Month: November 2025

  • Prezidentin “Milli Qəhrəman” adı ilə təltif etdiyi Pəncəli Teymurov kimdir?

    Bu gün Prezident İlham Əliyev tərəfindən “Milli Qəhrəman” adı ilə təltif olunan Pəncəli Nurməmməd oğlu Teymurov 2016-cı il Aprel döyüşlərində şəhid olub.

    Gizir Pəncəli Teymurov xüsusi təyinatlı, erməni hərbçilərini lərzəyə gətirən hərbçi kimi xarakterizə olunur.

    Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-98-ci illərdə Astara rayonu, Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub.

    Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub.

    Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girib və döyüş dostları – Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənib. Aprelin 3-də son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhadətə yüksəlib.

    Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində aprelin 11-də dəfn olunub. Onun məzarı hər il minlərlə şəxs tərəfindən ziyarət olunur.

    Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli 2015-ci ildə işğal altında olan ərazilərdə xüsusi əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.

    Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Pəncəli Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
    //oxu.az

  • Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsinə dəyişiklik edildi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, dəyişikliklə nizamnamədən agentliyin məqsədi ilə bağlı bənd ləğv edilir.

    Həmçinin dəyişikliklə agentlik müvafiq sahədə sağlam rəqabət mühitinin yaradılması və enerji istehsalının səmərəliliyinin artırılması üçün tədbirlər görməklə yanaşı, enerji effektivliyi fondunun vəsaitini idarə edir, bu nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

    Agentliyin vəzifələri və hüquqlarına enerji effektivliyi fondunun vəsaiti hesabına “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində nəzərdə tutulmuş stimullaşdırıcı tədbirləri həyata keçirmək daxil edilir.

    Həmçinin agentlik ona ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən, habelə enerji effektivliyi fondunun vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir.

  • İlham Əliyev Müstəqil Azərbaycanın ilk hərbi pilotuna ölümündən sonra Milli Qəhrəman adı verdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslərin təltif edilməsi qərara alınıb:

    “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə

    Vaqif Bəxtiyar oğlu Qurbanov – baş leytenant (ölümündən sonra)

    “Azərbaycan Bayrağı” ordeni ilə

    Akif Bayram oğlu Quliyev – ehtiyatda olan baş gizir

    “İgidliyə görə” medalı ilə

    Gülbudağ Əli oğlu Binyətov – ehtiyatda olan polkovnik-leytenant

    Bəşir İman oğlu Əliyev – ehtiyatda olan mayor

    Elman Səyyad oğlu Cəlilov – ehtiyatda olan kapitan

    Tofik Şıxbala oğlu Şalbuzov – ehtiyatda olan baş gizir.

    Qeyd edək ki, Vaqif Bəxtiyar oğlu Qurbanov Azərbaycanın ilk hərbi pilotudur.

  • Prezident Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçularını təltif etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilirlər:

    “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə:

    Teymurov Pəncəli Nurməmməd oğlu – gizir (ölümündən sonra)

    “Azərbaycan Bayrağı” ordeni ilə

    Ələsgərov Əlvan Əsədulla oğlu – 3-cü dərəcəli kapitan

    2-ci dərəcəli “Rəşadət” ordeni ilə

    Abbasəliyev Yasin Yusif oğlu – polkovnik

    3-cü dərəcəli “Rəşadət” ordeni ilə

    İslamzadə Namiq Sərəfruz oğlu – general-leytenant

    Nuriyev Ramin Sabir oğlu – polkovnik

    Əmirov Zakir Oruc oğlu – polkovnik-leytenant

    2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Babayev Aqil İnşallah oğlu – general-mayor

    Məmmədov Əyyub Vəli oğlu – general-mayor

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Həsənov Arif Həsən oğlu – general-mayor

