Month: January 2026

  • В Товузе предотвращён сбыт партии наркотиков

    Сотрудники Товузского районного отдела полиции задержали двух ранее судимых наркокурьеров – 25-летнего Эшгина Алекберова и его ровесника Сеймура Зейналова.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу Министерства внутренних дел, при осмотре квартиры Э.Алекберова было обнаружено 3.2 кг марихуаны и 3.35 кг гашиша.

    Расследование установило, что эти лица приобрели наркотики, незаконно ввезённые в Азербайджан и спрятанные в Товузском районе, с целью последующей продажи.

    По данному факту возбуждено уголовное дело, оба задержанных заключены под стражу.

  • Polis Tovuzda külli miqdarda narkotiki satmaq istəyən şəxsləri saxladı

    Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkokuryerlik edən şəxslər – əvvəllər məhkum olunmuş 25 yaşlı Eşqin Ələkbərov və onun həmyaşıdı Seymur Zeynalov saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, E.Ələkbərovun yaşadığı ünvana baxış keçirilən zaman oradan 3 kiloqram 200 qram marixuana və 3 kiloqram 350 qram həşiş aşkarlanıb.

    Araşdırmalarla müəyyən olunub ki, həmin şəxslər ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayonu ərazisində gizlədilən narkotikləri satmaq məqsədilə əldə ediblər.

    Faktla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • Azərbaycanda orta aylıq əməkhaqqı artıb

    2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,797 milyon nəfər olub, onlardan 869,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 14,0 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

    2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

  • Новая глава Венесуэлы раскритиковала США и выступила с призывом, не упомянув Трампа

    Исполняющая обязанности президента Венесуэлы Дельси Родригес раскритиковала политику США и заявила о необходимости защиты суверенитета страны.

    Ее слова передает CNN.

    “Вся Венесуэла находится под угрозой, и поэтому я призываю к национальному единству, чтобы, ставя суверенитет на первое место, мы вели дипломатическую борьбу”, – сказала она.

    В частности, Родригес, описывая действия Соединенных Штатов, упоминала такие определения как “преступная экономическая блокада”, “экономическая война”, “морская блокада, направленная на окружение страны-экспортера энергоносителей”. Однако при этом за свою речь она ни разу напрямую не упомянула президента США Дональда Трампа, ограничившись обобщенными формулировками.

  • Venesuelanın yeni lideri ABŞ-ni tənqid etdi, Trampın adını isə çəkmədi

    Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges ABŞ-nin siyasətini tənqid edib və ölkənin suverenliyinin qorunmasına çağırıb.

    Bu barədə “CNN” telekanalı məlumat verib.

    “Bütün Venesuela təhlükə altındadır və buna görə də mən milli birliyə çağırıram ki, suverenliyi birinci yerə qoyaraq, diplomatik mübarizə aparaq”, – deyə Rodriges bildirib.

    O, ABŞ-nin hərəkətlərini qiymətləndirərkən “cinayətkar iqtisadi blokada”, “iqtisadi müharibə” və “enerjidaşıyıcılarını ixrac edən ölkənin mühasirəyə alınmasına yönəlmiş dəniz blokadası” kimi ifadələrdən istifadə edib. Lakin buna baxmayaraq, D.Rodriges çıxışında bir dəfə də olsun birbaşa ABŞ Prezidenti Donald Trampdan bəhs etməyib, onun adını çəkməyib və sadəcə ümumiləşdirilmiş sözlərlə kifayətlənib.

  • İmişlidə çörək emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırıldı

    İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, Kamil Vırıcıxan oğlu Məhərrəmova məxsus çörək emalı müəssisəsində yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal sahəsində divar səthləri təmirsizdir və dezinfeksiyaya davamlı materialdan hazırlanmayıb, xəmirin hazırlanmasında istifadə edilən avadanlıqlar korroziyaya uğrayıb, qida məhsulu ilə təmasda olan masa, alət və avadanlıqlar təmiz saxlanılmır, temperatur rejiminə əməl olunmur, emal prosesində istifadə olunan su filtrasiyadan keçirilmir, müvafiq təmizlik işləri görülmür, işçilər xüsusi geyimlə təmin edilməyiblər və digər tələblər pozulub.

    Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, çörək emalı müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

  • Yük avtomobili ilə motosiklet toqquşdu, Rusiya vətəndaşı öldü

    Bakıda yük avtomobili ilə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb.

    2003-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Ələkbərov Emil Elşən oğlu idarə etdiyi “Haojue HJ150-6” markalı motosikletlə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Yasanov Əli Allahverdi oğlunun idarə “Hyundai HD-65” markalı yük avtomobili ilə toqquşub.

    Nəticədə motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

  • Bu şəxslər metroda əlavə pul ödəyəcək

    Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödəniş nəzərdə tutulur.

    Median.Az Metbuat.az-a istinadən xəbər verir ki, bu qayda Nazirlər Kabinetinin qərarına əsaslanır.

    Qaydalara görə, ölçülərinin cəmi 121 santimetrdən 200 santimetrə qədər olan əl yükləri, eləcə də yalnız uzunluğu 151 santimetrdən 220 santimetrədək olan uzun əşyalar metroda daşına bilər, lakin bu halda əlavə gediş haqqı ödənilməlidir. Göstərilən hədlərdən artıq ölçüyə malik əşyaların isə metroya gətirilməsinə icazə verilmir.

    Qeyd edək ki, gündəlik istifadə üçün nəzərdə tutulan kiçik çantalar və normal ölçülü əl yükləri üçün əlavə ödəniş tələb olunmur.

  • “Dağlılar Balıq” restoranının fəaliyyəti məhdudlaşdırıldı – SƏBƏB

    Bakı şəhərinin Binəqədi rayonu, Novxanı bağları 679 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Niftəliyev Pərviz Şakir oğluna məxsus “Dağlılar Balıq” ictimai iaşə müəssisəsində yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı restoranda balıq və balıq məhsullarının baytarlıq sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb:

    “Eyni zamanda müəyyən olunub ki, obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmur, texnoloji ardıcıllıq və mal qonşuluğu prinsipi pozulub, bəzi qida məhsulları birbaşa döşəmənin üzərində saxlanılır, soyuducularda rəflər korroziyaya uğrayıb, işçilər ilkin və dövrü tibbi müayinədən keçirilmir, müvafiq təmizlik işləri aparılmır. Həmçinin, digər nöqsanlar da aşkarlanıb.

    Balıq məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələr üçün göndərilib.

    Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb”.

  • Известный ханенде Газанфар Аббасов был задержан в аэропорту в Иране

    Известный азербайджанский ханенде, заслуженный учитель Газанфар Аббасов был задержан в аэропорту в Иране, когда хотел вылететь в Баку.

    Как сообщает manset.az, причина его задержания неизвестна.

    Г.Аббасов подтвердил эту информацию, но не смог предоставить подробностей, а позже его телефон был отключен.