Month: December 2025

  • Пострадавшим в результате пожара на Ясамале будет выплачиваться компенсация за аренду жилья

    Пострадавшим в результате пожара в многоэтажном жилом доме, расположенном на улице Мирали Сеидова в Ясамальском районе Баку, будет выплачиваться компенсация за аренду жилья.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в районной Исполнительной власти (ИВ).

    Согласно информации, после пожара ИВ направила обращения в соответствующие структуры для оказания необходимой помощи жильцам.

    “Кабинет министров будет выплачивать пострадавшим гражданам арендную компенсацию. Кроме того, обновляются поврежденные в результате пожара электрические линии, мы также оказываем поддержку в работах по покраске здания.

    В ближайшие дни будет направлено обращение в Управление по обслуживанию лифтов для проведения осмотра и выполнения необходимых мероприятий. После полной реставрации здания соответствующая структура проведет мониторинг для восстановления газоснабжения. После этого жильцы вновь будут обеспечены газом”, – добавили в ИВ.

    Напомним, что 21 ноября в многоэтажном жилом доме в Ясамальском районе произошел пожар. В результате происшествия 30 человек отравились дымом, трое из них скончались.

  • Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı VERİLƏCƏK

    Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı ödəniləcək.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Yasamal Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

    Bildirilib ki, yanğından sonra sakinlərə müəyyən yardımların edilməsi ilə əlaqədar olaraq müvafiq qurumlara RİH tərəfindən müraciətlər ünvanlanıb:

    “Nazirlər Kabineti tərəfindən zərərçəkən vətəndaşlara kirayə haqqı ödəniləcək. Habelə yanğın nəticəsində sıradan çıxan elektrik xətləri yenilənir, binanın boyanması istiqamətində görülən işlərə tərəfimizdən yardımlar edilir.

    Yaxın günlərdə liftlərə baxış keçirilməsi və lazımi tədbirlərin görülməsi üçün Lift İdarəsinə müraciət ediləcək, liftlərin bərpası işləri həyata keçiriləcək.

    Bina tam bərpa olunduqdan sonra qaz təminatının bərpası üçün aidiyyəti qurum monitorinq aparacaq. Bundan sonra sakinlər qazla təmin ediləcəklər”.

    Xatırladaq ki, noyabrın 21-də Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 30 nəfər tüstüdən zəhərlənib, onlardan üçü həyatını itirib.

  • Azərbaycanda iş adamının 29 yaşlı qızı qəfil öldü

    Tanınmış iş adamı Rüfət Şirinovun qızı qəfil vəfat edib.

    Median.Az News24.az-a istinadən xəbər verir ki, biznesmenin kiçik qızı 29 yaşlı Fidan Şirinova qəfil ürək tutmasından dünyasını dəyişib.

    Qeyd edək ki, Fidan özəl şirkətlərdən birində çalışırmış.

  • Şəmkirdə 23 nəfərin düşdüyü qəzanın TƏFƏRRÜATI

    Şəmkirdə yol-nəqliyyat hadisəsini törədən mikroavtobusun sürücüsü qanunsuz fəaliyyət göstərib.

    Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, nəqliyyat vasitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki müayinə, sürücü isə tibbi müayinədən keçməyib.

    “Dekabrın 4-ü saat 07:44-də Şəmkir rayon Su Elektrik Stansiyası ərazisində mikroavtobus torpaq yolla hərəkətdə olarkən idarəetməni itirərək su kanalına aşıb.

    Nəticədə avtobusda olan 22 nəfərdən üçü müxtəlif bədən xəsarətləri alıb. Avtobusda olan sərnişinlərdən 20 nəfəri qadındır.

    Sürücü Rəfael Məhəmməd oğlu Hüseynov Yevlax rayonunun Qoyunbinəsi kənd sakinidir və fəhlələri Şəmkir rayonu ərazisində yerləşən istixanalara aparırmış. 20-DU-942 dövlət qeydiyyat nişanlı “Mersedes-208 D” markalı mikroavtobus sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib.

    Nəqliyyat vasitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki müayinə, sürücü isə tibbi müayinədən keçməyib.

    Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb.

    Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”, – deyə o qeyd edib.

  • Qubada toyda DAVA: Ofisiantla kobud danışan qonaq DÖYÜLDÜ

    Qubada toy zamanı dava olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Talabıqışlaq kəndində qeydə alınıb.

    İttiham aktına görə, kənd sakini 46 yaşlı Manaf Qardaşxanov (adı və soyadı şərtidir) həmkəndlilərindən birinin həyətində keçirilən mağar toyunda qonağı döyüb. Manaf həmkəndlisi olan qonağın ofisiantla kobud danışdığını görüb və o, məclisdən çıxanda həmin şəxsə yaxınlaşaraq yumruq zərbələri ilə sifət və boyun nahiyələrinə zərbə vurub.

