Month: November 2025

  • Londonda səhvən azadlığa buraxılmış məhbus polisə təslim oldu

    Son günlərdə Uondsfort həbsxanasından səhvən azad edilən iki məhbusdan biri hakimiyyətə təslim olub.

    Bu barədə “Sky News” telekanalı məlumat yayıb.

    Söhbət 35 yaşlı Uilyam Smitdən gedir. O, noyabrın 3-də məhkəmə tərəfindən dələduzluq ittihamı ilə üç il doqquz ay müddətinə azadlıqdan məhrum edilib. Elə həmin gün o, təsadüfən azadlığa buraxılıb. Qeyd olunub ki, Smit həbsxanada olduğu zaman video bağlantı vasitəsilə hökmü dinləyib. Məlumata görə, o, həbsxana əməkdaşlarının ona şərti cəza təyin edilməsi barədə səhv məlumat alması səbəbindən azadlığa buraxılıb.

    Xatırladaq ki, oktyabrın 29-da Uondsfort həbsxanasından 24 yaşlı Əlcəzair vətəndaşı Braim Kaddur-Şərif səhvən azad edilib. O, soyğunçuluq məqsədilə başqasının ərazisini zəbt etməyə görə cəza çəkirdi və əvvəllər cinsi xarakterli cinayətlərə görə məhkum olunub. Qeyd olunur ki, Kaddur-Şərif 2019-cu ildə turist vizası ilə Böyük Britaniyaya daxil olub, lakin viza müddəti bitdikdən sonra immiqrasiya qanunlarını pozaraq ölkədə yaşamağa davam edib. Onun yaxın vaxtlarda vətəninə deportasiya ediləcəyi gözlənilirdi. Hazırda Britaniya polisi onun axtarışı ilə məşğuldur.

  • “Zəfər Yolları” adlı sənədli film təqdim edildi – Video

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Zəfər Yolları” adlı sənədli filmini təqdim edib.

    Filmdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yol infrastrukturun yenidən qurulmasından bəhs edilib.

    AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov bildirib ki, Qəhrəman ordumuzun azad etdiyi torpaqlar Prezident İlham Əliyevin tapşırığı ilə avtomobil yollarının əməkdaşları tərəfindən yenidən qurulub.

  • Скончался заслуженный артист Вахид Алиев

    Скончался заслуженный артист Вахид Алиев.

    Об этом сообщила АПА пресс-секретарь Азербайджанского государственного театра юного зрителя Самира Ашраф.

  • Əməkdar artist Vahid Əliyev VƏFAT ETDİ

    Əməkdar artist Vahid Əliyev vəfat edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.

    V.Əliyev bu gün axşam saatlarında vəfat edib.

  • Rusiyada mer istefa verdi

    Ryazan meri Vitali Artemov istefa verib.

    Bu barədə Rusiya mətbuatı məlumat dərc edib.

    “Həyat davam edir və səhifəni vərəqləmək vaxtıdır. Mən çətin qərar verdim. Öz xahişimlə Ryazan administrasiyasının rəhbəri vəzifəsindən istefa verirəm”, – KİV Artemovdan sitat gətirib.

  • Yanacağa görə yol vergisi kəskin artırılacaq

    Azərbaycanda avtomobil benzini, dizel yanacağı və maye qaz üçün tətbiq edilən yol vergisinin məbləği növbəti ildən etibarən əhəmiyyətli dərəcədə artırılacaq.

    Bu, Milli Məclisə təqdim olunan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində əksini tapıb.

    Dəyişikliklərə görə, hazırda hər litr üçün 2 qəpik olan yol vergisi 7 qəpiyə qədər yüksəldiləcək. Bu, 3.5 dəfə artım deməkdir.

    Toplanacaq bu yol vergisinin dövlət büdcəsinin tərkibində hansı məqsədli büdcə fondları arasında necə bölüşdürüləcəyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

  • “Avropa klublarından maraq ola bilər” – Elvin Cəfərquliyev

    “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.

    O, jurnalistlərə açıqlamasında Bakıda qeydə alınan 2:2 hesablı heç-heçənin qələbəyə bərabər olduğunu deyib:

    “Bütün Azərbaycan xalqını təbrik edirəm. “Çelsi” ilə heç-heçə qələbəyə bərabərdir. Həqiqətən də komandamız çox inkişaf edib, böyüyüb. “Qarabağ” elə bir səviyyədədir ki, bu gün “Çelsi” üzərində qələbədən də danışırıq. Düşünürəm ki, komanda olaraq çox yaxşı oyun keçirdik. Bilirdik ki, rəqib yüksək pressinqdə oynayır və bu, bizə çətinliklər yaradırdı. Amma buna baxmayaraq, hər şeyin öhdəsindən gəldik”.

