Month: December 2025

  • Yeni icra başçısı daha bir məmuru işdən çıxardı

    Göygöl Rayon İcra Hakimiyyətinin daha bir əməkdaşı vəzifəsindən azad edilib.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Vüqar Novruzov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov da vəzifəsindən azad olunub.

    Xatırladaq ki, daha əvvəl isə həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli ötən həftə vəzifəsindən azad edilib. Hələlik sözügedən vəzifələrə təyinat olmayıb və hazırda həmin şöbədə cəmi bir əməkdaş Baş məsləhətçi postunda fəaliyyət göstərir.

    Qeyd edək ki, V.Novruzov noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

  • Уничтожены конфеты, импортированные из Ирана

    Агентство продовольственной безопасности Азербайджана (АПБА) взяло образцы шоколадных конфет под товарным знаком Achachi Amesteris, импортированных Нуру Ягубовым из Исламской Республики Иран.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу АПБА, в ходе лабораторных исследований были обнаружены несоответствия стандартам качества в партии продукции с датой производства 20 октября 2025 года и сроком годности до 20 октября 2026-го.

    В связи с выявленными нарушениями было принято соответствующее решение, и вся партия продукции была уничтожена.

  • İrandan Azərbaycana idxal edilən konfet məhv edildi

    İran İslam Respublikasından Nuru Adəm oğlu Yaqubovun tərəfindən idxal edilən “Achachi Amesteris” əmtəə nişanlı şokoladlı konfet məhsullarından nümunələr götürülüb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, laborator müayinə nəticəsində (20.10.2025-20.10.2026 istehsal və son istifadə tarixli) məhsul partiyasında uyğunsuzluq aşkarlanıb.

    Faktla bağlı müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

  • Azərbaycanda orta aylıq əməkhaqqı bu qədər artıb

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,4 % artaraq 1 086 manat təşkil edib.
     
    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
     
    Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
     
    Bu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 782,4 min nəfər olub, onlardan 865,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
     
    Muzdla işləyənlərin 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 %-i təhsil, 14 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,3 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

  • Yeni il hədiyyəsi kimi ən çox bunları alırlar – SİYAHI

    Yeni ilin yaxınlaşması ilə insanlar artıq sevdikləri üçün uyğun hədiyyə axtarışına başlayıblar.
     
    Son illərin satış statistikası, onlayn sifariş tendensiyaları və mağazaların sorğuları göstərir ki, 2025-ci ildə həm kişilər, həm də qadınlar üçün seçilən hədiyyələrdə müəyyən bənzərliklər olsa da, hər iki kateqoriyada özünəməxsus fərqlər qalmaqdadır.
     
    Aşağıda bu il ən çox seçilən hədiyyələrin siyahısı təqdim olunur:
     
    Qadınlar üçün ən çox alınan 10 hədiyyə:
     
    Ətir və parfüm setləri – Qadınların dəyişməz favoritidir. Brend parfümlərə tələbat pik həddə çatıb.
     
    Zərgərlik məmulatları – Sırğa, boyunbağı və qolbaqlar ən populyardır.
     
    Kosmetik və dəriyə qulluq setləri – Üz kremi, serum və maska setləri 2025-də yüksək satışa malikdir.
     
    Ağıllı saat və qolbaqlar – Yeni il kampaniyaları səbəbindən bu kateqoriyaya maraq artıb.
     
    Çanta və aksesuarlar – Brend çantalar yenə lider mövqedədir.
     
    Spa və gözəllik salonu hədiyyə kartları – Qadınların özünü qayğılandırma trendi bu hədiyyəni populyar edib.
     
    Ev üçün dekor hədiyyələri – Minimalist şamlar, dekor fiqurları və tablolar. Kitablar – Xüsusən də psixologiya və motivasiya janrında.
     
    Elektrotexnika – fen, saç düzləşdiricisi, “multistyler”
     
    Romantik hədiyyə qutuları – Şokolad, şam, açıqca və mini aksesuarların olduğu şəxsi qutular.
     
    Kişilər üçün ən çox alınan 10 hədiyyə:
     
    Smartfonlar və elektronika – Bu il kişilərə ən çox alınan hədiyyə kateqoriyasıdır.
     
    Ağıllı saatlar və idman elektron cihazları – Kişilər üçün top 3 hədiyyə.
     
    Ətir – Klassik və universal seçim olaraq həmişə siyahıda yer alır.
     
    Avtomobil aksesuarları – DVR kamera, parfüm, telefon tutacağı, LED işıqlar.
     
    Geyim – Köynək, sviter, üst geyimləri yeni il endirimlərində liderdir.
     