    İbrahimov Elmir Zülfüqar oğlu – general-mayor

    Kazımov Elnur Sadıq oğlu – general-mayor

    Nəbiyev Ceyhun Həsən oğlu – general-mayor

    Niftullayev Zaur Rəşid oğlu – general-mayor

    Abdulxalıqov İlqar Səftər oğlu – polkovnik

    Alıyev Fuad Məhəmmədəli oğlu – polkovnik

    Bağırov Vüsal Fazil oğlu – polkovnik

    Dəmirov Rüstəm Nadir oğlu – polkovnik

    Dünyamalıyev Əziz Dünyamalı oğlu – polkovnik

    Əsədullayev Asif Azadxan oğlu – polkovnik

    Gözəlov Bəxtiyar Telman oğlu – polkovnik

    Həsənov Anar Məmmədzadə oğlu – polkovnik

    Xəlilov Ramil Vəlixan oğlu – polkovnik

    İbrahimov İbrahim Əzizağa oğlu – polkovnik

    İbrahimov Şəhadət Əlövsət oğlu – polkovnik

    Qəhrəmanov Şahin Orduxan oğlu – polkovnik

    Məmmədov İntiqam Qəhrəman oğlu – polkovnik

    Mirzəyev Anar Mehman oğlu – polkovnik

    Soltanov Bağır Eyvaz oğlu – polkovnik

    Sulxayev Aslan Əlixan oğlu – polkovnik

    Yusibov Zəfər Qəzənfər oğlu – polkovnik

    Ağamalıyev Teymur Ələsgər oğlu – polkovnik-leytenant

    Ələkbərov Rasim Vahidoviç – 2-ci dərəcəli kapitan

    Kərimov Nihad Məmmədhəsən oğlu – polkovnik-leytenant

    Məmmədov Rəşad Arif oğlu – polkovnik-leytenant

    Siracov Sirac Məmmədağa oğlu – 2-ci dərəcəli kapitan

    Zülfüqarov Əli Salman oğlu – polkovnik-leytenant

    Abbaszadə Abbas Zahir oğlu – mayor

    Əhmədzadə Fuad Nadir oğlu – mayor

    Əzimov Cavid İsa oğlu – mayor

    Həsənov Mərdalı Mircəlil oğlu – mayor

    İsayev Ehtiram Teymur oğlu – mayor

    Kələşov Cahangir İlham oğlu – mayor

    Əhmədov Pərviz Zahid oğlu – kapitan

    “Vətən uğrunda” medalı ilə

    Xəlilov Vasif Tofiq oğlu – general-mayor

    Allahverdiyev Babək Asəf oğlu – polkovnik

    Əlizadə Elqar Məmmədsadıq oğlu – polkovnik

    Əsgərov Əliyar Arif oğlu – polkovnik

    Əzizov Elvin Tofiq oğlu – polkovnik

    Fətullayev İlkin Oruc oğlu – polkovnik

    Hacıyev Elçin Akif oğlu – polkovnik

    Hüseynov Bəhruz Səməd oğlu – polkovnik

    Xəlilov Səməd Adil oğlu – polkovnik

    İsmayılov Abasqulu Süleyman oğlu – polkovnik

    Kərimov Mehman Abdulla oğlu – polkovnik

    Quliyev Vüsal Aslan oğlu – polkovnik

    Quliyev Zaur Hikmət oğlu – 1-ci dərəcəli kapitan

    Məmmədov Azər Xutbəddin oğlu – polkovnik

    Mirzəyev İntiqam Fərəməz oğlu – polkovnik

    Muxtarov Rəşadət Tofiq oğlu – ədliyyə polkovniki

    Orucov Mehman Qurbanəli oğlu – polkovnik

    Bəhramzadə Məhəmməd Əsəbəli oğlu – polkovnik-leytenant

    Əliyev Amid Adil oğlu – polkovnik-leytenant

    Həsənov Elşən Rövşən oğlu – polkovnik-leytenant

    Həsənov Elvin Asif oğlu – polkovnik-leytenant

    Hüseynov Sabit Vəkil oğlu – polkovnik-leytenant

    İbrahimov Tural Hikmət oğlu – polkovnik-leytenant

    Qurbanəliyev Sərxan Zülfüqar oğlu – polkovnik-leytenant

    Manafov Ağabala Elşad oğlu – polkovnik-leytenant

    Məmmədov Rüfət Firudin oğlu – polkovnik-leytenant

    Mürsəlov Şirəli Rizvan oğlu – polkovnik-leytenant

    Rzayev Rafiq Qurban oğlu – polkovnik-leytenant

    Salmanov Rafael Faiq oğlu – polkovnik-leytenant

    Zeynalov Heydər Teymur oğlu – polkovnik-leytenant

    Abdullayev Aqşin İsmayıl oğlu – mayor (ölümündən sonra)

