşadığı ünvanda aşkar edilib.

    Faktla baglı araşdırma aparılır.
    //unikal.az

  • Bazar günü 23 dərəcə isti olacaq

    Bakıda noyabrın 9-da 20, rayonlarda isə 23 dərəcə isti gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 9-13, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 1-5, gündüz 8-13 dərəcə isti olacaq.

  • Biləsuvarda iki maşın toqquşdu – Xəsarət alanlar var

    Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun Bəydili kəndində, yolayrıcında qeydə alınıb. Belə ki, rayonun Xırmandalı kənd sakini, 1982-ci il təvəllüdlü Elməddin Şıxverdiyevin idarə etdiyi
    “Mercedes”lə, Bəydili kənd sakini, 1996-cı il təvəllüdlü Mirəli Rəsulun idarə etdiyi “QAZ 24” markalı minik avtomobili toqquşub.

    Qəzada xəsarət alan sürücülər bədəninin müxtəlif nahiyələrindən aldıqları qapalı travmalara görə rayon xəstəxanasında həkimlər tərəfindən müayinə olunub.

    Onların xəsarətləri yüngül olduğundan amblator müalicəyə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Azərbaycan nefti bahalaşdı

    Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

    “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,3 dollar və ya 0,46 faiz artaraq 65,1 dollar olub.

    Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • Hərbi paradda ilk dəfə insansız sistem qoşunlarının parad heyəti keçib – Video

    Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda ilk dəfə ən müasir qoşun növü olan insansız sistem qoşunlarının parad heyəti keçib.

    Parad heyətinə “Vətənə xidmətə görə” ordenli Adəm Hüseynov başçılıq edib.

  • Bu gün daha iki qarşılaşma baş tutacaq

    Misli Premyer Liqasının XI turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

    “Zəfər turu”nun ikinci oyun günündə əvvəlcə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı qəbul edəcək.

    Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 15:44-də start götürəcək. Naxçıvan təmsilçisi 16 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. 11-ci yerdə olan “Karvan-Yevlax”ın isə 5 xalı var.

    Günün son matçı “Zirə” və “Turan Tovuz” arasında baş tutacaq. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda saat 18:44-də başlayacaq. “Zirə” 19 xalla turnir cədvəlində dördüncüdür. Lider mövqeyində olan Tovuz təmsilçisinin isə 21 xalı var.

    Misli Premyer Liqası

    1-ci dövrə, XI tur

    8 noyabr (şənbə)

    15:44. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”

    Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev.

    VAR: Əli Əliyev.

    AVAR: Şirmamed Mamedov.

    Hakim-inspektor: Ceyhun Haşımov.

    AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

    18:44. “Zirə” – “Turan Tovuz”

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

    VAR: İnqilab Məmmədov.

    AVAR: Zöhrab Abbasov.

    Hakim-inspektor: Rəhim Həsənov.

    AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

    Zirə İdman Kompleksinin stadionu

    Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində “Şamaxı” “İmişli”ni (1:0), “Sumqayıt” “Qəbələ”ni (2:0) üstələyib.

  • Keçmiş nazirin həbsinə order verildi

    Polşa Seymi (parlamentin aşağı palatası) keçmiş ədliyyə naziri, Hüquq və Ədalət Partiyasının deputatı Zbiqnev Ziobronun parlament toxunulmazlığını ləğv edib.

    Keçirilən səsvermədən sonra Ziobronun həbsinə order verilib.

    Qərara Ədalət Fondunun fəaliyyəti ilə bağlı korrupsiya şübhələri səbəb olub. Parlament üzvlərinin əksəriyyəti qərarı dəstəklədi: 244 səs lehinə, 198 səs əleyhinə, bitərəf səs verildi.

    Bundan əlavə, Seym Ziobronun parlament toxunulmazlığının ləğvini təsdiqləyib və bu, ona 26 maddə üzrə cinayət işi açmağa imkan verəcək.

    Hazırda Budapeştdə olmasına baxmayaraq, Ziobro Macarıstan hökumətindən siyasi sığınacaq istəmək planının olmadığını bildirib.

  • Bakı-Quba yolunda yük avtomobili piyadanı vurub öldürdü

    Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Orxan Xuduyevin idarə etdiyi yük avtomobili yolu keçən piyadanı vurub.

    Hadisə nəticəsində piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma başladılıb.

  • Bakıda hərbi paradda aviasiyanın uçuşları başladı – Video

    Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda hərbi texnikanın keçidi başlayıb.

    İlk olaraq xüsusi təyinatlı avtomobil texnikası və silah sistemləri kalonu Azadlıq meydanına daxil olub. Hərbi paradda hərbi aviasiyanın nümunəvi uçuşları başlayıb.

    Kolona Vətən uğrunda medalı ilə təltif olunmuş general-mayor Eldəniz Yəhyayev başçılıq edir.