    Pulqabı və kəmər dəstləri
     
    Qulaqlıq və “Bluetooth” akustik sistemlər
     
    Saat (klassik və mexaniki) – Hər il ən çox sifariş olunan hədiyyələrdən biri olaraq qalır.
     
    Hobbi üçün hədiyyələr: balıqçılıq ləvazimatı, idman əşyaları, oyun aksesuarları, termos və iş üçün aksesuarlar ofis işçiləri arasında ən çox seçilənlərdir.
     
    2025-ci ilin hədiyyə seçimlərində diqqət çəkən əsas məqam praktiki, uzunmüddətli və texnologiya yönümlü məhsulların daha çox üstünlük qazanmasıdır. Onlayn alış-verişin artması isə fərdiləşdirilmiş hədiyyə qutularına və elektron cihazlara tələbatı daha da yüksəldib.
    //sfera.az

  • Lənkəranda 13 yaşlı məktəblini avtomobil vurdu

    Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

     
    Hərəkətdə olan avtomobil 2012-ci il təvəllüdlü A.Kərimzadəni vurub.
     
    Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

    Zəruri tibbi müdaxilə göstərilib, hazırda vəziyyəti nəzarət altındadır.

    Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

  • 300-dən çox təhsil müəssisəsində qazlaşma prosesi həyata keçirilib

    2025-2026-cı tədris ili üzrə istilik mövsümünə hazırlıq çərçivəsində Bakı və regionlarda ümumilikdə 1873 təhsil müəssisəsində (1500 ümumi, 373 məktəbəqədər) texniki işlər aparılıb.
     
    Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, son iki ildə ölkə üzrə əlavə olaraq 300-dən çox təhsil müəssisəsində qazlaşma prosesi həyata keçirilib.
     
    “Əlavə olaraq qeyd edək ki, alternativ yanacaq təminatı çərçivəsində 536 ümumi, 334 məktəbəqədər təhsil müəssisəsi üçün zəruri ehtiyacda odun və 408 ümumi, 197 məktəbəqədər təhsil müəssisəsi üçün isə pellet yanacağı təmin edilib. Ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün regional təhsil idarələrinin müvafiq Çağrı Mərkəzləri ilə əlaqə yaratmaq mümkündür. Regionlarda yaradılmış işçi qrupları istilik təminatı ilə bağlı mümkün problemlərin, eyni zamanda fövqəladə halların aradan qaldırılması və operativ həlli məqsədilə təlimatlandırılıblar”.
     
    Məlumat üçün bildirək ki, istilik sistemlərində mövcud və yaxud yarana biləcək problemlərin həlli istiqamətində görülən işlər mövsümboyu davam etdiriləcək.

  • Sabah qatı duman olacaq -XƏBƏRDARLIQ

    Sabah hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
     
    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
     
    Bildirilib ki, dekabrın 11-də bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq. Hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

  • Tovuz məktəbində TÜSTÜLƏNMƏ – Müəllim və bir şagird…

    Tovuz rayonu Məşədilər kənd tam orta ümumtəhsil məktəbində sobada tüstülənmə baş verib.

    Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tüstülənmə nəticəsində 1 müəllim və 1 şagird özünü pis hiss edib və təcili tibbi yardıma müraciət edilib.

    Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.

  • Bakıda küçələrdən birində hərəkətin təşkili dəyişdirildi: Məsafə və vaxt qısalacaq (Video)

    Bakıda Həsən bəy Zərdabi və Heydər Hüseynov küçələrinin kəsişməsində mübahisəli vəziyyətin aradan qaldırılması, növbəli hərəkətin təşkili və piyadaların qeyd olunan küçələrdə təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi məqsədilə yeni layihə icra olunur.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, buna qədər Heydər Hüseynov küçəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət olmadığından sürücülər bu küçədən gəlib sağa dönərək Məmmədşərif Həmidov küçəsini keçdikdən sonra geriyə dönmək məcburiyyətində qalırdılar. Sözügedən trayektoriya uzun məsafə qət edilməsinə və əlavə vaxt itkisinə səbəb olurdu. Bundan əlavə, həmin ərazidə piyada keçidi olmadığından piyadaların təhlükəsizliyi təmin olunmurdu.

    Yeni layihəyə əsasən, sözügedən kəsişməyə işıqfor obyektləri quraşdırılır. Bundan əlavə, Heydər Hüseynov küçəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət təmin edilir.

    Rəqəmsal əkiz simulyasiyalarından istifadə edilərək hazırlanmış layihədə nəzərdə tutulan dəyişikliklər icra edilərək, piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunur, eləcə də piyadaların mobillik ehtiyacları qarşılanır.