    Cəfərov Heydər Əkrəm oğlu – mayor

    Əhmədov Elmin Tanırverdi oğlu – mayor

    Əmirov Əfqan Fəxrəddin oğlu – mayor

    Hacəliyev Şahin Hacəli oğlu – mayor

    Hacıyev Teymur Ədalət oğlu – ehtiyatda olan mayor

    İsmayılov Nicat İlyas oğlu – mayor

    Məmmədov Vaqif Alxalovoviç – mayor

    Rüstəmov Coşqun Rüfət oğlu – mayor

    Səfərov Həsən İlqar oğlu – mayor

    Şahbazzadə Səlim Elman oğlu – mayor

    Tapdıqov Pərviz Ələkbər oğlu – mayor

    Vəliyev Elçin Vəli oğlu – 3-cü dərəcəli kapitan

    Abbasov Hüseyn Rizvan oğlu – kapitan

    Abutalıbov Ramil Yaşar oğlu – kapitan

    Əliyev Fəqan Ramiz oğlu – kapitan

    Əzizli Ziya Bəy Əliqismət oğlu – kapitan

    Həsənli Arif Fizuli oğlu – kapitan

    Həsənli Kəmaləddin Camaləddin oğlu – kapitan

    İsmayılov Orxan Elxan oğlu – kapitan

    İsmayılov Sahil Fərman oğlu – kapitan

    Qədirli Vüqar Ağakərim oğlu – kapitan

    Mancanov Abdurəhman Fəxrəddin oğlu – kapitan

    Məmmədli Sahil Səfalı oğlu – kapitan

    Nəcəfli Damət Elşad oğlu – kapitan

    Orucov Emil Alik oğlu – kapitan

    Rzayev Məhəbbət Səfiyar oğlu – kapitan

    Salahov Vaqif Əliyar oğlu – kapitan

    Sarıyev Sabutay Asif oğlu – kapitan

    Şakirov Sərvət Seyid oğlu – kapitan

    Ağazadə Məlik Mehman oğlu – baş leytenant

    Dədəkişiyev Cavid Gülbaba oğlu – baş leytenant (ölümündən sonra)

    Haşımlı Tural Əbdül oğlu – baş leytenant (ölümündən sonra)

    Həsənov Firudin Valeh oğlu – baş leytenant

    Həsənov Xəyyam Asif oğlu – baş leytenant

    Həsənov Ziya Niyazi oğlu – baş leytenant (ölümündən sonra)

    İbayev Ağaxan Azər oğlu – baş leytenant

    Nəzərov Şahlar Yaşar oğlu – baş leytenant (ölümündən sonra)

    Orucəliyev Qabil Əbdüləli oğlu – leytenant (ölümündən sonra)

    Şirinov Sahil Həsrət oğlu – leytenant (ölümündən sonra)

    Əliyev Kənan Adil oğlu – baş gizir

    Kərimov Əhməd Şərif oğlu – baş gizir

    Murtuzayev Narvik Minbala oğlu – baş gizir

    Niftullayev Vasid Sadiq oğlu – baş gizir

    Abdullazadə Nurlan Rasim oğlu – gizir (ölümündən sonra)

    Ağayev Rusif İbrahim oğlu – miçman (ölümündən sonra)

    Hümmətov Orxan Kazım oğlu – gizir (ölümündən sonra)

    Qarayev Dilsuz Məmmədağa oğlu – gizir (ölümündən sonra)

    Qasımov İlqar Vüqar oğlu – gizir

    Tağıyev Rahim Qara oğlu – gizir (ölümündən sonra)

    Zeynallı İlqar Ayaz oğlu – gizir (ölümündən sonra)

    Abidov Babək Vəfadar oğlu – kiçik gizir (ölümündən sonra)

    Baxışov Seymur Qulamhüseyn oğlu – kiçik gizir (ölümündən sonra)

    Bayramov Sərxan Oqtay oğlu – kiçik gizir (ölümündən sonra)

    Cavadzadə Şahin Yaşar oğlu – kiçik gizir (ölümündən sonra)

    Fərəczadə Toğrul Habil oğlu – kiçik gizir (ölümündən sonra)

    Hüseynov Bəxtiyar Rafayıl oğlu – kiçik gizir (ölümündən sonra)

    Qasımov Teymur Sabir oğlu – kiçik gizir (ölümündən sonra)

    Qurbanov Tural Gürşad oğlu – kiçik gizir (ölümündən sonra)

    Müstəcəbov Orxan Ələsgər oğlu – kiçik gizir (ölümündən sonra)

    Novruzov Ravil Elman oğlu – kiçik gizir (ölümündən sonra)

    Səfərov Elimdar Səlimxan oğlu – kiçik gizir (ölümündən sonra)

    Şeydayev Şeyda Bəslan oğlu – çavuş

    Əsgərov Təbriz Hamlet oğlu – kiçik çavuş (ölümündən sonra)

    Quliyev Səyyar Qınyaz oğlu – kiçik çavuş (ölümündən sonra)

    Məmmədov Elşad Dönməz oğlu – baş əsgər (ölümündən sonra)

    Abdullayev Qulam Əbdül oğlu – əsgər

    Adilzadə Adil Kamran oğlu – əsgər (ölümündən sonra)

    Axundov Əbdülməcid Nadirşah oğlu – əsgər (ölümündən sonra)

    Alıyev Vüsal İlham oğlu – əsgər (ölümündən sonra)

    Bağırov Emin İmran oğlu – əsgər (ölümündən sonra)

