Month: January 2026

  • Rusiyada ağır cinayət törətmiş erməni vətəndaşlıqdan məhrum edildi

    Rusiyanın Saratov vilayətinin Marks şəhərində insanlara atəş açmaqda təqsirli bilinərək məhkum edilmiş erməniəsilli Rubik Akopyan Rusiya vətəndaşlığından məhrum edilib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın regional İstintaq Komitəsi məlumat yayıb.

    Məlumata görə, qərar məhkumun ağır cinayət törətdiyinə görə “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanuna əsasən qəbul edilib.

    Xatırladaq ki, 2024-cü ilin noyabr ayının sonlarında Marksdakı Pobeda küçəsində “Toyota Land Cruiser” avtomobilini idarə edən Akopyan “Oka” avtomobilində olan iki kişiyə tapançadan yeddi dəfə atəş açıb. Onlardan biri aldığı yaralardan ölüb, digəri isə xəstəxanaya yerləşdirilib. R.Akopyan hadisə yerindən qaçsa da, tezliklə tutulub və 24 il müddətinə azadlıqdan məhrum edilib.

  • Məsafədən iş əmək müqaviləsi ilə tənzimlənəcək

    Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək.

    Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, məsafədən (distant) iş əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsidir.

  • Bayramlar üst-üstə düşdükdə əmək məzuniyyətinin necə tənzimlənəcəyi məlum oldu

    Qurban və Ramazan bayramları başqa bayramlarla üst-üstə düşəcəyi halda əmək məzuniyyətinin necə tənzimlənəcəyi məlum olub.

    Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

    Dəyişikliyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən ümumxalq hüzn günü və səsvermə günü də məzuniyyət günləri hesab edilməyəcək və ödənilməyəcək, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq. Bu halda Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.

    Qeyd edək ki, gələn il Novruz və Ramazan bayramları üst-üstə düşür.

  • Qəzaya düşən Vətən müharibəsi iştirakçısı öldü

    Vətən müharibəsi iştirakçısı vəfat edib.

    “Unikal”ın məlumatına görə, bir neçə gün əvvəl yol qəzasında yaralanan Samir Umarov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    Mərhum Ağdaş rayonunun Xosrov kəndində torpağa tapşırılıb.

  • “Sənədsiz evlər qlobal problemdir” – Deputat

    “Sənədsiz evlər qlobal problemdir. Təxminən Bakı və ətraf qəsəbələrdə 500-600 min sənədsiz ev var. Eləcə də regionlarda bu problem mövcuddur. Sənədsiz evlərlə bağlı problem qalmaqdadır”.

    “Unikal” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə deyib.

    “Sənədsiz evlərin sənədləşdirilməsi dövlət büdcəsinə böyük vəsaitin daxil olmasına səbəb olacaq”, – deyə deputat bildirib.

  • Zərdabda odlu silah tapıldı

    Zərdabın Dəliquşçu kəndi ərazisində odlu silah tapılıb.

    Polis əməkdaşlarının hadisə yerinə baxışı zamanı 1 ədəd “TOZ-8” markalı tüfəng və 10 patron aşkarlanaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Deputat sahibsiz itlər problemindən danışdı

    “Son zamanlar sahibsiz itlərlə bağlı məsələ gündəmə gəlib. Əhali müraciət edir, amma bələdiyyələr bu məsələləri həll etmək imkanında deyil”.

    Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə deyib.

    Deputat bildirib ki, bu məsələ ilə bağlı yaxınlarda Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edib: “Bakıxanov qəsəbəsində mənə bir məlumat verdilər. Orada yerləşən 11 saylı şəhər poliklinikasına bir ay ərzində 65 it dişləməsi ilə bağlı müraciət olub. Uşaqlar məktəbə, valideynlər işə gedəndə bu problemlərlə üzləşirlər. İlk olaraq bələdiyyələrə müraciət olunur, amma bələdiyyələrin bu məsələləri həll etmək imkanları yoxdur”.
    //unikal.az

  • Tovuzda bağça müdirinə keçmiş həyat yoldaşı xəsarət yetiridi

    Tovuzda qadına kəsici alətlə xəsarət yetirilib.

    “Unikal”ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Dönüq Qırıqlı kəndi körpələr evində baş verib. Körpələr evinin müdirəsi 1982-ci il təvəllüdlü Ş.Abdullayeva keçmiş əri tərəfindən qəfil hücuma məruz qalıb. Nəticədə qadın kəsici alətdən xəsarət alıb. Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

    Məlumata görə, hadisə iş vaxtı baş verib. Xəsarət alan Ş.Abdullayeva 2 il əvvəl həyat yoldaşından ayrılıb, onların bu nikahdan 3 övladı var.

    Baş verən hadisə ilə bağlı polis araşdırmaya başlayıb.

  • İranda 3 min etirazçı saxlanılıb – KİV

    İranda terrorçu qrupların bir neçə min üzvü və kütləvi iğtişaşların iştirakçısı saxlanılıb.

    Bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

    Qeyd olunur ki, saxlanılan vətəndaşların sayı üç min nəfərdir.

    Dekabrın 28-də İranda yerli valyutanın devalvasiyası fonunda etirazlar başlayıb. Ən böyük etirazlar Tehranda baş tutub, ən şiddətli toqquşmalar isə qərbdə və cənub-qərbdə (Məlikşahi, Kirmanşah və Lordeqan şəhərləri) qeydə alınıb.

    Yanvarın əvvəlində İran hakimiyyəti ölkə miqyasında internet və telefon xidmətlərini dayandırıb.
    //unikal.az

  • Restorandan iki ədəd mobil telefon oğurlandı

    Paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən restoranların birindən iki ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

    Bu barədə DİN məlumat yayıb.

    Bildirilir ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı X.Eyvazov və 39 yaşlı İ.Ələkbərov saxlanılıblar.

    Araşdırmalar aparılır.