Binəqədi rayonu Rəsulzadə qəsəbəsində, Aydınbəyov küçəsi 18 ünvanında yaşayan sakin Elşən Hüseynovun iddiasına görə, ərazidə aparılan tikinti işləri zamanı ona məxsus həyətyanı sahənin hasarı dağıdılıb.
Sakinlər bildirib ki, 2021-ci ildən etibarən “Xəmsə Palace 2021” MTK tərəfindən həmin ərazidə iki yaşayış binasının inşasına başlanılıb. Sakin iddia edir ki, təxminən altı ay əvvəl gecə saatlarında ağır texnika vasitəsilə hasar uçurulub. Bu səbəbdən məhkəməyə müraciət etdiklərini deyən Hüseynovun sözlərinə görə, məhkəmə qərarı tikinti şirkətinə hasara müdaxilə etməyi qadağan edib. Lakin bir həftə əvvəl ərazidə yenidən qazıntı işləri aparılarkən hasarın qalan hissəsi də dağılıb. Onun sözlərinə görə, hazırda bütün hasar sökülüb və növbəti mərhələdə həyətin qazılmasından narahatdır.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti qurumların nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilib və vətəndaşın iddiası təsdiqlənib.
Qeyd olunub ki, zərərçəkən sakin iştirak etməklə tikinti şirkətinin məsul şəxslərinə müvafiq xəbərdarlıq edilib.
//sfera.az
Month: December 2025
-
Tikinti şirkəti sakinlərin əmlakına müdaxilə edir?
-
Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycan vasitəsilə Ermənistana göndərilir

1990-cı illərdən bəri ilk dəfə olaraq Rusiyanın Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından Azərbaycan vasitəsilə Ermənistana taxıl vaqonları göndərilib.
Median.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Privoljski Dəmir Yolları mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 8 taxıl vaqonundan ibarət ilk partiya İrəvan stansiyasına çatdırılacaq.
Qeyd olunub ki, bu ilin sonuna qədər bu marşrutla 30 taxıl vaqonunun – iki min tondan çox taxılın göndərilməsi planlaşdırılır. Privoljski Dəmir Yollarından o da bildirilib ki, yeni logistika xidməti Azərbaycan vasitəsilə Ermənistana yük tranzitinin bərpası ilə mümkün olub.
-
Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovla bağlı qərar verildi

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Median.Az unikal-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə yekun qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanıb.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrdə nəzərdə tutulan ittiham elan olunub.
-
Ötən gün itkin düşən 2 nəfər tapıldı

Dekabrın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
-
“Azərbaycan Dəmir Yolları”nın istiqrazları üzrə hərracın tarixi açıqlandı

Dekabrın 30-da “Bakı Fond Birjası” QSC-də (BFB) “Azərbaycan Dəmir Yolları” QSC-nin 30 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Median.Az bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, bu gündən qiymətli kağızlara abunə yazılışı başlayıb, dekabrın 29-da başa çatacaq.
Hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 7 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.
-
Polis xeyli silah-sursat aşkarladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Median.Az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot, 3 qumbara və 11 tüfəng aşkar edərək götürüblər.
-
Elşad Abdullayevə hökm oxunub

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.
Hökmə əsasən, təqsirləndirlən Elşad Abdullayev 15 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, bu il mayın 2-də Abdullayev Elşad İslam oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək Baş Prokurorluğun İstintaq idarəsinə çağırılıb.
Çağırışa gəlməyən E.Abdullayev barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaqın yekununda E.Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub. -
Xırdalanda toyuqları rəngləyib “kənd çolpası” adı ilə satan sahibkar ifşa edildi (Video)
Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus həyətyanı sahədə qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.Belə ki, yoxlama zamanı baytarlıq-müşayiətedici sənədləri olmayan 2000 baş ev quşunun baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub:
“Müəssisə daxilində havalandırma sistemlərinin quraşdırılmaması nəticəsində kondensasiya prosesi zamanı yaranmış suların, o cümlədən yağış sularının tavandan birbaşa qida məhsullarının üzərinə töküldüyü, kəsim prosesində sanitar-gigiyenik tələblərə riayət edilmədiyi, tüklərin təmizlənməsi, pörtlədilmə, içalatın təmizlənməsinin eyni sahədə həyata keçirildiyi, kəsilmiş toyuqların birbaşa döşəmə üzərinə yığıldığı müəyyən edilib. Eyni zamanda “kənd toyuğu” təəssüratı yaratmaq məqsədilə mənşəyi məlum olmayan rənglərdən istifadə edilərək toyuqların rənglənməsi halları da aşkarlanıb. Sahibkar ev quşlarının bazarlarda satışa çıxarıldığını bildirib.
Faktla bağlı sahibkar barəsində inzibati icraat başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisənin fəaliyyəti dayandırılıb.
Araşdırmalar davam etdirilir”.
-
Находящийся под арестом в Азербайджане Вагиф Хачатурян госпитализирован
Находящийся под арестом в Азербайджане Вагиф Хачатурян госпитализирован.
Как сообщили в Министерстве юстиции в ответ на запрос АПА, у осуждённого Хачатуряна (1955 г.р.) 22 декабря 2025 года ухудшилось самочувствие, появились одышка и боли в области сердца.Первую медицинскую помощь ему оказал врач медицинско-санитарной части Главного управления медицины Министерства юстиции, после чего он был экстренно доставлен в лечебное учреждение ведомства. Там проводились интенсивная терапия и реанимационные мероприятия, но так как заметного положительного сдвига в его состоянии не наблюдалось, для оказания высококвалифицированной медицинской помощи он был переведен в соответствующее государственное медицинское учреждение.
В настоящее время его состояние оценивается как тяжёлое, интенсивная терапия продолжается.
-
Vaqif Xaçatryan xəstəxanaya yerləşdirildi
Azərbaycanda həbsdə olan Vaqif Xaçatryan xəstəxanaya yerləşdirilib.
Median.Az APA-ya istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü (70 yaşlı), hazırda məhkum olan Vaqif Xaçatryanın səhhətində 2025-ci il dekabrın 22-də pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrıları yaranıb.
Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tibb-sanitariya hissəsinin həkimi tərəfindən ilk həkim yardımı göstərilib və təcili olaraq ambulansla Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə təxliyə edilib. Orada intensiv müalicə və reanimasiya tədbirlər görülüb, lakin vəziyyətində nəzərəçarpan müsbət dinamika müşahidə edilmədiyindən yüksək ixtisaslı tibbi yardım məqsədilə müvafiq dövlət tibb müəssisəsinə təxliyə edilib.
Hazırda vəziyyəti ağır qiymətləndirilir və intensiv müalicə tədbirləri davam etdirilir.