    Bağırov Sərxan Azər oğlu – əsgər (ölümündən sonra)

    Bağırzadə Firdovsi Əliş oğlu – əsgər (ölümündən sonra)

    Bayramov Şulan Bayram oğlu – əsgər (ölümündən sonra)

    Cəbrayılov Ömər Məzahir oğlu – əsgər (ölümündən sonra)

    Cəfərov Zakir Nazim oğlu – əsgər (ölümündən sonra)

    Dadaşov Tural Sabir oğlu – əsgər (ölümündən sonra)

    Daşdəmirov Xəyyam Məhəmməd oğlu – əsgər (ölümündən sonra)

    Dəmirli Altun Fərman oğlu – əsgər (ölümündən sonra)

    Dəmirli Hüseyn Zeynal oğlu – əsgər (ölümündən sonra)

    Əliyev Orxan Məhəmməd oğlu – əsgər (ölümündən sonra)

    Əsgərli Nurlan Bayram oğlu – əsgər (ölümündən sonra)

    Əzizzadə Xaliq Həsən oğlu – əsgər (ölümündən sonra)

    Hacıağayev Cabbarxan İlham oğlu – əsgər (ölümündən sonra)

    Hüseynov Ayaz Ələkbər oğlu – əsgər (ölümündən sonra)

    Xeyirbəyov Əmiraslan Xəlil oğlu – əsgər (ölümündən sonra)

    İbrahimov Mahmud Azər oğlu – əsgər (ölümündən sonra)

    İslamov Əlizaman Fərrux oğlu – əsgər (ölümündən sonra)

    İsmayılov Nazim Əfqan oğlu – əsgər (ölümündən sonra)

    Qasımov Nurlan Cəmil oğlu – əsgər (ölümündən sonra)

    Qasımov Teymur Mikayıl oğlu – əsgər (ölümündən sonra)

    Qayıbov Elvin Sədrəddin oğlu – əsgər (ölümündən sonra)

    Qədimov Zülfü Rəhim oğlu – əsgər (ölümündən sonra)

    Quliyev Mahir Qadir oğlu – əsgər (ölümündən sonra)

    Qurbanlı Fəxrəddin Seyfəddin oğlu – əsgər (ölümündən sonra)

    Məmmədov Murad Vaqif oğlu – əsgər (ölümündən sonra)

    Məmmədov Ülvin Camaləddin oğlu – əsgər (ölümündən sonra)

    Mirzəyev Elvin Azadxan oğlu – əsgər (ölümündən sonra)

    Mirzəyev Mahir Sabir oğlu – əsgər (ölümündən sonra)

    Mirzəyev Məhəbbət Ədalət oğlu – əsgər (ölümündən sonra)

    Mirzəyev Nurəddin Etimad oğlu – əsgər (ölümündən sonra)

    Muradov Rizvan Telman oğlu – əsgər (ölümündən sonra)

    Mustafazadə Elçin Arif oğlu – əsgər (ölümündən sonra)

    Nəsirov Röyal İmran oğlu – əsgər (ölümündən sonra)

    Niftalılı Rəşad Şakir oğlu – əsgər (ölümündən sonra)

    Novruzov Fəraim Nadir oğlu – əsgər (ölümündən sonra)

    Nurayev Rəvan İsmayıl oğlu – əsgər (ölümündən sonra)

    Səmədov Elşən Səlim oğlu – əsgər (ölümündən sonra)

    Süleymanov Vüqar Natiq oğlu – əsgər (ölümündən sonra)

    Şirəliyev Kamran Faiq oğlu – əsgər (ölümündən sonra)

    Vahabzadə Mikayıl Yaqub oğlu – əsgər (ölümündən sonra)

    Zəkərəyev Nazim Nadir oğlu – əsgər (ölümündən sonra)

