Month: January 2026

  • İlham Əliyev Çapar kəndindəki ailənin qonağı olub – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonuna səfəri zamanı Çapar kəndində Kəmalə Dadaşovanın ailəsinə baş çəkib və yaşayış şəraiti ilə maraqlanıb.

    Doğma yurduna qayıtmasından sonsuz qürur duyduğunu bildirən Kəmalə Dadaşova Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

    Dövlətimizin başçısı Kəmalə Dadaşovanı yeni evinə köçməsi münasibətilə bir daha təbrik edib.

    Həmin görüntüləri təqdim edirik:

  • Sabah bəzi ərazilərdə qaz olmayacaq

    Sabah Qaradağ rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    “Qaradağ rayonu, Qobustan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 14 yanvar saat 10:00-dan etibarən P.Abbasov küçəsinin qaz təchizatı dayandırılacaq”, – məlumatda qeyd olunub.

  • Sabah Naxçıvanın bəzi yerlərində işıq kəsiləcək

    Yanvarın 14-də Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

    Bu səbəbdən 110/35/10 kV-luq Koroğlu yarımstansiyasından çıxan 10 kV-luq “Yeni Naxçıvan” hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

    Eyni zamanda, milli SCADA sisteminin qurulması məqsədilə 377 nömrəli transformator yarımstansiyasında yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq, Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində saat 11-dən 13-dək elektrik enerjisinin verilişində fasilə olacaq.

  • Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub (FOTO)

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

    Dövlətimizin başçısına məlumat verildi ki, bu mərkəzin yaradılmasında məqsəd xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarının təmin edilməsi, həmçinin beynəlxalq hərbi əməkdaşlıq sazişləri əsasında tədbirlərin, o cümlədən təlimlərin, kursların keçirilməsidir. Mərkəzin geniş ərazisində çoxsaylı şəxsi heyətin iştirakı ilə təlim və məşqlərin keçirilməsi mümkün olacaq. Burada təlim sahələrinin, o cümlədən atıcı və iriçaplı silahların atış, pilotsuz uçuş aparatlarının, o cümlədən zərbə dronlarının, müxtəlif simulyasiya, xüsusi əməliyyatların, sürücülük, üzgüçülük hazırlıqlarının məşq sahələri yaradılacaq.

    Mərkəzdə qərargah, yataqxana, tibb məntəqəsi, klub, tədris və qonaq evləri, qapalı idman kompleksi, simulyasiya mərkəzi, açıq idman sahələri, helikopter meydançası, atıcılıq poliqonları və digər zəruri infrastruktur olacaq.

    Prezident İlham Əliyev mərkəzin təməlini qoyub.

  • Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir

    13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto arasında telefon danışığı aparılıb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, telefon danışığı zamanı, Venesuelada son hadisələr, eləcə də Azərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

    Nazir Ceyhun Bayramov Venesuelada baş verən hadisələr nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Venesuelada sülh və sabitliyin bərqərar olacağına, Venesuelanın birliyinin qorunacağına ümidvar olduğunu bildirib.

    Venesuela naziri telefon danışığı zamanı son inkişaflar barədə ətraflı məlumat verib. Venesuelada prezident vəzifələrinin müvəffəqiyyətlə icra edildiyini, dövlət qurumlarının işlək vəziyyətdə olduğunu bildirib. Nazir bununla yanaşı, ABŞ tərəfi ilə dialoqun davam etdiyini, ABŞ şirkətlərinin, xüsusilə energetika sahəsində fəaliyyətlərini bərpa olunduğunu, səfirliklərin qarşılıqlı şəkildə fəaliyyətə başlaması üçün danışıqlar aparıldığını diqqətə çatdırıb.

    Nazirlər Azərbaycanla Venesuela arasında ikitərəfli münasibətlərin inkişafı istiqamətində səylərin davam etdirilməsinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıblar.

  • Məlikməmməd Qurbanovun cəzası azaldıldı

    Mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq idarə rəisi Məlikməmməd Qurbanovun cəzası azaldılıb.

    Bu barədə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

    Qərara əsasən, onun cəzası 6 il 6 aydan 6 ilə endirilib.

    Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.

    2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

    Bakı Hərbi Məhkəməsinin hökmü ilə Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

    Daha sonra apellyasiya protestinə əsasən, Bakı Apellyasiya Məhkəməsi Məlikməmməd Qurbanovun cəzasını 2 il 6 ay çoxaldıb.

    Apellyasiya məhkəməsi Məlikməmməd Qurbanovun üzərində qəti olaraq 6 il 6 ay cəza saxlamışdı.

  • İrandakı etirazlarda 12 min nəfər öldürülüb

    İrandakı kütləvi etirazlar fonunda təhlükəsizlik qüvvələri azı 12 000 insanı öldürüb.

    Bu barədə “İran İnternational” yazıb.

