Month: November 2025

  • Laçında “Zəfərin Səsi – Laçın 2025” adlı tədbir keçirilib

    Noyabrın 8-də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi və Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərin Səsi – Laçın 2025” adlı tədbir keçirilib.

    APA-nın yerli bürosu xəbər verir ki, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

    Dövlət Bayrağı Meydanından başlayan tədbirdə dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. O, qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın yaddaşına əbədi həkk olunub və milli birliyimizin, dövlət qüdrətimizin rəmzinə çevrilib.

    Xüsusi nümayəndə vurğulayıb ki, azadlıq və bütövlük uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi xalqımız tərəfindən daim dərin ehtiramla yad olunur. Məhz onların qəhrəmanlığı və igid əsgər-zabitlərimizin fədakarlığı sayəsində bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda əzmlə dalğalanır.

    Tədbir çıxışlarla davam edib.

    Tədbir rəsmi hissədən sonra Heydər Əliyev küçəsində ağacəkmə aksiyası ilə davam edib. Aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, rayonun hüquq-mühafizə orqanlarının rəsmiləri, eləcə də sakinlər, könüllülər və ekoloji təşəbbüsü dəstəkləyən gənclər iştirak ediblər.

    Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Laçında “Gənclərin Zəfər Turniri” də keçirilib.

    Tədbirin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, vətənpərvərlik ruhunun möhkəmləndirilməsi və Zəfər Gününün mənəvi əhəmiyyətinin gənc nəslə aşılanması olub.

    Turnirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş müəllimi, əməkdar idman ustası Rəsul Məmmədovun mentorluğu ilə Laçın məktəblilərinə əlbəyaxa döyüş üzrə açıq dərslər keçirilib.

    Eyni zamanda “Məhəmmədli Laçın” İdman klubunun direktoru və idman müəllimi Bəhruz Çıraqovun rəhbərliyi ilə keçirilən yarışlarda gənc idmançılar bacarıqlarını nümayiş etdiriblər.

    Turnirin sonunda qaliblər fəxri fərman və xüsusi mükafatlarla təltif olunublar.

    Qeyd edək ki, tədbir axşam saatlarında konsert proqramı ilə davam edəcək. Gecənin sonunda Laçın şəhərinin Seyrəngah ərazisində DJ ifası ilə müşayiət olunan atəşfəşanlıq şousu da təqdim ediləcək.

  • Şuşada atəşfəşanlıq olacaq

    Şuşa şəhərində Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.

    Median.Az APA-ya istinadən xəbər verir ki, “Şuşa Hotel”də şəhərin rəssamlarından ibarət rəsm sərgisi təşkil olunub.

    Sərgilənən rəsmlər əsasən Şuşanın tarixi, mədəni və təbiət abidələrini əks etdirir.

    Qeyd edək sərgi gün boyu davam edəcək.

    Həmçinin bayram münasibətilə Şuşa şəhərində konsert proqramı və atəşfəşanlığın təşkili nəzərdə tutulur.

  • Prezident İlham Əliyev hərbi paradla bağlı paylaşım etdi

    Prezident İlham Əliyev Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir.

  • Xocavənddə evlərin təmirinə 2,3 milyon manat xərclənəcək

    Xocavənd rayonunun Qarqar kəndində fərdi yaşayış evləri təmir ediləcək.

    Median.Az xəbər verir ki, ümumi sahəsi 6 732 kvadratmetr olan 40 evin bərpası planlaşdırılır.

    Bununla bağlı Ağdam , Füzuli VƏ Xocavənd Rayonlarında Bərpa ,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi RTS-TİKİNTİ-TƏMİR MMC ilə 2 milyon 356 min 200,81 manat dəyərində müqavilə imzalayıb.

    Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

    Məlumat üçün bildirək ki, “RTS-TİKİNTİ-TƏMİR” MMC 2021- ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Tənifəyev Adəm Ələsgər oğludur.//telegraf

  • “Qalatasaray”ın heyətində CİDDİ İTKİ: İlin sonuna qədər olmayacaq

    “Qalatasaray”ın futbolçusu Yunus Akgün əməliyyat olunub.

    Median.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

    Bildirilib ki, türkiyəli cinah hücumçusu qasıq nahiyəsindən əməliyyat edilib.
    24 yaşlı futbolçu ilin sonunadək komandasına kömək edə bilməyəcək.

    Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Рютте: НАТО будет больше обращать внимание на собственный ядерный потенциал

    НАТО намерена в будущем в большей степени подчеркивать мощь собственного ядерного потенциала с целью убедительного сдерживания потенциальных противников.

    Как передает Median.Az, об этом заявил генсек альянса Марк Рютте в интервью германской газете Welt am Sonntag.

