Quba-Qusar yolunda son vəziyyət NECƏDİR? (Video)

Azərbaycanın şimal bölgəsinə güclü qar yağır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Quba-Qusar və Qusar-Şahdağ avtomobil yollarında qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir.

Quba-Qəçreş avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir.

Yolda hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilib.