Month: December 2025

  • Azərbaycanda iki ada yarımadaya çevrilə bilər – Video

    Xəzər dənizinin səviyyəsi son illərdə tarixi minimumlara enib.

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, Xəzər dənizinin səviyyəsi son illərdə tarixi minimumlara enib. Belə ki, 2005-2025-ci illər ərzində dəniz 2,1 m-ə, 2023-2025-ci illər ərzində isə 0,4-0,5 m-ə qədər geri çəkilib. Coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani deyir ki, suyun səviyyəsinin kəskin azalması bir neçə amildən asılıdır.

    Coğrafiya üzrə fəlsəfə doktoru qeyd edib ki, zamanla su-torpaq sərhədlərinin dəyişməsi, bəzi adaların xüsusilə Pirallahı, Qum adalarının sahillə birləşərək “yarımada”ya çevrilməsini qaçılmaz edə bilər.

    Zaur İmrani həmçinin qeyd edib ki, dənizin səviyyəsi dəyişkən xarakter daşıyır və yaxın onilliklərdə yenidən qalxma ehtimalı istisna edilmir.

    Daha ətraflı videomaterialı təqdim edirik.

  • Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri bəlli oldu

    Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri bəlli olub.

    Buna 1/8 final mərhələsinin oyunlarından sonra aydınlıq gəlib.

    Azərbaycan Kuboku

    1/4 final mərhələsinin cütləri:

    “Turan Tovuz” – “Kəpəz”

    “Zirə” – “Sumqayıt”

    “Şamaxı” – “Qarabağ”

    “Sabah” – “Qəbələ”

    Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları 3-4 fevralda, cavab matçları 3-4 martda təşkil olunacaq.

  • 2026-cı ilin əsas rəngi açıqlandı

    Amerikanın “Pantone Rəng İnstitutu” 2026-cı ilin əsas rəngini açıqlayıb.

    Bu barədə “Pantone” nümayəndələri rəsmi saytda məlumat veriblər.

    İnstitut 2026-cı ilin əsas rəngi kimi “Cloud Dancer” adlanan 11-4201 ağ kölgəni seçib.

    Nümayəndələrin fikrincə, “Cloud Dancer” kölgəsi sakitlik hissi ilə dolu havadar bir ağdır. Rəngin “səs-küylü dünyada sakitlik və əmin-amanlıq pıçıltısını” təmsil etdiyi deyilir.

  • İsrailin “Avroviziya 2026”-da iştirakı təsdiqləndi

    Avropa Yayım Birliyi İsrailin 2026-cı ildə “Avroviziya” mahnı müsabiqəsində iştirakına icazə vermək qərarına gəlib.

    Bu barədə qərar 4 dekabr 2025-ci il tarixində keçirilən ümumi yığıncaqda keçirilən səsvermədən sonra qəbul olunub.

    Bu qərar bir sıra ölkələr, o cümlədən İspaniya, Hollandiya, İrlandiya, Sloveniya tərəfindən birmənalı olaraq qarşılanmayıb.

    Sözügedən ölkələr İsrailin iştirak edəcəyi təqdirdə 2026-cı keçiriləcək “Avroviziya” mahnı müsabiqəsindən imtina edəcəklərini açıqlayıblar.

  • Bu gündən dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq

    İlin ən güclü və parlaq meteor yağışlarından biri olan Geminid meteor yağışı bu gündən başlayaraq dekabrın 17-dək aktiv olacaq və dekabrın 14-də öz zirvəsinə çatacaq.

    Bu barədə BDU-nun Astrofizika kafedrası məlumat yayıb.

    Meteor yağışının radiantı (mənbəyi) Əkizlər (latınca: Gemini) bürcündə yerləşdiyi üçün ona Geminid adı verilib.

    Bakıdan Geminid meteor yağışını saat 18:18-dən 07:22-dək müşahidə etmək mümkündür. Meteor yağışının ən əlverişli müşahidə vaxtı 14 dekabr gecəsi saat 02:30 radələridir.

    Bakıda radiant nöqtəsi həmin saatlarda üfüqdən 82° hündürlükdə olacaq və buna görə də əlverişli hava şəraitində saatda 119-a qədər meteor müşahidə oluna bilər.

    Meteor yağışı yeni Ay fazasına təsadüf etdiyindən Ayın işığı demək olar ki, mane olmayacaq. Geminid meteorları Yer atmosferinə təxminən 35 km/san sürətlə daxil olacaq. Bu, digər meteor yağışlarına nisbətən meteorların daha parlaq görünməsinə, yanma prosesinin daha uzun olmasına, çoxlu sayda bolidlərin (çox parlaq meteorların) müşahidə edilməsinə şərait yaradır.

    Geminid meteor yağışının mənşəyi digər meteor yağışlarından fərqli olaraq komet deyil, 3200 Faeton (Phaethon) asteroididir. Bu, nadir fenomendir. Bu asteroid 1983-cü ildə kəşf edilib. 3200 Faeton asteroidi Günəşə 20 milyon km-ə qədər yaxınlaşa bilir və bu səbəbdən onun səthi ~700°C-yə qədər qızır. Qızma nəticəsində səth materialı parçalanır və toz əmələ gəlir. Yer hər il bu toz axınından keçdikdə Geminid meteor yağışı yaranır.

    Geminid meteorlarının rəngləri xüsusilə gözəldir: Sarı – natrium, yaşıl – maqnezium, mavi-ağ – dəmir qarışıqları. Bu fakt Geminidləri müşahidə baxımından daha cəlbedici edir.