    “Важно больше говорить с нашими обществами о ядерном сдерживании, с тем чтобы добиться от них понимания, как это способствует нашей общей безопасности”, – считает он. По его мнению, в свете “опасной и бесцеремонной ядерной риторики” жители стран НАТО должны понимать, что “нет причины для паники” и что альянс располагает достаточным потенциалом в этой области.

    “Ядерное сдерживание НАТО является совершенной гарантией нашей безопасности”, – подчеркнул Рютте. Он добавил, что оно должно оставаться “достойным доверия, надежным и эффективным”.

    При этом генсек отметил, что “атомную войну никогда нельзя выиграть и никогда нельзя вести”. Комментируя прошедшие в октябре ежегодные учения альянса по ядерному сдерживанию Steadfast Noon, Рютте заявил, что они якобы “направили всем противникам ясный сигнал о том, что НАТО может и будет защищать своих партнеров от всех угроз”.

    Ранее президент США Дональд Трамп заявил, что поручил Пентагону немедленно возобновить испытания ядерного оружия, мотивировав это тем, что некие другие страны уже этим занимаются. Трамп не пояснил, о каких именно испытаниях идет речь, имеются ли в виду в том числе подрывы ядерных боезарядов.

  • Mark Rütte: “NATO öz nüvə potensialını artırmaq niyyətindədir”

    “NATO potensial düşmənləri inandırıcı şəkildə çəkindirmək məqsədi ilə gələcəkdə öz nüvə potensialını daha da artırmaq niyyətindədir”.

    Median.Az xəbər verir ki, bunu Alyansın baş katibi Mark Rütte Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibəsində bəyan edib.

    “Nüvə çəkindirməsi barəsində öz cəmiyyətlərimizlə daha çox danışmalıyıq. Onlar bunun bizim ümumi təhlükəsizliyimizə necə kömək edəcəyini başa düşməlidirlər”, – deyə baş katib bildirib.

    Rüttenin fikrincə, NATO ölkələrinin əhalisi təhlükəli və kobud nüvə ritorikanın səsləndiyi bir vaxtda başa düşməlidir ki, təşvişə heç bir səbəb yoxdur, alyans bu sahədə yetərincə potensiala malikdir.

    “NATO-nun nüvə çəkindirməsi təhlükəsizliyimizin mükəmməl qarantıdır”, – deyə Rütte vurğulayıb. O əlavə edib ki, nüvə çəkindirməsi etimada layiq, etibarlı və effektiv olaraq qalmalıdır, lakin başa düşülməlidir ki, nüvə müharibəsi nə qazanıla, nə də aparıla bilər.

    Rütte NATO-nun oktyabrda keçirilmiş ənənəvi “Steadfast Noon” nüvə çəkindirmə təlimlərinə toxunaraq bəyan edib ki, bu təlimlər bütün düşmənlərə belə bir aydın mesaj olub: NATO öz tərəfdaşlarını bütün təhdidlərdən qoruya bilər.

  • Президент Турции поделился публикацией по случаю Дня Победы

    Президент Турции Реджеп Тайип Эрдоган поделился в своем аккаунте в соцсети Х публикацией по случаю 8 Ноября – Дня Победы, передает Median.Az.

    “В пятую годовщину великолепной и грандиозной победы, положившей конец 30-летней оккупации Карабаха, я с благоговением чту память всех шехидов, храбрых сынов Азербайджана, отдавших свои жизни в Отечественной войне.

    От всего сердца поздравляю азербайджанский народ с Днем Победы”, – говорится в посте.

  • Ərdoğan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü ilə bağlı təbrik edib.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyə lideri sosial şəbəkə hesabında paylaşım edib.

    “Qarabağın 30 illik işğalına son qoyan möhtəşəm və misilsiz bir qələbənin 5-ci ildönümündə, Vətən müharibəsində şəhid olan bütün qəhrəmanlarımızı – Azərbaycanın igid övladlarını rəhmətlə yad edirəm. Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm”, – Türkiyənin dövlət başçının paylaşımında bildirilir.

  • Azərbaycanın iki cüdoçusu İslamiadada yarımfinala yüksəlib

    Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

    1/4 finalda Hidayət Heydərov (73 kiloqram) Faye Aleks Njiyə, Könül Əliyeva (48 kiloqram) isə tacikistanlı Ahliya Muminovaya qalib gəliblər.

    Gültac Məmmədəliyeva (52 kiloqram) 1/8 finalda uduzaraq mübarizəni dayandırıb. 1/4 finalda məğlub olan Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə təsəlliverici görüşlərə qatılacaqlar.

    Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

    Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.