    “İgidliyə görə” medalı ilə

    Xankişiyev İlqar İmran oğlu – polkovnik

    Sulxayev Rəfail Əli oğlu – polkovnik

    Eybalıyev Bəhmən Mirzə oğlu – polkovnik-leytenant

    Əliyev Afiq Əli oğlu – polkovnik-leytenant

    İbrahimov Adil İbrahim oğlu – polkovnik-leytenant

    Məmmədov Mehman Rüstəm oğlu – polkovnik-leytenant

    Məmmədov Sərxan Süleyman oğlu – polkovnik-leytenant

    Nəsirov Sabir Səbran oğlu – polkovnik-leytenant

    Tarverdiyev Hilal Əjdər oğlu – polkovnik-leytenant

    Abuşov Elşad Ərzulla oğlu – mayor

    Eynullayev Ruslan Həzrətəli oğlu – mayor

    Səmədov Mirhaşim Nəcəfəli oğlu – mayor

    Əfəndiyev Coşqun Səlim oğlu – kapitan

    Hüseyinli Toğrul Sahib oğlu – kapitan

    Əsgərov Sunay Tağı oğlu – baş leytenant

    Məhərrəmov Nurlan Sahib oğlu – baş leytenant

    Nəsibli Xəzər İntiqam oğlu – baş leytenant

    Şirəlizadə Elsevər Zabit oğlu – baş leytenant

    Yaqubov Hümbət Arzu oğlu – baş leytenant

    Əliyev Ceyhun Alxan oğlu – leytenant

    Quluyev Etibar Nizami oğlu – leytenant

    Cəfərov Asif Kamil oğlu – gizir

    Hüseynov Kamran Davud oğlu – gizir

    Bozuyev Yalçın Bəylər oğlu – baş çavuş

    Əliyev Emil Ehtiram oğlu – baş çavuş

    Həsənov Şamo Lütviyar oğlu – çavuş

    Məmmərzəyev Məhəmməd Murğuz oğlu – əsgər

    “Cəsur döyüşçü” medalı ilə

    Səfərli Ramil Fərman oğlu – polkovnik

    Əlizadə Nihad Bəhman oğlu – mayor

    Hüseynov Vüqar Vidadi oğlu – mayor

    Kərimov Anar Hidayət oğlu – mayor

    Quliyev Vüqar Məhəmməd oğlu – mayor

    Rəsulzadə Rəsul Cavid oğlu – mayor

    Səfərov İsmayıl Talıb oğlu – mayor

    Hüseynli Etibar Cavid oğlu – kapitan

    Quliyev Qadir Famil oğlu – kapitan

    Musazadə Elçin İsa oğlu – kapitan

    Nəsirli Laçın Çingiz oğlu – kapitan

    Abdullayev Aslan Mətləb oğlu – baş leytenant

    Nəcəfov Asif Malik oğlu – baş leytenant

    Ocaxverdiyev Nemət Nazim oğlu – baş leytenant

    Bağırov Nemət Xanlar oğlu – leytenant

    Əlizadə Emil Zaur oğlu – leytenant

    Qarayev Səddam Abdulhəmid oğlu – baş gizir

    Həsənov Röyam Famil oğlu – gizir

    Əhmədov Qurban Vidadi oğlu – baş çavuş

    Qasımov Akif Engels oğlu – çavuş

    Yusibov Qiyas Əliyusif oğlu – çavuş

    Abuzərov Müslüm Şahin oğlu – kiçik çavuş

    Əliyev Elmar Cavanşir oğlu – əsgər

    “Döyüşdə fərqlənməyə görə” medalı ilə

    Əliyev Hüseyn İsbəndiyar oğlu – tibb xidməti polkovniki

    Əhmədov Cavid Sevindik oğlu – polkovnik-leytenant

    İbrahimov Emin Fətəli oğlu – polkovnik-leytenant

    Cəfərli Ayaz Qorxmaz oğlu – mayor

    Gözəlov Əlqəm Əhəd oğlu – mayor

    Hüseynli Tural Fərhad oğlu – mayor

    Hüseynov Mansur Samit oğlu – mayor

    Mustafayev Vaqif Nemət oğlu – mayor

    Həsənli Sənan Rəşid oğlu – kapitan

    Hüseynzadə Ülvi Elçin oğlu – kapitan

    Nəsirli Cavad Cəlal oğlu – kapitan

    Qurbanov Fərman Beybala oğlu – baş leytenant

    Məmmədov Kamran Lətif oğlu – baş leytenant

    Alyarov Elman Məhərrəm oğlu – leytenant

    Əliyev Orxan Əliyar oğlu – leytenant

    Qafarov Nazim Mehman oğlu – baş gizir

    Qurbanov Əli Yadigar oğlu – baş gizir

    Əskər-zadə Yadigar Fərhad oğlu – gizir

    Kərimov Rauf Yusif oğlu – gizir

    Muradov Rahim Rəfail oğlu – gizir

    Musayev Vüqar Arif oğlu – gizir

    Novruzov Elmidar Mehman oğlu – gizir

    Əzizov Rahib Müslüm oğlu – çavuş

    Səmədov Səməd Şəmsəddin oğlu – çavuş

    Əliyev Zaur Qoca oğlu – əsgər

    Mirzəyev Dəyanət Səxavət oğlu – əsgər

    Şirəliyev Ramiz Əkbər oğlu – əsgər

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Aslanov Rüfət Talıb oğlu – polkovnik

