Month: January 2026

  • Dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ

    Avtomobil yollarında vəziyyət açıqlanıb.
     
    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
     
    Məlumata görə, yanvarın 17-də bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.

  • Goranboyda 12 yaşlı uşaq öldü

    Goranboy rayonunda 12 yaşlı uşaq ölüb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, T.Cəfərzadə yaşadığı evdə vəfat edib.

    Onun hansı səbəbdən öldüyü dəqiq məlum deyil.

    O, 1-ci qrup əlil və yataq xəstəsi olub.

  • “Neomotors” barəsində Dövlət Agentliyində iş qaldırıldı – SƏBƏB

    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Neomotors” MMC barəsində iş qaldırıb.

    Median.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, iş minik avtomobillərinin satışı zamanı bağlanılan müqavilə şərtlərində rəqabət qanunvericiliyinin pozulması əlamətləri ilə bağlıdır.
    Belə ki, Dövlət Agentliyi daxil olmuş müraciət əsasında şirkət barəsində Rəqabət Məcəlləsinin 25.1.3-cü və 25.1.5-ci maddələrinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.

    Hazırda işə baxılması davam edir.

    Qeyd olunan maddələrin hər biri özündə haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətləri ehtiva edir. Maddələrdən biri rəqibin işgüzar münasibətlərinin pozulması və ya dayandırılmasına səbəb olan və ya ola bilən qanunsuz əqdlərin bağlanması və ya hərəkətlərin (hərəkətsizliyin) edilməsi, digəri isə rəqibin sahibkarlıq fəaliyyəti ilə bağlı qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsindən ibarətdir.

  • Uşaqlar ekrana nə qədər baxa bilər? – Valideynlərə XƏBƏRDARLIQ

    Müasir dövrdə televizor, telefon və planşet uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

    Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, ekran qarşısında normadan artıq vaxt keçirmək uşaqların həm fiziki, həm də psixoloji sağlamlığına ciddi təsir göstərə bilər.

    Bəs uşaqlar gün ərzində telefondan və televizordan nə qədər istifadə etməlidir?

    Pediatrlar və uşaq psixoloqlarının tövsiyələrinə görə, ekran vaxtı uşağın yaşına uyğun tənzimlənməlidir:

    0-2 yaş

    Bu yaş dövründə uşaqlar üçün ekran istifadəsi tövsiyə edilmir. İstisna olaraq valideynlə qısa videozənglər mümkündür.

    2-5 yaş

    Gündə maksimum 1 saat. Məzmun maarifləndirici olmalı və mümkün qədər valideyn nəzarəti ilə izlənməlidir.

    6-10 yaş

    Gün ərzində 1-1,5 saat norma hesab olunur. Televizor və telefon istifadəsi dərs, oyun və fiziki aktivliklə balanslaşdırılmalıdır.

    11-14 yaş

    Ekran qarşısında gündəlik vaxt 2 saata qədər ola bilər. Sosial şəbəkə və oyunlara məhdudiyyət qoyulması tövsiyə olunur.

    15-18 yaş

    2–3 saatdan çox olmamaqla, məqsədli və faydalı istifadəyə üstünlük verilməlidir.

    Mütəxəssislər vurğulayır ki, dərs üçün istifadə edilən ekran vaxtı əyləncə məqsədli vaxtdan ayrıca qiymətləndirilməlidir.

    Həkimlərin fikrincə, uzun müddət televizor və telefona baxmaq uşaqlarda bir sıra mənfi nəticələrə səbəb ola bilər:

    Göz problemləri – görmə zəifliyi, göz quruluğu və tez yorulma

    Yuxu pozuntuları – xüsusilə yatmazdan əvvəl ekran istifadəsi yuxusuzluğa gətirib çıxarır

    Diqqət dağınıqlığı – dərsə fokuslanma çətinləşir, yaddaş zəifləyir

    Hərəkətsizlik və artıq çəki – fiziki aktivliyin azalması piylənmə riskini artırır

    Psixoloji təsirlər – aqressiya, əsəbilik, sosial təcrid və asılılıq halları yarana bilər

    Nitq və sosial bacarıqların zəifləməsi – xüsusilə erkən yaşlarda ekranla böyüyən uşaqlarda ünsiyyət problemləri müşahidə olunur

    Valideynlər uşaqlar üçün gündəlik ekran vaxtına dair aydın və konkret qaydalar müəyyən etməlidirlər. Telefon və planşet mükafat və ya cəza vasitəsi kimi istifadə olunmamalıdır. Uşaqlar açıq havada oyunlara, fiziki fəaliyyətə və idmana təşviq edilməlidir. Valideynlər uşaqlarla birlikdə kitab oxumağa və canlı ünsiyyətə vaxt ayırmalıdırlar. Mütəxəssislər yatmazdan ən azı bir saat əvvəl bütün elektron cihazların söndürülməsini tövsiyə edirlər.

    Texnologiya uşaqlar üçün faydalı vasitə ola bilər, lakin nəzarətsiz və normadan artıq istifadə sağlam inkişaf üçün risk yaradır. Əsas məqsəd uşağın həyatında ekranı tam qadağan etmək deyil, onu düzgün və balanslı şəkildə idarə etməkdir.
    //Baku.ws

  • İranda 52 məhbus edam edilib

    İranda ümumxalq etirazları və ölkədə internetin kəsilməsi ilə eyni vaxtda 42 fərqli həbsxanada ən azı 52 məhbusun edam edildiyi bildirilib.

    Məlumatı HRANA təqdim edib.

    Bu şəxslər əvvəllər qətl, narkotiklə əlaqəli cinayətlər və digər qeyri-siyasi və təhlükəsizliklə bağlı olmayan ittihamlarla edam cəzasına məhkum edilənlərdir.

