Month: December 2025

  • Elzanın geyimi muzeydə sərgilənəcək – FOTO

    Əməkdar artist Elza Seyidcahanın açıqlaması marağa səbəb olub.
     
    Bəstəkar-müğənninin Göyçayda Nar Festivalında geyindiyi libası muzeydə sərgilənəcək. 
     
    Sənətçi  festival üçün hazırlanan geyimi barədə özü məlumat verib: 
     
    “Göyçay İcra Hakimiyyəti tərəfindən bəyənildi. Paltarımı muzeyə qoymaq üçün istədilər və mənə Nar şahzadəsi olmağı təklif etdilər”.milli.az
     

    Məqaləyə dair fotomateriallar:


  • Yeni yol nişanı yaradılır – Brilliant zolağı nədir?

    Avropanın bir neçə ölkəsində tətbiq olunmağa başlayan yeni yol nişanı sürücülər arasında geniş müzakirələrə səbəb olub.
     
     
    Forma olaraq “paxlava diliminə” bənzədiyi üçün sosial mediada bu adla məşhurlaşan nişan rəsmi olaraq “Diamond Lane” ( Brilliant zolağı )adlanır və xüsusi hərəkət zolağını göstərir.
     
     
    Yeni nişanın məqsədi yolların yüklənməsinin azaldılması, ekoloji nəqliyyatın təşviqi və təmiz hava siyasətinin gücləndirilməsidir. Nişanla işarələnmiş zolaqlardan adətən yalnız ən azı iki nəfər sərnişini olan avtomobillər, bəzən isə elektrik nəqliyyat vasitələri, taksilər və müəyyən ictimai xidmət maşınları istifadə edə bilir.
     
     
    Nişanın tətbiqi ilk olaraq Fransa və İspaniyada sınaqdan keçirilib. Xüsusilə Madrid və Barselona kimi böyük şəhərlərdə istifadəyə verilən bu zolaqlar tıxacın azaldılması və yol hərəkətinin optimallaşdırılması üçün nəzərdə tutulub.
     
     
    Ancaq yenilik bir çox sürücünü çaşdırıb – çünki nişan Avropada ənənəvi yol simvollarından fərqli olaraq sırf geometrik formaya əsaslanır və əlavə izah işarəsi olmadan tanınması çətin ola bilər.
    //sfera.az

  • Rusiyaya zəng etmək qadağan oluna bilər

    Rusiyada telefon və internet fırıldaqçılığına qarşı görülən tədbirlər çərçivəsində “qeyri-dost ölkələrdən” daxil olan telefon zənglərinin qadağan edilməsi müzakirə olunur.
     
    Bu barədə Rusiya Prezidenti Vladimir Putin İnsan Haqları Şurasının (SPÇ) üzvləri ilə görüşündə məlumat verib.
      
    Putinin sözlərinə görə, bu təklif Şura tərəfindən irəli sürülüb.
     
     
    Prezident bildirib ki, söhbət yalnız fırıldaqçılıq məqsədilə həyata keçirilən zənglərin bloklanmasından gedir, həmçinin dövlət qurumları, banklar və mobil operatorların vətəndaşlarla ünsiyyətində daha dəqiq qaydalar müəyyənləşdirilir.
     
     
    “Bu çərçivədə qeyri-dost dövlətlərin ərazisindən həyata keçirilən, cinayət məqsədi daşıyan zənglərin bloklanması, zənglərin markalanması və dövlət orqanları ilə rabitə sahəsində çalışanların müştərilərlə davranışına dair əlavə tələblər nəzərdə tutulur. Hökumət bütün bu təklifləri nəzərə alır və tətbiq edir”, — deyə Putin bildirib./ modern 

  • “WhatsApp”da illərdir gözlənilən xüsusiyyət – Köhnə mesajları oxuya biləcəksiz

    Dünyanın ən populyar onlayn mesajlaşma platforması olan “WhatsApp”, istifadəçilər tərəfindən uzun müddətdir tələb olunan vacib bir xüsusiyyəti qrup söhbətlərinə inteqrasiya etməyə hazırlaşır.
     
    Median.Az xəbər verir ki, Meta tərəfindən hazırlanan bu yenilik, qruplara daha sonra qoşulanların yaşadığı məlumat çatışmazlığını aradan qaldırmağı hədəfləyir.
     
    Yeni sistem sayəsində qrup administratorları yeni qoşulan üzvlərin köhnə mesajları görməsinə imkan verən bir seçimi aktivləşdirə biləcəklər.
     
    Bu xüsusiyyət limitsiz giriş təmin etməyəcək və yeni üzvlər yalnız qrupa qoşulmazdan əvvəl son 24 saatdakı söhbətləri görə biləcəklər./lent.az

  • Sudanda hərbi təyyarə qəzaya uğrayıb

    Sudanda hərbi-nəqliyyat təyyarəsi İl-76 qəzaya uğrayıb.
     