    Atakişiyev Məzahir Mirzə oğlu – polkovnik

    Bayramov Vüqar Əsəd oğlu – polkovnik

    Əliyev Mütəllim Rəhim oğlu – polkovnik

    Əzizov Yengibar Səmənd oğlu – polkovnik

    Həbibullahov Seymur Musa oğlu – polkovnik

    Məmmədov Yəhya Səməd oğlu – polkovnik

    Mövlanov Nizami Bəydəmir oğlu – polkovnik

    Nəbiyev Ramil Ramiz oğlu – polkovnik

    Paşayev Vüqar Murad oğlu – tibb xidməti polkovniki

    Rəhimov Elşən Nütvəli oğlu – polkovnik

    Şabanov Mübariz Əziz oğlu – polkovnik

    Şıxlinski Vüqar Zakir oğlu – polkovnik

    Tarverdiyev Anar Xanverdi oğlu – polkovnik

    Abbasov Vüqar Malik oğlu – polkovnik-leytenant

    Abdullayev Azər Abazər oğlu – polkovnik-leytenant

    Abdullayev Teymur Ağabəy oğlu – polkovnik-leytenant

    Axundov Elsevər Elşən oğlu – polkovnik-leytenant

    Axundov Rais Nadir oğlu – polkovnik-leytenant

    Aslanov Novruz Tacı oğlu – polkovnik-leytenant

    Atayev Rusif Elşən oğlu – polkovnik-leytenant

    Bayramov Ramil Yusif oğlu – polkovnik-leytenant

    Bəxtiyarov Cabir Elman oğlu – polkovnik-leytenant

    Cəbrayılov Şəhriyar Vahid oğlu – polkovnik-leytenant

    Əmirov Şükür Ağamir oğlu – polkovnik-leytenant

    Fətullayev Anar Şahrza oğlu – polkovnik-leytenant

    Hadıyev Elman Əbülfət oğlu – polkovnik-leytenant

    Hüseynov Əkbər Ənvər oğlu – polkovnik-leytenant

    Xoyluyev Vüsal Sərraf oğlu – polkovnik-leytenant

    Xudeynatov Elnur Kamal oğlu – polkovnik-leytenant

    İskəndərov Elnur Qurban oğlu – polkovnik-leytenant

    Quliyev İsmayıl Zirəddin oğlu – polkovnik-leytenant

    Maksudov Bəhruz Azər oğlu – polkovnik-leytenant

    Məhərrəmov Roman Rafiq oğlu – polkovnik-leytenant

    Mərdanov Mərdan Gülbaba oğlu – polkovnik-leytenant

    Nəzərov Xəndan Aydın oğlu – polkovnik-leytenant

    Səfərov Siyavuş Akif oğlu – polkovnik-leytenant

    Şalanov Azər Əli oğlu – polkovnik-leytenant

    Zalov Emil Fuad oğlu – polkovnik-leytenant

    Zeynalov Ziya Vaqif oğlu – polkovnik-leytenant

    Abbaszadə Məiş Sadiq oğlu – mayor

    Ağasiyev Rəşad Zeynal oğlu – mayor

    Balıyev Turac Vidadi oğlu – mayor

    Əbilov Cavid Səyavuş oğlu – mayor

    Əliyev Məfdun Tahir oğlu – mayor

    Əsgərov Cəlal Elçin oğlu – mayor

    Əsgərov Mübariz Tahir oğlu – mayor

    Əzizov Asim Əziz oğlu – mayor

    Xantəmirov Şamil Şahsəddin oğlu – mayor

    İbrahimov Abdal Rafiq oğlu – mayor

    İsmixanov Əhmədağa Nürəliyeviç – mayor

    Kəlbiyev Rasim Faiq oğlu – mayor

    Kərimov Şəhriyar İxtiyar oğlu – mayor

    Qarayev Elvin Telman oğlu – mayor

    Mamedov Vüqar Əli oğlu – mayor

    Namazov Samir İkram oğlu – mayor

    Novruzəliyev Pərviz Yaqub oğlu – mayor

    Orucov Mahmud Həmid oğlu – mayor

    Paşayev Ziyad Məmmədxan oğlu – mayor

    Ramazanov Rafiq Gündüz oğlu – mayor

    Seyidov Mirməhəmməd Mirəhməd oğlu – mayor

    Şərifov Nadir Tahir oğlu – mayor

    Vəliyev Cəfər Şıxeyib oğlu – mayor

    Zamanov Yaşar Yusifəli oğlu – mayor

    Abdullayev Cəmil Səxavət oğlu – kapitan

    Cəfərov Ayxan Seymur oğlu – kapitan

    Əhmədov Rəşadət Fərman oğlu – kapitan

    Əliyev Elvin İnqilab oğlu – kapitan

    Əliyev Rzali Rəşid oğlu – kapitan

    Əsədov Eltun Sərbəst oğlu – kapitan

    Heybətli Seymur Hikmət oğlu – kapitan

    Hüseynov Pənah Filman oğlu – kapitan

    Xəlilov Qəhrəman Tahir oğlu – kapitan

    İskəndərov Vüsal Vahid oğlu – kapitan

    Kərimov Sabir İlham oğlu – kapitan

    Qasımov Röyal Sədrəddin oğlu – kapitan

    Məmmədov Kənan Qaryağdı oğlu – kapitan

    Məmmədov Məhəmməd Həsən oğlu – kapitan

    Muradov Emin İftixar oğlu – kapitan

    Namazov İlqar Vüqar oğlu – tibb xidməti kapitanı

    Nəsirov Fəhmin Nurəddin oğlu – kapitan

    Oruclu Əmiraslan İbrahim oğlu – kapitan-leytenant

    Paşayev Fariz Yusif oğlu – kapitan

    Rəhmanov Orxan Tofiq oğlu – kapitan

    Səfərov Şahin Elsevər oğlu – kapitan

    Şalbuzov Nail Çərkəs oğlu – kapitan

    Umudov Mehman Adil oğlu – kapitan

    Dünyamalıyev Röyal Adil oğlu – baş leytenant

    Əliyev Azad Məhəmmədşah oğlu – baş leytenant

    Həsənzadə Bünyad Əlibala oğlu – baş leytenant

    Həşimov Əfqan Fuad oğlu – baş leytenant

    İbrahimli İsa Vidadi oğlu – baş leytenant

    Məmmədov Rövşən Üzeyir oğlu – baş leytenant

    Muğalov İsa Mahir oğlu – baş leytenant

    Paşazadə Heydər Yalçın oğlu – baş leytenant

    Soltanov Tural Hərbi oğlu – baş leytenant

    Ələkbərov Xəyyam Ələkrəm oğlu – leytenant

    Vəliyev Elvin Nizaməddin oğlu – leytenant

    Bayramov Tahir Pirnazar oğlu – baş gizir

    Əmirov Tərzan Oktay oğlu – baş gizir

    Hacıyev Kənan Kamran oğlu – baş gizir

    Həsənov Asəf Müslüm oğlu – baş gizir

    Həsənov Babək Ataş oğlu – baş gizir

    Hüseynov Amil Adil oğlu – baş gizir

    Hüseynov Pərvin Elxan oğlu – baş gizir

    Məmmədov Baxşalı İdris oğlu – baş gizir

    Muxtarlı Tərlan Ataş oğlu – baş gizir

    Ovçiyev İlkin Müzaməddin oğlu – baş gizir

    Rəşidov Mənsur Tahir oğlu – baş gizir

    Səfərov Cavidan Fərhad oğlu – baş gizir

    Sultanov Yusif Seyfəddin oğlu – baş gizir

    Vəlişov Mərdan Vaqif oğlu – baş gizir

    Abbaslı Kənan Rasim oğlu – gizir

    Abbasov Elvin İlham oğlu – gizir

    Alıyev Elmir İlqar oğlu – gizir

    Alıyev Elmir Pərviz oğlu – gizir

    Dövlətov Ramid Balaxan oğlu – gizir

    Əlizadə Cavid Balayar oğlu – gizir

    Əlizadə Rəşad Allahqulu oğlu – gizir

    Əmirov Namiq Əmir oğlu – gizir

    Fətəliyev Xanlar Barat oğlu – miçman

    Xəlilov Yolçu Qorçu oğlu – gizir

    Xidirov Yəhya Rasim oğlu – gizir

    İsgəndərov Bəhruz Allahverdi oğlu – gizir

    Quliyev Bahadur Məmməd oğlu – gizir

    Mehdiyev Vüqar Qədir oğlu – gizir

    Məmmədov Ravid Rantik oğlu – gizir

    Mikaylov Elşad İsrayıl oğlu – gizir

    Niftəliyev Əhməd Sahib oğlu – gizir

    Pəncəliyev Təbriz Sərdar oğlu – gizir

    Sadıqov Xəqani Akif oğlu – gizir

    Şahmuradov Rəşad Dilşad oğlu – gizir

    Tarıverdiyev Rahib Razin oğlu – gizir

    Allahyarlı Ayxan Şöhrəd oğlu – baş çavuş

    Kiçibəyov Elvin Yüzbəy oğlu – baş çavuş

    Musayev Musa Mirzalı oğlu – baş çavuş

    Yaqubov Şəhriyar Əflatun oğlu – baş çavuş

    Alışov Pünhan Vidadi oğlu – çavuş

    Allahverdiyev Əli Mehman oğlu – çavuş

    Cəfərov Elgün Adışirin oğlu – çavuş

    İsayev İskəndər Sevindik oğlu – çavuş

    Kazımov Rəvan Fərhad oğlu – çavuş

    Abbasov Elvin Bəylər oğlu – kiçik çavuş

    Qasımov Eyvaz Arzuman oğlu – istefada olan kiçik çavuş

    Alagözov Fərrux Mikayıl oğlu – baş əsgər

    Cəbrayılov Elçin Tufan oğlu – əsgər

    Tapdıqov Ziyaməddin Akif oğlu – əsgər

    Usubov Araz Afis oğlu – əsgər.