    Meteor yağışının gücündə son 50 ildə artım müşahidə edilib. 1900-cü illərdə 1 saatda cəmi 20 meteor müşahidə olunurdusa, indi 120 meteor müşahidə olunacaq. Buna səbəb Faeton orbitində toz sıxlığının artmasıdır.

    Geminidlər 2025-ci ilin ən möhtəşəm astronomik hadisələrdən biri olacaq və hava şəraiti əlverişli olsa, Azərbaycan səması üzərində bu nadir təbiət fenomeni parlaq və unudulmaz bir mənzərə yaradacaq.

  • Gəncədə 17 yaşlı oğlan bıçaqlandı

    Gəncədə bıçaqlanma hadisəsi olub.

    “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində baş verib.

    Belə ki, 2008-ci il təvəllüdlü Y. D kəsici alətlə alınan xəsarətlə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

    Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

  • Bakıda yeraltı keçiddə eskalator QIRILDI: Xəsarət alanlar var

    ​​​​

    Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində bir neçə şəxs xəsarət alıb.

    Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

    Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 18 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Müşfiq küçəsi, İncəsənət Gimnaziyası yaxınlığından təcili çağırış daxil olub:

    “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

    Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) Kliniki Tibbi Mərkəzə təxliyə olunub”, – məlumatda qeyd olunub.

  • Pilotsuz təyyarələr Zelenskinin təyyarəsinə hücum cəhdi etdi

    Ukrayna prezidenti Vladimir Zelenskinin bazar ertəsi axşamı İrlandiyaya uçan təyyarəsi naməlum pilotsuz təyyarələrin hücumundan çətinliklə yayınıb.

    Bu barədə İrlandiyanın “The Journal” nəşri məlumat yayıb.

    Mənbələrin məlumatına görə, hərbi dərəcəli cihazlar kimi təsnif edilən dörd dron təxminən saat 23:00-da Dublin Hava limanı yaxınlığında prezident təyyarəsinin keçəcəyi hava dəhlizinə yaxınlaşıb. Lakin təyyarə daha əvvəl gəlib və onun trayektoriyası dronların marşrutları ilə kəsişməyib.

    Naməlum dronlar daha sonra səfərin təhlükəsizliyini artırmaq üçün gizli şəkildə paytaxta yerləşdirilən İrlandiya hərbi gəmisi LÉ William Butler Yeats-ə doğru yola düşüb. İrlandiya qüvvələri dronlara atəş açmamaq qərarına gəlib.

    Xüsusi xidmət orqanları dronların Dublinin şimal-şərqindən buraxıldığını və iki saata qədər havada qaldığını müəyyən edib. Hadisənin arxasında duran şəxslər, eləcə də dronların məqsədi hələ də məlum deyil. Dronların harada olduğu da məlum deyil.

    İrlandiya təhlükəsizlik rəsmiləri sözügedən avadanlığın mürəkkəb və bahalı olduğu, hərbi məqsədlər üçün nəzərdə tutulduğu qənaətinə gəliblər və bu da onun hibrid hücumun bir hissəsi ola biləcəyini göstərir.

    Hadisədən sonrakı gün ölkə rəhbərliyi ilə təcili iclas çağırılıb. Zelenskinin Dublindən qayıdış uçuşu üçün dronlarla bağlı hər hansı riski minimuma endirmək üçün xüsusi təhlükəsizlik rejimi yaradılıb.

    Zelenskinin İrlandiyaya səfəri zamanı iki ölkə növbəti beş il üçün birgə tərəfdaşlıq planını təsdiqləyib.

  • В России заблокировали Snapchat


    Роскомнадзор заблокировал в России мессенджер SnapChat.

    Как передает Median.Az со ссылкой на РБК, об этом сообщили в пресс-службе ведомства.

    Там пояснили, что, по данным правоохранительных органов, сервис “используется для организации и проведения террористических действий на территории страны, вербовки их исполнителей, совершения мошеннических и иных преступлений против наших граждан”.

    Отмечается, что в соответствии с правилами централизованного управления сетью связи общего пользования Роскомнадзор принял меры по блокировке сервиса 10 октября 2025 года.

    Snapchat был создан в 2011 году студентами Стэнфордского университета Эваном Шпигелем, Фрэнком Брауном и Бобби Мерфи. Сервис позволяет обмениваться фотографиями, сообщениями и видео, которые удаляются через короткое время. Мессенджер обрел популярность благодаря фильтрам и маскам, которые придают пользователю тот или иной вид. Кроме того, именно в Snapchat впервые появилась функции “истории”. По данным сервиса на 2025 год, его ежемесячная аудитория составляет 943 млн человек.

  • Rusiyada “SnapChat” bloklandı

    “Roskomnadzor” Rusiyada “SnapChat” mesencerini bloklayıb.

    Median.Az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, servis ölkə ərazisində terrorçu fəaliyyətlərin təşkili və həyata keçirilməsi, onların icraçılarının cəlb olunması, eləcə də vətəndaşlara qarşı dələduzluq və digər cinayətlərin törədilməsi üçün istifadə olunur.

    “Ümumi istifadə üçün nəzərdə tutulmuş rabitə şəbəkəsinin mərkəzləşdirilmiş idarəetmə qaydalarına uyğun olaraq, “Roskomnadzor” servisin bloklanması üçün tədbirlər görüb”, – deyə məlumatda qeyd olunub.