Month: December 2025

  • “Android”dən yenilik – Təhlükəsizlik gücləndiriləcək

    “Google”, “Android” sistemində təhlükəsizliyi gücləndirən yeni funksiyanı, “Təcili Durum Canlı Videosunu” istifadəyə verdiyini açıqlayıb. Bu yenilik sayəsində istifadəçilər təcili vəziyyətlərdə ilk yardım və xilasedici qruplarla real vaxtda video bağlantısı quraraq anlıq görüntüləri paylaşa biləcəklər.

    Sfera.az xəbər verir ki, şirkətin məlumatına görə, bu sistemin məqsədi yol qəzaları, yanğınlar və ya tibbi fövqəladə hallar zamanı müdaxilə komandalarına hadisə yerindən daha dəqiq və operativ məlumat ötürməkdir.

    Beləliklə, xilasetmə qrupları hadisə yerinə çatmazdan əvvəl vəziyyəti qiymətləndirə biləcək, istifadəçilər isə operatorların görüntülü təlimatları ilə ilkin müdaxiləni həyata keçirə biləcəklər.

    Yeni xüsusiyyətin istifadəsi üçün əlavə quraşdırma və ya xüsusi tənzimləmə tələb olunmur. Təcili zəng zamanı operatorun göndərdiyi istəyi qəbul etmək kifayətdir. Bundan sonra qurğu şifrələnmiş, təhlükəsiz və istənilən an dayandırıla bilən canlı video yayımına başlayır.

    “Google” bildirib ki, bu funksiyanı “Android 8” və daha yeni versiyaları dəstəkləyən bütün smartfonlarda aktivləşdirmək mümkün olacaq. Sistem ilkin mərhələdə ABŞ, Almaniya və Meksikanın seçilmiş bölgələrində istifadəyə veriləcək.

    Şirkət yeni texnologiyanın təcili yardım sahəsində operativliyi artıracağını və həyat qurtarma prosesini daha effektiv edəcəyini vurğulayıb.

  • Azərbaycanda əməkhaqqı ayda iki dəfə veriləcək

    Məlum olduğu kimi Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, əməkhaqqının verilməsi müddətləri ilə bağlı qaydalarda dəyişiklik ediləcək. Belə ki, dəyişikliyə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə biləcək.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, indiyə qədər əməkhaqqının hesablanması qaydası, o cümlədən vergi hesabatlılığı ayda bir dəfə həyata keçirilirdi.

    Onun sözlərinə görə, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə isə bunun iki dəfə həyata keçirilməsi təsbit olunur.

    Deputat bu yeni qaydanın ailə büdcəsinin planlaşdırılması baxımdan da çox əhəmiyyətli olduğunu vurğulayıb.

    O həmçinin söyləyib ki, bu həm də beynəlxalq təcrübədə tətbiq edilən metodlardan biridir və bu istiqamətdə proqram təminatının da təkmilləşdiriləcəyi gözlənilir:

    “Çünki vergilərin hesablanması və təqdim olunması üçün proqram təminatının təkmilləşdirilməsinə ehtiyac var. Təbii ki, bu da ailənin öz xərclərinin planlaşdırması və onların sosial aspekti üçün önəmlidir. Nəticədə əməkhaqqının daha səmərəli istifadə olunmasına və ailə büdcəsində xərclərin planlaşdırılmasına gətirib çıxara bilər”.

    V.Bayramov onu xatırladıb ki, işçilər üçün bu metod həm beynəlxalq təcrübədə tətbiq olunur, həm də Beynəlxalq Əmək Təşkilatı belə bir mexanizmi tövsiyə edir: “Digər tərəfdən bu, işçilər üçün, xüsusi olaraq büdcənin planlaşdırılması ilə yanaşı, həmçinin beynəlxalq təcrübəyə uyğun dəyişiklikdir”.

  • Qətlə yetirilən qadının atası: “Uşaq hadisəni görəndə ona qışqırıb ki, başını ört, yat”

    Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.

    Prosesə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyev sədrlik edib.

    İclasda təqsirləndirilənin sərbəst ifadəsi dinlənilib.

    O, iki azyaşlı övladının gözü qarşısında törətdiyi dəhşətli qətlin təfərrüatını danışıb:

    “İşləmək üçün Rusiyaya getdim. Bir neçə dəfə xəbər göndərdim ki, ailəmi yola salsınlar. Etmədilər bunu. Sonra həyat yoldaşım haqqında xoşagəlməz sözlər eşitdim. Buna görə də ona zəng edib demişdim ki, çıxıb getsin atasının evinə. Halallığını verdiyimi də bildirdim. Getmədi. Mən artıq Azərbaycanda idim. Ona sonuncu dəfə zəng gəldi, ancaq mənim yanımda danışmadı”.

    Zərərçəkənin hüquqi varisi Elşən Qurbanov ifadə verərək bildirib ki, qızının ailəsində hər hansı bir problemin olması barədə xəbəri olmayıb.

    “Atası zəng etdi ki, qızın ölüb, gəl. Gedib gördüm ki, morqdadır. Uşağı deyir ki, ata ayağını ananın belinə qoymuşdu, boğazından tutmuşdu. Uşaq hadisəni görəndə atası ona qışqırıb ki, başını ört, yat”.

    Təqsirləndirilən şəxs isə hüquqi varisə etirazını bildirərək, onun yalan danışdığını deyib.

    “O, yalan deyir. Mən yoldaşımı çarpayıda boğanda uşaq gördü, soruşdu ki, ata, nə edirsən? Mən də qışqırdım, dedim ki, yat, anan xəstədir, titrəyir. Dərman verirəm ona”.

    Qeyd edək ki, hadisə 2025-ci ilin aprelin 20-də Bakının Əhmədli qəsəbəsində baş verib. Yataqxanada yaşayan 25 yaşlı Aysel Qurbanovanın elektrik naqili ilə qəsdən boğularaq öldürülməsi barədə polisə məlumat verilib.

    İlkin araşdırmalarla məlum olub ki, əvvəl Rusiyada yaşayan Ziyəddin Quliyev hadisədən iki ay əvvəl Bakıya gəlibmiş.

    Ailə münaqişəsi zəminində həyat yoldaşı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ziyəddin Quliyev hadisədən sonra könüllü olaraq polisə təslim olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4. (qəsdən adam öldürmə xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
    //oxu.az

  • В Азербайджане температура воздуха упадет на 7 градусов – ПРЕДУПРЕЖДЕНИЕ

    С полудня 13 декабря до 14 декабря на территории страны ожидаются дожди, северо-западный ветер усилится.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха по сравнению с предыдущими днями снизится на 5-7 градусов.

    В Баку и на Абшеронском полуострове с вечера 13 декабря до второй половины 14 декабря возможны осадки.

    В районах Азербайджана ожидаются дожди, в отдельных местах – кратковременные ливни, местами – снег.

    Ожидается повышение уровня воды в реках, возможны кратковременные сели в некоторых реках Лянкяран-Астаринского региона.

  • Havanın temperaturu 5-7 dərəcə enəcək – XƏBƏRDARLIQ

    Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək.

    Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

    Azərbaycanın rayonlarında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə qara keçəcəyi ehtimalı var.

    Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

  • Heydər Əliyevin nəvələri ilə səmimi anları – VİDEO

    Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev babası, Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. 
     
    O, Ümummilli Liderin nəvələri ilə birgə 1990-cı ildə lentə alınmış səmimi görüntülərini paylaşıb.
     
    A. Əliyev videoya bu sözləri yazıb: “Allah rəhmət eləsin, dahi lider! Əsl lider!”
     
    Həmin görüntüləri təqdim edirik:
     

  • Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI

    Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol qarşılaşmalarına ev sahibliyi edəcək.

    Qarşıdakı iki gün ərzində İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Fransa Liqa 1, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Türkiyə Superliqasında aşağıdakı oyunlar keçiriləcək:

    13 dekabr

    İngiltərə Premyer Liqası

    Saat 19:00, “Çelsi” – “Everton”;

    Saat 19:00, “Liverpul” – “Brayton”.