  • Арестован блогер Po jizni Cesi

    Сотрудники полиции продолжают принимать соответствующие меры против лиц, которые открыто проявляют неуважение к обществу в социальных платформах, особенно во время прямых эфиров, демонстрируя поведение, противоречащее моральным ценностям.

    Ведущий страницу Po jizni Cesi в социальной сети Джасарат Джавадов (1998 г.р.) был задержан сотрудниками 3-го отдела полиции Хазарского районного управления полиции за совершение указанных действий.

    Решением суда он приговорен к 60 суткам административного ареста.

  • “Pajiznicesi” ləqəbli bloqer həbs edildi

    Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıqca hörmətsizlik edən, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

    Qeyd edilən əməllərə yol verən sosial şəbəkədə “pajiznicesi” səhifəsi işlədən 1998-ci il təvəllüdlü Cəsarət Cavadov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb.

    Onun barəsində məhkəmənin qərarı ilə 60 sutka inzibati qaydada həbs qərarı verilib.

  • Уголовное дело, фигурантом которого является блогер Турал Садыглы, передано новому судье

    Состоялось очередное подготовительное заседание по уголовному делу в отношении блогеров Турала Садыглы, Эльшада Мамедова, Гурбана Мамедова и Сулеймана Сулейманлы.

    Как сообщает Oxu.Az, на прошедшем сегодня заседании Бакинского суда по тяжким преступлениям был изменён состав судей.

    Отныне рассмотрением дела займётся судья Гусейн Гусейнли, вместо ранее назначенного Вугара Гулиева. Заседание проходило в закрытом режиме.

    Дело передано в суд для рассмотрения, следующее заседание назначено на 21 ноября.

    Отмечается, что блогерам предъявлены обвинения по статьям 178.3.1 (мошенничество, совершённое организованной группой), 214-2 (публичные призывы к терроризму), 220.2 (массовые беспорядки, призывы к неповиновению законным требованиям представителей власти и насилию против граждан), 281.2 (вооружённое восстание, совершённое повторно или группой лиц), 320.1 (подделка официального документа) Уголовного кодекса Азербайджана.

    Поскольку обвиняемые находятся за пределами страны, решением районного суда они заочно заключены под стражу.

  • Bloqer Tural Sadıqlının da ittiham olunduğu cinayət işi yeni hakimin icraatına verilib

    Bloqerlər Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının barələrində olan cinayət işi üzrə məhkəmənin növbəti hazırlıq iclası keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim tərkibinin dəyişdiyi elan olunub.

    Belə ki, bundan sonra cinayət işinə hakim Vüqar Quliyev deyil, hakim Hüseyn Hüseynli sədrlik edəcək. Proses qapalı keçirilib.

    Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası noyabrın 21-nə təyin edilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci (terrorçuluğa açıq çağırışlar), 220.2-ci (kütləvi iğtişaş – hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (silahlı qiyam – eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1-ci (rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunurlar. Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.
    //oxu.az

  • Prezident dörd polkovnikə general rütbəsi verdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

    “general-leytenant” ali hərbi rütbəsi

    general-mayor Kənan Əlihüseyn oğlu Seyidova

    general-mayor Ağamir Əzizxan oğlu Sultanova

    “general-mayor” ali hərbi rütbəsi

    polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə

    polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə

    polkovnik Anar Tofiq oğlu Hüseynova

    polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova

    “kontr-admiral” ali hərbi rütbəsi

    1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova.

  • Peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı qanuna dəyişiklik edildi

    Prezident İlham Əliyev “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 275-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, dəyişikliklə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

    Həmçinin sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi, o cümlədən həmin məqsədlə ilkin və təkrar müayinə edilməsi qaydasını Nazirlər Kabineti həyata keçirir.

    Eləcə də Nazirlər Kabineti:

    – “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə uyğun olaraq, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

    – “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 275-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etməlidir.

    Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 712 (Cild I) ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 3.1.1-ci yarımbəndində “əmək qabiliyyətinin itirilmə faizi” sözləri “peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin ifadə olunduğu faiz” sözləri ilə əvəz edilir.

    “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 608 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:

    – aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

    “2.1-1. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

    – 2.2-ci bənddə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilir”;