Month: December 2025

  • Putin Uitkoffla keçirdiyi görüşdən danışdı

    Rusiya Prezidenti Vladimir Putin Moskvada ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffla apardığı danışıqlarda Amerikanın Ukrayna ilə bağlı planının bütün bəndlərinə ətraflı toxunulduğunu bildirib.

    Putin bu barədə “India Today” telekanalına müsahibəsində deyib.

    “Bu, konkret, ətraflı söhbət idi”, – deyə o söyləyib.

    Putin hələlik danışıq prosesini şərh etmək üçün tez olduğunu əlavə edib. O, Amerikanın planının bəzi bəndləri ilə bağlı Rusiya tərəfinin sualları olduğunu qeyd edib.

    Qeyd edək ki, sözügedən müsahibədə Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə görüşü barədə də danışıb. O, həmçinin Vaşinqtonun sülh planını şərh edərək, Kiyevi qoşunları Donbasdan (Donetsk və Luqansk vilayətləri – red.) çıxarmaqdan və münaqişəni başa çatdırmaqdan imtina etməkdə ittiham edib.

  • Bu şəxlərə 2000 manat veriləcək

    Kitab Mükafatı Mədəniyyət Nazirliyinin təsis etdiyi ən faydalı müsabiqələrdən biridir. Burada təqribən 58 min manatlıq pul mükafatından bəhs edilir. Qalibə 50 min manat, qısa siyahıya düşən 4 yazara da hər birinə 2 min manat olmaqla pul vəsaiti ödənəcək. Əlbəttə, büdcə imkanlarına görə belə bir məbləğ müəyyən olunub, ancaq burada ianə resursları barədə düşünülsə daha doğru olardı. Yəni bu müsabiqəyə könüllü ianə formasında vəsait köçürülməsi və qalibdən sonra mükafatlandırlanların sayının və ödənişin məbləğinin artırılması məqsədəuyğun olardı. Biz kitaba, ədəbiyyata pul ödəməyi prestij məsələsinə çevirməyə çalışmalıyıq. Kimsə qoy ianə olara bu məqsədlə açılmış bank hesabına minimum 100 manat ödəsin, ancaq bilsin ki, ödədiyi pul kitaba, ədəbiyyat adamına, yazara gedir, Bu həm də yalnız dövlətin deyil, həm də cəmiyyətin bu önəmli tədbirdə iştirakını stimullaşdırma olar.

    Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa bildirib.

    “Məhsəti” filminin festifala buraxılmaması məsələsinin mediada yer alan izahı isə düşünürəm ki, çox uğursuzdur. Məhz bu izaha görə həmin filmi Kann festivalında üstün nominasiyaya layiq görə bilərlər. Ümumiyyətlə, filmə ideoloji baxış ağırlıqlı olarsa, çağdaş film yaratmaq mümkün olmayacaqdır. Filmə baxmamışam, ancaq ittiham mətni olduqca zərərlidir. Deyilir ki: “Məhsətini əxlaqsız kimi göstərib!” Görünür bu izahı verənlərin Məhsətinin şeirləri ilə dərindən tanışlığı yoxdur, bəzi rübailəri 18+ məhdudiyyətinə uyğun gəlirsə, o halda onun obrazını komsomol propaqandiaçısı kimi təqdim etmək sənət baxımından nə dərəcədə estetik alınar? Onun həyat ideallarının real təsviri min il öncə yaşamış bir xanımın nüfuzuna xələl gətirməz, ancaq qadın azadlığı motivində çəkilən müasir filmə baxışımıza mübahisəli durum yarada bilər. Hər halda kino sənətinə töfhə vermək istəyən rejissorları, aktorları bəri başdan bu cür ittihamlara məruz qoymaq onların qol-qanadını sındırmaq deməkdir. Həqiqətən ehtiyatlı olmalıyıq. Bu gün səviyyəli film çəkmək üçün böyük vəsaitə ehtiyac var, ayrı-ayrı mesenatları bu işə yönləndirmək üçün çərçivəni bu qədər məhdud götürməməliyik” – deyə Fazil Mustafa əlavə edib.

  • Bakıda “Şaxta baba”lar dalaşdı – VİDEO

    Bakıda Şaxta baba geyimində olan iki nəfər dalaşıb.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Məlumata görə, hadisə paytaxtdakı supermarketlərin birində baş verib. Lakin “Şaxta baba”ların hansı səbəblə mübahisə etdiyi bilinmir.

    Videonu təqdim edirik:

  • İsraildə üç qardaş eyni gündə ata oldu

    İsraildə üç qardaş eyni gündə ata olub: Bir neçə saat ərzində onların partnyorları Tel-Əviv yaxınlığındakı Maayaney ha-Yeshua Xəstəxanasında dörd uşaq dünyaya gətitib.

    Qayanrinfo xəbər verir ki, yenidoğulmuş körpələr arasında bir əkiz də var.

    Klinikanın sözçüsü bu nadir hadisəni təsdiqləyib:

    “Heç bir statistika bizi bu xüsusi an üçün hazırlaya bilməzdi. Bu an bizi dayandırdı, gülümsəməyə vadar etdi və burada hər gün baş verən sehrin bir daha bizi təsirləndirməsinə səbəb oldu”.

    İsraildə böyük ailələr geniş yayıləb: ölkədə orta doğum nisbəti hər qadına 2,9 uşaqdır ki, bu da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan bütün ölkələr arasında ən yüksək göstəricidir.

  • Salyanda ağır qəza – 20-dən çox xırda buynuzlu heyvan tələf oldu

    Salyan rayonunun Həsənli kəndi ərazisində qəza baş verib.

