Azərbaycan mədəniyyətinin inkişafına dair altı dövlət proqramı hazırlanacaq

Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı layihəsi hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında əksini tapıb.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramı;

2. Azərbaycanın mədəni və təbii irsinin qorunması ilə bağlı dövlət proqramı;

3. İncəsənətin inkişafı ilə bağlı dövlət proqramı;

4. Audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı;

5. Davranış mədəniyyətinin və bilgi mədəniyyətinin inkişafı ilə bağlı dövlət proqramı;

6. Mədəni və yaradıcı sənayenin inkişafı ilə bağlı dövlət proqramı.

Konsepsiya üç mərhələni əhatə edəcək.

Birinci mərhələ 2026-2030-cu, ikinci 2031-2035-ci, üçüncü isə 2036-2040-cı illərdə müvafiq tədbirlər planları əsasında həyata keçiriləcək.
//oxu.az