Month: December 2025

  • “Karaca” mağazası ilə bağlı QALMAQAL: “Dedilər ki, get, nə istəyirsənsə et”

    Baku TV-nin qaynar xəttinə “Karaca” mağazası ilə bağlı şikayət daxil olub.

    Şikayətçi Ləman Abbaslı bildirir ki, “Karaca” mağazasından 3 min manatlıq alış-veriş edib və bu zaman ona hədiyyə vəd olunub:

    “Dedilər ki, çox alış etdiyimə görə 6-7 ədəd ütü hədiyyə verəcəklər. Kredit şöbəsinə yaxınlaşdım, dedilər ki, hədiyyələri indi verməyəcəyik, 18 ay tamam olanda gəlib götürəcəksiniz”.

    Onun iddiasına görə, kredit müddəti başa çatdıqdan sonra da hədiyyələr təqdim edilməyib:

    “18 ayım tamam olanda çeki göndərdim və dedim ki, hədiyyələrimi təqdim etməlisiniz. Cavab verdilər ki, hədiyyələr verilməyəcək”.

    Bundan əlavə, vətəndaş ƏDV qəbzinin təqdim olunmadığını da vurğulayıb:

    “3000 manat ödəniş etmişəm, amma ƏDV təqdim olunmayıb. Dedilər ki, get, nə istəyirsənsə et”,

    Məsələ ilə bağlı “Karaca” mağazasının meneceri Cahangir Rəsulzadə açıqlama verib. O, iddiaları belə şərh edib:

    “Ödənişlərdə gecikmələr olduğu üçün hədiyyələr təqdim olunmayıb. Müqavilədə də göstərilib ki, gecikmə olarsa, hədiyyələr verilməyəcək”.

    Baku TV-nin çəkilişindən sonra hər iki tərəf yenidən əlaqə saxlayaraq bildirib ki, danışıqlardan sonra məsələ qarşılıqlı razılaşma əsasında həll olunub.

    Xatırladaq ki, istehlakçı ilə şirkət arasında bağlanan müqavilə hüquqi sənəd sayılır və orada göstərilən bütün şərtlər icra olunmalıdır. Belə hallarla qarşılaşan vətəndaşlar isə müvafiq dövlət qurumlarına müraciət edə bilərlər.

  • Qaz limitini keçən abonentlərin sayı açıqlandı

    Abonentlərin 46 faizə yaxını aşağı qaz limitini aşıb.

    Median.Az xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

    Məlumata görə, 2025-ci ilin 11 ayı ərzində 1 449 467 abonent aşağı tariflə (54,4%), 970 083 abonent 22 qəpik tariflə (36,4%), 243 884 abonent isə yüksək tariflə (9,2%) təbii qazdan istifadə edib.

    Xatırladaq ki, əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12,5 qəpik, 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 22 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 30 qəpik ödəyir.

  • Türkiyədə sosial media fenomeni Şeyma Subaşı saxlanıldı

    Türkiyədə sosial media fenomeni Şeyma Subaşı İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində saxlanılıb.

    Median.Az
    Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ş.Subaşı Amerikadan qayıdarkən İstanbul Hava Limanında saxlanılaraq polis bölməsinə aparılıb.

    S.Subaşı məşhur iş adamı Acun Ilıcalının keçmiş xanımıdır.

  • Sürücülərin NƏZƏRİNƏ: Yol polisindən bayram günləri ilə bağlı ÇAĞIRIŞ

    Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

    Median.Az xəbər verir ki, idarədən verilən məlumata görə, bayram günlərində əhalinin rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimai təhlükəsizliyin qorunması məqsədilə BDYPİ tərəfindən gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparılacaq.

    BDYPİ vətəndaşları bayram sevincini təhlükəsizliklə bir arada yaşamağa, qaydalara əməl etməyə və diqqətli olmağa çağırır.

  • Arzu Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilən bayram şənliyindən paylaşım edib

    Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün bayram şənliyi təşkil olunub.

    Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak ediblər.

    Arzu Əliyeva sözügedən tədbirdən paylaşım edib.

    Median.Az
    həmin paylaşımı təqdim edir:

  • Ильхам Алиев поделился публикацией по случаю Дня солидарности азербайджанцев мира и Нового года

    Президент Азербайджанской Республики Ильхам Алиев поделился на своих официальных страницах в соцсетях публикацией по случаю 31 Декабря – Дня солидарности азербайджанцев мира и Нового года.