    Rəqəm mövcud məlumatlara, Ali Milli Təhlükəsizlik Şurası və Prezident Aparatı da daxil olmaqla etibarlı mənbələrdən əldə edilən məlumatlara əsasən açıqlanıb: “Son iki gün ərzində heyət Ali Milli Təhlükəsizlik Şurasına yaxın mənbədən, prezident aparatındakı iki mənbədən, Məşhəd, Kirmanşah və İsfahan şəhərlərindəki İnqilab Keşikçiləri Qvardiyasındakı bir neçə mənbədən alınan məlumatlardan, şahidlərin və həlak olanların ailələrindən alınan məlumatlardan, hesabatlardan, tibb mərkəzləri ilə bağlı məlumatlardan və müxtəlif şəhərlərdəki həkim və tibb bacıları tərəfindən bizə verilən məlumatlardan diqqətlə, çoxmərhələli və peşəkar standartlara əsaslanaraq məlumat toplayıb”.

    Məlumata əsasən, vətəndaşların əksəriyyəti İnqilab Keşikçiləri və Bəsic qüvvələri tərəfindən öldürülüb.

    Rabitənin kəsilməsi və məlumata birbaşa çıxışın olmaması şəraitində yekun statistikanın daha da artacağı istisna edilmir.

    Qeyd olunub ki, təhlükəsizlik qurumları həmişə məxfi olub və itkilərlə bağlı dəqiq statistikanı qeyd etməkdən və açıqlamaqdan imtina ediblər.
    //unikal.az

  • Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

    Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib.

    Məlumata görə, yanvarın 14-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi və yağıntılı hava şəraiti gözlənilir.

    “Bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir”, – məlumatda qeyd edilib.

  • Türkiyədə prokuror qadın hakimi güllələdi

    İstanbulun Kartal səmtində yerləşən İstanbul Regional Apelyasiya Məhkəmə binasında bədbəxt hadisə yaşanıb.

    “Unikal” Türkiyə KİV-əistinadən xəbər verir ki, Anadolu Məhkəməsində çalışan dövlət prokuroru Muhammet Çağatay Kılıçaslan 23-cü Cinayət Palatasının hakimi Aslı Kahramanı güllələyib.

    Kahraman qasıq nahiyəsindən yaralanıb. Hadisədən dərhal sonra prokuror saxlanılıb, hakim isə xəstəxanaya yerləşdirilib.

    Hadisənin motivləri açıqlanmayıb.

  • “Azərbaycan və Ermənistandakı narahatlıqlar yersizdir” – Paşinyan

    “2 gün əvvəl Azərbaycandan Ermənistana dizel yanacağı idxal edilib”.

    Bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan deyib.

    O, sosial şəbəkə hesabında paylaşdığı videoda bu barədə açıqlayıb: “2025-ci ilin dekabr ayının ortalarından etibarən Ermənistana Azərbaycan istehsalı olan benzin idxal olunur və bu idxaldan bəri Ermənistan benzin bazarında nələrin baş verdiyini bilmək maraqlı idi. Premium benzin əsasən Azərbaycandan idxal olunur və bu günə qədər Ermənistan Respublikasında bazarda əldə edilə bilən premium benzinin minimum qiyməti əvvəlki 510 dramdan hər litr üçün 430 drama enib, yəni 15% azalıb. 2 gün əvvəl Azərbaycandan Ermənistana dizel yanacağı da idxal edilib, bu dövrdə dizel yanacağının qiyməti 2%, adi benzinin qiyməti isə dekabr ayı ilə müqayisədə 8% azalıb. Əgər 11 dekabrda adi benzinin minimum qiyməti 500 dram idisə, indi 460 dramdır. Bütün bunlar sülh gündəliyinin, necə deyərlər, sülhün faydalarının nəticələridir”.

    O, bu müddət ərzində həm Azərbaycanda, həm də Ermənistanda tənqidlərin olduğunu da etiraf edib: “Ermənistanda deyirlər ki, siz benzin alıb Azərbaycana pul göndərirsiniz ki, onlar həmin pulla Ermənistana hücum edə bilsinlər. Azərbaycanda deyirlər ki, siz Ermənistana benzin və dizel yanacağı göndərirsiniz ki, onlar öz tanklarını və hərbi texnikalarını yanacaqla doldurub Azərbaycana hücum edə bilsinlər. Qeyd etmək lazımdır ki, hər iki narahatlıq yersizdir, çünki Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub və sülh tədricən daha institusional hala gələcək. Bu narahatlıqların sadəcə yeri yoxdur. Onu da qeyd etmək lazımdır ki, heç olmasa Ermənistanda bu cür düşüncələr illərdir xarici tərəfdaşlarının dəstəyi ilə benzin bazarında inhisara sahib olan şirkətlər və dairələr tərəfindən təhrik olunur və təşviq olunur. İndi onlar qiymətləri aşağı salmağa məcbur olacaqlar ki, bu da həmin inhisarlara zərər verəcək, əslində isə yox olacaq və Ermənistan vətəndaşlarına fayda verəcək.

    Bu, sülhdür və biz sülh içində yaşamağı öyrənməli, həmçinin sülhün faydaları ilə əlaqə qurmağı öyrənməliyik ki, mən bunu sevinclə qeyd edirəm”.
    //unikal.az