AzTU kompüter və başqa avadanlıqların alınması üçün 1.6 milyonluq müqavilə bağlayıb

“Azərbaycan Texniki Universiteti” publik hüquqi şəxsi (AzTU) kompüter avadanlıqlarının satınalınması ilə bağlı müqavilə bağlayıb.

Xidmətlərin icrası “Data Technologies” MMC-yə həvalə olunub.

Satınalmanın ümumi dəyəri 1 684 643 manatdır.

Şirkət təhsil müəssisəsini masaüstü kompüter, monitor, üztanıma əsaslı giriş terminalı və başqa avadanlıqlarla təmin edəcək.