Month: November 2025

  • Hindistandan Azərbaycana gətirilən bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

    Hindistandan Azərbaycana gətirilən bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Nəzarət tədbirləri çərçivəsində “HB CO LTD” MMC-nin Hindistandan idxal etdiyi 4 934 ədəd “Glukamin” və 2 982 ədəd “Carditon Q” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından nümunələr götürülərək müayinələrə cəlb olunub.

    Sınaq nəticəsində “Carditon Q” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində B12 vitaminin miqdarının normadan artıq olduğu, “Glukamin” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində isə manqanın miqdarının normadan aşağı olduğu müəyyən edilib.

    Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkar müraciəti əsasında məhsul partiyası məhv edilib.

  • Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

    Dekabrın 8-12-də quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək.

    Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək.

    Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər.

    Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq.

  • МИД Азербайджана соболезнует КНР в связи с многочисленными жертвами при пожаре в Гонконге

    Азербайджан выразил соболезнования Китаю в связи с многочисленными жертвами пожара в районе Тай По в Гонконге.

    Об этом говорится на официальной странице министерства иностранных дел Азербайджана в соцсети “Х”.

    “Мы глубоко опечалены трагическим пожаром в Тай По, который унес множество жизней и привел к ранению многих людей. Мы выражаем искренние соболезнования семьям и близким погибших и желаем скорейшего выздоровления всем пострадавшим. В это трудное время наши мысли с жителями Гонконга, Китая”, – говорится в сообщении.

    Напомним, что в результате пожара погибли 65 человек, около 70 пострадали. Почти 300 человек считаются пропавшими без вести.

    На текущий момент задержаны три представителя руководства строительной компании, которая проводила реновацию комплекса.

    В жилом комплексе почти 2 тыс. квартир, где проживали около 4,8 тыс. человек. Комплекс был построен в 1980-х годах.

  • Azərbaycan XİN Honq-Konqdakı yanğınla bağlı Çinə başsağlığı verib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Honq-Konqun Tay Po bölgəsində yaşayış kompleksində baş verən yanğınla bağlı Çinə başsağlığı verib.

    Bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

    “Çoxlu sayda insanın ölümünə və yanıq xəsarətləri almalarına səbəb olan faciəvi yanğın bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığımızı bildirir, xəsarət alanlara tezliklə şəfa diləyirik. Bu çətin dövrdə düşüncələrimiz Honq-Konq əhalisi ilədir”,- məlumatda qeyd olunub.

    Qeyd edək ki, yaşayış kompleksində baş verən yanğın səbəbindən 65 nəfər həyatını itirib, 3 nəfər isə saxlanılıb.

  • В Гонконге число жертв пожара в жилом комплексе возросло до 75 человек

    Количество жертв пожара в жилом здании в Гонконге увеличилось до 75 человек.

    Как передает Median.Az со ссылкой на Xinhua, об этом сообщает Департамент пожарной службы города.

  • Honq-Konqda baş verən yanğında ölənlərin sayı 75-ə çatıb

    Honq-Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 75-ə çatıb.

    Median.Az “Sinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə departamenti məlumat yayıb.

  • АПБА: За десять месяцев зарегистрировано 42 случая пищевого отравления

    В Азербайджане за десять месяцев текущего года зарегистрировано 42 подтвержденных случая пищевого отравления, в результате которых пострадали 384 человека.

    Об этом Report сообщили в Агентстве пищевой безопасности Азербайджана (АПБА).

    Согласно данным, большинство случаев отравления (26 инцидентов с 171 пострадавшим) произошли в бытовых условиях. При этом наиболее частой причиной отравлений стали консервированные продукты (8 случаев).

    Отравления в предприятиях общественного питания составили 13 случаев с 198 пострадавшими. Из них 6 инцидентов были связаны с употреблением донера и 7 случаев – других продуктов.

    Также отмечается, что за указанный период не зафиксировано ни одного летального исхода вследствие пищевого отравления.

  • AQTA: Son on ayda 42 qida zəhərlənməsi hadisəsi olub

    Bu ilin on ayı ərzində 384 nəfər zərərçəkənin olduğu 42 təsdiqini tapmış qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

    Qeyd olunub ki, qida zəhərlənmələrindən çoxunun (26 hadisə – 171 zərərçəkən) məişət zəmnində baş verdiyi müəyyən edilib.

    Məlumata görə, zəhərlənmələrə daha çox konservləşdirilmiş məhsulların (8 hadisə) səbəb olduğu aşkar edilib.

    İctimai iaşə müəssisələrində baş verən zəhərlənmələr (13 hadisə – 198 zərərçəkən) isə daha çox dönər (6 hadisə) və digər qarışıq qidalardan (7 hadisə) olub.

    Həmçinin bildirilib ki, bu dövr ərzində qida zəhərlənməsi hadisəsindən ölüm halı qeydə alınmayıb.

  • Пашинян: Стремлюсь cтать кандидатом в премьеры на парламентских выборах 2026 года

    Премьер-министр Республики Армения, председатель правления партии “Гражданский договор” Никол Пашинян намерен возглавить избирательный список партии на парламентских выборах 2026 года и стать кандидатом в премьеры.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом он заявил в ходе брифинга.

    “Наша политическая деятельность не определяется моей персоной. Партия “Гражданский договор” – демократическая партия, избирательные процессы в ней проходят открыто, прозрачно, решения принимаются коллегиально. Я являюсь председателем правления партии, чей голос в случаях и порядке, предусмотренных уставом, имеет решающее значение, но это не означает, что эти вопросы решаются на личном уровне. Все эти вопросы существуют, но они касаются партии, а не личности. Ответ на эти вопросы дает сама партия через свои организационные и политические процессы. Я, как кандидат в депутаты, также включен в этот список по той же логике и также претендую на пост премьер-министра. Процесс формирования списка даст ответы на все эти вопросы”, – отметил он.

    Партия “Гражданский договор” объявила, что кандидаты могут самовыдвигаться для включения в пропорциональный список партии на парламентских выборах 2026 года с 1 по 30 ноября 2025 года включительно. Самовыдвинулись для включения в пропорциональный список партии помимом Пашиняна, выдвинули спикер Национального собрания Ален Симонян, министры, депутаты и другие должностные лица.

  • Paşinyan: 2026-cı il parlament seçkilərində Baş nazir postuna namizəd olmağa çalışıram

    Ermənistanın Baş naziri, “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin sədri Nikol Paşinyan 2026-cı il parlament seçkilərində partiyanın seçki siyahısına başçılıq etmək və Baş nazir postuna namizəd olmaq niyyətindədir.

    O, bu barədə brifinq zamanı bildirib.

    “Bizim siyasi fəaliyyətimiz mənim şəxsiyyətimlə müəyyən edilmir. “Vətəndaş müqaviləsi” partiyası demokratik partiyadır, bu partiyada seçki prosesləri açıq, şəffaf keçirilir, qərarlar kollegial qaydada qəbul edilir. Mən, deputatlığa namizəd olaraq baş nazir postuna da iddialıyam. Siyahının formalaşması prosesi bütün bu suallara cavab verəcək”, – o qeyd edib.