10 yaşlı Sərxanı xilas edən polkovnik-leytenant Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş (FOTO)

Dekabrın 25-də Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan 10 yaşlı Sərxan Hüseynliyə kömək edən polkovnik-leytenant Müşfiq Gözəlov tanınmış şəxsin övladı imiş.

Bu barədə Mətbuat Şurası sədr müavini Səadət Məmmədova sosial şəbəkə hesabında paylaşım edib.

10 yaşlı Sərxanı xilas edən polkovnik-leytenant Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş

Qeyd olunub ki, Müşfiq Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Mikayıl Gözəlovun oğludur.


Vurğulanıb ki, atası qətlə yetiriləndə Müşfiqin 3 yaşı tamam olmayıbmış.

10 yaşlı Sərxanı xilas edən polkovnik-leytenant Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş

Xatırladaq ki, Mikayıl Gözəlov 11 dekabr 1991-ci ildə təcili yardım maşını sürücüsü Elbrus İbrahimov tərəfindən avtomat silahdan açılan atəşlə qətlə yetirilib. Ömürlük həbs cəzasına məhkum edilən Elbrus İbrahimov 2019-cu ildə həbsxanada vəfat edib.


Əlavə edək ki, qəza nəticəsində üzərinə yol nişanı aşaraq xəsarət alan 10 yaşlı Sərxan evə buraxılıb.