Month: December 2025

  • Rusiyada “Roblox” oyun platformasına giriş bloklandı

    “Roskomnadzor” Rusiyada məşhur oyun servisi “Roblox”a girişə məhdudiyyət qoyub.

    Bu barədə məlumatı “Roskomnadzor”un Mətbuat Xidməti yayıb.

    Qurum iddia edir ki, servisdə terrorçuluğun və ekstremizmin təbliği, həmçinin LGBT mövzusunun təbliği aşkar edilib:

    “Aparılan monitorinq göstərib ki, platformada uşaqlara mənfi təsir göstərə biləcək çoxlu məzmun mövcuddur. Oyun otaqlarında və lokasiyalarda istifadəçilər terror aktlarında, məktəblərə hücumlarda və qumar oyunlarında iştirak edə bilərlər”, – məlumatda bildirilir.

  • TƏBİB: Состояние подорвавшегося на мине в Агдере тяжелое

    Состояние мужчины, пострадавшего в результате подрыва на мине в Агдере, оценивается как тяжелое.

    Об этом и в TƏBİB.

    Отмечается, что пострадавший был эвакуирован из Тертерской центральной районной больницы в отделение неотложной медицинской помощи Бардинской центральной районной больницы.

    У пациента диагностирована травматическая ампутация нижней 1/3 голени правой ноги. В настоящее время проводится операция, его состояние оценивается как тяжелое.

  • Ağdərədə minaya düşən şəxs əməliyyat olunur, vəziyyəti ağırdır

    Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, rayonun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşmə səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs saat 17:10 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.

    Partlayış travması, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağırdır.

  • Bakıda “prava” dələduzluğu

    Bakıda sürücülük vəsiqəsi düzəltmək adı ailə vətəndaşlara qarşı dələduzluq edən şəxsə hökm oxunub.

    Qaynarinfo xəbər verir ki, Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə mühakimə olunan Günay Süleymanova (şərti) 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

    İş materiallarından məlum olur ki, o, zərərçəkmişlərin birindən 800, digərindən isə 1900 manat alıb. Günay Süleymanova hər iki şəxsə sürücülük vəsiqəsi düzəldəcəyini vəd edib. Onları inandırıb ki, bu işi görmək üçün geniş əlaqələrə malikdir.

    Sonradan zərərçəkmişlər aldadıldıqları anlayıb və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Günay Süleymanova məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib.

  • Kamçatkada zəlzələ oldu

    Rusiyanın Kamçatka diyarında 5,0 bal gücündə zəlzələ olub.

    Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 216 km aralıda, 34,2 km dərinlikdə yerləşib.

    Qeyd edək ki, dünən də Kamçatkada 5,6 bal gücündə zəlzələ olmuşdu.

  • AFEN plazada baş verən partlayış zamanı xəsarət alan şəxslərin son vəziyyəti AÇIQLANIB

    Bakının Nərimanov rayonunda “AFEN Plaza”da baş vermiş partlayışda xəsarət alanların son durumu açıqlanıb.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    “Noyabrın 24-ü saat 09 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan və müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilən xəstənin vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

    Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan şəxsin vəziyyəti isə stabil olaraq qiymətləndirilir”- deyə məlumatda qeyd olunub.

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Dekabrın 4-də saat 10:00-dan etibarən Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz təchizatı dayandırılacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, buna səbəb qaz xətlərinin yerinin dəyişdirilməsidir.

    Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Hövsan qəsəbəsi, O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • “Çelsi”nin sabiq futbolçusu vəfat edib

    İngiltərənin “Çelsi” klubunun keçmiş futbolçusu Marvin Hinton vəfat edib.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
    O, 85 yaşında dünyasını dəyişib.
    Qeyd edək ki, Marvin Hinton 1963-1976-cı illərdə “Çelsi”nin şərəfini qoruyub.

  • Bu ölkədə niqaba qarşı cəzalar sərtləşdirildi

    Qazaxıstan Məclisi ictimai yerlərdə niqab taxmağa görə cərimə tətbiq edən qanun layihəsini təsdiqləyib.

    İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər ictimai yerlərdə üzü örtən və tanınmasına mane olan geyim (niqab) geyinməyə görə inzibati cəzalar tətbiq edir.

    İlk dəfə xətaya yol verildikdə xəbərdarlıq, təkrar xətaya yol verildikdə isə 10 aylıq hesablama indeksi (təxminən 80 dollar) məbləğində cərimə tətbiq olunacaq.

  • Dövlət qurumlarına verilən yeni domenlərin sayı 2 dəfəyə yaxın artıb

    Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 65 yeni domen və 248 subdomen verilib.

    Median.Az bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

    Ötən ilin eyni dövründə bu göstərici müvafiq olaraq 61 yeni domen və 338 subdomen təşkil edib.

    Noyabrda 1 yeni domen və 31 subdomen dövlət qurumlarının istifadəsinə verilib.