    Elvin Cəfərquliyev öz çıxışı barədə sualı da cavablandırıb: “Özümə güvənirdim, həmişəki kimi çox inamlı idim. Mənim üçün rəqibin kim olması fərq etmir. Əsas odur ki, çıxıb öz oyunumu göstərim. Düşünürəm, bu gün də bunu bacardım. Bu səviyyədə futbolçulara qarşı artıq bir neçə dəfə oynamışam”.

    E.Cəfərquliyev Avropa klublarından mümkün transfer təklifi ilə bağlı isə bunları deyib: “Yeni təkliflər barədə menecerimlə danışığımız olmayıb. Avropa klublarından maraq ola bilər, amma maraq varsa, bu o demək deyil ki, hansısa kluba transfer olacağam. Bunun reallaşması üçün menecerimlə danışıqlar aparılmalı, həm də mənim razılığım olmalıdır. Maraq olur, amma nə qədər realdır, bu barədə hələ heç nə deyə bilmərəm. Nə zamansa oturub menecerimlə bu mövzuda danışmalıyam”.

  • İndoneziyada vulkan püskürdü

    İndoneziyanın mərkəzi hissəsində yerləşən Şərqi Yava əyalətində Semeru vulkanı püskürüb.

    Vulkan püskürməsindən sonra kül kütləsi təxminən 1000 metr yüksəkliyə ( dəniz səviyyəsindən 4 676 metrə qədər) qalxıb. Qeyd olunur ki, kül şimal və şimal-şərq istiqamətlərində yayılır.

    İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi bölgə sakinlərinə ehtiyatlı olmağı və vulkanın kraterinə 3 kilometr məsafədən yaxınlaşmamağı tövsiyə edib. Bildirilib ki, vulkan ətrafa qızmar daş parçaları yaya bilər.

  • Sumqayıtda kirayə ev axtaran qadın və qızı basqına məruz qaldılar

    Sumqayıtda kirayə ev axtaran ana və qızı qarət ediliblər.

    Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin 76-cı məhəlləsində baş verib.

    1999-cu il təvəllüdlü Pərviz Əmirov (adı və soyadı şərtidir) valideynlərindən ayrılıb şəhər ərazisindəki kafedə işləyib. O, kafe sahibi və ofisiantlara kömək edərək, obyektdəki stulların düzülməsinə yardım edib, əvəzində isə gündəlik yeməyini pulsuz yeyirmiş.

    Bir müddət əvvəl şəhər sakinləri olan Dilarə Aydınova və qızı Sumqayıt şəhərində kirayə mənzil axtararkən həmin kafeyə gəliblər. Kafedə onları Pərviz qarşılayıb və kirayə ev tapa biləcəyini bildirib. Qadın və qızı Pərvizlə birlikdə kafedən çıxıb şəhərin 76-cı məhəlləsinə gəliblər. Pərviz bir qapını döyərək, guya həmin evin kirayə verildiyini bildirib. Bu vaxt Dilarə və qızı evin hasarının yanında oturub, Pərvizin evi kirayə danışmasını gözləyiblər. Qadın əlindəki torbasını yerə qoyarkən, Pərviz həmin torbanın içərisində pul olduğunu görüb. O, qadına nəsə soruşmaq adı ilə yaxınlaşıb, torbanı götürüb və hadisə yerindən qaçıb.

    Qadın qızı ilə birlikdə Pərvizin olduğu kafeyə gələrək, başına gələnləri kafe sahibinə danışıb. Kafe sahibi Pərvizə zəng vuraraq, qadının kafedə olduğunu və pulu gətirəcəyi təqdirdə polisə şikayət etməyəcəyini bildirib. Pərviz isə kafe sahibinə dostu İlkin Qurbanovun evində olduğunu bildirib.

    Bir neçə dəqiqədən sonra kafe sahibi, zərərçəkmiş qadın və ev sahibi İlkin Qurbanov polis əməkdaşları ilə birlikdə evə gəliblər, Pərviz saxlanılıb. Məlum olub ki, Pərvizin oğurladığı torbanın içərisində qadına məxsus 4 500 manat olub.

    Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

    Məhkəmə istintaqı zamanı qadın təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.

    Məhkəmənin hökmü ilə Pərviz Əmirova 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq edilib.

  • İmişlidə yanğın – 2 nəfər zəhərləndi

    İmişlidə yanğın baş verib.

    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, rayonun Bəhramtəpə qəsəbəsində həyətyanı sahəyə yığılan ot bağlaması yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.