    Bu əməlinə görə, Manaf Qardaşxanov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi açılıb.

    Təqsirləndirilən şəxs bildirib ki, ofisiantla kobud danışan həmin qonağa yaxınlaşıb irad bildirəndə aralarında mübahisə yaranıb. Hadisə zamanı Manaf ayıq olsa da, qarşı tərəf içkili olub. Manaf Qardaşxanov əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını deyərək, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini istəyib.

    Zərərçəkənin sözlərinə görə, ofisiantdan çay istəyib. O bildirib ki, Manafla 2018-ci ildə də bu mövzuda mübahisələri olub və həmin vaxtdan bəri onu görməyib.

    Quba Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 1000 manat cərimə cəzası təyin edilib.

  • Sumqayıtda “mebel alqı-satqısı” adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxslər tutulub

    Sumqayıtda dələduzluq faktları qeydə alınıb.

    Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, zərərçəkənlərdən birinin “mebel alqı-satqısı” adı altında, digərinin isə “işə düzəltmək” vədi ilə aldadılaraq ümumilikdə 12000 pul vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə müraciətlər daxil olub.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 40 yaşlı T.Allahyarov və 49 yaşlı A.Allahyarov müəyyən olunaraq saxlanılıblar.

    Şəhər ərazisində keçirilən digər tədbir nəticəsində isə vətəndaşın bank kartında olan pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı M.Əliyev də saxlanılıb.

  • Sabah Bakıda leysan olacaq – Xəbərdarlıq

    Dekabrın 5-dən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq.

    Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, yağıntının bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

  • Bərdədə 15 yaşlı qızla evlənən gənc həbs edildi

    Bərdədə 15 yaşlı qızla evlənən şəxs həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayondakı 588 saylı qəsəbədə yaşayan Ağdam rayonundan məcburi köçkün olan 23 yaşlı Nihad Məmmədli (şərti) barəsindəki cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb.

    Bildirilib ki, Nihad 2024-cü ildə 2009-cu il təvəllüdlü Züleyxa (şərti) ilə ailə qurub. Həmin tarixdə onların Bərdədəki “Qızıl Tac” şadlıq evində toyu keçirilib və yetkinlik yaşına çatmayan qız oğlanın evinə köçərək birgə ər-arvad kimi yaşamağa başlayıblar.

    Polis tərəfindən faktın üstü açılandan sonra Nihada Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

    Nihad ifadəsində bildirib ki, onlar sevərək ailə qurublar və gələcəkdə də birgə yaşayacaqlar. Yeniyetmə qız da Nihadı sevdiyini və ailəsinin dağılmasını istəmədiyini bildirib.

    Barəsində cinayət işi açılan oğlan həmçinin qeyd edib ki, Züleyxanın valideyni onu əvvəllər qeyri-qanuni əməyə cəlb edib və hazırda da ondan ayıraraq kafedə yanında işlətmək istəyir.

    Bərdə Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə 23 yaşlı Nihada 1 il həbs cəzası verilib. O, məhkəmə zalındaca qandallanıb.

  • İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

    İranın xarici işlər naziri Abbas Əraqçının gələn həftə Azərbaycana rəsmi səfəri planlaşdırılır.

    “Azad İran” “Telegram” kanalı bildirir ki, bununla bağlı İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

    Qeyd olunur ki, səfərin proqramı və görüşlərin detalları barədə diplomatik nümayəndəlik yaxın günlərdə əlavə məlumat verəcək.

  • Bu il yığılan verginin həcmi açıqlandı

    Cari ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 15 milyard 310.5 milyon manat vergi daxil olub, proqnoza 105.1 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 315.1 milyon manat və ya 2.1 faiz artıb.

    Median.Az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 187.6 milyon manat olub, proqnoz 102.7 faiz icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8.7 faiz artıb.

    Ödənilən vergilərin 73.1 faizi qeyri-neft-qaz sektorunun, 26.9 faizi isə neft-qaz sektorunun payına düşüb.

    Cari ilin yanvar-noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733.6 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11.7 faiz və ya 601.3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 12.3 faiz artaraq 3 milyard 832.2 milyon manat olub.

    İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10.4 faiz artaraq 203 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11.4 faiz artıb və 155 milyon manat olub.

    İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10.1 faiz artaraq 1 milyard 6.3 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9.6 faiz artıb və 713.7 milyon manat təşkil edib.