    Bu barədə AFP agentliyi adının açıqlanmasını istəməyən mənbəyə istinadla məlumat yayıb.
     
     
    Mənbənin sözlərinə görə, təyyarə “Osman Diqna” aviabazasında eniş etməyə istəyərkən qəzaya düşüb. Hadisədən əvvəl hava gəmisində texniki nasazlıq qeydə alınıb.
     
     
    AFP ekipaj üzvlərinin hamısının həlak olduğunu bildirir. Ölənlərin dəqiq sayı açıqlanmayıb.

  • Президент Ильхам Алиев сменил ректора Академии юстиции

    Ректор Академии юстиции Министерства юстиции Азербайджана Шахин Алиев освобожден от занимаемой должности.

    Как сообщает АЗЕРТАДЖ, соответствующее распоряжение подписал Президент АР Ильхам Алиев.

    Другим распоряжением главы государства Ровшан Исмайылов назначен новым ректором указанной академии.

  • Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edildi – YENİ TƏYİNAT

    Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Akademiyasının rektoru təyin edilib.

    Hər iki sərəncam imzalandığı gündən qüvvəyə minib.

  • 15 yaşlı qızı qaçırdı, qısqanıb ayrıldı, öldürməyə cəhd etdi – Qaradağdakı cinayətin TƏFƏRRÜATI

    Bakıda qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadını öldürməyə cəhddə təqsirləndirilən İlkin Məmmədovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Məmmədov 11 il 6 ay azadlıqdan məhrum edilib.

    İttihama görə, Şəmkir rayon sakini olan İlkin 2022-ci ildə Bakıda 2007-ci il təvəllüdlü Şəhla adlı xanımla tanış olur. O bir müddət Şəhla ilə sevgi münasibətləri yaşadıqdan sonra onu qaçırıb Şəmkirə aparır və qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayırlar.

    2024-cü ildə cütlük Şəmkir rayonundan Bakının Qaradağ rayonuna köçür. Bir müddət burada yaşayandan sonra İlkin Şəhladan şübhələnir və onu döyməyə başlayır. Nəticədə Şəhla bir yaşlı qızı ilə evdən çıxıb atasının evinə gəlir.

    Bir neçə aydan sonra İlkin Şəhla ilə barışmaq qərarına gəlir və ona yenidən birlikdə yaşamağı təklif edir. İlkin bildirir ki, Xırdalan şəhərində ev kirayələyib və onlar həmin ünvana köçməlidirlər. Şəhla isə onunla birlikdə yaşamaqdan imtina edir. Şəhlanın xalası danışığa gələn İlkini evdən qovur və ona deyir ki, ailənin problemi ilə bağlı Xoşqədəmin verilişinə müraciət edəcək.

    Evdən çıxıb gedən İlkin bir müddətdən sonra geri qayıdır və bir daha Şəhlaya onunla getməyi təklif edir. Şəhla bu dəfə də onun istəyini rədd edəndə cütlük arasında dava düşür və İlkin mətbəx bıçağı ilə ona 3 zərbə vurur.

    Faktla bağlı cinayət işi başlanıldıqdan sonra İlkin saxlanılıb və mühakimə olunub.

  • Gəncədə sakinlər çıxılmaz vəziyyətdə – “Kanalizasiya daşır, yaşaya bilmirik” (Video)

    Gəncənin Gülüstan qəsəbəsi Rövşən Mehralıyev küçəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə kanalizasiya sistemi bərbad durumdadır, çirkab suları ətrafa yayılır. Bu isə antisanitar vəziyyətin yaranmasına səbəb olur.

    Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həll olunmayıb:

    “Pəncərəni açan kimi kanalizasiya iyi evə dolur. Qoxudan çölə çıxa bilmirik. Yaşamaq mümkün deyil”.

    Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda layihə üzrə tikintisi davam etdirilən və hələ istismara verilməyən kanalizasiya xətlərinə sakinlər tərəfindən qeyri-qanuni qoşulmalar baş verib: “Xəttin inşası bitmədiyindən, ümumi kollektora qoşulmadığından sakinlərin axıtdığı çirkab suları baxış quyularından daşaraq ətrafa yayılır və antisanitar vəziyyət yaradır. Məsələ Gəncə şəhər Sukanal İdarəsinin nəzarətindədir. İdarə tərəfindən əraziyə baxış keçirilərək lazımi tədbir görüləcək”.

    Daha ətraflı Baku TV-nin videomaterialında:

  • Sabah Bakının iki rayonunda qaz olmayacaq

    Sabah Bakının Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Binəqədi rayonunda korroziyaya uğramış qaz xəttinin ləğv olunması və yeni çəkilmiş yerüstü xəttin mənbəyə qoşulması, Sabunçu rayonunda qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar dekabrın 11-də saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.