    İspaniya La Liqası

    Saat 17:00, “Atletiko Madrid” – “Valensiya”;

    Saat 21:30, “Barselona” – “Osasuna”.

    Fransa Liqa 1

    Saat 22:00, “Metz” – PSJ.

    İtaliya A seriyası

    Saat 21:00, “Parma” – “Latsio”.

    Almaniya Bundesliqası

    Saat 18:30, “Ayntraxt Frankfurt” – “Auqsburq”;

    Saat 21:30, “Bayer Leverkuzen” – “Köln”.

    Türkiyə Superliqası

    Saat 21:00, “Antalyaspor” – “Qalatasaray”.

    14 dekabr

    İngiltərə Premyer Liqası

    Saat 00:00, “Arsenal” – “Vulverhempton”;

    Saat 18:00, “Kristal Pelas” – “Mançester Siti”.

    İspaniya La Liqası

    Saat 19:15, “Sevilya” – “Atletik Bilbao”.

    Fransa Liqa 1

    Saat 23:45, “Marsel” – “Monako”.

    İtaliya A seriyası

    Saat 15:30, “Milan” – “Sassuolo”;

    Saat 21:00, “Cenoa” – “İnter”;

    Saat 23:45, “Bolonya” – “Yuventus”.

    Almaniya Bundesliqası

    Saat 18:30, “Borussiya Dortmund” – “Frayburq”;

    Saat 20:30, “Bavariya” – “Maynts”.

    Türkiyə Superliqası

    Saat 21:00, “Trabzonspor” – “Beşiktaş”.

  • В Каспийском море поражены два судна РФ с оружием и техникой

    Силы специальных операций (ССО) Вооруженных сил Украины провели операцию на Каспийском море, в результате которой были поражены два российских танкера.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу ССО.

    Отмечается, что в результате проведения специальной операции операторы ССО поразили в Каспийском море у берегов Республики Калмыкия два российских судна, которые перевозили вооружение и военную технику.

    Пораженные грузовые суда России – это “Композитор Рахманинов” и “Аскар-Сарыджа”. Оба судна используются в военных целях и находятся под санкциями США, поскольку участвовали в поставках военных грузов между Ираном и Россией.

    “Силы специальных операций продолжают принимать асимметричные действия для подрыва наступательных возможностей российской армии”, – отмечается в информации структуры.

    Это уже второй удар Украины на Каспии за последние два дня. 11 декабря беспилотники СБУ остановили работу нефтедобывающей платформы в Каспийском море. Это первый случай, когда Украина поразила объект РФ, связанный с добычей нефти в этом регионе.

  • Ukrayna ordusu Xəzər dənizində Rusiyanın iki gəmisini vurub

    Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Xəzər dənizində əməliyyat keçirib və nəticədə iki Rusiya tankeri vurulub.

    Bu barədə əməliyyat qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd edilib ki, xüsusi əməliyyat zamanı Kalmıkiyaya silah və hərbi texnika daşıyan Rusiya gəmilərinə zərbələr endirilib.

    Məlumata görə, hər iki gəmi hərbi məqsədlər üçün istifadə olunur. Sözügedən tankerlər İranla Rusiya arasında hərbi təchizatın çatdırılmasında iştirakçı olduğundan ABŞ-nin sanksiyalarına məruz qalıb.

    Xəbərdə bildirilir ki, Xüsusi Əməliyyat Qüvvələri Rusiya ordusunun hücum imkanlarını sarsıtmaq üçün asimmetrik hərəkətlər etməyə davam edəcək.

    Bu, Ukraynanın son iki gündə Xəzər dənizində ikinci hücumudur. Dekabrın 11-də Ukrayna ordusu Xəzər dənizinin Rusiya sektorunda neft hasilatı platformasına uzaqmənzilli dronlarla zərbə endirib.

  • Уроженец Ярдымлинского района погиб в зоне российско-украинского конфликта

    В зоне российско-украинского конфликта погиб азербайджанец.

    Соответствующая информация распространилась в социальных сетях.

    Уроженец села Афчедулан Ярдымлинского района Рагиф Искендеров участвовал в боевых действиях в составе российской армии.