Azərbaycanda zəlzələ oldu

Şamaxı rayonunda zəlzələ qeydə alınıb

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 18:55-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.8-ə bərabər olub.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar rayonun bir sıra ərazilərində hiss olunub.