    Median.Az представляет данную публикацию:

  • İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım etdi

    Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesablarında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Başqasının evində yaşayan neçə məcburi köçkün azad edilən ərazilərə köçürülüb?

    Bugünədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 221 ailə (808 nəfər) köçürülüb.

    Median.Az xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə davam edir:

    “İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür”.

    Qeyd edilib ki, keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər.

  • Qərar verməkdə çətinlik çəkən insanlar ən çox bu rənglərə üstünlük verirlər

    Qətiyyətsizlik çox vaxt sadə bir tərəddüd kimi qəbul edilsə də, psixologiyaya görə, bu, birbaşa insanın daxili dünyası ilə bağlıdır. Mütəxəssislər bildirirlər ki, qərar verməkdə çətinlik çəkən fərdlər rəng seçimlərində müəyyən çalarlara meyl edirlər və bu seçimlər emosional ehtiyaclar haqqında vacib ipucları daşıyır. 
     
    Median.Az bildirir ki, psixologiyaya görə, qərarsızlıq insanın daxili dünyası, təhlükəsizlik ehtiyacı və stresslə necə mübarizə aparması ilə sıx bağlıdır.
     
    Mütəxəssislər qərar verməkdə çətinlik çəkən şəxslərin gündəlik həyatda müəyyən rənglərə daha çox meyl etdiyini və bu üstünlüyün təsadüfi olmadığını bildirirlər. Bu rənglər ümumi emosional ehtiyaca işarə edir.
     
    Qətiyyətsiz insanların ən çox seçdiyi rənglər
     
    Boz: Arada qalmağın səssiz ifadəsi
     
    Boz, qara və ağın tam ortasında duran bir çalardır. Psixoloqlara görə, bu rəng müəyyən bir tərəfi seçməkdən çəkinən insanların sevimliləri arasındadır. Boz rəngə üstünlük verən insanlar ümumiyyətlə qərarın nəticələrinə görə məsuliyyət daşımaq istəmirlər və seçimləri mümkün qədər açıq qoymağı üstün tuturlar. Bir sözlə, boz “qoy bir az daha düşünüm” əhval-ruhiyyəsinin rəngidir.
     
    Bej: Özünü Təhlükəsiz və Riskdən Uzaq Hiss Etmək Arzusu
     
    Bej – zərif, təvazökar və risksiz bir çalardır. Qərarsız insanların bu rəngi seçmək meyli səhv etmək qorxusu ilə əlaqələndirilir. Mütəxəssislərin fikrincə, bej insanın ətraf mühitlə uyğunlaşmaq istəyini və görünməz qalma meylini əks etdirir. Bu rəng qərar verməkdənsə, münaqişədən qaçmağa üstünlük verən bir psixologiyanı göstərir.
     
    Açıq Mavi: Zehni Sakitləşdirmək üçün Bir Səy
     
    Açıq Mavi sülh və əmin-amanlıq hissi ilə tanınır. Qərarsız insanlar gərgin düşüncə prosesləri və zehni yorğunluq yaşadıqda bu rəngə daha çox meyl edirlər. Psixoloqlar bildirirlər ki, açıq mavi daxili təzyiqi azaldır və düşünmək üçün yer yaradır. Buna görə də, qərar qəbuletmə prosesində olanlar üçün “zehni fasilə” rolunu oynayır.
     
    Pastel Yaşıl: Tarazlığı Qorumaq Arzusu
     
    Pastel yaşıl harmoniya və tarazlıqla əlaqəli çalarlardan biridir. Qərarsız insanların bu rəngə üstünlük verməsi daxili münaqişələri yumşaltmaq və qarşılıqlı məqbul orta yol tapmaq istəyini göstərir. Mütəxəssislərin fikrincə, pastel yaşıl rəng həm özləri, həm də ətraf mühitlə münaqişəsiz irəliləmək istəyən fərdlərin düşüncə tərzini əks etdirir.

  • Bakıda ağaclıq sahədə baş verən yanğının söndürüldü – VİDEO

    Nizami rayonu, C.Naxçıvanski küçəsində ağaclıq sahədə yanğın baş verib.

    Median.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ağaclıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub.//telegraf