  • Suriyadan ana və dörd övladı Azərbaycana gətirildi

    Suriyadan daha 5 nəfər Azərbaycan vətəndaşı (ana və 4 övladı) ölkəyə repatriasiya edilib.

    Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından məlumat verilib.
    Bildirilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçiriblər.

    Görüş zamanı repatriantların hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, mövcud problemləri və ehtiyacları öyrənilib, onların cəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarından yararlanması istiqamətində tövsiyələr verilib.

    Görüşdə repatriantlara Müvəkkilin mandatı, fəaliyyət istiqamətləri, ona müraciət imkanları, habelə hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmlər barədə geniş məlumat verilib.

  • “X” platformasının işində problemlər yaranıb

    Yanvarın 16-da “X” sosial şəbəkəsinin işində bəzi problemlər yaşanıb.

    Bunu “Downdetector” xidmətinin məlumatları təsdiq edir.

    Bildirilir ki, problemlər əsasən platformanın mobil tətbiqi ilə bağlıdır.

    İstifadəçilər tətbiqə daxil olarkən ana səhifənin yenilənməməsi problemi ilə qarşılaşırlar.

  • 50 min manat qarşılığında sui-qəsd hazırladılar: Planları baş tutmadı

    Din xadiminin həyatına sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilən Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

    İttihama görə, Nərminə Şabanova xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək, xarici dini icmanın sədrinin şəkil və videolarını həmin şəxslərə göndərmək qarşılığında 50 min manat pul almağa razılaşıb. Daha sonra onlar sədrin həyatına son qoymaq məqsədilə N.Şabanova vasitəsilə Naib İsmiyevi işə daxil edərək sui-qəsd təşkil etməyi planlaşdırıblar. Təqsirləndirilən şəxslər sui-qəsdin təşkil olunacağı və daha sonra qaçacaqları yeri aydınlaşdıraraq videoçəkiliş aparıblar. Elvin Əhmədov da partlayıcı qurğunu təşkilatçıların qabaqcadan müəyyən etdiyi yerdən götürərək, Masazır kəndində yaşadığı ünvana aparıb. Bunun qarşılığında 500 manat pul alıb. Bundan sonra həmin qurğunu yaşayış olmayan yerdə gizlədib. Planlaşdırılan əməllərin törədilməsinin qarşısı DTX tərəfindən alınıb.

    Növbəti proses fevralın 26-da saat 17:00-a təyin olunub.

    Xatırladaq ki, təqsirləndirilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Nərminə Şabanova və Naib İsmiyev AR Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə, Elvin Əhmədov isə 228.2.1-ci (qanunsuz olaraq silah gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.
    //oxu.az

  • Azərbaycan millisinin almaniyalı sabiq baş məşqçisi Bakıya gəlir – SƏBƏB

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Bernard Lippert Bakıya gələcək.

    Bu barədə “Report”a 63 yaşlı mütəxəssis özü məlumat verib.

    O, “Qarabağ” və Almaniyanın “Ayntraxt Frankfurt” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu üçün ölkəmizə səfər edəcəyini söyləyib:

    “Ayntraxt” klubu ilə Azərbaycana gələcəyəm. Məni bu matça dəvət ediblər”.

    Xatırladaq ki, Bernard Lippert 2009-2014-cü illər aralığında tanınmış həmyerlisi Berti Foqtsun köməkçisi qismində milli komandamızda çalışıb. Bununla yanaşı, AFFA-nın texniki direktoru (2008-2020), U-21 yığmamızın baş məşqçisi (2009-2014) vəzifələrini tutub. Onun son iş yeri Qana millisi olub. 2020-ci ildən 2023-cü ilin oktyabrına qədər adıçəkilən komandada texniki direktor kimi fəaliyyət göstərib.

    Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt” qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

  • Устроившего в Саратовской области стрельбу в ходе дорожного конфликта армянина лишили гражданства РФ

    Рубик Акопян, осужденный ранее за расстрел людей в городе Марксе Саратовской области России, лишен российского гражданства.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили в следственном управлении СК РФ по региону.

    “По ходатайству следствия осужденный лишен гражданства Российской Федерации на основании Федерального закона от 28.04.2023 №138-ФЗ “О гражданстве Российской Федерации” ввиду совершения тяжкого преступления”, – говорится в сообщении.

    В конце ноября 2024 года на улице Победы в Марксе злоумышленник, двигаясь на автомобиле Toyota Land Cruiser, произвел семь прицельных выстрелов из пистолета в двух мужчин в салоне “Оки”. Ранее мужчины были незнакомы. Один из пострадавших умер от ран, другой был госпитализирован. Стрелявший скрылся с места преступления, но вскоре был задержан.

    Как сообщала пресс-служба ГУ ФССП по региону, 10 июня 2025 года в ходе судебного заседания обвиняемый продемонстрировал пренебрежительное отношение к суду и публично в присутствии судей Саратовского областного суда унизил честь и достоинство участника разбирательства – адвоката потерпевшего. Акопян допускал в адрес юриста оскорбительные, грубые выражения с использованием нецензурной брани. В результате мужчина был удален из зала суда.

    19 июня Саратовский областной суд приговорил Акопяна к 24 годам колонии строгого режима. Его признали виновным в убийстве, покушении на убийство двух лиц, незаконном приобретении и хранении оружия, а также умышленном повреждении чужого имущества. 2 декабря Октябрьский районный суд Саратова признал Акопяна виновным в неуважении к суду. По совокупности преступлений ему назначили 24 года 1 месяц колонии строгого режима.