Month: November 2025

  • В Зангезурском национальном парке замечена самка леопарда с 2 детенышами – Видео

    В Зангезурском национальном парке замечена самка леопарда с двумя детенышами.

    На официальной странице в социальных сетях представительства Всемирного фонда дикой природы (WWF) в Азербайджане опубликованы кадры самки леопарда с потомством в Зангезурском национальном парке имени академика Гасана Алиева.

    В публикации говорится: “Еще одна самка леопарда в Зангезурском национальном парке также растит 2 детенышей. Наши сотрудники назвали ее Гамза.

    Наши зрители часто пишут, почему мы с таким количеством материала не снимаем документальный фильм о жизни животных. Хотели бы отметить, что наша текущая программа включает мониторинг популяций, отслеживание динамики, анализ ситуации и принятие на его основе правильных решений. В настоящее время в этой области работают более 120 наших камер, и за эти годы мы собрали сотни тысяч фотографий и видеокадров. Мы готовы поддержать магистрантов и докторантов, желающих проводить исследования в этой области”.

  • Zəngəzur Milli Parkında bəbir və iki balası görüntülənib – Video

    Zəngəzur Milli Parkında ana bəbir və onun iki balası görüntülənib.

    Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesabında Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında məskunlaşan ana bəbirlə onun iki balasının görüntüsü paylaşılıb.

    Paylaşımda deyilir:

    “Zəngəzur Milli Parkındakı digər ana bəbir də 2 bala böyüdür. Onun adını əməkdaşlarımız Qəmzə qoyublar. İzləyicilərimiz tez-tez yazırlar ki, niyə bu qədər materialla biz heyvanların həyatından sənədli film çəkmirik. Bildirmək istərdik ki, bizim hazırki proqramımıza populyasiyaların monitorinqi, dinamikasının izlənilməsi, vəziyyətin analizi və onun əsasında doğru qərarların verilməsi daxildir. Hazırda ərazidə 120-dən artıq kameramız çalışır və bu illər ərzində yüz minlərlə foto və video kadrımız toplanıb. Bu sahədə tədqiqat aparmaq istəyən magistr və doktorantlara dəstək olmağa hazırıq”.

  • Азербайджан начал продавать фундук в Сирию

    В январе-сентябре этого года Азербайджан экспортировал 13 486 тонн фундука на сумму $100,4 млн, что на 38% больше в стоимостном и на 13% больше в количественном выражении по сравнению с показателями за аналогичный период 2024 года.

    Согласно расчетам Report, основанным на данных Государственного комитета статистики, за отчетный период Азербайджан продал в Россию 6 510 тонн (-15%) фундука на сумму $44,1 млн (на 0,5% меньше, чем годом ранее), в Германию – 2 145 тонн (+62%) на сумму $18,3 млн (+82%), в Италию – 1 366 тонн (+63%) на сумму $12 млн (в 2 раза больше).

    В этом году впервые за последние 14 лет (примечание: официальная статистика по внешней торговле в открытом доступе имеется до 2011 года) были осуществлены поставки в Сирию (46 тонн на сумму $472,4 тыс.).

  • Azərbaycan Suriyaya meşə fındığı satmağa başlayıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 100,4 milyon ABŞ dolları dəyərində 13 486 ton meşə fındığı ixrac edib.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 13 % çoxdur.

    Hesabat dövründə Azərbaycan Rusiyaya 44,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,5 % az) 6 510 ton (-15 %), Almaniyaya 18,3 milyon ABŞ dolları dəyərində (+82 %) 2 145 ton (+62 %), İtaliyaya 12 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 1 366 ton (+63 %), Türkiyəyə 9,3 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 1 243 ton (+4 dəfə), İsveçrəyə 4,5 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 560 ton (+3 dəfə) məhsul satıb.

    Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyaya tədarük (472,4 min ABŞ dolları dəyərində 46 ton) həyata keçirilib.

  • Hakimləri təhqir edən futbolçular, məşqçilər və bir klub rəsmisi cəzalandırılıb

    AFFA hakimləri təhqir edən futbolçuları, məşqçiləri və bir klub rəsmisini cəzalandırıb.

    Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

    AFFA Region Liqasında hakimləri təhqir edən “Real”ın rəsmisi Nahid Səmədov və “Şirvanovka”nın futbolçusu Loğman Camirzəyev 4, “Naxçıvan”ın oyunçusu Əbdül Əbdülov isə 5 oyunluq diskvalifikasiya olunub.

    Qurum U-13 Liqasında iki məşqçini də eyni səbəbdən cəzalandırıb. İCBFA komandasının baş məşqçisi Zahid Məmmədov və “Hacıqabul”un məşqçisi Xudat İsrafilov 4 oyunluq diskvalifikasiya edilib.

  • Завтра в Азербайджане ожидается изморось

    28 ноября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Утром в некоторых пригородных территориях возможна небольшая изморось. Будет преобладать северо-западный ветер, который днем сменится северо-восточным.

    Температура воздуха ночью составит 7-10, днем – 14-17° тепла. Атмосферное давление – 770 мм ртутного столба, относительная влажность воздуха ночью составит 80-85, днем – 65-70%.

    В регионах Азербайджана преимущественно без осадков. Однако ночью и утром в некоторых восточных районах возможны туман и изморось. Будет преобладать умеренный восточный ветер.

    Температура воздуха ночью составит 5-9, днем – 13-16° тепла, в горах ночью от 2° мороза до 3° тепла, днем – 7-11° тепла.

  • Bakıda və bölgələrdə arabir çiskin olacaq – PROQNOZ

    Azərbaycanda noyabrın 28-də arabir çiskin olacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 7-10, gündüz 14-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarda çiskinli yağış yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-9, gündüz 13-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.

  • Министр торговли Турции посетит Азербайджан

    Министр торговли Турецкой Республики Омер Болат посетит Азербайджан.

    По полученной Report информации, визит состоится 16 декабря.

    В рамках визита министр проведет в Азербайджане ряд встреч.

  • Türkiyənin ticarət naziri Azərbaycana səfər edəcək

    Türkiyənin ticarət naziri Ömer Bolat Azərbaycana səfər edəcək.

    “Report”un əldə etdiyi məlumata görə, səfər dekabrın 16-da baş tutacaq.

    Ö.Bolatın Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur.

  • Naxçıvanda əl qumbarası və top mərmisi tapılıb – Video

    Naxçıvanda silah-sursat aşkarlanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Ordubad rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

    Məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQ partladıcısı, 1 ədəd 85 mm-lik BR-365 top mərmisi olduğu müəyyən edilib.

    Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.