Naxçıvanda avtomobillə avtobus TOQQUŞDU

Naxçıvan şəhərində baş verən qəzada üç nəfər xəsarət alıb.

Median.Az “Report”a istinadən xəbər verir ki, Naxçıvan şəhərinin Xətai məhəlləsində baş verən qəzada KIA markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrutun avtobusu toqquşub.

Qəza zamanı Naxçıvan şəhər sakinləri – 1987-ci il təvəllüdlü Təhminə Qəhrəman qızı Abdullayeva, 1987-ci il təvəllüdlü Lamiyə Rüfət qızı Qafarova və 1981-ci il təvəllüdlü Vəfa Hüseyn qızı Vəliyeva xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.