    Kənd sakini Cəlal Babayevə məxsus 20-dən çox xırda buynuzlu heyvan yük avtomobili tərəfindən vurularaq tələf olub.

    Hadisə “KamAZ” markalı yük avtomobilinin sürücüsü Malik Quliyevin avtomobillə hərəkətdə olduğu zaman heyvanların qəfil yolun hərəkət hissəsinə çıxması nəticəsində baş verib.

    Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Lakin kənd sakininə ciddi maddi ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır, dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

  • Özbəkistan və Azərbaycan “Üstyurd” layihəsi üzrə əməliyyat şirkəti yaradıblar

    Özbəkistanın paytaxtı Daşkənddə SOCAR ilə birgə Üstyurd regionu üzrə hasilatın pay bölgüsü sazişinin (MBS) həyata keçirilməsi üçün yaradılmış “Ustyurt Operating Company” əməliyyat şirkətinin ofisinin təntənəli açılış mərasimi keçirilib.

    Bu barədə “Report”a “Özbəkneftqaz” Səhmdar Cəmiyyətindən məlumat verilib.

    “Bu hadisə enerji sektorunda təşəbbüslərin reallaşdırılmasında və Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsində mühüm addım oldu”, – şirkətdən qeyd edilib.

    “Özbəkneftqaz” vurğulayıb ki, “Ustyurt Operating Company” ofisinin açılması layihənin aktiv fazaya keçdiyini göstərir.

    “Qısa müddətdə hasilatın pay bölgüsü sazişi təsdiqlənib, əməliyyat şirkəti təsis olunub, qeydiyyatdan keçirilib, peşəkar komandalar formalaşdırılıb və zəruri icazə sənədləri alınıb. Hazırda yataqda geoloji-kəşfiyyat işlərinə hazırlıq başlanıb”, – şirkətdən bildirilib.

    “Özbəkneftqaz” qeyd edir ki, “Ustyurt Operating Company” ölkənin resurs bazasının genişlənməsinə, geoloji-kəşfiyyat işlərinin səmərəliliyinin artırılmasına və uzunmüddətli enerji sabitliyinin təmin olunmasına töhfə verəcək.

    Şirkətin əsas vəzifələrinə müasir texnologiyaların tətbiqi, istehsal potensialının artırılması və sahənin davamlı inkişafı daxildir.

    “Bu layihə ikitərəfli əlaqələrin genişlənməsi üçün möhkəm əsas yaradır. Təşəbbüs çərçivəsində formalaşdırılan yeni idarəetmə və əməkdaşlıq mexanizmləri hər iki ölkənin maraqlarına cavab verəcək. Ofisin açılışı tərəfdaşlığın institusional bazasını möhkəmləndirir və layihənin növbəti mərhələlərinin uğurlu həyata keçirilməsi üçün əlverişli zəmin yaradır”, – “Özbəkneftqaz” vurğulayıb.

    Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Özbəkneftqaz” SC Üstyurd neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan hasilatın pay bölgüsü sazişini (HPBS) imzalayıblar.

    HPBS Üstyurdun altı investisiya blokunda – Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboyda kəşfiyyat, işlənmə və hasilatı nəzərdə tutur. SOCAR geoloji-kəşfiyyat işləri mərhələsində operator qismində çıxış edəcək. Sənədə əsasən, ilkin beşillik dövr ərzində axtarış-kəşfiyyat işlərinin aparılması və ən azı bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Şərtlərə görə, ən azı 1 000 kvadrat kilometr ərazidə 3D seysmik kəşfiyyat aparılacaq.

    Proqnozlara görə, Üstyurd bloklarında 100 milyon ton neft və 35 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq aşkar edilə bilər. Layihə işə düşdükdən sonra Ustyurt platosunda ildə 5 milyon ton neft hasil etmək imkanı yaranacaq. Layihəyə ümumi investisiyalar 2 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

    “Özbəkneftqaz” SC-nin İdarə Heyətinin sədri Baxodirjon Sidikov Report-a verdiyi müsahibədə bildirib ki, Üstyurd regionunun investisiya bloklarında geoloji kəşfiyyat işlərinə başlanması 2026-cı ilin birinci rübünə nəzərdə tutulub.

  • Лейла Алиева поделилась публикацией о выставке “Мои моря, мои океаны” – Видео

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева поделилась на своей официальной странице в Instagram публикацией, посвященной выставке “Мои моря, мои океаны” (My Seas, My Oceans).

    Median.Az представляет данную публикацию:

  • Leyla Əliyeva “Mənim Dənizlərim, Mənim Okeanlarım” sərgisindən paylaşım edib – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında Heydər Əliyev Mərkəzində keçirilən “Mənim Dənizlərim, Mənim Okeanlarım” (“My Seas, My Oceans”) sərgisindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Vəkil Elçin Əhmədov məhkəmədə döyüldü

    ​​​​

    Vəkil Elçin Əhmədov məhkəmədə döyülüb.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə Xətai Rayon Məhkəməsində baş verib.

    Vəkil icraatında olan cinayət işində qarşı tərəfi təmsil edən şəxs tərəfindən hücuma məruz qalıb. Nəticədə o, yüngül xəsarət alıb.

    DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, dekabrın 4-də paytaxtın Xətai rayonunda baş verən insidentlə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında ərazi polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.

  • Gəncədə yeniyetmə bıçaqlanıb

    Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    Belə ki, şəhər sakini 2008-ci il təvəllüdlü Y. Dövləti bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.

    Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır